Cumhuriyyet Kitab indd



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə12/166
tarix11.07.2018
ölçüsü7,91 Mb.
#55354
1   ...   8   9   10   11   12   13   14   15   ...   166

CÜMHURİYYƏT QURUCULARI

34

ci ildən isə Sovet Rusiyasını yaxından tanıyan, Moskvada Amerika attaşesi olmuş 



Stevens komitənin başqanı oldu

64

.



“Amerikan Komitəsi”nin yardımı ilə 1951-ci il yanvarın 16-da bir çox rus par-

tiyalarının iştirakı ilə Füssen konfransı keçirildi

65

. Konfransda mühacir ruslar yalnız 



Rusiyanın ərazi bütövlüyünün qorunması şərtilə qeyri-rus təşkilatları ilə işbirliyi-

ni mümkün saydılar.

Bu işin davamı olaraq yenə “Amerikan Komitəsi”nin dəstəyi ilə 1951-ci il 

avqustun 28-də Qərbi Almaniyanın Ştutqart şəhərində mühacir ruslar konfrans 

keçirdilər. Bu konfransda onlar “Rusiya Millətlərinin Qurtuluş Şurası” yaradılması-

na qərar verdilər. Bununla bərabər Rusiyadakı milli azlıqların da nümayəndələri-

ni bu “Şura”ya cəlb etmək məqsədi ilə ayrıca büro da yaradılmışdı. 

1951-ci il noyabrın 7-də Qərbi Almaniyanın Visbaden şəhərində beş müha-

cir rus təşkilatlarının (1. “Rusiyanın Hürriyyəti üçün Mücadilə Birliyi”. 2. “Milli Əmək 

Birliyi”. 3. “Rus Xalq Hərəkatı”. 4. “Xalqın Hürriyyəti üçün Mücadilə Məmiyyəti”. 

5. “Rusiya Xalqlarının Qurtuluşu üçün Mücadilə Birliyi”) və beş də rus olmayan 

millətlərə mənsub təşkilatların nümayəndələrinin iştirakı ilə kon frans keçirildi. 

Konfransda ukraynalıların və gürcülərin, türküstanlıların, şimali qafqazlıların ta-

nınmış adamları iştirak etmirdi

66

.

Konfransda çıxış edən A.Kerenski “Bölünməz Rusiya” fikrini müdafiə edirdi. 



Qeyri-rus mühacirlər isə Birləşmiş Millətlər Təşkilatının insan haqlarına aid prin-

siplərini müdafiə edirdilər. Konfransın yekunu kimi bir bəyannamə imzalandı. 

Bəyannaməni azərbaycanlı təmsilçilər də imzaladı.

“Rusiyanın bölünməzliyi” ideyası ilə çıxış edən, Azərbaycanın istiqlalını (elə-

cə də digər rus məhkumu xalqların) xalqın öz “iç işi” kimi qəbul etməyən, Azər-

baycan davasının (yenə digər xalqların) Rusiyanın daxili məsələsi kimi anlayan 

rus mühacirləri ilə bəyannaməni imzaladığına görə “Milli Birlik Məclisi” M.Ə.Rə-

sulzadənin şiddətli hücumuna məruz qaldı. Bir çox şəhərlərdə yığıncaqlar keçi-

rildi, təmsilçilərin hərəkəti pislənildi.

“Amerikanın Kommunizm ilə Mücadilə Komitəsi” Başqanı Don Levin 1951-

1952-ci illərdə işbirliyi aparmaq üçün M.Ə.Rəsulzadəni İtaliya və Almaniyaya gö-

rüşməyə dəvət etmişsə də, Komitənin “Sovetlər Birliyinin mövcud mühafizəsi” 

prinsipinə dayandığı üçün görüş qəbul edilməmişdi

67

.



64

 “Азербайджан” жур. Мюнхен, 1952, №6-7, с. 7.

65

 İbrahimli X. Azərbaycan siyasi mühacirəti. B., 1996, s. 200



66

 “Azərbaycan” jurnalı. Ankara, 1991, №28, s. 125.

67

 Müsavat Partiyasının sorğu kitabı. B., 1994, s. 29.




MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ 

35

Bu illərdə M.Ə.Rəsulzadə çağdaş Azərbaycan ədəbiyyatının problemləri və 



tanınmış ədəbiyyat xadimlərimizin fəaliyyəti ilə bağlı dəyərli məqalələr çap et-

dirdi. 


M.Ə.Rəsulzadə 1950-ci ildə nəşr etdirdiyi “Çağdaş Azərbaycan ədəbiyya-

tı” əsərində H.Cavidin, Ə.Cavadın, C.Cabbarlının və başqalarının yazılarında-

kı sətiraltı mənalarda milli ruha bağlılığın duyulduğunu bildirirdi. Böyük şair 

H.Cavidin əsərlərində siyasi motivlərin güclü olduğunu vurğulayan M.Ə.Rəsul-

zadə yazırdı: “Məsələni sonradan başa düşən bolşeviklər pyesin göstərilməsini 

qadağan edirlər. “Sovet çörəyini yediyi halda tarixin pantürkist tiplərini idealizə 

etməyə cəsarət edən” şairə sovet tənqidçiləri atəş püskürürdülər”

68



Bu araşdırmalardan ən mühümü sırasında, heç şübhəsiz, M.Ə.Rəsulzadənin 

Nizaminin 800 illik yubileyi münasibəti ilə yazdığı, lakin müharibənin çətinlikləri 

ucbatından 1951-ci ildə nəşr etdirdiyi “Azərbaycan şairi Nizami” monoqrafiyası-

dır


69

. Müəllif Nizami yaradıcılığındakı milli və bəşəri dəyərləri dərin elmi təhlil 

əsasında oxucuya çatdıra bilmişdir.

M.Ə.Rəsulzadənin 1950-ci illərdəki fəaliyyətində bir mühüm təşəbbüs də, 

şübhəsiz ki, 1952-ci ilin 11-16 dekabrında Münhendə Ümumi Qafqaz Konfransı-

nın keçirilməsinə nail olması idi

70

. Milli Azərbaycan Mərkəzi, Gürcüstan Milli–Si



M.Ə.Rəsulzadənin dəfni. Mart 1955-ci il.

     yasi Mərkəzi və 

Şimali Qafqaz 

Milli Komitəsi-

nin səlahiyyətli 

nümayəndələri 

1920-1921-ci il-

lərdə Sovet Ru-

siyası tərəfin-

dən təcavüzə 

uğrayan və işğal 

altına alınan 

Qafqaz Cümhu-

riyyətlərinin is-

tiqlalları uğrun-

dakı mücadilə-

68

  Rəsulzadə M.Ə. Əsrimizin Səyavuşu. Çağdaş Azərbaycan ədəbiyyatı, çağdaş Azərbaycan tarixi. 



B., 1991, s. 62

69

 Rəsulzadə M.Ə. Azərbaycan şairi Nizami. B., 1991.



70

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., 1997, s. 237-238.




CÜMHURİYYƏT QURUCULARI

36

də birgə fəaliyyətin əsaslarını müəyyən etmək üçün bu konfransı keçirdilər. 



Konfransda Azərbaycan Milli Mərkəz Başqanı M.Ə.Rəsulzadənin çıxışı maraqla 

qarşılanmışdı

71

.

1953-cü ildə M.Ə.Rəsulzadə Azərbaycan İstiqlalının 35-ci ildönümü münasi-



bəti ilə “Amerikanın səsi” radiosundan Azərbaycan xalqına müraciət etdi.

1954-cü ilin sonlarında “Amerikan Kommunizm ilə Mücadilə Komitəsi”nin 

yeni Başqanı professor Kuneholt Ankaraya gəlmiş, M.Ə.Rəsulzadə ilə görüşmüş-

dü. O, komitənin Azərbaycanın istiqlal məsələsinə diqqətli olduğunu ifadə et-

miş, onun bu mübarizə önündə layiq olduğu yeri almasını istəmişdi. Bu yaxın-

laşmanı qəbul edən M.Ə.Rəsulzadə Komitə ilə yaxın münasibətlər qurmuşdu

72

.

1955-ci il martın 6-da Azərbaycan Milli Qurtuluş hərəkatının böyük 



ideoloqu M.Ə.Rəsulzadə Ankarada vəfat etdi

73

. Ankara radiosu martın 7-də 

saat 22.


45

-də M.Ə.Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı

74

.

O, dünyadan köçərkən son     



M.Ə.Rəsulzadənin Ankaranın 

Əsri qəbiristanlığındakı məzarı.

 

dəfə olaraq üç dəfə “Azərbaycan, 

Azərbaycan, Azərbaycan” sözləri-

ni söyləyib həyata vida etmişdi.

Qeyd edək ki, M.Ə.Rəsulzadənin  

Azərbaycanda yaşayan ailəsi Stalin 

repressiyalarından kənarda qalma-

dı: oğlu Rəsul 20 yaşında güllələndi, 

bütün ailəsini, əksər qohumlarını 

Qazaxıstana sürgünə göndərdilər. 

Sürgündə M.Ə.Rəsulzadənin analığı 

Maral xanım, həyat yoldaşı Ümmül-

banu xanım vəfat etdi. Bir qızı (Lə-

tifə) soyuqdan donub öldü. Digər 

qızı Xalidə Bakıya qayıtdıqdan sonra 

itkin düşdü. Yeganə sağ qalan oğlu 

Azər isə 1993-cü ildə Qazaxıstanda, 

Karaqandada dünyasını dəyişdi.

71

 “Azərbaycan” jurnalı. Ankara, 1991, №28, s. 123.



72

 Müsavat Partiyasının sorğu kitabı. B., 1994, s. 30.

73

 “Azərbaycan” jurnalı.Ankara, 1955, №12(36), s. 3.



74

 Yaqublu N. Müsavat Partiyasının tarixi. B., 1997, s. 242.




Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə