23
3) Xaricdən Azərbaycana gətirilən avropa mənşəli mallar, bütün Federasiya üçün vahid olan, RSFSR
Xalq Komissarları Soveti tərəfindən 14 fevral 1922-ci ildə təsdiq olunmuş və 6 iyun 1922-ci ildə düzəlişlər
edilmiş gömrük tarifinə uyğun olaraq ödənişə məruz qalır.
4) Bakı yarmarkası zamanı İrandan Azərbaycan SSR-ə gətirilən mallar üçün RSFSR XKS-in
23.04.1922-ci ildən təsdiq etdiyi Asiya ticarəti üzrə gömrük tariflərinə uyğun gömrük ödənişlərinə cəlb edilir.
5) Digər qonşu ölkələrdən ASSR-ə gətirilən mallar RSFSR XKS-in 07.07.1922-ci ildə təsdiq etdiyi
buraxılış malları üzrə tarif əsasında gömrük ödənişlərinə cəlb edilir.
6) Dəftərxana, anbar, gerb və liman yığımları ASSR-in gömrük orqanları tərəfindən, RSFSR XKS-in
müəyyənləşdirdiyi əsaslarla və o miqdarda alırlar.
7) ASSR-in gömrük orqanları 6-cı bənddə göstərilənlərdən əlavə hər hansı bir yeni yığım dvə ya
qoyulan normadan artıq yığımı. Federasiya miqyasında razılaşmadan həyata keçirmək səlahiyyəti yoxdur.
8) Digər Sovet Respublikalarında ASSR ərazisinə gətirilən və ASSR-dən digər Sovet Respublikalarına
aparılan mallar Ümumi Gömrük orqanı ilə ilkin razılaşdırmadan azaddır, idxal və ixrac mallar gömrük baxışına
və rüsumların ödənilməsinə məruz qalmır.
9) ASSR ərazisindən malların xaricə ixracı və xaricdən ASSR-ə idxalı, RSFSR XKS-in 13 mart 1922-
ci il tarixli dekretinə əsasən ya Zaqafqaziya Xarici Ticarət İdarəsinin, yaxud da Rosvneştorqun səlahiyyətlisinin
icazəsi ilə mümkündür.
10) ASSR ərazisində mövcud “Tranzit yüklər haqqında Əsasnamə” öz hüquqi qüvvəsini itirmiş hesab
edilsin.
11) Bu qərar 1 sentyabr 1922-ci ildən qüvvəyə minir.
Xalq Komissarları Sovetinin sədri:
Q.Musabəyov
Katib
25.08.1922
Qəbul olunan dekretin bəndlərin göründüyü kimi, ölkənin gömrük siyasəti sahəsindəki bütün
hüquqları alınaraq Rusiya Federasiyasına verilir. Moskvanın bu siyasəti ötən əsrin 90-cı illərinə qədər davam
etmişdir. Çox təəssüf ki, Rusiyanın başabəla siyasətçiləri hələ də imperiya təfəkküründən əl çəkə bilmirlər və
Azərbaycana göstərdikləri iqtisadi və siyasi təzfiqlərin də arxasında məhz bu iddialardan irəli gəlir.
Həmin dekretdən 3 gün sonra ASSR XKS özünün fövqəladə iclasını keçirir. Həmin iclasın
protokolunda göstərilir (şəkil 18):
Şəkil 18.
Protokol №31
ASSR Xalq Komissarları Sovetinin Fövqəladə İclası
25
avqust
1922-ci
il
Bakı şəhəri
İclas aşağıdakı tərkibdə keçirilir:
Sədr yoldaş Q.Musabəyov
Üzvlər: Vareykis, Sviridov, Bukrov, Qarayev, H.Sultanov, Quliyev və T.Hüseynov yoldaşlar
İştirak edirdilər: Kirov, P.Çaqin, Xanbudaqov, Frunkin, Ağamalıoğlu, Qasımov, M.Xanbudaqov,
Konuşkin, Qepşteyn yol.
Katib: Məmmədzadə
Dinlənildi:
1. RSFSR Harkombneştorqun müavini yol. Frunkinin ZSSR və RSFSR-in bütün gömrük siyasətinin
birləşdirilməsi haqqındakı məruzəsi.
2. Neft məhsullarına aksiz barədə (məruzəçi Q.Musabəyov).
Qeyd edildi:
1. Məruzə məlumağ kimi qəbul edilsin. Yoldaş Frumkinin təqdim etdiyi dekret layihəsi aşağıdakı
dəyişikliklərlə qəbul edilsin:
2-ci bənd: “Narkomaliyyə Narkombueştorqla birgə hazırladığı və İttifaq Soveti tərəfindən təsdiq
olunan xüsusi təlimata əsaslanaraq öz müşahidələrini apara bilər”.
7-ci bənd: “Yerli xalq komissarları soveti idxal və ixrac yüklərindən şəhər üçün tutulan yığımların
alınmasını Gömrük İdarəsinə həvalə edə bilər”.
9-cu bənd: “Zaqvneştorq və Rosvneştorqa aid olan realizasiya bürolarının icazəsi ilə”.
Gömrük İdarəsinə tapşırılsın ki, bu dekretin həyata keçirilməsi üçün hazırlıqlara başlasın.
24
İclasın sədri – XKS-in sədri Q.Musabəyov.
Sənədlərdən göründüyü kimi, hələ SSRİ-nin yaradılmamasına baxmayaraq, artıq Rusiya Federasiyası
bu missiyanı həyata keçirirdi. Yerlərdən bütün səlahiyyətlər alınaraq mərkəzdə cəmləşdirilir. Yeni sosialist
respublikalarına sərbəst gömrük siyasəti yürütməyə icazə verilmirdi. Lakin bəzi istisnalar olurdu. Bu
istisnalardan biri də ASSR XKS-in 29 may 1922-ci il tarixli 41 saylı dekretidir. Həmin dekret kürüyə qoyulan
aksiz vergisi ilə bağlıdır. Dekretdə göstərilir ki, ASSR-dən ixrac olunan kürüyə 100% miqdarında aksiz vergisi
qoyulur. Kürüyə qoyulan aksiz vergisi daxili bazarda satılan kürülərə də şamil olunurdu.
Kürüyə qoyulan aksiz vergisinə izahat verən Maliyyə Xalq Komissarı (Narkom Fin) N.Tağıyev qeyd
edirdi ki, Azərbaycanın valyutaya satılan məhsullarından biri də kürüdür. Belə müharibəyə qədərki dövrdə
kürünün 1 funtu 2 rubl idisə, artıq 1922-ci ildə o vaxtın qiymətləri ilə bir funt kürü bir milyon rubla satılırdı.
Bəzən isə bu rəqəm 2 milyon rubla çatırdı. Nəzərə alınsa ki, respublika ildə təxminən 5 min pud kürü istehsal
edir, onda kürü üzərinə qoyulan 100% aksiz vergisi ildə dövlətə təxminən 200 mld. rubl gəlir gətirər.
Əslində bu verginin qoyulmasının Azərbaycan üçün heç bir xeyri yox idi. Çünki gömrük orqanlarının
topladığı gömrük ödənişləri mərkəzləşmiş qaydada idarə olunurdu, yəni bu addım da, Moskvanın xoşuna
gəlmək üçün atılmışdır.
1922-ci il sentyabr aynın 25-də Zaqafqaziya Xarici Tİcarət İdarəsinin tabeçiliyində olan Astara
gömrükxanası onun tabeçiliyindən alınaraq Bakı Gömrük İdarəsinin tabeçiliyinə verilir.
1924-cü il dekabr ayının 22-də SSRİ Xalq Komissarları Sovetinin 151/t saylı əmri ilə Zaqafqaziya
gömrük idarəsinin adı dəyişilərək “SSRİ Xarici Ticarət Xalq Komissarlığı Baş Gömrük İdarəsinin Zaqafqaziya
bölməsi” adlandırıldı. 1 yanvar 1925-ci ildən isə Zaqafqaziya gömrük bölməsinin rəisi K.Tavberidzenin əmri ilə
rayon gömrük müfəttişlikləri ləğv edilir.
Başqa bir maraqlı arxiv sənədi SSRİ Xarici Tİcarət Xalq Komissarlığı tərəfindən 26 yanvar 1925-ci
ildə təsdiq olunmuş Zaqafqaziya SFSR-dəki gömrük təşkilatlarının siyahısıdır (şəkil 19). Bu siyahı ona görə
qiymətlidir ki, Azərbaycanın son 20 ildə Dağlıq Qarabağla ərazisi ilə bağlı Ermənistanla apardığı mübarizədə
mühüm tarixi əhəmiyyət kəsb edir. Yuxarıda Azərbaycan Respublikasının sərhəd zastavalarının yerləşməsi ilə
əlaqədar tərtib olunmuş xəritə - sxemini vermişdik. Həmin vaxtdan 6 il sonra, yəni Naxçıvan Muxtar
Respublikası yarandıqdan sonra belə, Ermənistan Respublikasının müstəqil olmasına baxmayaraq həm İrəvan
və həm də Mehri gömrükxanası hüquqi cəhətdən Culfa Gömrükxanasına tabe etdirilmişdir. Ermənistan
ərazisində isə cəmi 1 gömrükxana - Aleksandrapol (Leminakan) fəaliyyət göstərirdi ki, o da 2 gömrükxanadan
ibarət idi (Qaraqala və Markarin). Göründüyü kimi cəmi bir hay mənşəli ad vardır.
SSRİ XTXK-nın təsdiq etdiyi gömrük təşkilatları statusuna görə aşağıdakı kimi idi:
İrəvan gömrükxanası - II dərəcəli
Alışar gömrükxanası - III dərəcəli
Şahtaxtı gömrükxanası - III dərəcəli
Naxçıvan gömrükxanası - III dərəcəli
Culfa gömrükxanası - I dərəcəli
Ordubad gömrükxanası - III dərəcəli
Mehri gömrükxanası - III dərəcəli
Mincivan gömrük postu
Xudafərin gömrük postu
Cəbrayıl gömrükxanası - III dərəcəli
Maralyan gömrük postu
Bəhram-Təpə gömrükxanası - III dərəcəli
Biləsuvar gömrükxanası - III dərəcəli
Arus gömrük postu
Kilvəz gömrükxanası - III dərəcəli
Astara gömrükxanası - I dərəcəli
Lənkəran gömrükxanası - III dərəcəli
Qızıl-Ağac gömrük postu
Kür-Dili gömrük postu
Bakı gömrükxanası - I dərəcəli
(XTK-nın 28.01.1925-ci il 21 saylı əmri ilə təsdiq edilmişdir).
Siyahıdan göründüyü kimi Azərbaycan ərazisində 3 birinci dərəcəli gömrükxana - yəni Gömrük
İdarəsi (Culfa, Astara və Bakı), bir ikinci dərəcəli (İrəvan), 10 üçüncü dərəcəli gömrükxana və 6 gömrük postu
fəaliyyət göstərmişdir.