Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə6/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   2   3   4   5   6   7   8   9   ...   166

CÜMHURİYYƏT QURUCULARI

16

Tezliklə gürcülər və ermənilər türklərin əsas tələbinin yerinə yetirilməsinin, 



yəni Brest-Litovsk Müqaviləsi şərtlərinin və Zaqafqaziyanın müstəqilliyinin elanı-

nın vacibliyini dərk edib, müharibənin dayandırılması zərurəti qarşısında qaldı-

lar. 1918-ci ilin aprelin 22-də Zaqafqaziyanın müstəqilliyi elan edildi.

Lakin Zaqafqaziya Seymi daxilində ziddiyyətlər azalmır, getdikcə gərginlə-

şirdi. Xüsusən, Almaniyanın da Zaqafqaziyada təsirinin artması gürcülərin onlara 

meylini gücləndirirdi.

Zaqafqaziya Seymi daxilindəki narazılıqlar, Gürcüstanın Qafqaz birliyindən 

çıxıb, Almaniya himayəsinə keçmək istəyi artıq bu millətlərin birləşib bir orqan-

da fəaliyyət göstərməsini sual altına qoymuşdu.

Mayın 25-də gürcülər Seymin buraxılması və Gürcüstanın müstəqilliyini 

elan etməsi qərarına gəldilər.

1918-ci ilin mayın 26-da Seymin sonuncu iclası keçirildi və fəaliyyəti da-

yandırıldı. Seymin fəaliyyəti dayandırıldıqdan sonra 1918-ci ilin mayın 27-də 

Zaqafqaziya Seyminin buraxılması ilə bağlı buraya daxil olan Azərbaycan nü-

mayəndələrinin fövqəladə iclası keçirildi və iclas Azərbaycanın idarə olunması 

vəzifəsini öz üzərinə götürərək, Azərbaycan Müvəqqəti Milli Şurasını elan etdi. 

Sonra Milli Şuranın Sədri seçkisinə başlanıldı. Müsavat Partiyası M.Ə.Rəsulzadə-

nin sədrliyini irəli sürdü. İttihad Partiyası istisna olmaqla, qalan təşkilatların səs-

verməsi nəticəsində M.Ə.Rəsulzadə Milli Şuranın Sədri seçildi. H.Ağayev və 

M.Seyidov Milli Şura Sədrinin müavinləri seçildilər. Elə həmin iclasda Milli Şura-

nın doqquz nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı, F.Xoyski İcraiyyə orqanının 

sədri seçildi. İlk Azərbaycan hökumətinin təşkili F.Xoyskiyə tapşırıldı. Yaradılan 

ilk hökumət aşağıdakı tərkibdə idi: Nazirlər Şurasının Sədri və Daxili İşlər naziri 

– F.X.Xoyski; Hərbi nazir – Xosrov bəy Sultanov, Xalq Maarifi və Maliyyə naziri – 

Nəsib bəy Yusifbəyli; Xarici İşlər naziri – Məmməd Həsən Hacınski; Poçt-Teleqraf 

və Yollar naziri – Xudadat bəy Məlikaslanov; Əkinçilik və Əmək naziri – Əkbər 

ağa Şeyxülislamov; Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov; Ticarət və Sənaye 

naziri – Məmməd Yusif Cəfərov; Dövlət naziri – Cəmo bəy Hacınski.

Mayın 28-də Milli Şuranın ilk iclasında (24 nəfərin iştirakı ilə) aşağıdakı 

məsələlər müzakirə edildi: 

1. H.Ağayevin Yelizavetpoldakı (Gəncədəki) son hadisələr barədə məlumatı; 

2. M.Ə.Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması;

3. Seymin buraxılması və Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqə-

dar Azərbaycanın vəziyyəti

12

.

12



 Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində. B., 1993. s. 85.


MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

17

Azərbaycan istiqlalının elan olunması günündə M.Ə.Rəsulzadə Tifl isdə de-



yildi. Səbəbi həmin hadisə ərəfəsində onun Batuma göndərilərək, orada türk-

lərlə danışıqlar aparması idi. Çünki müstəqil Qafqazın Batum danışıqlarına sülh 

heyəti göndərərkən (M.Ə.Rəsulzadə məhz bu heyətdə idi) Azərbaycan siyasi 

firqələrinin birləşmiş iclasında N.Yusifbəyli Osmanlı dövlətindən yardım istəmək 

zərurətini bildirmişdir.

Azərbaycan istiqlalı elan olunduqdan sonra Zaqafqaziya hökumətinin Ba-

tumdakı sülh danışıqları aparan heyəti parçalandı. 

1918-ci ilin iyunun 4-də “Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan 

Respublikası arasındakı dostluq müqavilə”sini Türkiyə dövləti adından Ədliyyə 

naziri Xəlil Menteşə, Qafqaz cəbhəsinin Baş komandanı Vəhib Paşa, Azərbay-

can hökuməti adından isə Xarici İşlər naziri M.H.Hacınski və Milli Şuranın Səd-

ri M.Ə.Rəsulzadə imzaladı. Azərbaycan Respublikası nümayəndələrinin xarici 

ölkələrlə imza atdığı ilk sənəddə hər iki dövlətin – Osmanlı imperiyası və Azər-

baycan hökuməti arasında “Siyasi, hüquqi, iqtisadi və intellektual zəmində meh-

riban dostluq münasibətləri bərqərar etməkdə qarşılıqlı surətdə razılığa gəlin-

diyi” bildirilirdi

13

.

İmzalanan sənədin birinci maddəsi belə idi: “Osmanlı imperatorluğu hö-



kuməti ilə Azərbaycan Respublikası hökuməti arasında daima sülh və möhkəm 

dostluq olacaqdır”

14

.

Sənədin 4-cü maddəsində isə yazılmışdır: “Dinclik və asayişi möhkəmlən-



dirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı 

hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə gö-

türür”

15

.



M.Ə.Rəsulzadənin başçılıq etdiyi Milli Şura Azərbaycanın bir müstəqil dövlət 

olaraq formalaşmasında həqiqətən böyük rol oynadı.

Azərbaycan İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərildiyi kimi: 

“Azərbaycan idarəsinin başında Şurayi Milli” dururdu.

Bu ərəfədə, iyunun 17-də Azərbaycan Respublikası nümayəndələrinin İs-

tanbul Beynəlxalq Konfransına (orada Almaniya, Avstriya, Macarıstan, Türkiyə, 

Bolqarıstan və Qafqaz – Gürcüstan, Azərbaycan, Ermənistan və Dağlılar İttifaqı 

nümayəndələri iştirak edirdi) göndərilməsi müəyyənləşdi. Konfransda iştirak 

etmək üçün M.Ə.Rəsulzadə, X.Xasməmmədov və A.Səfikürdskidən (sonradan 

13

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 894. s.2, i. 8, v.1



14

 Azərbaycan Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, f.277. s.2, i. 89, v. 10

15

 Yenə orada.




CÜMHURİYYƏT QURUCULARI

18

Ə.Pepinov da buraya qoşuldu) ibarət nümayəndə heyəti təsdiq edildi (Buraya 



əlavə dörd nəfər məsləhətçi və texniki heyət də daxil idi). Nümayəndə heyə-

tinə konfrans iştirakçıları ilə siyasi, iqtisadi, maliyyə və hərbi məsələlərlə bağlı 

danışıqlar aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verilmişdir.

1918-ci il sentyabrın 15-də isə türk qoşunlarının və Azərbaycanın yeni ya-

ranmaqda olan hərbi hissələrinin kəskin hücumu ilə Bakı şəhəri alındı. Şəhərin 

alınması uğrundakı döyüşlərdə çoxlu qurbanlar verildi.

M.Ə.Rəsulzadə həmin günlərdə İstanbulda idi. O, yazırdı: “O dövrün Hərbiy-

yə naziri və Baş komandan vəkili bulunan Ənvər Paşa həzrətləri telefon edirdilər:



– Əmin bəy, Bakı alındı! Bu qısa xəbərin məndə tövlid etdiyi təsiri qabil 

deyil, təsvir edə bilmirəm. O təsiri hələ unuda bilmirəm”

16

.

Şübhəsiz ki, müstəqil Azərbaycan dövləti quruculuğu prosesində ilk uğurlu 



addımlardan biri Azərbaycan Parlamentinin yaradılması oldu.

Azərbaycan Parlamentinin yaradılması ilə bağlı Azərbaycan Milli Şurasının 

Sədri M.Ə.Rəsulzadə ciddi fəaliyyət göstərirdi. Onun imzası ilə 1918-ci il noyabr 

ayının 29-da Azərbaycan və rus dillərində “Bütün Azərbaycan əhalisinə!” mü-

raciətnaməsi hazırlanmışdır. Müraciətnamədə deyilirdi: “Vətəndaşlar! Müharibə 

və zamanının fövqəladə əhvalını nəzərə alaraq tətil etmiş olan Azərbaycan Şu-

rayi-Millisi iltizam-zaman ilə təkrar Azərbaycanın paytaxtı Bakıda toplandı. Şura-

yi-millinin ən əvvəl qəbul etdiyi qanun sırf Azərbaycan müsəlmanlarına məxsus 

olan Şurayi-Millini milli bir şəkildən çıxarıb da dövləti bir şəklə salmaq oldu. Bu 

ayın 19-da qəbul etdiyi qanunnaməyə görə Şurayi-Milli dekabrın 3-nə qədər 

120 əzalıq bir Məclisi-Məbusan (Parlament) halına gələcəkdir. Bu məclisə azlıq-

da qalan millətlərdən nümayəndələr cəlb olunduğu kimi, məmləkətin vilayət-

lərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq məbusan irəlidə ümumi 

seçmə üsulu ilə Azərbaycan Məclisi Müəssisanı yığışıncaya qədər yurdumuzun 

sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini mü-

dafiə edəcək”

17

.

1918-ci ilin dekabrın 7-də, gündüz saat 13:25-də Azərbaycan Parla-



mentinin açılış mərasimi oldu.

Parlamentin ilk iclasını M.Ə.Rəsulzadə giriş nitqi ilə açdı: “Möhtərəm Millət 

vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk Parlamentosunu açmaq səadəti-

nin, Siz möhtərəm millət vəkillərini təbrik etmək şərəfinin öhdəmə düşməsi 

16

 Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti: keyfiyyəti-təşəkkülü və şimdiki vəziyyəti. İstanbul, 



1990. s.51

17

 Azərbaycan Respublikası Dövlət Arxivi, f. 895. s.3, iş 187, v. 1- 2




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə