CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə30/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
1   ...   24   25   26   27   28   29   30   31   32

61 

 

 Tənzimlənə bilən rabitə zolağı, Stereo Surround səs standartı, videotəsviri və  səsi  əlaqələndirən 



sistem videokonfranslarda təbii ünsiyyətin yaradılmasına xidmət edir. Kompleks çox asan idarə olunur  və 

xüsusi  hazirliq tələb etmir. 

Dövlət Gömrük Komitəsini, Astara, Xaçmaz və Tovuz gömrük idarələrini birləşdirən videokonfrans 

sisteminin birləşmə sxemi aşağıdakı şəkildə verilmişdir. 

Gömrük işinin əsas məsələlərindən biri də sərhəddən keçirilən mal və nəqliyyat vasitələrinə nəzarəti 

və onların rəsmiləşdirilməsini təşkil etməkdir. Bildiyimiz kimi sərhədi keçən mal və nəqliyyat vasitələri idxal, 

ixrac və tranzit kimi keçə bilir. Mal və  nəqliyyat vasitələrinə  nəzarət etmək üçün daşınma cədvəllərindən 

istifadə olunur və təyinat gömrük orqanlarına telefonoqramla onlar haqqında məlumatlar ötürülür.  

 



62 

 

 



 

 

  



 

 

 



 

                                                                              

 

 

 



                                                                     

 

 



 

 

 



 

 

                                    



 

 

 



 

 

 



 

 

 



 

Videokonfrans sisteminin birləşmə sxemi 

 

Azərbaycan Respublikasının ərazisini keçən nəqliyyat vasitələrinə gömrük nəzarətini  həyata keçirmək 



məqsədilə giriş  və  çıxış, həmçinin daxili gömrük orqanlarına məlumatın tez və operativ şəkildə otürülməsini 

təmin etmək üçün "Çatdırma" proqram təminatı hazırlanmışdır. 

Gömrük sərhədinin keçən nəqliyyat vasitələrinin elektron qeydiyyatı aparılır. Nəqliyyat vasitələri 

haqqında məlumatların giriş gömrük orqanında məlumat bazasına daxil olunmasından sonra fayl şəklində 

müvafiq məlumat hazırlanır və  "İnternet" sistemi ilə elektron poçt vasitəlsilə  təyinat gömrük məntəqəsinə 

göndərilir. Giriş gömrük orqanında nəqliyyat vasitələri haqqında olan məlumatlar məlumat bazasında nəzarətdə 

saxlanılır. Təyinat gömrük orqanında yükün gəlməsi haqqında məlumat alındıqdan sonra inspektor elektron 

müqayisə nəticəsində həmin yükü nəzarətdən çıxarır. Giriş gömrük orqanında yüklərin nəzarətdən çıxarılması 

üçün müvafiq elektron cavab hazırlanır və poçt vasitəsilə göndərilir. Giriş gömrük orqanından göndərilmiş, 

lakin nəzarətdən çıxarılmayan yüklər haqqında qaçaqmalçılıq və gömrük qaydalarının pozulması  şöbəsi 

tərəfindən tədbirlər görülür.  

Son illər ərzində Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsində fiziki şəxslərin xüsusi çəkisi 

artır.  Fiziki şəxslər tərəfindən gətirilən mallar üçün gömrük prosedurlarının sadələşdirilməsi məqsədilə 

kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların rəsmiləşdililməsi zəmanı gömrük mədaxil 

orderlərindən istifadə olunur. Fiziki şəxslər tərəfindən gətirilən yüklərin rəsmiləşdirilməsi üçün tətbiq olunan 

gömrük mədaxil orderləri üzrə avtomatlaşdırılmış  iş yerinin yaradılması  məqsədilə  "Gömrük mədaxil orderi 

(GMO)"   proqram təminatı  DGK sədrinin 009 saylı 11 mart 1998-ci il tarixli əmrinə müvafiq olaraq 1998-ci 

ilin aprel ayından tətbiq olunur.  Gömrük mədaxil orderləri üzrə məlumat bazası 3 mərhələdə yaradılır:  

- sərhəd postlarında; 

- regional gömrük idarələrində; 

- Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində. 

Tovuz 

Gюmrц



DGK 

Xaчmaz 

Gюmrц



Astara 

Gюmrц



Aztelecom 

Xaчmaz 

ATS 

Astara 

ATS 

Tovuz 

ATS 



63 

 

Sərhəd gömrük məntəqələrində və bəzi hallarda regional gömrük idarələrində uyğun sənədlər əsasında 



gömrük mədaxil orderləri tərtib olunur və müvafiq proqram təminatının köməyilə  məlumatlar bazaya daxil 

edilir və iş gününün sonunda DGK-nə ötürülür.  

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində  mərkəzi məlumat bazası yaradılmışdır. 

Mövcud tətbiqi proqramlar paketinin köməyilə aşağıdakı məlumatları almaq olar: 

- GMO-lar üzrə olan gömrük rüsum və yığımları haqqında; 

- Mənşə ölkələri, mallar və fiziki şəxslər haqqında. 

Bütün dünya miqyasinda olduğu kimi Azərbaycan Respublikasında da cəmiyyətin iqtisadi və sosial 

həyatının saflaşdırılmasında narkoticarət və qaçaqmalçılıqla mübarizə  əsas məsələlərdən biri hesab olunur. 

Gömrük orqanları həm Azərbaycan Respublikasının qanunları , həm də gömrük qaydalarının hüquq pozuntuları 

faktlarının aşkar edilməsi prosesinin əsas həlqəsidir. Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması 

faktlarının müəyyən edilməsi və araşdırılması sahəsində aparılan işləri yüksək səviyyəyə qaldırmaq məqsədilə 

əməliyyat-axtarış  tədbirlərinin avtomatlaşdırılması istiqamətində müvafiq işlər görülmüşdür. Bu məqsədlə  

"Azərbaycan Respublikasının gömrük orqanları  tərəfindən aşkar olunmuş hüquq pozuntularının qeydiyyatı  və 

nəzarətinin avtomatlaşdırılması sistemi" yaradılmışdır. Sistemin funksional sxemi aşağıdakı kimidir. 

Azərbaycan Respublikasının gömrük orqanları  tərəfindən aşkar olunmuş hüquq pozuntularının 

qeydiyatı və nəzarətinin  avtomatlaşdırılmış sistemi respublikanın gömrük orqanları tərəfindən aşkara çıxarılan 

hüquq pozuntularının avtomatlaşdırılmış qeydiyatının təşkilini təmin edir. Başqa sözlə, hüquq pozuntularının 

məlumat bazası yaradılmışdır. Belə bir informasiya əsasında gömrük qaydalarının pozulması və qaçaqmalçılıqla 

mübarizənin təşkili vəziyyətini göstərən riskin keçirilməsi və respublikanın regional gömrük idarələri üzrə 

hesabatın alınması mümkündür. 

 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə