Heydardliyet fivəsoti TOLERANTLIQ
MOSKVANIN VƏ BÜTÜN RUSİYANIN
PATRİARXI II ALEKSİ VƏ ONU MÜŞAYİƏT
EDƏN ŞƏXSLƏRLƏ GÖRÜŞDƏ SÖHBƏT
28 may 2001-ci il
Heydər Əliyev: Moskvanın və bütün Rusiyanın müqəddəs
patriaıxı, hörmətli qonaqlar, mən sizi Azərbaycanda ürəkdən sa
lamlayır və təşəkkür edirəm ki. Müqəddəs Patriarx, Siz tarixdə
ilk dəfə olaraq Azərbaycana səfər etdiniz. Mən bu səfəri ölkəmiz
uçun, xalqımız üçün, Azərbaycanda yaşayan pravoslavlar üçün
son dərəcə mühüm hadisə kimi, eləcə də Rusiya-Azərbaycan
münasibətlərində mühüm hadisə kimi qiymətləndirirəm.
Ona görə də mən sizi bir daha salamlayır və sizə təşəkkür
edirəm ki, belə zəhmətə qatlaşaraq Azərbaycana gəlmisiniz.
402
Hcydsr Əliyev siy.is.ili: TOLERANTLIQ
Mono məlum olduğuna görə, siz iki-üç gündür ki, buradasınız
vo ölkəmizlə, xalqımızla və əlbəttə, Azərbaycanda yaşayan pra-
voslavlarla tanış ola bilmisiniz.
Biz Rusiya ilə uzun müddət - keçmişdə, Rusiya imperiyasın
da da, müttəfiq respublika kimi hamımız Sovet İttifaqına daxil
olduğumuz dövrdə də birlikdə olmuşuq. Ona görə də əlaqələ
rimizin çox böyük tarixi və Rusiya ilə Azərbaycan arasında, rus
və Azərbaycan xalqları arasında dostluğu səciyyələndirən çox
parlaq səhifələri var.
Azərbaycanda, xüsusən XIX-XX əsrlərdə rusların, özü də tək
cə rusların deyil, bütün pravoslavların sayı getdikcə artırdı. Ona
görə də burada Pravoslav kilsəsi fəxri yer tuturdu. Bir vaxtlar,
Azərbaycan Rusiya imperiyasının tərkibində olarkən, azərbay
canlıların bir çoxu imperator sarayı ilə də, kilsə ilə də sıx əlaqə
saxlayırdı. O vaxtlar bizim bir çox görkəmli adamlarımız Rusiya
nın müxtəlif universitetlərində, ali məktəblərində təhsil almışlar.
Zəngin ailələrdən olan neçə-neçə azərbaycanlı çar ordusunda
zabit kimi də xidmət edirdi, azərbaycanlı generallar da çox idi.
Onlar Rusiya uğrunda savaşlarda döyüşmüşlər. Məsələn, məş
hur general Əliağa Şıxlinski XX əsrin əvvəllərində Rusiya-Yapo
niya müharibəsi zamanı Port-Arturda igidliklə döyüşmüşdür və
bütün Rusiyada onu "Rus artilleriyasının allahı" adlandırırdılar.
Bu sözləri general Səməd bəy Mehmandarov və ya bir neçə nax
çıvanlı general haqqında da demək olar. Şübhəsiz, bütün bunlar
Rusiya ilə Azərbaycan arasında dostluq münasibətlərinin sə
hifələridir, özü də çox gözəl səhifələridir.
Xalqlarımız müxtəlif dinlərə mənsubdurlar və burada təəc
cüblü bir şey yoxdur. Çünki dünyada vahid din yoxdur, bir Al
lah var. Xalqlar müxtəlif dinlərə etiqad edirlər, amma bununla
belə, dini mənsubiyyətdəki fərq bədxah münasibətləri, ədavət
və düşmənçiliyi, yaxud xoşagəlməz daha nəyisə heç zaman şərt
ləndirmir.
Ona görə də Azərbaycanda rus
əhali və ümumiyyətlə, pravos
lavlığa etiqad etmiş olanların və etiqad edənlərin hamısı hüquq
403