Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə10/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   6   7   8   9   10   11   12   13   ...   166

CÜMHURİYYƏT QURUCULARI

28

Əslində Azərbaycan mühacirət mətbuatının yaranma tarixi məhz 1923-cü il 



sentyabrın 26-dan – “Yeni Qafqasya” jurnalının nəşr vaxtından başlanır

40

.



Sovet hökuməti hər vasitə ilə “Yeni Qafqasya”nı bağlamağa çalışırdı. Hələ 

1925-ci ildə Sovetlər Birliyinin o zamankı Xarici İşlər Komissarı Çiçerin Bakıda 

çıxış edərkən demişdi: “Son zamanlar müsavatçıların Türkiyədəki fəaliyyətləri-

nin artdığını qeyd etməmək olmaz. Biz dəfələrlə Türkiyə hökumətinə müraciət 

edərək Sovet hökuməti əleyhinə yürüdülən bu dözülməsi mümkün olmayan 

intriqalara etiraz etdik və nəhayət, xitam verilməsini tələb etdik”

41

.

M.Ə.Rəsulzadə “Yeni Qafqasya”ya göstərilən təzyiqlərə baxmayaraq, jurna-



lın nəşrini eyni güc və qətiyyətlə davam etdirirdi. Həmin vaxtlar Azərbaycandan 

göndərilən bir şəxs ona: “Yeni Qafqasya” nəşrini dayandırarsa və o, bolşeviklər 

əleyhinə çalışmazsa, mühacirlərin Azərbaycana qayıtması mümkün ola bilər” 

demişdi. M.Ə.Rəsulzadə isə həmin adama belə cavab vermişdi: “Mirzə Davudla-

ra söylərsən ki, son qızıl rus nəfəri Poylu stansiyasını keçincə “Yeni Qafqasya”nın 

da son nüsxəsi çıxacağını sizə təmin edərim”

42

.

Sovetlər Birliyinin təsiri ilə Türkiyə dövlətinin də mühacirlərə təzyiqi artır, 



siyasi-mətbu fəaliyyətləri məhdudlaşdırılırdı. 

Nəhayət, 1927-ci ildə Sovet dövlətinin təzyiqi ilə Türkiyə hökuməti “Yeni 

Qafqasya”nın nəşrini yasaqladı. “Yeni Qafqasya”nın nəşri dayandırıldıqdan sonra 

M.Ə.Rəsulzadə böyük cəhdlərlə “Azəri Türk” jurnalının çapına nail oldu. Jurnal 

1928-ci ildə İstanbulda nəşrə başladı

43

.



 “Azəri Türk” jurnalı gizli yollarla Azərbaycana gətirilir, xalq arasında yayılırdı.

1929-cu il martın 1-də M.Ə.Rəsulzadə daha bir mətbu orqanın – “Odlu Yur-

d”un nəşrinə başladı. Milli hərəkata güc verməyə, bolşevizmlə mücadiləni şid-

dətləndirməyə yönələn “Odlu Yurd” oxucuların böyük marağına səbəb oldu

44

.

1932-ci il yanvarın 10-dan M.Ə.Rəsulzadə Berlində“İstiqlal” qəzetinin nəşrinə 



başladı. Qəzetin ilk səhifəsində M.Ə.Rəsulzadənin “Kəsilməyən səs” məqaləsi 

çap olundu: “Mütaliənizə təqdim olunan bu qəzet müqəddəs bir mübarizənin 

müdafiəçisi üçün yüksələn bir səsi mədəniyyət dünyasına çatdırmaq üçün nəşr 

olunur. Milli Azərbaycan istiqlal mübarizəsinin səsi! – Budur bizi həyəcanlandı-

ran səs!”

45

.



40

 “Yeni Qafqasya” jurnalı. İstanbul, 1923, №1.

41

 Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. B., 1992, s. 189.



42

 Resulzade M.E. Şefibeyçilik. İstanbul, 1934, s. 56

43

 “Azəri Türk jurnalı. İstanbul, 1928, №1.



44

 “Odlu Yurd” jurnalı. İstanbul, 1929, №1.

45

 İstiqlal” qəzeti. Berlin, 1932, №1.




MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

29

M.Ə.Rəsulzadə 1931-ci ildən sonra Türkiyədə    



M.Ə.Rəsulzadənin 

“Azərbaycan Problemi” 

kitabı. Berlin, 1938-ci il.

 

fəaliyyətlərinə imkan verilmədiyinə bərk təəssüfl ə-



nir, Azərbaycan istiqlalçılıq məfkurəsi səsinin bo-

ğulmasından narazılıq edir, bildirirdi ki, bu iş qardaş 

Türkiyənin əli ilə edilmişdir. M.Ə.Rəsulzadə məqalə-

sində yazırdı: “Heyif o dövrə...”. M.Ə.Rəsulzadə bun-

lara baxmayaraq, Atatürkə münasibətini dəyişmirdi, 

onun ölkəsinin məcburiyyətdən bu addımı atdığını 

qəbul edir və Atatürk haqqında yazırdı: “eyni za-

manda, qurtulan Şərqin simvoludur”

46

.

1934-cü ilin noyabr ayından başlayaraq M.Ə.Rə-



sulzadə Berlində “Qurtuluş” jurnalını nəşr etdi. “Qur-

tuluş” aylıq məcmuəsi “İnsanlara hürriyyət, millət-

lərə istiqlal!” şüarı ilə çıxırdı

47

.



 M.Ə.Rəsulzadə 1936-cı ilin sentyabrından Pol-

şada “Müsavat Bülleteni”ni də nəşr etməyə başladı

48

. “Bülleten”in saylarında daha 



çox nəzəri məsələlərə, problemlərə, ideoloji araşdırmalara üstünlük verilirdi. 

Qeyd edək ki, “Azərbaycan” jurnalının nəşri də M.Ə.Rəsulzadənin mühüm 

xidmətlərindən biri idi. 1952-ci il aprelin 1-də o, Azərbaycan Kültür Dərnəyinin 

orqanı olan “Azərbaycan” jurnalının ilk sayını nəşr etdirdi. Jurnalın ilk nüsxəsinin 

üz qabığında bu sözlər yazılmışdı: “Birlik dirilikdir”, “Türkləşmək, islamlaşmaq, 

müasirləşmək”

49

.

M.Ə.Rəsulzadənin mühacirətdəki fəaliyyətinin mühüm bir dövrü də Pol-



şada keçmişdir. O,1932-ci ilin əvvəllərində Polşaya getmişdi. M.Ə.Rəsulzadənin 

Polşa hökumətində nüfuzu və şəxsi əlaqələrinin olması da bu işdə mühüm rol 

oynamışdı. Digər tərəfdən Polşa ilə Azərbaycan arasında tarixən sıx münasibət-

lər olmuşdur. Bu tarixi bağlılıq haqqında M.Ə.Rəsulzadə yazırdı: “Bu münasibət-

lər üç əsasa söykənir: Azərbaycanın Qafqaz xalqları ailəsinə mənsubluğu, xüsu-

silə ölkənin türklər tərəfindən qurulması və nəhayət bu xalqın rus imperializmi 

tərəfindən əzilməsi”

50

.



46

 Rəsulzadə M. Ə. Qurtulan Şərqin simvolu. Ankara, “Azərbaycan” jurnalı, 1981, s. 12.

47

 “Qurtuluş” jurnalı. Berlin, 1934, №1.



48

 “Müsavat” bülleteni. Varşava, 1936, №1.

49

 “Azərbaycan” jurnalı. Ankara, 1952, №1.



50

 

 



Resulzade Mehmed Emin. Azerbaydzan w waice o niepoleglosc. Azerbaydjanskie 

wydawnictwo narodowe. Warsawa, 1938, s. 152-153.




CÜMHURİYYƏT QURUCULARI

30

M.Ə.Rəsulzadənin Polşanın qəhrəman oğlu Pil-     



M.Ə.Rəsulzadənin 

“Azərbaycan müstəqillik 

uğrunda mübarizədə” 

kitabı. Varşava, 1938-ci il.

sudskiyə münasibəti də yüksək olub və Pilsudskinin 

ölümünə həsr etdiyi bir məqalədə o, yazırdı: “Lehis-

tan (Polşa – N. Y.) qaralara bürünmüş, lehlilər milli bir 

matəm yaşayır. Milli qəhrəman marşal Pilsudski hə-

yata vida etmişdir. Bu böyük adam Leh vətənsevər-

liyinin xalqa təqdis olunan parlaq bir timsalı idi

51

.



M.Ə.Rəsulzadə 1931-ci ildə Türkiyəni tərk et-

mək məcburiyyətində qaldıqda ona və dostlarına 

sığınacaq verən məhz Polşa və Almaniya olmuşdu. 

Bundan əlavə M.Ə.Rəsulzadənin 1938-ci ildə Polşa-

da Azərbaycan xalq nəşriyyatı tərəfindən polyak di-

lində “Azərbaycan müstəqillik uğrunda mübarizə-

də” kitabı da çap olunmuşdu. Əsərə ön sözü Şərq 

İnstitutunun direktoru senator Sedlitski yazmışdı.

M.Ə.Rəsulzadənin ikinci dəfə həyat qurduğu 

polyak qızı Vanda xanımın Marşal Pilsudskinin və ya Polşanın tanınmış xadimi 

Bekin yaxın qohumu olduğu qeyd olunmaqdadır.

 M.Ə.Rəsulzadənin fəallığı ilə 1936-cı ilin avqustunda Polşanın Varşava şəhə-

rində Müsavat Partiyasının konfransı da keçirildi

52

.



1939-cu ildə Sovet qoşunları Polşanı işğal etdikdə M.Ə.Rəsulzadə ölkəni tərk 

etmək məcburiyyətində qaldı. O, Rumıniyanın paytaxtı Buxarestə gedib burada 

fəaliyyətini davam etdirdi

53

.



Aydın bir həqiqət idi ki, kommunizmlə savaş aparan almanlar neçə illər idi 

bu mücadiləni dayanmadan yürüdən M.Ə.Rəsulzadə ilə də iş birliyinə çalışırdı. 

Lakin müharibənin başlanğıcında almanların mövqeyi hələ aydın deyildi. Əgər 

Almaniya Sovetlər Birliyi üzərində qələbə qazanardısa, onda Azərbaycana mü-

nasibət necə olacaqdı? Almaniya Azərbaycanın müstəqil bir dövlət kimi varlığı-

nı qəbul edəcəkdimi?

M.Ə.Rəsulzadə Hitlerin ideya və fikirlərini qəbul etmirdi və hələ 1930-cu ildə 

yazdığı məqalələrinin birində fikrini belə açıqlamışdı: “Daxildə və xaricdəki düş-

51

 

Yaqublu N. Azərbaycan-Polşa münasibətlərində M. Ə. Rəsulzadənin rolu. Bakı: Adiloğ-



lu, 2007, 

s. 161-162.

52

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., 1997, s. 207-208.



53

 Müsavat Partiyasının sorğu kitabı. B., 1994, s. 27.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə