Нevdar Əliyev siyasəti: TOLERANTLIQ
olunan bu prinsiplər əsasında həllinə tərəfdarıq.
Lakin təcavüzün müvəqqəti nəticələrindən bəhrələnməyə ça
lışan Ermənistan Lissabon prinsiplərinə məhəl qoymaq istəmir
və Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı
özünə birləşdirmək və yaxud orada ikinci bir erməni dövləti ya
ratmaq niyyətindədir. Bütün bunlar beynəlxalq hüquq normala
rına tamamilə ziddir, ona görə də buna yol verə bilmərik.
Respublikamız Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən
yüksək özünüidarəetmə hüququ verməyə hazırdır. Bildirirəm
ki, ATƏT-in Minsk qrupuna həmsədrlik edən üç böyük dövlətin
- ABŞ-ın, Rusiyanın və Fransanın irəli sürdükləri yeni təkliflərdə
da Azərbaycanın ərazi bütövlüyü saxlanılmaqla Lissabon prin
sipləri əsasında münaqişənin iki mərhələdə həll olunmasına dair
təklif bir daha bizim beynəlxalq hüquq normalarına əsaslanan
mövqeyimizin tamamilə haqlı olduğundan xəbər verir.
II İohann Pavel: Vatikan dövlətinin və bütün dünya katolik
lərinin başçısı kimi mən də Ermənistan-Azərbaycan münaqişəsi
nin Lissabon Zirvə görüşündə qəbul edilmiş prinsiplər əsasında
həllinə tərəfdar olduğumu bildirirəm və hamını da bu işə yar
dım göstərməyə çağırıram. Vurğulayıram ki, yeni müstəqillik
qazanmış ölkələrin ərazi bütövlüyünün qorunması çox vacibdir,
separatçılığa qarşı birgə mübarizə aparılmalıdır...
Hörmətli cənab Prezident, Sizinlə görüşümdən çox məmnun
qaldığımı vurğulayıram.
Heydər Əliyev: Cənab Zati-müqəddəsləri, səmimi və mehri
ban görüş üçün Sizə təşəkkürümü bildirir və Sizi Azərbaycana
rəsmi səfərə dəvət edirəm. Əminəm ki, Zati-müqəddəslərinin
ölkəmizə səfəri Azərbaycan xalqı üçün əlamətdar bir hadisəyə
çevrilər, dövlətlərimizin əməkdaşlığının daha da möhkəmləndi
rilməsində mühüm rol oynaya bilər.
II İohann Pavel: Hörmətli Prezident, mən bu dəvəti minnət
darlıqla qəbul edirəm.
166
Heydor Əliyev siyasoli: TOLERANTLIQ
AZƏRBAYCANIN YƏHUDİ İCMASINA
Əziz həmvətənlər!
Sizi dünya yəhudilərinin tövbə və mənəvi saflıq günü olan
Roş-Ha-Şana - Təzə il münasibətilə ürəkdən təbrik edir, hamını
za cansağlığı, xoşbəxtlik arzulayıram.
Azərbaycan ölkəmizdə yaşayan bütün xalqların doğma vətə
nidir. Hüquq və azadlıqlarının, etnik özünəməxsusluğunun qo
runması, dil və mədəniyyətlərinin inkişaf etdirilməsi üçün tam
təminat və hər cür şərait yaradılmış digər xalqlar kimi, yəhudi ic
ması da Azərbaycanda hüquqi, demokratik, dünyəvi dövlət qu
ruculuğunda, erməni qəsbkarlarına qarşı ədalətli mübarizədə,
elm-mədəniyyət sahəsində fəal iştirak edir. İnanıram ki, siz döv
lət müstəqilliyimizin möhkəmləndirilməsində, azad vətəndaş
cəmiyyəti quruculuğunda, Dünya Birliyi ilə qarşılıqlı əlaqələri
mizin genişləndirilməsində bundan sonra da imkanlarınızdan
tam istifadə edəcəksiniz.
Qoy Roş-Ha-Şana hər birinizin ocağına ruzi, xeyir-bərəkət gə
tirsin, evlərinizdən sevinc əskik olmasın.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şjlıəri, 30 sentı/abr 1997-ci il
167
Heydar Oliyov siyasəti: TOLERANTLIQ
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
AZƏRBAYCAN XALQINA TƏBRİK
Mərhəmətli, rəhmli Allahın adı ilə!
Əziz bacı və qardaşlar!
Sizi dünya müsəlmanlarının ən böyük bayramlarından olan
Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Öz tarixinə, milli və dini ənənələrinə həmişə sadiq qalmış Azər
baycan xalqı bu əziz bayramını müstəqil dövlətində azad və sərbəst
şəkildə qeyd edir. Müqəddəs kitabımız Qurani-Kərimin insanlar
üçün nazil edildiyi mübarək Ramazan ayının sınaq günlərində öz
borcunu ləyaqətlə yerinə yetirmiş müsəlmanlarımız bu gün bay
ram edir, bir-birlərinə sevgi və ehtiram hisslərini bildirir, həyatdan
getmiş yaxınlarının, şəhidlərimizin ruhlarına dualar oxuyurlar.
Bu bayram günlərində cəmiyyətdə Allaha inam, vətənə, torpağa,
xalqa bağlılıq hissindən doğan bir nikbinlik əhval-ruhiyyəsi vardır.
Bu günlərdə hamımızı eyni arzu və diləklər birləşdirir. Qoy
böyük qurbanlar bahasına əldə etdiyimiz azadlıq və müstəqillik
dönməz olsun, doğma Azərbaycanın suverenliyi və ərazi bütöv
lüyü tam təmin olunsun, qaçqın və köçkün vəziyyətinə düşmüş
soydaşlarımız yurdlarına qayıdıb Allahın öz bəndələrinə bəxş
etdiyi nemətlərindən faydalansınlar, ölkəmizdə həmişə əmin-
amanlıq və sabitlik hökm sürsün, xalqımız layiq olduğu xoşbəxt
və firavan həyata qovuşsun!
Hər birinizi bu müqəddəs amallar naminə sıx birlik və əzm
karlıq göstərməyə çağırır və əmin olduğumu bildirirəm ki, Ulu
Tanrının köməyi ilə, xalqımızın əməyi və qeyrəti sayəsində arzu
larımızın gerçəkləşəcəyi gün uzaqda deyildir.
Ramazan bayramı münasibətilə sizə cansağlığı, xoşbəxtlik
arzu edirəm, Vətənin azadlığı və tərəqqisi naminə işlərinizdə
böyük uğurlar diləyirəm.
Bayramınız mübarək olsun!
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
168
Heydor Əliyev siyaşjıi: TOLERANTLIQ
RAMAZAN BAYRAMI MÜNASİBƏTİLƏ
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNİN SƏDRİ
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ
GÖRÜŞDƏ ÇIXIŞ
Prezident sarayı, 30 yanvar 1998-ci il
Hörmətli Şeyx həzrətləri!
Əvvəla, Ramazan bayramı münasibətilə sizi bir daha təbrik
edirəm. Azərbaycan xalqına, respublikamızda yaşayan müsəl
manların hamısına Ramazan bayramı münasibətilə öz təbrik
məktubumu elan etmişəm. Bütün azərbaycanlılara, respubli
kamızın vətəndaşlarına bu bayram günü bir daha səadət, sülh,
əmin-amanlıq arzulayıram. Əminəm ki, indi Azərbaycanda ya
ranmış sağlam ictimai-siyasi vəziyyət və bizim apardığımız təd
birlər xalqımızın rifahım günü-gündən yaxşılaşdıracaq, biz sül
hü, əmin-amanlığı, sabitliyi bundan sonra da qoruyub saxlaya
biləcəyik.
Ramazan bayramı xalqımızın
ən böyük, müqəddəs bayramların
dan biridir. Camaatımız çox sevinir ki, bu bayram artıq xalqımıza
qayıdıbdır. Bunu indi hər bir insan,
eyni zamanda, bütün ölkə, döv
lət bayram edir. Sizi bir daha təbrik edirəm.
Verdiyim sərəncamla, qəbul etdiyim qərarlarla, həyata keçirilən
tədbirlərlə əlaqədar sizin fikriniz, rəyiniz də mənim üçün çox qiy
mətlidir. Bildiyiniz kimi, mən həmişə Azərbaycanda xalqımızın
mənəviyyatının qorunması üçün çalışmışam, mənəviyyatımıza
zidd olan hər bir hala qarşı mübarizə aparmışam. Bütün həyatım
la, gördüyüm işlərlə, respublikanın, dövlətin başçısı kimi atdığım
bütün addımlanmla, tədbirlərində ölkəmizdə mənəviyyatın daha
da möhkəmlənməsi, milli-mənəvi dəyərlərimizin yaşaması, milli
adət-ənənlərimizə sadiq olmağımızı təmin etməyə çalışmışam. Ötən
dövrlərdə bu sahədə mənim gördüyüm işləri respublikamızın bü
tün vətəndaşları da, siz də bilirsiniz.
169