CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə24/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   20   21   22   23   24   25   26   27   ...   32

49 

 

dərəcələri"nin Siyahısı hazırlanmış  və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə  təsdiq 



olunmuşdur. 

Azərbaycan Respublikası Milli Məclisi və digər dövlət strukturlarının təqdim etdiyi qanun layihələri 

Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş idarəsində geniş müzakirə edilmiş, aidiyyəti üzrə  rəy və  təkliflər 

bildirilmişdir. 

Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin tərkibinə daxil olan strukturların işinin səmərəsini 

yüksəltmək, iş planına və funksiyalarına daxil olan məsələlərə  nəzarəti gücləndirmək üçün hər birinin iş 

planlarının icrası nəzarətə götürülmüş, operativ müzakirələr keçirilmişdir. 

Ötən dövr ərzində xarici dövlətlərin avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikası  ərazisində 

avtomobil yollarında istifadəyə görə yol vergilərinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun 

olaraq alınması üçün müvafiq tədbirlər görülmüş, hesabat formalarına dəyişikliklər edilmiş, sərhəd gömrük 

orqanlarında Yol vergiləri  şöbələrinin texniki hazırlıq səviyyəsini yüksəltmək və qanunvericilik bazasının 

təkmilləşdirilməsi istiqamətində iş davam etdirilmişdir. 

Eyni zamanda xarici dövlətlərin avtonəqliyyat vasitələri respublika ərazisinə daxil olarkən onların 

respublika  ərazisində qaldığı müddətdən asılı olaraq yol vergilərinin dərəcələrində azalma istiqamətində 

müvafiq illərdə  dəyişikliklər olmasına baxmayaraq müəyyənləşdirilmiş büdcə proqnozu müvafiq illər üzrə 

artıqlaması ilə yerinə yetirilmişdir. 

Neft konsorsiumları ilə  işləyən  şirkətlərin subpodratçı  və agentlərinin müraciətlərinə  əsasən qanuna 

uyğun olaraq gömrük vergi və rüsumlardan azadolma haqqında sertifikatlar hazırlanmış, yeni kontraktlar üzrə 

protokolların hazırlanmasında Baş İdarə əməkdaşlarının iştirakı təmin edilmiş, təkliflər verilmişdir. 

Rəsmiləşdirilən mallar üzrə gömrük dəyərini təhlil etməyə imkan verən hər bir əmtəə kodu üzrə 

qiymət-məlumat bazası yaradılmışdır. 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi və digər orqanlarla əməkdaşlıq davam etdirilmiş, 

həmin orqanlardan alınan qiymət məlumatları, habelə respublikanın istehlak bazarında qiymət səviyyələrinin 

dəyişməsinə müvafiq olaraq idxalda mühüm əhəmiyyət kəsb edən malların orta bazar topdansatış, habelə 

pərakəndə satış qiymətləri üzərində müşahidələrin aparılması  və  nəticələrin təhlil edilməsi təşkil olunmuş

müxtəlif MDB ölkələrində(Rusiya Federasiyası, Qazaxıstan, Gürcüstan və digərləri) formalaşan topdan və 

pərakəndə satış qiymətlərin müqayisəli cədvəlləri hazırlanmaqla istehlak bazarında qiymətlərin səviyyəsi 

üzərində mütəmadi monitorinq aparılmışdır. 

Ötən dövr ərzində gömrük işi sahəsində valyuta nəzarəti gücləndirilmiş, görülən tədbirlər nəticəsində 

konsiqnasiya  əməliyyatları üzrə vaxtı çatmış  və gecikdirilmiş  vəsaitin ixracatçıların bank hesablarına daxil 

olması, habelə  barter  yolu  ilə aparılan ixrac əməliyyatları üzrə göndərilən malların ekvivalent dəyərində 

əvəzinin respublikaya gətirilməsi təmin edilmişdir. 

Ötən dövr ərzində büdcə  vəsaiti xərc maddələri üzrə büdcə  təsnifatına uyğun olaraq Komitənin 

aparatına və yerli gömrük orqanlarına bölüşdürülərək müvafiq hesablara köçürülmüş və xərclənməsinə nəzarət 

təmin edilmişdir. 

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 22 iyul 2002-ci tarixli i-124 nömrəli əmri ilə təsdiq 

edilmiş "Malların (işlərin və xidmətlərin) ehtimal olunan qiymətinin müəyyən edilmiş minimum məbləğdən 

yuxarı olduqda, onun satın alınmasının açıq tender üsulu ilə aparılması haqqında", "Satınalan təşkilat tərəfindən 

mövcud bazarı olan və ehtimal olunan qiymətinin müəyyənləşdirilmiş minimum məbləğdən aşağı olan malların 

(işlərin və xidmətlərin) satın alınması üçün kotirovkalar sorğusundan istifadə edə bilməsi haqqında" və "Satın 

almada yalnız yerli malgöndərənlərin (podratçıların) iştirak etdiyi və ya satın alınan xidmətlərin ümumi 

qiymətinin müəyyənləşdirilmiş məbləğdən çox olmadığı hallar istisna olmaqla, bildirişin həmçinin beynəlxalq 

miqyasda geniş yayılan mətbuat orqanında və internetdə dərc edilməsi haqqında" Qaydaların icrası ilə əlaqədar 

Dövlət Gömrük Komitəsi tərəfindən alınmış malların "işlərin və xidmətlərin" həyata keçirilməsi üçün müvafiq 

sənədlərin hazırlanması qanuna uyğun həyata keçirilmişdir 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Potensialının Gücləndirilməsi və Məlumatların 

Ötürülməsi  şəbəkəsinin yaradılması üçün Birləşmiş Millətlər Təşkilatı  İnkişaf Proqramının yerinə yetirilməsi 

üçün zəruri tədbirlər görülmüşdür. 

"Azərterminalkomrleks" TH XƏB-dən müsadirə edilmiş  və dövlət mülkiyyətinə keçirilmiş malların, 

nəqliyyat vasitələrinin satışından əldə edilmiş vəsaitin Komitənin büdcədənkənar inkişaf fonduna köçürülməsi 

daima nəzarətə götürülmüşdür. 

 Dövlət Gömrük Komitəsi və onun yerli orqanları üzrə kadrların hərəkətinə  nəzarət müvafiq əmrlər 

əsasında mövcud ştatlara əlavə və dəyişikliklər edilməsi və uçotu işi kadrlar idarəsi ilə birgə aparılmışdır. 

Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzv olması prossesi üzrə aparılan 

danışıqlarda iştirak etməklə təkliflər vaxtında mövcud komissiyyaya təqdim edilmişdir. 

Bu gün xarici ticarətin liberallaşdırılması, idxal-ixrac əməliyyatlarına tam sərbəstlik verilməsi ölkə 

iqtisadiyyatında müsbət dəyişikliklərin  əsasını qoymuş  və xarici ticarətin dövlət tənzimlənməsinin mühüm 



50 

 

vasitəsi olan gömrük tariflərinin formalaşması və tətbiqində mühüm rol oynamışdır. Son illər ərzində gömrük 



tarif tənzimlənməsindən idxalın  əmtəə strukturunu səmərləşdirmək, ixracı stimullaşdırmaq, daxili istehsala 

şərait yaratmaq istiqamətində xeyli iş görülmüş, bu da ölkə iqtisadiyyatını xarici rəqabətin mənfi təsirində 

qorumaq üçün əlverişli şərait yarada bilir. 

Görülən işlərin nəticəsidir ki, ötən müddət  ərzində xarici iqtisadi fəaliyyət iştirakçılarının sayı 

əhəmiyyətli dərəcədə artmış, xarici ticarət dövriyyəsi isə 10 dəfə artmışdır. Bu gün Azərbaycan dünyanın 130-

dan çox ölkəsi ilə xarici ticarət  əlaqəsi qurmuşdur.  İdxalın  əmtəə strukturunu səmərələşdirilmək və  təbii ki, 

sahibkarlığın inkişafına normal şərait yaratmaq üçün tarif tənzimləmə  tədbiri kimi xarici ticarətdə bir çox 

dövlətlərə mal və xidmətlər, Azad ticarət, iqtisadi inteqrasiya Sazişləri bağlanmışdır. Hazırda Rusiya, Ukrayna, 

Gürcüstan, Qazaxıstan, Moldova, Belarusiya və  Qırğızıstanla bağlanmış Azad ticarət sazişinə uyğun olaraq 

(protokolla müəyyən edilmiş mallar istisna olmaqla)) bu ölkələrdən Azərbaycana, Azərbaycandan ilə bu 

ölkələrə idxal olunan mallar idxal rüsumlarına cəlb edilmir. 

Avropa Birliyi ilə Azərbaycan Respublikası arasında Tərəfdaşlıq və  Əməkdaşlıq Sazişinin 

imzalanması Avropa Birliyinə daxil olan ölkələrlə xarici-iqtisadi əlaqələrimizi xeyli genişləndirmişdir. Əvəzsiz 

maliyyə  və texniki yardımlar, qrantlar, kreditlər və borclar hesabına idxal olunan mallar, habelə investisiya 

təyinatlı mallar gömrük vergi və rüsumlarına cəlb olunmur. 

İxraca gömrük vergi və rüsumlarının tətbiqi hələ 1997-ci ildə dayandırılmış, kənd təsərrüfatı 

istehsalını stimullaşdırmaq üçün idxal olunan toxum, yem, gübrə, ehtiyyat şhissələri, kənd təssərüfatı maşın və 

mexanizmlərinə gömrük vergi və rüsumları tətbiq edilmir və bir sıra kənd təssərüfatı məhsullarının idxalına isə 

mövsümi rüsumlar tətbiq edilir. 

Gömrük siyasətinin  əsas istiqamətlərindən mühüm kimi tarif tənzimlənməsinin yeni sisteminə 

keçilmişdir. Ölkə daxilində istehsalçıların maraqlarını qorumaq üçün gömrük tariflərinə dövlət müəssisələrinin, 

özəl sektorun iştirakı ilə yenidən baxılmış və müəyyən qüsurları olan vahidləşdirilmiş tarif sistemi beynəlxalq 

təcrübədə müdafiə olunan və özünü doğruldan differensiallaşdırılmış tarif sistemi ilə əvəz edilmişdir. 

Azərbaycan Respublikasının Prezidenti tərəfindən sahibkarlığın inkişaf etdirilməsi məqsədilə son illər 

ərzində xüsusi dövlət proqramlarının qəbul edilməsi, sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin 

aradan qaldırılmasına yönəldilən tədbirlər respublikanın gömrük siyasətində də nəzərə alınmışdır. Sahibkarlığın 

inkişafına mane olan problemlərin aradan qaldırılması, xarici-iqtisadi fəaliyyət iştirakçılarına sağlam rəqabət 

şəraiti yardılması üçün, Azərbaycan Respublikası gömrük orqanlarının modernləşdirilməsi üzrə tədbirlər planına 

uyğun olaraq spesifik rüsumların advalor rüsumlarla əvəz olunmasının 4 mərhələli qrafikinə əsasən Azərbaycan 

Respublikası Nazirlər kabinetinin müvafiq qərarları ilə spesifik rüsumlar advalor rüsumlarla əvəz edilmişdir. 

Respublikanın gömrük orqanları fiskal siyasət sahəsində funksiyalarını  uğurla yerinə yetirir. Bunu 

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi üzrə 1994-2005-ci illər və 2006-cı ilin 11 ayı ərzində dövlət 

büdcəsinə köçürülən gömrük ödənişləri və illik ticarət dövriyəsini əks etdirən cədvəl məlumatlarından görmək 

olar. 


 

Dövlət Gömrük Komitəsi üzrə dövlət büdcəsinə köçürülən 

gömrük ödənişlərinə və mal dövriyyəsinə dair 

CƏDVƏL 


 

 

 



 

 

 



 

 

 



 

 

 



min manat 

Gömrük 

ödənişləri 

199



199



1

996 

199



199



199



İdxal 

rüsumu 



490,0 

1

2 376,4 



36 

295,6 


49 

489,6 


53 

949,6 


ƏDV 



526,9 

3

0 449,0 



34 

506,6 


46 

574,5 


59 

867,1 


Aksizlər 

- - 


710,9 


955,5 


434,6 


972,2 


Digər 

gömrük rüsumları 



933,7 

810,6 



10 

468,8 


905,1 


123,8 


Yol 

vergisi 

- - -


604,8 


921,9 


166,5 


İxrac 

rüsumu 



203,9 

165,1 73,7



4,9 - 

CƏMİ: 

479,8 



13 

154,5 


5

4 512,0 


85 

904,9 


112 

330,6 


133 

079,2 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə