sinə nail ola bilmişik. Biz qaçqınların problemləri ilə, demək olar
ki, gündəlik məşğul oluruq. Mən hər gün komitənin nümayən
dəlikləri ilə əlaqə saxlayıram və onlardan kifayət qədər məlumat
alıram. Öyrənirəm ki, qaçqınlara hansı yardımlar göstərilib, və
ziyyət necədir.
Qaçqınlarla bağlı bizim bəzi təkliflərimiz, fikirlərimiz vardır.
Bu təklifləri Baş nazirin müavini, Dövlət qaçqınkomun sədri Əli
Həsənova təqdim etmişik. Biz Sizdən icazə istəyirik ki, qaçqın
ların işləri ilə, onların problemləri ilə daha məqsədyönlü, daha
faydalı, səmərəli məşğul olmaq üçün xüsusi bir komissiya yara
dılmasına razılıq verəsiniz.
Asiya Müsəlmanları Komitəsi öz xeyriyyəçilik fəaliyyətini
daha da artıraraq digər sahələrə də keçməyə başlamışdır. Bu ko
mitə Azərbaycanla Küveyt arasında bir vasitəçi, bağlayıcı təşki
lat rolunu oynayır. Biz Azərbaycana etdiyimiz hər səfər zamanı
ən önəmli adamlarımızı, şəxsiyyətlərimizi buraya gətiririk ki, bu
işlərdə bizə yardımçı olsunlar. Biz istərdik elə bir müəssisə yara
daq ki, orada iki yüz, üç yüz, bəlkə də min nəfər işləyə bilsin. Bu,
min nəfərin vəziyyətinin yüngülləşdirilməsinə kömək edər. Mən
onu demək istəyirəm ki, bizim tacirlərimizin, iş adamlarımızın
Azərbaycanda işləmək üçün olduqca böyük istəkləri vardır. İn
şallah, Sizin diqqətiniz və qayğınız sayəsində onlar burada əllə
rindən gələni etməyə hazır olduqlarını bildirirlər. Tacirlərdən, iş
adamlarından başqa, burada yazıçılar, ədiblər vardır ki, onların
Azərbaycan haqqında yazıları ilə minlərlə, on minlərlə oxucu ta
nış olur.
Zati-aliləri cənab Prezident, eyni zamanda, Sizə məlumat
verirəm ki, biz Azərbaycan-Küveyt Dostluq Cəmiyyətinin ya
radılmasını bitirmək üzrəyik. Küveyt tərəfindən bu cəmiyyətə
tanınmış xeyriyyəçi, iş adamı Şeyx Əbd əl-Əziz Səud əl-Babteyn
başçılıq edir.
Bu fürsəti bizə verdiyinizə, öz fikirlərimizi Sizə çatdırmağa
imkan yaratdığınıza görə Sizə bir daha minnətdarlığımızı bil
diririk.
Heydor Əliyev' siyasoti: TOLERAN П- I Q
_______________________________________________
360
Mən öz adımdan və dostlarım adından Sizə təşəkkürümü ye
tirirəm.
Heydər Əliyev:
Asiya Komitəsinin Azərbaycanla əlaqədar
gördüyü işlərə görə sizə təşəkkür edirəm.
Asiya Komitəsinin Bakıda keçirdiyi konfrans mənim xatirim-
dədir. Yəqin siz də xatırlayırsınız ki, mən o konfransda iştirak
etmişəm və nitq söyləmişəm. Ona görə də sizin verdiyiniz mə
lumatlar məni sevindirir ki, o konfransdan sonra iş güclənibdir.
Küveyt-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin ya
radılması təklifini də mən dəstəkləyirəm və cənab Əbd əl-Əziz
Səud əl-Babteynin bu işə rəhbərlik etməsi, təbiidir ki, bu cəmiy
yətin fəaliyyətinin çox güclü olmasını təmin edəcəkdir. Azər
baycan tərəfdən bu cəmiyyətə rəhbərlik edəcək şəxsi biz təyin
edərik.
Hamınızı Azərbaycanda qaçqın vəziyyətində yaşayan insan
lara yardımınızı əsirgəməməyə bir daha çağırıram. Yardımınızı
əsirgəməyin, hətta artırmağa çalışın.
Təşəkkür edirəm. Mənim salamlarımı Küveyt xalqına, Küveyt
əmiri Şeyx Cabir əl-Əhmədə çatdırın. Sağ olun.
__________________________________________________Heydar Əliyev siyasolı: TOLERANTLIQ
361