CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə27/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   24   25   26   27   28   29   30   31   32

55 

 

- ABŞ-ın Energetika Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri 



İnstitutunun mütəxəssislərinin iştirakı ilə 2004-cü ildən başlayaraq "Nüvə  və ikili təyinatlı materialların 

xüsusiyyətləri, monitorinq üsulları və onlarla davranış qaydaları" və "Kütləvi Qırğın Silahlarının Yayılmaması" 

mövzularında keçirilmiş kurslar; 

- "Nüvə, kimyəvi və bioloci silahlar və onların təsiri", "Kütləvi Qırğın Silahlarından irəli gələn qlobal 

və regional təhdidlər" mövzusunda keçirilmiş seminarlar;  

- BYD (Beynəlxalq Yol Daşımaları) kitabçası (BYD Konvensiyası 1975-ci il) tətbiq edilməklə 

beynəlxalq yük daşımaları barədə gömrük Konvensiyasının tətdiqi ilə əlaqədər 27-28  fevral 2004-cü il tarixində  

keçirilmiş seminar;  

- 25-27 iyul 2005-ci il tarixlərində Ümumdünya Gömrük Təşkilatının elektron tədris proqramının 

tədbiqi ilə əlaqədar keçirilmiş seminar;  

- Gömrük nəzarətinin səmərəliliyinin və operativliyinin təmin edilməsi məqsədi ilə "Ludlum" və "CT-

30-10" texniki nəzarət vasitələrinin istifadəsi ilə bağlı ABŞ-ın Los Alamos Texniki Tərəfdaşlar tərəfindən 22-23 

mart 2005-ci il tarixində keçirilmiş kurslar;  

- Atom Enercisi üzrə Beynəlxalq Aqentlik tərəfindən Texniki Əməkdaşlıq Proqramı  çərçivəsində 

verilmiş avadanlıqların gömrük orqanlarında  əməkdaşlar tərəfindən düzgün istifadəsinin təmin olunması 

məqsədi ilə 16-18 noyabr 2005-ci il tarixində Atom Enercisi üzrə Beynəlxalq Aqentliyin mütəxəssislərinin 

iştirakı ilə Aşkaretmə avadanlıq üzrə keçirilmiş milli treninq;  

-"Beynəlxalq yol daşımaları barədə gömrük Konvensiyasının (1975-ci il BYD Konvensiyası) tətbiqi, 

BYD kitabçalarından istifadə edilməklə yük daşımaları zamanı gömrük rəsmiləşdirilməsi və bu sahədə gömrük 

əməkdaşlarının təcrübələrinin artırılması məqsədi ilə 24-25 fevral 2005-ci il tarixlərində keçirilmiş seminarlar; 

-"Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti 

haqqında" Konvensiyanın (CİTES) tətbiqi sahəsi üzrə gömrük orqanları əməkdaşlarının təcrübəsinin artırılması 

məqsədi ilə aidiyyəti dövlət qurumundan mütəxəssis dəvət edilməklə keçirilmiş seminar;  

- Quş qripi xəstəliyi və onun yayılmasının qarşısının alınması haqqında məlumatların, həmçinin quş 

qripi ilə mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədi ilə 01.09.2005-ci il tarixində keçirilmiş seminar

- ABŞ-ın Ticarət Departementinin Sənaye və Təhlükəsizlik Bürosu tərəfindən "ABŞ-Azərbaycan Milli 

Nəzarət və Təsnifat" mövzusu üzrə keçirilən seminar. 

Kütləvi Qırğın Silahlarının yayılmasının qlobal və regional miqyasda törətdiyi problemlərə dair 

GNTBİ  tərəfindən "İxraca nəzarət" mövzusunda elektron versiyasında tədris Proqramı hazırlanmış  və yerli 

gömrük orqanlarının rəhbərləri, yük və  sərnişin  şöbələrinin rəislərinin iştirakı ilə Baş  İdarə  tərəfindən təşkil 

olunmuş seminarda təqdim olunmuşdur. 

Eyni zamanda qeyd etmək lazımdır ki, GNTBİ-nin  əməkdaşları xarici ölkələrdə  təşkil olunan o 

cümlədən aşağıda qeyd olunmuş seminar və kurslarda iştirak etmişlər.   

İsveçin Nüvə Enerci Müfəttişliyi tərəfindən təşkil edilmiş nüvə materiallarının ixracına nəzarət 

mövzusunda Osloda keçirilmiş seminarda, ABŞ-nın Vaşinqton ştatında keçirilən kütləvi qırğın silahlarının və 

onların istehsalı üçün zəruri olan materialların  qeyri-qanuni dövriyyəsi ilə mübarizə metodlarına həsr olunmuş 

seminarda, "Nüvə  və yaxud radioaktiv materialların qanunsuz dövriyyəsinə qarşı mübarizə" ilə bağlı Rusiya 

Federasiyasının Sankt-Peterburq şəhərində 06-31 avqust 2001-ci il tarixlərdə təşkil olunmuş kursda, 29 iyul-06 

avqust 2001-ci il tarixlərində ABŞ hökumətinin Vaşinqton  şəhərində  təşkil etdiyi "İxrac nəzarətinə düşən 

ikitəyinatlı mallar üçün lisenziyanın verilməsi, doldurulması  və onlara baxılması Qaydası"na dair seminarda, 

NATO-nun Avro-Atlantika Tərəfdaşlıq  Şurasının (AATŞ) iş  cədvəlinə daxil edilmiş 12-13 iyul 2001-ci il 

tarixdə Mülki Fövqəladə Planlaşdırma sahəsində "Təbii və texnogen fəlakətlər zamanı  ərazilərdə xilasetmə 

dəstələrinin yerləşdirilməsi" mövzusunda seminarda, Türkiyə Respublikasının Ankara şəhərində 2001-ci ilin 23-

29 sentyabr ayında Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin nümayəndələri üçün  Türkiyə 

İşgüzar  Əməkdaşlıq  Agentliyi (TİKA) və  Gömrük İdarəçiliyi üzrə Altkatiblik tərəfindən təşkil edilmiş 

seminarda,  İsveçrə Hökumətinin dəstəyi və "Kimyəvi silahların qadağan edilməsi üzrə" təşkilatın  yardımı 

əsasında təşkil edilmiş kurslarda, AEBA çərçivəsində  "Nüvə materiallarının təhlükəsizliyi və fiziki mühafizəsi" 

mövzusunda Almaniya Respublikasının Karlsrue şəhərində  keçirilmiş seminarda, 23 sentyabr - 4 oktyabr 2002-

ci il tarixlərındə Fransa Respublikasının Nöyyi şəhərində yerləşən milli məktəbdə keçirilmiş reqional gömrük 

seminarında, Misir Ərəb Respublikasının MDB və Avropanın  İslam dövlətləri ilə texniki əməkdaşlıq üzrə 

Fondu tərəfindən Azərbaycan mütəxəssisləri üçün Qahirə şəhərində təşkil edilmiş təlim kursunda, 11-17 dekabr 

2004-cü il tarixdə Almaniyanın Vilm adasında vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti 

məsələlərinə  həsr edilmiş seminarda, 25-28 oktyabr 2005-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Qafqaz 

regionu üzrə Yeni Gömrük Yarımregional seminarda, GUAM-ın Avro-Atlantik Məşvərət Qrupunun dəstəyi ilə 

təşkil edilmiş seminarlarda, "Gömrük Prosedurlarının Sadələşdirilməsi və Harmonizə edilməsi haqqında 

Beynəlxalq Konvensiya" mövzusunda Moskva şəhərində  təşkil edilmiş seminarda idarə  əməkdaşları  iştirak 

etmişlər. 



56 

 

Qeyd olunan müddət ərzində GNTBİ-nin bir neçə əməkdaşı Rusiya Gömrük Akademiyasını bitirmiş, 



bəziləri isə  orada təhsil almaqdadır.   DGK-nın Tədris Mərkəzində  işə yeni qəbul edilmiş gömrük 

əməkdaşlarının peşə biliklərinin artırılması  məqsədilə seminar və praktiki məşğələlərin aparılmasında Baş 

İdarənin əməkdaşları yaxından iştirak edirlər.     

Gömrük nəzarətinin operativliliyinin və  səmərəliliyinin artırılması, malların gömrük sərhədindən 

keçirilməsinin sürətləndirilməsi və gömrük nəzarəti üçün daha əlverişli şəraitin yaradılması məqsədilə GNTBİ 

tərəfindən  əhəmmiyyətli işlər görülmüş, beynəlxalq təşkilatlarla o cümlədən Atom Enercisi üzrə Beynəlxalq 

Agentliklə sıx əməkdaşlıq həyata keçirilir.   

Atom Enercisi üzrə Beynəlxalq Agentliklə aparılan  əməkdaşlığın nəticəsində bu təşkilatın Texniki 

Yardım Proqramları  çərçivəsində gömrük orqanlarının radiasiya nəzarət avadanlıqları ilə  təchiz olunması 

istiqamətində  işlər aparılır. 2003-2004-cü illər üçün nəzərdə tutulmuş layihə  çərçivəsində Bakı Baş Gömrük 

İdarəsinin "Bərə keçidi" gömrük postu və Astara Gömrük İdarəsi müasir tipli stasionar radiasiya nəzarət 

sistemləri ilə  təchiz olunmuş, 2005-2006-cı illər üçün layihə  sərçivəsində Tovuz Gömrük İdarəsinin "Sınıq 

körpü" gömrük postu və Biləsuvar Gömruk İdarəsi stasionar radiasiya nəzarət sistemləri ilə təchiz olunmuşdur. 

Bunlardan  əlavə AEBA tərəfindən müxtəlif portativ radiasiya nəzarət avadanlıqları göndərilmişdir. Hazırda 

bütün sərhəd keçid məntəqələrində yüklərə radiasiya nəzarəti tətbiq olunur. Atom Enercisi üzrə Beynəlxalq 

Agentliklə  əməkdaşlıq davam etdirilir və bu təşkilatın imkanlarını  nəzərə alaraq respublikanın bütün sərhəd 

gömrük keçid məntəqələrinin stasionar radiasiya nəzarət sistemləri ilə təchiz olunması üçün GNTBİ tərəfindən 

texniki tapşırıq hazırlanmış  və  təşkilata müvafiq qaydada təqdim olunması üçün Nazirlər Kabinetinə 

göndərilmişdir.  

ABŞ  tərəfindən keçirilən seminar və forumlar zamanı GNTBİ  tərəfindən Azərbaycan gömrük 

xidmətinə müasir tipli texniki nəzarət vasitələrinin, o cümlədən  labarotoriya avadanlığının  əvəzsiz  əldə 

edilməsi məsələsi qaldırılmış  və aparılan danışıqlar nəticəsində rentgen avadanlığı  və digər müasir texniki 

nəzarət vasitələri ilə  təchiz edilmiş bir ədəd mobil avto-furqon Azərbaycan Respublikası Dövlət Gömrük 

Komitəsinə verilmişdir. 

ABŞ-ın Müdafiə Nazirliyi və Gömrük Xidmətinin "Kütləvi qırğın silahlarının yayımlanmaması" 

proqramı çərçivəsində müasir tipli cihaz, avadanlıq və fərdi vasitələr dəstləri alınmış və gömrük orqanları üzrə 

bölgüsü  aparılmışdır. 

ABŞ-ın Müdafiə Departamentinin Nüvə Silahlarının Yayılmaması üzrə Beynəlxalq Proqramı 

tərəfindən terrorizmə qarşı mübarizə  və kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması  məqsədilə 

təmənnasız olaraq Gömrük Komitəsinə metal detektorları, optik lifli endoskoplar və digər avadanlıqlar 

verilmişdir.      

BMT-nin Narkotiklərə Nəzarət Proqrammı xətti ilə vizual axtarış dəstləri, səyyar rentgen generatoru, 

termal müəyyənləşdirmə kamerası, polaroid emal qurğusu, YUNİSEF-in xətti ilə testləşdirici reaktivlər 

alınmışdır. 

"Arema LTD" beynəlxalq  şirkəti tərəfindən bir ədəd rentgen aparatı ilə  təchiz olunmuş xüsusi 

avtomobil və xüsusi endoskoplar əvəzsiz olaraq Gömrük Komitəsinə verilmişdir. 

Dövlət Gömrük Komitəsi tərəfindən alınmış  iri qabaritli yüklərin və konteynerlərin müayinə edən 

Avro Mobil VACİS yük yoxlama sisteminin istifadəyə verilməsi ilə əlaqədar müvafiq işlər görülmüşdür.  

Gömrük nəzarətinin təkmilləşdirilməsi və gömrük rəsmiləşdirilməsinin operativliyini təmin etmək 

məqsədilə respublika ərazisində idxal-ixrac olunan malların xüsusiyyətlərindən asılı olaraq GNTBİ tərəfindən 

gömrük xidmətinin müvafiq struktur bölmələrinin yaradılması haqqında təkliflər verilmiş, onlar yarandıqdan 

sonra texniki sənədlərin hazırlanması üzrə işlər görülmüşdür. 

Boru kəməri vasitəsi ilə ixrac edilən xam neftə gömrük nəzarətini təmin etmək məqsədi ilə 

"Şirvanovka" gömrük postu, Bakı Dəniz limanın Dübəndi neft ayırma rayonuna daxil olan və çıxan neft daşıyan 

gəmilərə gömrük nəzarətini təmin edmək məqsədi ilə "Dübəndi" gömrük postunun, Şirvan dəmir yolu 

stansiyasında "Şirvan"  yeni gömrük postlarının təşkil edilməsi üçün təkliflər verilmişdir.     

Ağır çəkili və iri həcmli nəqliyyat vasitələrinin Bakı  şəhərinin mərkəzinə daxil olmasının qarşısının 

almaq məqsədilə "Xətai" gömrük postu ləğv edilmiş və əvəzinə Bayıl yaşayış sahəsində "Səbail" gömrük postu 

açılmışdır. 

Bakı-Astara avtomagistralının Qaradağ rayonu, Bakı-Rostov magistiralının H.Z.Tağıyev qəsəbəsi və 

Bakı-Balakən avtomobilin yolunun Zaqatala rayonu ərazilərində yeni gömrük postlarının yaradılması üçün 

müvafiq tədbirlər görülmüşdür. 

"Əsrin müqaviləsi"-neft kontraktları imzalandıqdan sonra xarici neft şirkətlərinin Azərbaycan 

Respublikasına investisiya qoyuluşu üçün şərait yaradılmış  və dünyanın iri şirkətlərinin respublikamıza axını 

güclənmişdir. Neft ehtiyatlarının istismarı üçün gətirilən avadanlıqların miqdarının çoxluğu və gömrük 

rəsmiləşdirilməsinin operativ həyata keçirilməsi məqsədilə yeni gömrük postunun yaradılması  zərurəti 

yaranmışdır. Bu iş müsbət həll edilməsi və Qaradağ rayonu ərazisində "Sahil" gömrük postu yaradılmışdüır. 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə