Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə8/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   4   5   6   7   8   9   10   11   ...   166

CÜMHURİYYƏT QURUCULARI

22

yazıçı və dramaturq – N. Y.) şəhər kənarındakı evinə getdilər. M.Ə.Rəsulzadənin 



göstərişlərinə uyğun olaraq Cəfər Cabbarlı, Mirzə Bala Məmmədzadə, Əbdül 

Vahab Yurdsevər, Məmməd Sadiq Quluzadə və Məmməd Həsən Baharlıdan 

ibarət Müsavatın Gizli Ümumi Mərkəzi yaradıldı. Ə.V.Yurdsevər bununla bağlı 

yazırdı: “Partiya mərkəzi qurulduqdan sonra vəzifə bölgüsünə başlanılmış və ko-

missiyaların təşkilinə keçilmişdi. Emin bəyin də razılığı ilə gizli təşkilatın başına 

M.B.Məmmədzadə gətirilmişdir. Müavini sifətilə Bakı Komitəsinin təşkili mənə 

tapşırılmışdı. Ümumi mərkəzin baş katibliyinə isə Cəfər Cabbarlı seçilmişdi”

24

.



Azərbaycanın işğalının ilk günündən bolşeviklər qanlı üsullara əl atdı. Bu 

dövr Azərbaycanda bolşevik rejiminin ən təhlükəli zamanı idi. Yalnız “1921-ci ilə 

ancaq hərbçilərdən 12 general, 27 polkovnik və polkovnik-leytenant, 46 kapi-

tan, ştabskapitan, baş leytenant və leytenant, 146 zabit, 266 nəfər başqa işçilər 

güllələnmişdi. 1920-ci ilin aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbay-

canda 48 000 (qırx səkkiz min) adam qırmızı terrorun qurbanı oldu” 

25

.

M.Ə.Rəsulzadə yazırdı: “Azərbaycanın həqiqi diktatoru, cəlladbaşı Pankratov 



idi. Pankratovun əmri fövqündə bir əmr yox idi”

26

. Pankratov XI Ordunun Siyasi 



şöbəsinin rəisi idi. Ümumiyyətlə isə bu dövrdə Azərbaycanda üç qanlı təşkilat 

fəaliyyət göstərirdi: 1) XI Ordunun Pankratovun başçılığında olan Xüsusi Şöbəsi 

– “Osobıy otdel” 2) Azərbaycan Çekası 3) XI Ordunun inqilabi tribunalı.

Bu təşkilatların içərisində ən qorxulusu “Osobıy otdel” idi. Çünki “Osobıy ot-

del” sorğusuz-sualsız istədiyi adamı güllələmək, öldürmək hüququna malik idi. 

Yalnız 1920-ci ilin avqustunda AK(b)PMK Siyasi Bürosunun iclasında XI Ordunun 

Xüsusi Şöbəsinə AK(b)MK Siyasi Bürosunun xəbəri olmadan heç bir ölüm hök-

mü çıxarmamaq təklifi verilmişdi. 

Azərbaycanda Pankratovun başçılığı altında olan “Osobıy otdel”də isə çoxlu ermə-

nilər fəaliyyət göstərir və imkandan istifadə edib azərbaycanlıları qətlə yetirirdilər.

Lakin Sovet hakimiyyətinin basqı və təzyiqlərinə baxmayaraq, M.Ə.Rəsul-

zadənin rəhbərliyində olan Gizli Müsavat təşkilatı xalq arasında ciddi fəaliyyət 

göstərirdi. Partiyanın Bakı təşkilatından sonra Gəncə, Qarabağ, Qazax və digər 

bölgələrdə güclü bölmələri vardı. Həmin dövrdə Müsavatın gizli fəaliyyətinə 

rəhbərlik edənlərdən biri, tanınmış müsavatçı Ə.V.Məmmədzadə (Yurdsevər) 

yazırdı ki, Qızıl Ordu qüvvələri olmasa idi, Gizli Müsavat Azərbaycanın istənilən 

yerində sovet idarəsini devirə bilərdi.

24

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., s.115.



25

 Yenə orada, s.128.

26

 Yenə orada.




MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

23

Azərbaycanın digər bölgələrində də bolşe-    



M.Ə.Rəsulzadəyə aid istintaq 

sənədi. 15 oktyabr 1920-ci il.

viklərə qarşı ciddi müqavimət göstərilirdi. Get-

dikcə M.Ə.Rəsulzadənin gizli fəaliyyəti də qey-

ri-mümkün olurdu.

Bakıda qalmağın təhlükəli olduğunu və 

daim axtarıldığını hiss edərək M.Ə.Rəsulzadə 

şəhəri tərk etməyi qərara aldı. Münasib yer ola-

raq Lahıcda qalmağa üstünlük verdi. Lahıca mü-

savatçı dostu Abbasqulu Kazımzadə ilə getdi. 

Əslən Lahıcdan olan digər dostu Ağabala Qası-

mov ona bu işdə böyük köməklik göstərdi.

Lahıcda olduğu müddətdə M.Ə.Rəsulzadə 

istiqlal tariximizin öyrənilməsinə əvəzsiz bir töh-

və bəxş etdi: “Əsrimizin Səyavuşu”nu yazdı.

Lakin Lahıcda vəziyyət getdikcə gərginləşir-

di. Onun ciddi izlənilməsi haqqında məlumatlar 

da çatdırılırdı. 

M.Ə.Rəsulzadə 1920-ci ilin avqustunda La-

hıcdan çıxıb Qaraməryəm istiqamətinə gedərkən həbs olundu. Onun həbsi 

tarixi Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) arxi-

vində PR-19877 saylı istintaq işində (qovluq №61) 1920-ci ilin avqustun 25-i 

olaraq göstərilir. XI Ordunun Hərbi İnqilabi Şurasının Xüsusi şöbəsinin 1931 



İ.V.Stalinin M.Ə.Rəsulzadənin həbsdən azad olunması haqqında 

məktubu. 7 noyabr 1920-ci il.

            s a y l ı   h ə b s 

və rəqi  əsasında 

a z a d l ı q d a n 

məhrum edilən 

M.Ə.Rəsulzadə 

(dostu A.Kazım-

zadə ilə birlik-

də) özü haqqın-

da məlumatlar-

da bildirir: “36 

yaşı var, orta 

təhsillidir, peşə-

si jurnalistdir, 

h ö k u m ə t d ə 



CÜMHURİYYƏT QURUCULARI

24

olub, Müsavat Partiyası Mərkəzi Komitəsinin sədridir, öz vəsaiti ilə yaşayır, ailə-



lidir”

27



M.Ə.Rəsulzadə ilə bağlı istintaq işinin 1920-ci ilin oktyabrın 15-də başlandığı 

qeyd olunur.

M.Ə.Rəsulzadənin yaxın məsləkdaşı və əmisi oğlu Məmməd Əli Rəsulza-

dəyə isə artıq güllələnmə hökmü kəsilmişdi.

M.Ə.Rəsulzadənin isə güllələnməsi və yaxud ömürlük həbsdə saxlanması 

ilə bağlı söhbətlər eşidilirdi. Bu haqda ona məlumatı həbsxanada görüşdüyü 

keçmiş mübarizə dostu Stalin vermiş, ona buradan uzaqlaşıb, birlikdə Moskvaya 

getməyi məsləhət bilmişdi.

M.Ə.Rəsulzadənin razılığını aldıqdan sonra Stalin belə məktubla müraciət 

etmişdi: “R.S.F.S.R. Qafqaz Cəbhəsi Hərbi İnqilab Şurasının üzvü. 7/XI-1920. XI 

Ordunun Xüsusi şöbəsinin rəisinə. Xüsusi şöbədə həbsdə saxlanılan Məmməd 

Əmin Rəsulzadə, Məmməd Əli Rəsulzadə və Abbasqulu Kazımzadəni azad 

olunmuş hesab edib, qatara mənim sərəncamıma göndərin. 7/XI-1920-ci il. Res-

publika Hərbi İnqilab Şurasının üzvü, Xalq Komissarı Stalin”

28

.

Həbsdən azad edildikdən sonra M.Ə.Rəsulzadə ailəsi ilə qısa müddətdə gö-



rüşüb Stalinlə Moskvaya yola düşdü.

Moskvada o, bir müddət RSFSR Millətlər Komissarlığında çalışdı, sonra ora-

dan Sankt-Peterburqa, Sankt-Peterburqdan Finlandiyaya, Finlandiyadan Tür-

kiyəyə getdi.



1922-ci ilin sonlarından M.Ə.Rəsulzadə İstanbulda fəaliyyətə başladı. 

O, İstanbula gəldikdə burada Azərbaycandan gələn mühacirlər arasında dağı-

nıqlıq, pərakəndəlik vardı. Bu adamları bir yerə toplamaq, təşkilat ətrafında bir-

ləşdirmək çətin idi. M.Ə.Rəsulzadə yazırdı ki, mühacirlər arasındakı “keşməkeş 

nəticəsi olaraq konsulluq bağlanmışdı”

29

.



M.Ə.Rəsulzadənin və müsavatçıların İstanbuldakı fəaliyyətinə qədər mü-

hacirlərimiz tərəfindən müəyyən işlər görülmüşdüsə də, lakin sistemli xarakter 

daşımırdı. Dağınıq halda olan bu qüvvələr vahid təşkilatda təmsil olunmurdu.

Qeyd edək ki, 1920-ci ilin əvvəlində Almaniyada-Berlində 100-ə qədər tələ-

bə təşkilatlanmışdı. Azərbaycan Cümhuriyyətinin səlahiyyətli nümayəndəsi, 

Azərbaycan Parlamentinin sabiq Sədri Ə.M.Topçubaşov hələ 1920-ci ilin sent-

yabrında Millətlər Cəmiyyətinə Azərbaycanın işğal olunması məlumatını rəsmi 

27

 Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Arxivi, PR 19877 saylı M.Ə.Rəsulzadə 



və A.Kazımzadə ilə bağlı istintaq işi, v. 4.

28

 Yenə orada, v. 53



29

 Resulzade M.E. Şefibeyçilik. İstanbul, 1934, s. 58.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə