Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə13/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   9   10   11   12   13   14   15   16   ...   166

37

FƏTƏLİ XAN XOYSKİ

FƏTƏLİ XAN 

XOYSKİ


(1875 – 1920)

G

örkəmli siyasi və ictimai xadim



 

Fətəli xan Xoyski 1875-ci ilin de-

kabrın 7-də Şəki şəhərində ana-

dan olub. O, ilk təhsilini Gəncə klassik 

gimnaziyasında, sonradan isə Moskva 

Universitetinin hüquq fakültəsində alıb. 

Universitet təhsilini başa vurduqdan 

sonra Gəncə, Suxumi, Batum və Kutaisi 

dairə məhkəmələrində müxtəlif və-

zifələrdə çalışıb. O, İkinci Dövlət Duması-

nın üzvü seçilib.

1918-ci ilin Mayın 28-də Azərbaycan 

Milli Şurası Azərbaycan Cümhuriyyəti-

nin yaradılması haqqında qərar qəbul 

edərək ilk Hökumətin təşkilini Nazirlər 

Şurasının Sədri F.X.Xoyskiyə tapşırıb. O, 

bu Hökumətdə həm də Daxili İşlər naziri vəzifəsini icra edib.

F.X.Xoyski 1918-ci ilin dekabrın 26-da təşkil olunan Hökumət kabinetində 

də Nazirlər Şurasının Sədri və Xarici İşlər naziri vəzifəsini icra edib.

O, N.Yusifbəylinin yaratdığı Hökumət kabinetində (24.12.1919 – 01.04.1920) 

Xarici İşlər naziri vəzifəsini yerinə yetirib.

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal 

edildikdən sonra F.X.Xoyski Gürcüstana gedib, orada 1920-ci ilin iyunun 19-

da bolşeviklərin əli ilə erməni terrorçusu tərəfindən arxadan atılan güllə ilə 

öldürülüb. Məzarı Tifl isdə Botanika bağı ərazisindəki müsəlman qəbiristanlı-

ğındadır.




CÜMHURİYYƏT QURUCULARI

38

NAZİRLƏR ŞURASININ SƏDRİ



Fətəli xan Xoyski 1875-ci ilin  7 dekab-            

F.X.Xoyski gənclik illərində

rında (noyabr ayının 25-də) Şəki şəhərində 

anadan olmuşdur. Fətəli xanın atası İskəndər 

xan əslən Cənubi Azərbaycanın Xoy şəhərin-

dəndir. Onların soyadları da buradan götürü-

lüb


1

.

F.X.Xoyski əvvəl Gəncə klassik gimnazi-



yasını, 1897-ci ildə isə Moskva Universitetinin 

hüquq fakültəsini 1-ci dərəcəli diplomla bitir-

mişdir. O, həmin ildə Yelizavetpol dairə məh-

kəməsi yanında kiçik məhkəmə məmuru 

vəzifəsinə təyin edilmişdir. F.X.Xoyski 1907-ci 

ildə Kutaisidə, Zuqdididə, Suxumidə, Yekate-

rinodar şəhərində məhkəmə sistemində ça-

lışmışdır.

F.X.Xoyskinin ictimai-siyasi fəaliyyətinin 

əsas dövrü 1907-ci ildən başlanır. O, həmin ildə Yelizavetpol quberniyasından 

2-ci Dövlət Dumasına üzv seçilərək buradakı müsəlman deputatları fraksiyasına 

daxil oldu (qeyd edək ki, F.X.Xoyski Kadet Partiyasının üzvü idi).

F.X.Xoyski Dumadakı çıxışlarında hökumətin aqrar məsələlərə dair ayrıseçki-

lik və köçürmə siyasətini kəskin tənqid edirdi.

1907-ci ilin mayın 18-də F.X.Xoyskinin də iştirak etdiyi 173 deputatın imzası ilə 

Rusiyada milli, dini fərqlərə görə vətəndaşların siyasi və mülki hüquqlarını məh-

dudlaşdıran qanunların ləğv olunması haqqında Dövlət Dumasına qanun layihəsi 

təqdim edildi. Həmin qanun layihəsində Rusiya vətəndaşlarının hüquq bərabər-

liyi, daimi yaşayış üçün yer seçmə azadlığı, dövlət və ictimai xidmət sahələrində 

bərabərlik, şəxsiyyət toxunulmazlığı, söz və mətbuat azadlığı, təhsil hüququ tələb 

olunurdu. 1907-ci ilin iyun ayının 3-də II Dövlət Dumasının buraxılması haqqında 

çar manifesti elan olunduğundan layihə müzakirəyə çıxarılmadı.

F.X.Xoyski bu hadisədən sonra məhkəmə sistemində çalışdı, 1913-cü ilə 

qədər Yelizavetpolda andlı iclasçı kimi fəaliyyət göstərdi. Elə həmin ildən Ba-

kıya köçüb burada dairə məhkəməsində andlı iclasçı olaraq fəaliyyətini davam 

etdirdi.


1

 Fətəli xan Xoyski. Həyat və fəaliyyəti (sənəd və materiallar). B., 1998, s.4.




FƏTƏLİ XAN XOYSKİ

39

F.X.Xoyski (əyləşənlərdən soldan birinci) Rusiya Dövlət Duması üzvləri 



arasında (sağdan birinci isə Xəlil bəy Xasməmmədovdur), 1907-ci il.

            O, fəaliyyəti-

nin Bakı döv-

ründə şəhərin 

ictimai və mə-

dəni həyatında, 

burada yaradıl-

mış xeyriyyə cə-

m i y y ə t l ə r i n i n 

işində fəal 

iştirak edirdi.

1 9 1 7 - c i 

ildə Rusiyada 

baş verən Fev-

ral-Burjua inqi-

labından sonra 

F.X.Xoyski ciddi 

siyasi fəaliyyətə 

başladı. O, Bakıdakı Milli Müsəlman Şurası Müvəqqəti İcraiyyə Komitəsinin üzvü 

seçildi. O,1917-ci ilin aprelin 15-20-də Bakıda keçirilən Ümumqafqaz Müsəlman-

ları qurultayında iştirak edib təşkilatçılardan oldu

2

.



1917-ci ilin noyabrında Tifl isdə Zaqafqaziya Komissarlığı, 1918-ci ilin 

fev 


ralın 23-də Zaqafqaziyada qanunvericilik orqanı olan Zaqafqaziya Sey-

mi işə başladı. Zaqafqaziya Seyminə Zaqafqaziyadan Ümumrusiya Müəssis-

lər Məclisinə seçilmiş deputatlar daxil idi. Seymin Azərbaycan fraksiyasında 

44 deputat təmsil olunurdu ki, oraya F.X.Xoyski də daxil idi.

1918-ci ilin aprelin 22-də Zaqafqaziya müstəqil Federativ respublikası elan 

edildi, aprelin 26-da isə Zaqafqaziyanın yeni hökuməti təşkil olundu. F.X.Xoys kiyə 

həmin hökumətdə Ədliyyə naziri vəzifəsi tapşırıldı. Onun bu vəzifədəki fəaliyyəti 

uzunmüddətli olmadı. 1918-ci ilin mayın 26-da Zaqafqaziya Seyminin son icla-

sında Seym buraxıldı. Mayın 26-da Gürcüstan öz istiqlaliyyətini elan etdi. Mayın 

27-də isə Zaqafqaziya Seyminin azərbaycanlı deputatlarının fövqəladə iclasında 

onlar Milli Şuranın yaradılmasını elan edərək, Azərbaycanın idarə olunmasını öz 

üzərlərinə götürdülər. 1918-ci ilin mayın 28-də keçmiş Qafqaz canişinliyinin bi-

nasında keçirilən birinci iclasda Azərbaycanın istiqlaliyyəti haqqında bəyanat ve-

rildi. F.X.Xoyski Azərbaycan Nazirlər Şurası İcraiyyə Komitəsinin sədri seçildi. Ona 

2

  Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti (1918-1920). B., 1990, s.31.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə