CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə22/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   18   19   20   21   22   23   24   25   ...   32

46 

 

20-22 iyun 2000 Bakıda İƏT üzv ölkələrin Gömrük Xidməti Rəhbərlərinin 7-ci iclası olmuşdur. 



20-24 iyun ÜGT Baş Katibi Mişel Dane Bakıda səfərdə olmuşdur. 

21 iyul 2000 DGK Sədri İƏT Baş Katibi cənab Öndər Özərlə görüşmüşdür. 

15 sentyabr 2000 DGK Sədri Beynəlxalq Valyuta Fondunun Azərbaycanda işgüzar səfərdə olan 

missiyasının rəhbəri cənab Con Ueykman-Lini və Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Maykl 

Meredi qəbul etmişdir. 

5-8 dekabr 2000 Bakıda ÜGT Siyasi Komissiyasının 44-cü sessiyası keçirilmişdir. 

 

2001 


15-18 yanvar 2001 DGK Sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti  İran  İslam Respublikasında 

işgüzar səfərdə olmuşdur.  

17 fevral 2001 DGK Sədri İƏT Baş Katibi cənab Əbdülrəhim Qəvahi ilə görüşmüşdür. 

2-3 oktyabr 2001 Bakıda "BYD Kitabçası  tətbiq edilməklə Beynəlxalq Yük Daşımaları 

Konvensiyası"na qoşulan ölkələrin BYD İcrayə Şurası və Katibliyinin, BMT Avropa İqtisadi Komissiyasının və 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkil etdikləri seminar keçirilmişdir. 

25 dekabr 2001 DGK Sədri BMT İnkişaf Proqramının Azərbaycan üzrə rezident əlaqələndiricisi cənab 

Marko Borsottini qəbul etmişdir. 

 

2002 


30 yanvar 2002 Bakıda ÜGT Regional Tədris Mərkəzinin təsis edilməsi barədə anlaşma 

memorandumunu DGK Sədri cənab Kəmaləddin Heydərov və ÜGT-nin Baş Katibi cənab Mişel Dane 

imzalamışlar. 

25 iyun 2002 DGK Sədri Dünya Ticarət  İnstitutunun Tədqiqat üzrə müdiri Saymon Leysini qəbul 

etmişdir. 

27-29 iyun 2002 DGK Sədri Brüsseldə ÜGT-nin 99/100-cü sessiyaları  və ÜGT-nin 50 illik yubiley 

mərasimində iştirak etmişdir. 

 

2003 



14 yanvar 2003 DGK Sədri və BMT İnkişaf Proqramının Azərbaycan üzrə rezident əlaqələndiricisi 

Marko Borsotti "Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və 

Məlumatların Ötürülməsi  Şəbəkəsinin Yaradılması" layihəsinin üçüncü mərhələsinin başlanmasına dair sənəd 

imzalamışlar. 

25 mart 2003 DGK Sədri Dünya Bankının Gömrük üzrə Baş mütəxəssisi Mişel Carnoviezskini qəbul 

etmişdir. 

26-28 iyun 2003 DGK Sədri Brüsseldə ÜGT-nin 101/102-ci sessiyalarında iştirak etmişdir. 

30 sentyabr 2003 Ümumdünya Gömrük Təşkilatının Bakıda Regional Tədris Mərkəzinin açılışı 

olmuşdur. 

 

2004 



22-23 yanvar 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatının Azərbaycan Respublikası Dövlət 

Gömrük Komitəsi ilə birgə  təşkil etdiyi "Böyük İpək yolu dövlətlərində narkotik vasitələrin qanunsuz 

dövriyyəsinə qarşı mübarizə" mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir. Konfransda Amerika 

Birləşmiş  Ştatları, Fransa, Türkiyə,  İran  İslam Respublikası, Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş 

Krallığı, Rusiya, Belçika, Bolqarıstan, Çin, Gürcüstan, Macarıstan,  İtaliya, Qazaxıstan, Polşa, Türkmənistan

Özbəkistan Qırğızıstan, Latviya, Moldova, Pakistan və Rumıniyanın məsul vəzifəli  şəxslərinin, gömrük 

xidmətləri rəhbərlərinin, həmçinin Ümumdünya Gömrük Təşkilatının, BMT İnkişaf Proqramının, Avropa 

Komissiyasının, Cənubi-Şərqi Avropa Əməkdaşlıq Təşəbbüsünün (SECI), ABŞ-ın Narkotiklərə Qarşı Mübarizə 

Agentliyi,  Şərqi və  Mərkəzi Avropa üzrə, Qərbi Avropa üzrə, Asiya/Sakit Okean ölkələri üzrə Regional 

Məlumat Əlaqələndirmə İdarələrinin (RİLO) nümayəndələri iştirak etmişlər. Beynəlxalq konfransın yekununda 

Bakı Bəyannaməsi qəbul edilmişdir. 

Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasında 

səmərəli əməkdaşlığın davamı kimi, 18 may 2004-cü il tarixdə Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan 

Respublikasının Dövlət Gömrük Komitəsi arasında Niyyət Protokolu imzalanmışdır. 

 

2005 


16-18 may 2005-ci il tarixdə Bakı  şəhərində  İqtisadi  Əməkdaşlıq Təşkilatı Gömrük Xidmətləri 

Rəhbərləri Şurasının 4-cü iclası keçirilmişdir. 




47 

 

19-21 may 2005-ci iltarixdə Bakı  şəhərində "Gömrük və Benyəlxalq Ticarətin Təhlükəsizliyi" 



mövzusunda 2-ci Ümumdünya Gömrük Sərgisi və Konfransı, 19 may 2005-ci il tarixdə  də isə "Prezident 

Heydər Əliyev və Azərbaycanda gömrük xidmətinin inkişafı" mövzusunda Simpozium keçirilmişdir. 

13 iyul 2005-ci il tarixdə GUAM Ticarətə və Nəql etməyə Yardım üzrə layihənin həyata keçirilməsi 

üçün Rəhbəredici Komitənin üçüncü iclası keçirilmişdir. 

25-27 iyul tarixində isə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris 

Mərkəzində təsnifat və harmonikləşdirilmiş sistemə dair seminar keçirilmişdir. 

14-15 sentyabr 2005-ci il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris 

Mərkəzində ÜGT-nin MDB ölkələri üzrə Regional Rabitə Qovşağı Milli Rəhbərliyinin IV iclası keçirilmişdir. 

 

2006 


2-3 fevral 2006-cı il tarixdə Bakı  şəhərində Ümumdünya Gömrük Təşkilatı  və Macarıstan Gömrük 

Xidmətinin birgə təşkilatçılığı ilə Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı keçirilmişdir. 

4-9 aprel 2006-cı il tarixdə Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Regional Tədris 

Mərkəzində Koreya Gömrük Xidmətinin Tədqiqat və Texnologiyalar üzrə Direktorluğunun və Koreya 

Respublikasının Sənayenin İnkişafına Yardım Agentliyinin (KİPA) nümayəndələrinin iştirakı ilə "Azərbaycan 

Gömrük Xidmətinin müasirəşdirilməsi və inkişaf etdirilməsi layihəsi" çərçivəsində, informasiya 

texnologiyalarının tətbiqi sahəsində Koreya təcrübəsinin öyrənilməsinə həsr olunmuş seminar keçirilmişdir. 

7 iyun 2006-cı il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində Avropa Komissiyası 

və BMT-nin İnkişaf Proqramının birgə layihəsi olan "Azərbaycan Respublikasında Gömrük Xidmətinin 

Təkmilləşdirilməsi Layihəsi" nin imzalanma mərasimi olmuşdur. 

 

Azərbaycan gömrüyünün 15 illik fəaliyyəti dövründə Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi 



aşağıdakı işləri görmüşdür: 

Azərbaycan Respublikasında ulu öndər Heydər  Əliyevin həyata keçirdiyi siyası kursa uyğun olaraq 

görülən işlər və həyata keçirilən tədbirlər nəticəsində dövlət müstəqilliyinin əsas atributlarından biri olan müasir 

gömrük sistemi formalaşmış  və çox funksiyalı bir kompleks olmaqla ölkənin iqtisadi dayaqlarından birinə 

çevrilimişdir. 

Əsası ümummilli liderimiz Heydər  Əliyev tərəfindən qoyulmuş  və Azərbaycan Respublikasının 

Prezidenti  İlham  Əliyevin rəhbərliyi ilə  uğurla davam etdirilən geniş miqyaslı iqtisadi islahatlar nəticəsində 

ölkəmizdə iqtisadi və siyasi sabitlik gündən-günə möhkəmlənir, ölkə iqtisadiyyatının dinamik inkişafına nail 

olunur, iqtisadiyyata investisiya qoyuluşunun tətbiqi sahələri genişlənir. Qeyri-neft sektorunun inkişafında 

dönüş yaranıb. Sahibkarlığın inkişafına münbit şərait yaradılmışdır. Ölkə başçısı tərəfindən qəbul edilmiş dövlət 

proqramları uğurla həyata keçirilir və beləliklə beynəlxalq aləmdə müstəqil Azərbaycanın nüfuzu əhəmiyyətli 

dərəcədə artır. 

Müstəqil dövlətimizin iqtisadi rıçaqlarından biri sayılan Azərbaycan gömrüyü də iqtisadi islahatların 

gedişində həlledici rol oynayır. Müstəqilliyimizin on beş illik dövrünün ilk illərində bütövlükdə ölkəmiz üçün 

çətin illər olmaqla, Azərbaycan Gömrük xidmətinin formalaşmasında da çətinliklər yaranmışdır. Ölkədə qedən 

ictimai - siyasi proseslər dövlət quruculuğunda olduğu kimi, gömrük quruculuğundan da yan keçmədi. Nəticədə 

qısa zaman kəsiyində ölkənin milli gömrük xidmət orqanını yaratmaq, köhnə inzibati sərhədlərdə yeni gömrük-

buraxılış məntəqələri açmaq müəyyən çətinliklərlə üzləşdi. 

Ulu öndərimiz Heydər  Əliyevin Azərbaycan xalqının tələbilə 1993-cü ilin ortalarında yenidən 

hakimiyyətə gəlməsi ölkədə həkimiyyət böhranının sona çatmasına və siyasi sabitlik yaratmağa kömək etdi.  

Azərbaycanla dünyanın aparıcı  şirkətləri arasında "Əsrin müqaviləsi" imzalandı. Nəticədə 

respublikaya xarici investisiya qoyuluşu və təyinatlı malların idxalı artdı. 

Bununla da xarici-iqtisadi fəaliyyəti tənzim edə biləcək çevik gömrük-tarif siyasəti həyata keçirmək

idxalçılara sağlam rəqabət şəraiti yaratmaq, ixrac potensialını artırmaq və büdcə gəlirlərinin təşkilində yaxından 

iştirak etmək zərurəti yarandı. Bunun üçün ilk növbədə gömrük işinin hüquqi bazasını yaratmaq, gömrük 

orqanlarının normativ-hüquqi və maddi-texniki bazasını möhkəmləndirmək  əsas vəzifə kimi qarşıya 

qoyulmuşdu. 

Ulu öndər Heydər Əliyevin gündəlik diqqət və qayğısı nəticəsində gömrük orqanlarının maddi-texniki 

bazası xeyli möhkəmləndirildi, gömrük nəzarətinin səmərəliliyini artırmaq məqsədilə Komitənin Mərkəzi 

Laboratoriyası ən müasir avadanlıqlarla təchiz edildi, gömrük buraxılış məntəqələri üçün zəruri texniki vasitələr 

alındı, gömrük idarələrində tikinti və təmir işləri aparılmaqla müasir standartlara cavab verən binalar istifadəyə 

verildi. 

Hazırda Avropa Birliyi Gömrük Xidmətinin dəstəyi ilə Avropa standartlarına cavab verə biləcək yeni 

"Azərbaycan Respublikasının Gömrük Məcəlləsi" işlənib hazırlanır. 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə