Çıxışlar, nitqlər, görüşlər, təbriklər baki 2015



Yüklə 333,04 Kb.
Pdf görüntüsü
səhifə28/112
tarix04.11.2017
ölçüsü333,04 Kb.
#8264
1   ...   24   25   26   27   28   29   30   31   ...   112

Hevddr Əliyev siyasəti: TO LERA N TLIQ
qətiyyən  mümkün  deyildir.  Əgər  satqınlıq,  xəyanət  olmasaydı, 
daxildən Azərbaycana  düşmən olan  adamlar öz şəxsi  mənafelə­
rinə  çatmaq  üçün  cürbəcür hoqqabazlıqla,  hakimiyyət uğrunda 
mübarizə ilə  məşğul  olmasaydılar,  Şuşa qalası  da Azərbaycanın 
məğrur qalası kimi yaşayacaqdı, Laçın dağları da və indi biz, sa­
dəcə  olaraq,  başqa  ərazilərimizdən  erməni  silahlı  qüvvələrinin 
çıxarılması  ilə məşğul  olacaqdıq.  Bu  satqınlıq,  xəyanətlər  xalqı­
mızın  qəlbinə  böyük  yaralar  vurubdur,  o  yaralar  sağalmayıb, 
sarınmayıbdır,  o  yaralar  sızıldayır.  Ancaq  biz  sızıldamırıq.  Nə 
qədər ağır,  çətin  olsa  da,  nəyin  bahasına olsa da,  biz  torpaqları­
mızı  geriyə  qaytaracağıq,  yəni  işğaldan  azad  edəcəyik,  onların 
sahibi  olacağıq.  Müstəqil  dövlət  kimi  Azərbaycan  öz  ərazisinin 
hüdudları  çərçivəsindəki  bütün  torpaqlarının  sahibi  olmalıdır. 
Bunu  haqq- ədalət,  beynəlxalq hüquq normaları,  dünya  demok­
ratiyası,  dünya ədaləti tələb edir.  Biz buna  nail olacağıq.
Eyni  zamanda,  bilirsiniz  ki,  buna  nail  olmaq  üçün  çox  çətin­
liklər  də  var.  Dörd  il  bundan  öncə  Şuşa  qalası,  Şuşa  rayonu  və 
Laçın  Ermənistan  silahlı  qüvvələrinə  təslim  edildikdən  sonra 
Azərbaycanın başına çox böyük bəlalar gəldi. Azərbaycanın əra­
zisinin  başqa  hissələri  də  işğal  olundu.  İndi  ərazimizin  20  faizi 
Ermənistan silahlı  qüvvələrinin  işğalı altındadır.  Beş ildir ki,  siz 
yerinizdən didərgin düşmüsünüz, qaçqın  vəziyyətində,  ağır,  çə­
tin vəziyyətdə yaşayırsınız. Amma sizinlə bərabər Azərbaycanın 
bir milyon vətəndaşı Ermənistanın təcavüzü nəticəsində, torpaq­
larımızın  işğal  olunması  nəticəsində  yerindən-yurdundan  zorla 
çıxarılıb,  didərgin düşüb və respublikamızın başqa bölgələrində 
sizin kimi qaçqın vəziyyətində yaşayır.  Bu, Azərbaycan Respub­
likasının  həyatında  böyük  gərginlik,  çətinlik  yaradır.  Tarixdə 
heç vaxt  biz  belə ağır vəziyyətə düşməmişik ki,  torpaqlarımızın 
20  faizi  işğal  olunsun,  bir  milyondan  artıq  vətəndaşımız  yerin­
dən-yurdundan qaçqın  düşsün.
Bilirsiniz ki, iki il öncə -  1994-cü ilin mayında biz döyüşləri da­
yandırdıq,  Ermənistanla  atəşkəs  haqqında  saziş  bağladıq.  İki  ilə 
yaxındır ki,  xalqımız atəşkəs şəraitində yaşayır.  Bu  atəşkəs zəru­
122
ri  idi.  Bilirsiniz  ki,  iki  il  bundan  öncə,  həmin  bu  günlərdə,  aprel 
ayında Ağdam-Tərtər bölgəsində qanlı  döyüşlər gedirdi.  Erməni 
işğalçıları  öz  havadarlarının  gücünə  arxalanaraq,  onların  kömə­
yindən  istifadə  edərək  Azərbaycanın  başqa  ərazilərini  də  işğal 
etmək,  bizi  diz  çökdürmək  istəyirdilər.  Biz  onların  qarşısını  al­
dıq.  Qırx  gün  gedən  döyüşlər Azərbaycan  xalqının,  Azərbaycan 
əsgərinin,  oğullarının nəyə  qadir  olduğunu  bildirdi.  Ermənistan 
silahlı qüvvələrinə də göstərdi  ki,  daha  onlar irəliləyə bilməzlər. 
Biz onları dayandırdıq. Qırx günlük döyüşlərdən sonra başa düş­
dülər ki, belə vəziyyətdə müharibə aparmaq mümkün deyil. On­
lar atəşkəs haqqında saziş imzalamağa təşəbbüs göstərdilər və biz 
də buna razı olduq. Beləliklə, atəş dayandınldı.
Atəşkəs müddətində biz Ermənistanla Azərbaycan arasındakı 
hərbi  münaqişəni  sülh  yolu  ilə  aradan  qaldırmaq  istəyirik.  Biz 
sülhsevər xalqıq, sülh istəyirik. Bunu dünyaya da bildirmək istə­
yirik  və  bildiririk.  Ona  görə  də  sülh  danışıqları  aparırıq,  bunu 
bilirsiniz.  Mən  dəfələrlə  çıxışlarımda  bunu  demişəm,  fikirlərim 
televiziya,  radio  vasitəsilə  sizə  çatır.  Bu  iki  il  müddətində  biz 
saysız-hesabsız  tədbirlər  görmüşük,  danışıqlar  aparmışıq.  Bey­
nəlxalq təşkilatların, böyük dövlətlərin vasitəsilə danışıqlar apar­
mışıq və aparırıq. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşki­
latı  çərçivəsində Minsk qrupu var o bu işlə məşğul olur -  həmin 
səviyyədə də danışıqlar aparırıq.  Amerika  Birləşmiş Ştatlarının, 
Rusiyanın,  Türkiyənin və  başqa  dövlətlərin  vasitəçiliyi  ilə danı­
şıqlar aparırıq.  İki  il  müddətində dünyanın ən  böyük dövlətləri­
nin  prezidentləri,  hökumət  başçıları  ilə  dəfələrlə  görüşmüşəm, 
həmin ölkələrdə, beynəlxalq təşkilatlarda danışıqlar aparmışam. 
Mən  bütün  beynəlxalq  təşkilatlarda olmuşam,  dünyanın  elə  bir 
beynəlxalq təşkilatı yoxdur ki, bu iki il müddətində orada olma­
yım,  Azərbaycanın  əsas  problemini,  tələblərini  deməyim.  Dün­
yanın  elə  bir böyük  dövləti  yoxdur  ki,  mən  onun  başçısı  ilə  gö­
rüşməmiş  olam.  Amerika,  Rusiya  prezidentləri,  Çin  Dövlət  Şu­
rasının sədri, İngiltərənin Baş naziri, Fransa, Almaniya, Türkiyə, 
İran prezidentləri ilə görüşmüşəm. Bu siyahını uzatmaq da olar.
_______ ______________________________ Heydar Əliyev siynsdlı: TOLERANTLIQ
123


НеуЈлг Əliyev siy.ısoli: TOLERANTLIQ
Bu  görüşlərin,  danışıqların  hamısı  bir  məqsəd  daşıyır:  Azər­
baycanın  haqq-ədalət işini dünyaya sübut etmək, ölkəmizə qarşı 
olmuş hərbi  təcavüzü  dünya  ictimaiyyətinə anlatmaq,  sübut et­
mək və beynəlxalq ictimaiyyətin, dünyanın böyük dövlətlərinin, 
beynəlxalq  təşkilatların  köməyi  ilə,  onların  vasitəsilə  məsələni 
sülh  yolu  ilə  həll  etmək.  Hətta  Ermənistanla  birbaşa  danışıqlara 
getmişik.  Bu  danışıqları  aparırıq  ki,  məsələni  sülh  yolu  ilə  həll 
edək. Yəni bizim  vicdanımız təmizdir,  pakdır. Baxmayaraq ki, nə 
qədər  qurbanlar,  şəhidlər  vermişik,  işğal  edilmiş  torpaqlarımız 
viran  olunubdur,  əsrlərdən  əsrlərə, nəsillərdən  nəsillərə qurulub 
yaradılmış  tarixi  abidələrimiz,  maddi  nemətlərimiz  dağıdılıbdır, 
millətimizə nə qədər mənəvi  zərbələr vurulubdur, -  biz məsələni 
yenə də sülh yolu ilə həll etmək istəyirik. Biz bölgəmizdə, Qafqaz­
da  sülh  istəyirik,  dünyada  sülh  istəyir  və  bu  yolla  məqsədimizə 
nail olmaq  istəyirik.
Bir  həftə  idi  ki,  mən  Avropada  -   Lüksemburqda,  Belçikada, 
Norveçdə  böyük  səfərdə  idim.  Lüksemburqda  Avropa  Birliyi 
kimi böyük,  mötəbər bir təşkilatın  toplantısında  olmuşam.  Avro­
pa  Birliyi ilə Azərbaycan arasında çox  tarixi əhəmiyyət kəsb edən 
sənəd -  ölkəmizin bu  təşkilatla  əməkdaşlıq və  tərəfdaşlıq etməsi 
haqqında  saziş  imzalanıbdır.  Bu,  tarixi  hadisədir.  Yəni  biz Avro­
pa  Birliyi  kimi  yüksək  iqtisadiyyata,  mənəviyyata,  demokratiya­
ya malik olan təşkilatla əməkdaşlığa getmişik. Eyni zamanda, bu, 
Azərbaycanın  müstəqil  dövlət  kimi,  demokratik,  hüquqi  dövlət 
kimi tanınması deməkdir. Həmin saziş imzalanarkən Avropa Bir­
liyinin  yüksək  vəzifəli  şəxsləri  və  Avropanın  digər  ölkələrində 
olduğum  zaman  dövlət,  hökumət  başçıları  Azərbaycanda böyük 
dəyişikliklərin mövcud olduğunu, demokratik islahatların, iqtisa­
di  islahatların  həyata  keçirildiyini  məmnuniyyətlə  qeyd  etdilər. 
Demək,  Azərbaycan  dünya  birliyinin  ən  yüksək  pillələrinə  ad­
dımlayır.  Bu, bizim böyük nailiyyətimizdir.
Bununla  yanaşı,  mən  Lüksemburqda  da,  Brüsseldə  də  Avro­
pa  Birliyinin  nümayəndələri  ilə  fərdi  danışıqlar  da  aparmışam. 
Həmin  saziş  imzalanarkən Avropa  Birliyinin  yüksək  kürsüsündə
1 2 4
Heydar Əliyev яуамЧ: TOLERANTLIQ
söylədiyim  nitqdə  Ermənistanın  Azərbaycana qarşı etdiyi  təcavü­
zü,  respublikamızın  belə  ağır  vəziyyətdə  olduğunu,  eyni  zaman­
da,  Azərbaycanın  bu  münaqişəni  sülh  yolu  ilə  aradan  qaldırmaq 
istədiyini dünyaya bir daha bildirmişəm. Avropa dövlətlərinin nü­
mayəndələri  ilə fərdi danışıqlarda  da  bu  məsələlərin həll  olunma­
sının yollannı araşdırmış, təkliflər vermişəm.
Brüsseldə  olarkən  NATO  kimi  böyük  beynəlxalq  təşkilatların 
Baş Qərargahına  gedərək  onun  baş  katibi  ilə  görüşüb  NATO  ilə 
"Sülh  naminə  tərəfdaşlıq"  proqramına  qoşulmağımız  haqqında 
prezentasiya sənədini təqdim etmiş, ətraflı danışıqlar aparmışam.
Azərbaycana  maddi  yardım,  maliyyə  yardımı  göstərilməsi, 
respublikamızın  inkişafı  üçün  cürbəcür  proqramların  ölkəmiz­
də  tətbiq  olunması  barədə  Avropa  Birliyi  komissiyasının  sədri 
ilə,  başqa  rəsmi  şəxslərlə geniş  danışıqlar aparmışam.  Nəhayət, 
Norveçə rəsmi dövlət səfəri edərkən bu ölkənin baş naziri,  kralı, 
parlamentin  sədri  ilə  və  digər şəxslərlə danışıqlarımız olubdur. 
Bütün  bu  danışıqların  hamısında  Azərbaycan  ilə  bu  təşkilatlar, 
dövlətlər  arasında  münasibətləri  inkişaf  etdirmək  problemləri 
ilə  yanaşı,  ən  ön  cərgədə,  planda  Azərbaycanın  ağır  problemini 
-   Ermənistanın  təcavüzündən  xilas olmaq  problemini  irəli  sür­
müşəm və bu barədə təkliflərimi vermişəm. Bunların hamısı ona 
görədir  ki,  biz  başımıza  gəlmiş  bəlanı  sülh  yolu  ilə  aradan  qal­
dırmaq istəyirik.
Eyni  zamanda,  mənim  bır  həftəlik  səfərimdə  Azərbaycan  Res­
publikasının  müstəqil  dövlət  kimi  tanınması üçün çox böyük  işlər 
görülübdür.  Bu  görüşlərin  hamısı  Azərbaycanın  müstəqilliyinin 
dünyaya  bir daha  nümayiş etdirilməsidir.  Mən  bu görüşlərdə  bir 
daha bildirmişəm ki, dövlət müstəqilliyi, milli azadlıq bizim ən bö­
yük  nailiyyətimizdir.  Biz bunu  tarixi  nailiyyət hesab edirik,  qoru­
yub saxlayırıq  və  bundan  sonra  da  qoruyub saxlayacağıq.  Dövlət 
müstəqilliyimizi  heç  vaxt əldən  verməyəcəyik,  heç  vaxt başqa  bir 
dövlətin tərkibinə, yaxud tabeliyinə düşməyəcəyik.  Biz müstəqilik 
və müstəqil də yaşayacağıq.
1 2 5


Yüklə 333,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə