CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə28/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   24   25   26   27   28   29   30   31   32

57 

 

"Sahil" gömrük postu  konsorsiumun üzvü olan şirkətlərin idxal-ixrac əməliyyatlarının gömrük 



rəsmiləşdirilməsini həyata keçirir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Xəzər dənizində Azəri-Çıraq-

Günəş neft yataqlarının tikintisinin sürətləndirilməsinə  və neft kontraktları  ətrafında digər invesitisiya 

qoyuluşları üzrə  fəaliyyətlərə  əlverişli  şəraitin yaradılması  məqsədilə bu sahə üzrə aparılan idxal-ixrac 

əməliyyatlarının gömrük rəsmiləşdirilməsi üçün "Yeni Sahil" gömrük postu yaradılmışdır. 

Neft və neft məhsullarının, eləcə də enerji daşıyıcılarının gömrük rəsmiləşdirilməsinin səmərəliliyinin 

artırılması  və keyfiyyətcə yeni səviyyəyə qaldırılması, bu növ malların ixracına daha da əlverişli  şərait 

yaradılması məqsədi ilə enerji daşıyıcıları üzrə gömrük rəsmiləşdirilməsi və gömrük nəzarətini həyata keçirən 

"Enerji gömrükxanası"nın yaradılması ilə bağlı müvafiq təkliflər irəli sürülmüş  və  həmin gömrük idarənin 

yaradılmasında texniki təşkilatı işlər həyata keçirilmişdir. 

Aksizli malların gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Aksiz Gömrük İdarəsi, 

avtomobillərin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi üçün Avtonəqliyyat Gömruk İdarəsi 

yaradılmışdı.      

Bütün yaradılmış struktur bölmələrinin texniki-təşkilati  əsaslarının müəyyən edilməsi üzrə GNTBİ 

tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. 

Beynəlxalq  əməkdaşlığın genişləndirilməsi və Azərbaycan gömrük xidmətinin beynəlxal arenada 

layiqli yerin tutması üçün GNTBİ tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.  

Xarici ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə o cümlədən Ümumdünya Gömrük Təşkilatının, MDB 

iştirakçı dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT), Qara Dəniz 

İqtisadi  Əməkdaşlıq Təşkilatının (QDİƏT), Asiya İnkişaf Bankı  tərəfindən maliyyələşdirilən Asiya Regional 

İqtisadi Əməkdaşlıq Proqrammı çərçivəsində Gömrük Əməkdaşlıq Komitəsinin, Atom Enercisi üzrə Beynəlxalq 

Agentliyin, Demokratiya və İqtisadi Əməkdaşlıq naminə Təşkilat-GUAM-ın iclaslarında, BMT-nin Avropa üzrə 

İqtisadi Komissiyasının Nəqliyyatla bağlı Gömrük Məsələləri üzrə  İşçi Qrupunun (WP30), və BYD İnzibati 

Komitəsinin sessiyalarında müzakirə edilən məsələr üzrə aidiyyatı qaydada işlər görülmüş    və eyni zamanda 

həmin təşkilatların bir sıra tədbirlərində Baş İdarənin əməkdaşları iştirak etmişlər. 

2002-cü ilin noyabr ayında BYD Konvensiyası  İcra  Şurasının 20-ci iclasının Bakı  şəhərində 

keçirilməsi zamanı, 16-18 may 2005-ci il tarixlərində  İqtisadi  Əməkdaşlıq Təşkilatı  (İƏT) üzv dövlətlərinin 

Gömrük İdarələri Rəhbərləri Şurasının 4-cü iclasının Bakı şəhərində keçirilməsi zamanı, 12-13 iyul 2005-ci il 

tarixlərində GUAM-ın Ticarət və  Nəql etməyə Yardım (TNY) layihəsi üzrə  Rəhbəredici Komitəsinin üçüncü 

iclasının Bakıda keçirilməsi zamanı Baş  İdarə bu tədbirlərin təşkil olunmasında və keçirilməsində yaxından 

iştirak etmişdir.  

Baş İdarənin rəisi Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının  BYD İcraiyyə 

Şurasının 2003-2004-cü illərdə üzvü olmuş, 2006-cı ildə isə BYD kitabçaları istifadə etməklə Beynəlxalq yük 

daşımaları haqqında  Gömrük Konvensiyasının İnzibati Komitəsinin sədri vəzifəsinə seçilmişdir. 

Azərbaycanın gömrük sistemində gömrük brokeri institutunun yaradılması ilə  əlaqədar DGK-nın 

Tədris Mərkəzində gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər üçün bir neçə  dəfə hazırlıq kursları    təşkil 

edilmiş  və keçirilmiş, kursları bitirmiş  və test imtahanını müvəffəqiyyətlə vermiş  mütəxəssislərə ixtisas 

attestatları verilmişdir. Bundan sonra DGK-ya müraciət etmiş müəssisə  və  şirkətlərin  ərizələrinə baxılaraq  

şirkət, müəssisə və təşkilata gömrük brokeri fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyalar verilmişdir. Eyni 

zamanda  gömrük anbarlarının, müvəqqəti saxlanc anbarının təsis edilməsi üçün DGK-ya daxil olmuş 

müraciətlərə Baş İdarə tərəfindən baxılaraq müvafiq qaydada lisenziyalar verilmişdir. 

Dövlət Gömrük Komitəsi Sədrinin 30.08.2000-ci il tarixli, 058 saylı  əmri ilə  təsdiq edilmiş 

"Azərbaycan Respublikasında BYD (Beynəlxalq yük daşımaları) kitabçası  tətbiq edilməklə daşıyıcıların 

beynəlxalq yük daşımalarına buraxılması qaydaları haqqında"  Əsasnamənin tələblərinə uyğun olaraq idarə 

tərəfindən  bir çox sayda hüquqi və fiziki şəxslərə BYD kitabçası tətbiq edilməklə beynəlxalq yük daşımalarını 

həyata keçirmək üçün müvafiq qaydada icazələr hazırlanıb verilmişdir. 

Dövlət Gömrük komitəsinin narkotiklərə  və gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində 

gördüyü işləri şərh etmədən bütün məlumatları diaqramlar və cədvəllər  şəklində  təqdim edirik. Bütün bunları 

həyata keçirmək üçün Komitə  sədri tərəfindən hər cür şərait yaradılmış, maddi-texniki təchizat dünya 

standartları  səviyyəsində  təşkil olunmuş, kinoloji xidmət yaradılmış  və lazımi kadrlar hazırlanmışdır. 

Diaqramlardakı  məlumatlar 1993-2005-ci illəri  əhatə edir. 2006-cı ilin yekun rəqəmləri olmadığı üçün həmin 

ilin nəticələrini nəzərə almamışıq. Lakin bu rəqəmlər heə  nəyi dəyişməyəcək, çünki görülən işlər göz 

qabağındadır. Eyni zamanda 1993-94-cü illərin məlumatlarını qəsdən veririk ki, Sizlər müqayisəli şəkildə həmin 

illərlə 1995-ci ildən sonrakı illəri müqayisə edə biləsininz. İrəliləyşlər o qədər qabarıqdır ki, əlavə şərhə ehtiyac 

qalmır.  

DGK-da informasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat vasitələrinin 

tətbiqi sahəsində aşağıdakı işlər görülmüşdür: 




58 

 

XX  əsrin son onilliyində  və XXI əsrin  əvvəllərində informasiya və kommunikasiya texnologiyaları 



cəmiyyətin inkişafına təsir göstərən  əsas amillərdən birinə çevrilmişdir.  İnformasiya və kommunikasiya 

texnologiyalarının dövlət strukturlarını  və  vətəndaş  cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri  əhatə 

etməsini nəzərə alaraq Dövlət Gömrük Komitəsi bu sahədə əldə olunmuş nəticələri inkişaf etdirmək və gömrük 

işinin təşkilində informasiya texnologiyalarının geniş tətbiqini təmin etmək əzmindədir. 

 21 oktyabr 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq olunmuş 

"Azərbaycan Respublikası rabitə  və informasiya texnologiyalarının inkişafı üzrə Dövlət proqramına (Elektron 

Azərbaycan)" və Azərbaycan Respublikasının İnkişafı Naminə İnformasiya və Kommunikasiya Texnologiyaları 

üzrə Milli Strategiyaya müvafiq olaraq Dövlət Gömrük Komitəsində Azərbaycan Respublikası gömrük 

xidmətinin vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması haqqında Fəaliyyət Proqramına uyğun 

olaraq müvafiq işlər aparılır və bu sahədə müxtəlif nailiyyətlər əldə olunmuşdur.  

Gömrük orqanlarının vahid qlobal korporativ şəbəkəsinin genişləndirilməsi və inkişaf etdirilməsi, 

gömrük rəsmiləşdirməsi və nəzarətinin avtomatlaşdırılmış sisteminin sənaye istismarının təmin edilməsi, müasir 

texniki qurğuların tətbiqi ilə gömrük sərhədini keçən mal və  nəqliyyat vasitələrinə  nəzarət avtomatlaşdırılmış 

sisteminin yaradılması, gömrük anbarlarında və terminallarında malların uçotu, saxlanması  və  hərəkəti 

prosesinin avtomatlaşdırılması, gömrük orqanları  tərəfindən müəyyən olunmuş hüquqpozmaların uçotu və 

nəzarətinin avtomatlaşdırılmış sisteminin tətbiqi və  İstifadədə olan informasiya-texniki və proqram təminatı 

vasitələrinin yeniləşdirilməsi(modernləşdirilməsi) məsələləri mühüm əhəmiyyət kəsb edir. 

Dövlət Gömrük Komitəsinin qlobal korporativ şəbəkəsi hazırda Xəzər Dənizində Azərbaycan 

Respublikasının Mənafeyini Mühafizə idarəsi istisna olmaqla bütün gömrük orqanlarını əhatə edir. Şəbəkə öz 

quruluşuna görə dörd əsas hissədən ibarətdir: 

1) Peyk vasitəsi ilə təşkil olunmuş şəbəkə; 

2) Aztelekom istehsalat birliyindən icarəyə götürülmüş optik lifli rabitəsi  əsasında təşkil olunmuş 

şəbəkə; 

3) Xüsusi tezliklə işləyən radioantennalarla qurulmuş şəbəkə; 

4) İSDN tipli şəbəkə. 

Azərbaycan Respublikasının gömrük orqanlarında fəaliyyətdə olan qlobal korporativ şəbəkənin 

funksional sxemi aşağıakı kimidir: 

 

 



 


Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə