CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə26/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   22   23   24   25   26   27   28   29   ...   32

53 

 

Bununla yanaşı idxal əməliyyatlarında təyinatı üzrə azadolmanın xüsusi çəkisi və həcmi 2000-ci ildə 



43,17 faiz və ya 505.481,39 min ABŞ dolları, 2001-ci ildə 63,66 faiz və ya 769.384,36 min ABŞ dolları,  2002-

ci ildə 63,42 faiz və ya 1.056.078,6 min ABŞ dolları, 2005-ci ildə isə 60,58 faiz və ya 2.556.314,1 min ABŞ 

dolları təşkil etmişdir.  

2005-ci il üzrə azadolmanın həcmi 2001-ci illə müqayisədə 1.786.014,1 min ABŞ dolları  və ya 2,3 

dəfə, 2002-ci illə müqayisədə 1.500.235,5 min ABŞ dolları və ya 142,05 faiz çox olmuşdur. 

İqtisadi göstəricilərin təhlili göstərir ki, ötən 15 illik xidməti fəaliyyətdə fiskal funksiyanın həyata 

keçirilməsində Azərbaycan gömrük orqanları müstəsna rol oynayır. Xarici iqtisadi fəaliyyət iştirakçılarının iş 

prosesinə  əsassız müdaxilələrin qarşısının alınması istiqamətində  də görülən tədbirlər gömrük orqanları 

tərəfindən daima dəstəklənir. 

Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Milli Ödəniş 

Sisteminin İnkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında" 9 dekabr 2004-

cü il tarixli, 152 nömrəli Fərmanına  əsasən gömrük rəsmiləşdirilməsi beynəlxalq təcrübəyə uyğun olaraq 

aparmaq, iş adamları ilə gömrük əməkdaşları arasında birbaşa  əlaqəni aradan qaldırmaq məqsədilə bir sıra 

gömrük idarələrində (Bakı Baş Gömrük İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi, Sumqayıt və 

Avtonəqliyyat gömrük İdarələrində, yaxın dövrdə bütün gömrük idarələrində  tətbiqi nəzərdə tutulur) gömrük 

ödənişlərinin alınmasının müasir forması kimi gömrük kartlarının tətbiqi ilə həyata keçirilir. 

Ümumiyyətlə, Azərbaycanın gömrük siyasəti ölkəmizin təhlükəsizliyin, suverenliyinin və milli 

mənafeyinin qorunmasında müstəsna rol oynayır. 

Bu gün müstəqil Azərbaycanın gömrük orqanları Azərbaycan Respublikasının Prezidenti cənab İlham 

Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətçiliyinin mökəmləndirilməsi, onun iqtisadi potensialının daha da 

gücləndirilməsi naminə xidməti vəzifələrinin layiqincə yerinə yetirir. 

 

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi tərəfindən görülmüş işlər aşağıdakılardır: 



Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra dövlətin yeni strukturu olan gömrük 

xidməti yaradıldı. Lakin bu xidmətin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının faktiki olaraq olmaması 

və gömrük sahəsi üzrə normativ sənədlərin çatışmamazlığı gömrük orqanlarında fəaliyyətin rasional formada 

həyata keçirilməsində çətinliklər yaradırdı. 

Gömrük işinin hüquqi əsaslarının müəyyən edilməsi məsələlərinin həllinin tarması üçün 1995-ci ildən 

başlayaraq  qanunverici bazanın yaradılması işinə başlanmışdır. 

Gömrük sisteminin inkişaf mərhələlərində Komitənin digər struktur bölmələri ilə yanaşı Gömrük 

Nəzarətinin Təşkili Baş  İdarəsi gömrük qanunvericiliyinin hazırlanmasında yaxından iştirak etmiş  və birgə 

fəaliyyət nəticəsində 1997-ci ildə Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin qüvvəyə minməsi ilə 

əlaqədar yeni hüquqi-normativ bazanın hazırlanması üzrə  işə başlamışdır. Gömrük Məcəlləsində  nəzərdə 

tutulmuş gömrük recimlərini tənzimləyən Nazirlər Kabineti tərəfindən təsdiq olunan əsasnamələr, qaydalar  

hazırlanaraq müvafiq qaydada qüvvəyə minmişdir. 

Bunlardan əlavə Komitə, eyni zamanda Komitənin GNTBİ-si tərəfindən malların idxalı-ixracı zamanı 

gömrük prosedurlarını  tənzimləyən çoxlu  sayda qaydalar, təlimatlar,  əsasnamələr, texnoloci sxemlər işlənib 

hazırlanaraq müvafiq qaydada təsdiq olunmuşdur. 

Azərbaycan Respublikasının gömrük ərazisində mal dövriyyəsinin sürətləndirilməsi və gömrük işinin 

təkmilləşdirilməsi və gömrük nəzarətinin səmərəliliyinin daha da artırılması  məqsədilə normativ-hüquqi 

sənədlərin hazırlanması  işi günün tələblərinə müvafiq aparılırdı. Eyni zamanda xarici iqtisadi fəaliyyət 

iştirakçılarının  əlaqələri genişləndikcə  və respublikada aparılan idxal-ixrac əməliyyatlarının həcmi artdıqca 

qüvvədə olan normativ sənədlərin daha da təkmilləşdirilməsi  və ya onların yeniləşən dünya tələblərinə cavab 

verməsi üzrə  zərurət yarandıqca bu işlər ardıcıl sürətdə həyata keçirilir. 

İntellektual mülkiyyət obyekti olan mallar üzərində sahiblik hüququnun müdafiəsi məqsədi ilə 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə "Əqli mülkiyyət hüquqlarının qorunması üçün tərkibində əqli 

mülkiyyət obyektləri olan mallara gömrük nəzarəti" və "Tərkibində  əqli mülkiyyət obyektləri olan malların 

gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti xüsusiyyətləri" başlıqları altında iki yeni (27-I, 27-

II)  fəsillərin  əlavə edilməsi ilə bağlı Qanun layihəsi işlənib hazırlanmış  və Azərbaycan Respublikasının  

14.05.20-04-cü il tarixli 650-IIQD saylı Qanunu ilə qüvvəyə minmişdir.     

"İxrac nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə" 

Azərbaycan Respublikasının Prezidentinin 2004-ci il 29 dekabr tarixli 167 nömrəli Fərmanının tələblərinə 

uyğun olaraq ixrac nəzarətinə düşən malların siyahısına və normativ-hüquqi  sənədlərə dair rəy və təkliflər idarə 

əməkdaşları tərəfindən işlənib hazırlanmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunmuşdur. 

"Beynəlxalq yük daşımaları haqqında" Gömrük Konvensiyasına (TİR Konvensiyası) edilmiş mərhələli 

dəyişikliklərin Azərbaycan Respublikasında tətbiq olunması  məqsədilə GNTBİ-də Beynəlxalq yük daşımaları 

haqqında Gömrük Konvensiyasına edilmiş düzəlişlərin təsdiq edilməsinə dair müvafiq sənəd layihəsi 




54 

 

hazırlanmış və bu sənəd Azərbaycan Respublikasının 09 dekabr 2003-cü il tarixli 552-IIQ nömrəli Qanunu ilə 



təsdiq edilmişdir.  

Gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti ilə bağlı müddəaların tələblərinin  şəffaflığının təmin 

edilməsi məqsədi ilə hazırlanmış hüquqi-normativ sənədlərin  şərhi mütəmadi olaraq "Gömrük xəbərləri" 

qəzetində verilir. 

Azərbaycan Respublikasının gömrük sərhədindən keçən fiziki şəxslər tərəfindən gömrük qaydaları ilə 

bağlı  məlumatların öyrənilməsi üçün  "Gömrük məlumat kitabçası",  hüququ şəxslər üçün isə "Azərbaycan 

Respublikasında idxal əməliyyatları", "Azərbaycan Respublikasında ixrac əməliyyatları" məlumat kitabçaları 

Azərbaycan və  İngilis dillərində    hazırlanaraq mətbəə üsulu ilə çap etdirilmiş  və gömrük orqanlarına 

paylanılmışdır. 

Hazırda yeni Gömrük Məcəlləsinin hazırlanması işində idarə əməkdaşları yaxından iştirak edirlər. 

Gömrük xidmətinin yaxın beş ildə inkişaf strategiyasının müəyyənləşdirilməsi, gömrük 

qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, gömrük 

infrastrukturunun genişləndirilməsi, sahibkarların fəaliyyətinə  əlverişli  şəraitin yaradılması, ölkənin sosial-

iqtisadi inkişafında gömrük sisteminin rolunun gücləndirilməsi məqsədi ilə GNTBİ-də "Azərbaycan 

Respublikası  gömrük  sisteminin 2007-2011-ci illər üzrə  inkişafına  dair Dövlət Proqramı" layihəsinin işlənib 

hazırlanması işi başa çatdırılmışdır. 

Yuxarıda qeyd olunanlarla yanaşı təşkilatlar arasında birgə fəaliyyətlərin nizamlanmasına yönələn bir 

sıra sənədlər hazırlanmışdır. 

Azərbaycan Respublikası  sərhəd gömrük keçid məntəqələrində gömrük orqanlarının və  sərhəd 

qoşunlarının fəaliyyətlərinin  əlaqələndirilməsinin tənzimlənməsi məqsədilə "Azərbaycan Respublikası dövlət 

sərhədinin buraxılış məntəqələrində sərhəd və gömrük nəzarətinin həyata keçirilməsi zamanı qarşılıqlı fəaliyyəti 

haqqında" Təlimat  hazırlanmışdır. 

Azərbaycan Dövlət Dəmir Yolu ilə birlikdə "Azərbaycan Respublikası Dövlət Sərhədindən keçən 

sərnişin qatarlarının rəsmiləşdirilməsi və buraxılması Texnologiyası" işlənib hazırlanmış və .2001-ci il tarixdə 

təsdiq olunmuşdur. 

"Azərbaycan Respublikası gömrük orqanları ilə Azərbaycan Respublikası poçt müəssisələri arasında 

beynəlxalq poçt göndərişlərinin buraxılması zamanı qarşılıqlı  fəaliyyətin həyata keçirilməsinə dair nümunəvi 

Qaydalar" işlənib hazırlanaraq qüvvəyə minmişdir.  

Baş  İdarə  tərəfindən Dövlət Gömrük Komitəsi və Dövlətdağmədəntexnəzarət Komitəsi arasında 

Azərbaycan Respublikası  ərazisində radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində, idxal-ixrac 

əməliyyatlarının tənzimlənməsi məsələləri üzrə qarşılıqlı Anlaşma haqqında Memorandum və  məlumatların 

mübadiləsi üzrə qarşılıqlı Anlaşma sənədləri hazırlanmış və imzalanmışdır.   

"GUAM-ın Ticarət və  Nəql etməyə Yardım Proqramının həyata keçirilməsi üzrə Strategiya və Plan 

əsasında GNTBİ-də "GUAM Ticarət və Nəql etməyə Yardım Layihəsinin həyata keçirilməsi üzrə Milli Plan" 

layihəsi hazırlanmış aidiyyəti dövlət qurumları ilə razılaşdırılmışdır. 

Gömrük  əməkdaşlarının peşə  səviyyəsinin və biliklərinin artırılması  məqsədilə GNTBİ  tərəfindən 

məqsədyönlü işlər aparılmış, müvafiq tədbirlər görülmüşdür. 

Gömrük işinin müxtəlif sahələri üzrə biliklərin və peşə  səviyyəsinin artırılması  məqsədilə gömrük 

orqanlarının  əməkdaşları üçün yerli və xarici ekspertləri cəlb etməklə GNTBİ  tərəfindən bir çox o cümlədən 

aşağıdakı kurslar və seminarlar təşkil edilərək keçirilmişdir.  

- BMT-nin Avropa İqtisadi Komissiyasının təşəbbüsü ilə "BYD kitabçası tətbiq edilməklə beynəlxalq 

yük daşımaları haqqında" (1975-ci il tarixli) Gömrük Konvensiyasına üzv dövlətlər üçün 02-03 oktyabr 2001-ci 

il tarixlərində keçirilmiş seminar;  

- Beynəlxalq Atom Enercisi Agentliyi tərəfindən "Nüvə  və digər radioaktiv materiallarının qeyri-

qanuni dövriyyəsinə qarşı" 26-30 oktyabr 2001-ci ildə  Texniki əməkdaşlıq  çərçivəsində keçirilmiş Milli 

seminar;            

- Amerika Birləşmiş  Ştatalarının Ticarət Departamentinin İxraca Nəzarət Bürosunun xətti ilə ixrac 

nəzarətinə düşən spesifik malların nəzarət siyahısına daxil edilməsi prinsipləri, nəzarət siyahısının strukturu və 

Avropa  İttifaqının "Nəzarət siyahısı" mövzusunda 2002-ci ilin iyul ayının 31-dən avqustun 2-dək keçirilmiş 

seminar;  

- "Baxış rentgen texnikası vasitəsilə gömrük nəzarətini həyata keçirən əməkdaşların peşə biliklərinin 

artırılması" mövzusunda keçirilmiş kurslar;  

- 29 mart - 02 aprel 2004-cü il tarixlərində "Kütləvi Qırğın Silahlarının Təhdidinin  İdarəedilməsi" 

mövzusunda keçirilmiş kurslar;  

- Beynəlxalq Vergi İnvestisiya Mərkəzi tərəfindən "Təchizat zəncirinə yardım etmək üçün gömrük 

potensialının artırılması" mövzusunda 22-26 mart və 22-24 iyun 2004-cü il tarixlərində keçirilmiş seminarlar; 




Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə