Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə11/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   7   8   9   10   11   12   13   14   ...   166

MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

31

mənlərinin qənaətincə, hitlerizm, demokrasi rejiminin müxalifi olaraq iş başına 



gəlmiş, təsisinə başladığı idarə İtaliyada olduğu kimi, faşist diktatorluğu imiş”

54

.



Bundan əlavə, M.Ə.Rəsulzadə Hitler Almaniyasının Şərq xalqlarına müna-

sibətini aydınlaşdırmaq üçün Ankara və Berlindəki dostlarına təlimatlar da ver-

mişdi. Almaniyanın Türkiyə Böyükelçisi fon Papen Ankarada Kərim Odərlə, pro-

fessor fon Mende isə Berlində Hilal Münşi ilə danışıqlar aparmışdı. Danışıqların 

nəticələri M.Ə.Rəsulzadəyə çatdırılmış və məlum olmuşdu ki, almanlar bu xalq-

ları müstəqil bir dövlət halında görmək istəmirlər

55

. Belə olduqda M.Ə.Rəsulza-



də tələsməyib gözləməyi qərara almışdı. Lakin fon Papenin Ankaradan Alman 

Xarici İşlər Nazirliyinə göndərdiyi şifrələrdə mütləq olaraq M.Ə.Rəsulzadənin 

dəyərləndirilməsi bildirilmişdi.

Almaniya hökuməti əski mühacirlərlə əlaqələr qurmağa daim cəhdlər gös-

tərirdi. 1942-ci ilin aprelində Şulenberqin vasitəçiliyi ilə Fransada, Balkanlarda

Türkiyə və İsveçrədə yaşayan bir çox millətçi-mühacirlər Berlinin məşhur “Adlon” 

mehmanxanasına toplaşıb, yığıncaq da keçirmişdilər

56

.



Almanlar isə M.Ə.Rəsulzadə ilə hər vasitədə işbirliyinə çalışırdılar

57

. 1942-ci 



il oktyabrın 7-də M.Ə.Rəsulzadə Almaniyada alman ordusu, Xarici İşlər Nazirliyi 

və Şərq Nazirliyi ilə işbirliyi aparmaq üçün danışıqlara başladı. Lakin o, Azərbay-

canın müstəqilliyinin elan edilməsinin alman siyasəti ilə bağlaşmadığını görüb 

oradan Buxarestə getdi. 

Müharibənin sonlarına yaxın  

M.Ə.Rəsulzadəyə Türkiyədə verilmiş xarici 

pasport.

 

M.Ə.Rəsulzadənin başçılığı altında 



Münhendə “Azərbaycan Demokrat 

Birliyi” adlı cəmiyyət quruldu. Cə-

miyyət azərbaycanlı əsirlərin xila-

sında böyük rol oynadı.

Bir müddət sonra M.Ə.Rəsul-

zadənin başçılığı ilə “Türkiyə-Azər-

baycan” Cəmiyyəti də yaranmış və 

bu təşkilat üç minədək azərbay-

canlının Türkiyəyə getməsini təmin 

etmişdi. 

54

 “İstiqlal” qəzeti, Berlin, 1933, №30.



55

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., “Ay-Ulduz”, 1997, s. 209

56

 Patrik fon Zur Mühlen. Camali Xaç ilə Qızıl Ulduz arasında. Ankara, 1984, s. 68



57

 Yenə orada, s. 109




CÜMHURİYYƏT QURUCULARI

32

M . Ə . R ə -



sulzadə 1948-

ci ildə Tür-

kiyəyə qayıtdıq-

dan sonra əski 

legionçuların və 

mühacirlərin bir 

mərkəz ətrafına 

t o p l a n m a s ı n ı 

vacib sayırdı. Elə 

bu məqsədlə 

də o, 1949-cu 

ilin fevralın 1-də 

Ankarada Azər-

baycan Kültür 

Dərnəyini yarat-

58



. Dərnəyin ilk toplantısında doktor İbrahim Bədəl M.Ə.Rəsulzadənin yaradı-

lan qurumun Fəxri Başqanı seçildiyini elan etdi. 

“Azərbaycan Kültür Dərnəyi”nin əvvəlinci maddələrində qeyd olunmuşdu: 

“Maddə 1. “Azərbaycan Kültür Dərnəyi” adı ilə bir dərnək qurulmuşdur. Dərnək si-

yasətlə məşğul deyildir. Mərkəzi Ankaradadır. Şöbəsi yoxdur. Maddə 2. Dərnəyin 

qayələri bunlardır: a) Azərbaycanı, onun tarixini, kültürünü araşdırmaq, işləmək və 

yaymaq; b) kitab, dərgi və qəzet olaraq çap etmək və mədəniyyət yığıncaqları tərtib 

etmək; c) möhtac Azərilərə maddi və mənəvi köməklik göstərmək”

59

.

M.Ə.Rəsulzadənin mühacirətdəki fəaliyyətinin ən dəyərli mərhələsi məhz 



antisovet mübarizə blokunun yaranmasındakı xidmətidir. Onun da iştira-

kı ilə 1928-ci ildə Parisdə “Prometey” təşkilatı yaradılmışdı. “Prometey” təşkilatı 

müstəqil dövlətlərin yenidən təsisini elan etmiş və bunu başlıca hədəf olaraq 

tutmuşdu. Təşkilat özünün xarici siyasətini Polşanın və Avropa dövlətlərinin 

mənfəətlərinə uyğun yönəldirdi. “Prometey” Birliyinin olduqca sağında yer alan 

bəzi Qafqaz təşkilatlarının siyasi xarakteri daha dəyişik idi

60

.

1939-cu ildə Polşanın işğalı ilə bağlı artıq “Prometey” öz fəaliyyətinə son qoydu. 



“Prometey”çilərin böyük bir qrupu Polşa və Qərb dövlətlərinin tərəfini tutdular.

58

 Azərbaycan Kültür Dərnəyinin Nizamnaməsi. Ankara, 1949.



59

 Yenə orada, s. 3.

60

 Patrik fon Zur Mühlen. Camali Xaç ilə Qızıl Ulduz arasında. Ankara, 1984, s. 21.



M.Ə.Rəsulzadə (birinci cərgədə ortada) mühacirətdəki dostları ilə.


MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

33

M.Ə.Rəsulzadə hələ mühacirətə qədərki fəaliyyətində Qafqaz xalqlarının 



birliyi uğrunda da əzmlə mübarizə etmiş, rus işğalına qarşı aparılan mücadilə-

də “Birliy”in mövcudluğuna ehtiyacın olduğunu daima vurğulamışdı. Təsadüfi 

deyildi ki, Müsavatın 1919-cu ildə qəbul edilən proqramında da bu problemə 

xüsusi yer ayrılmışdı.

Ə.Qaraca yazırdı ki, M.Ə.Rəsulzadənin yurd xaricində önəm verdiyi mühüm 

işlərdən biri “fikir və dava arkadaşları olan Krım, İdil, Ural, Şimali Qafqaz və Türküs-

tan liderləriylə”

61

 bir araya gəlib kommunizmə qarşı aparılan milli mücadilədə 



“Türk Birliyi”nə çalışması olmuşdu.

Ə.Qaraca qeyd edir ki, Qafqasya Konfederasionu fikrini mənimsəyən siyasət 

adamları buranın “Asiyanın bir İsveçrəsi” olacağını düşünmüşlər”

62

. Bu konfedera-



siyanın yaradılmasına çalışmaqda bir məqsəd də məhz bu “birlik”lə ölkələrinin 

yenidən hürriyyətə qovuşmalarını təmin etmək idi.

Qafqaz Konfederasiyası görüşünü vacib sayan Azərbaycan, Gürcüstan və 

Şimali Qafqazın mühacirətdəki milli təmsilçiləri 1934-cü ilin 14 iyulunda Belçika-

nın mərkəzi şəhəri Brüsseldə toplaşaraq “Qafqaz Konfedersiya saziş”ini imzaladı-

lar. Ermənistan təmsilçiləri sazişi imzalamaqdan imtina etdilər

63

.

İkinci Dünya hərbindən sonra mühacir təşkilatların birləşib antisovet mü-



barizə aparmasına getdikcə daha çox ehtiyac duyulurdu. Bu illərdə bir neçə rus, 

gürcü, erməni, tatar təşkilatları ilə yanaşı iki azərbaycanlı təşkilatı da mövcud idi. 

Təşkilatlardan biri 1924-cü ildən fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi idi. 

Azərbaycan Milli Mərkəzi İkinci Dünya hərbindən sonra Ankarada yerləşirdi və 

Başqanı M.Ə.Rəsulzadə idi.

İkinci mühacir azərbaycanlı təşkilatı “Azərbaycan Milli Birlik Məclisi” adlanırdı. 

Təşkilat 1943-cü ildə Berlində yaradılmışdı. Təşkilatın rəhbəri Ə. Fətəlibəyli Dü-

dənginski (sonradan rəhbər C.Hacıbəyli olmuşdu), Başqanlıq Heyətinin üzvləri 

isə Ceyhun Hacıbəyli, Əkbərağa Şeyxülislam idi. Hər iki təşkilat arasında çəkiş-

mələr, ziddiyyətlər mövcud idi.

Belə bir vaxtda antibolşevik cəbhənin yaradılmasını vacib sayan “Amerikan 

Komitəsi” fəaliyyətə başladı. “Amerikan Komitəsi”nə əvvəl C.Layons, sonradan 

isə Amerikanın Moskvadakı keçmiş böyük elçisi Alan Gerk başçılıq edirdi. 1962-

61

  Karaca A. Kafkasya Konfederasionu Kafkasya Cümhuriyyətinin emniyyət kalxanı ola bilirmi? 



“Azərbaycan”, Ankara, 1995, №305, s. 19.

62

  Yenə orada, s. 20.



63

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., 1997, s. 224-225.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə