ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə79/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   75   76   77   78   79   80   81   82   ...   100

 

320 


                    Yar əlin, yar düymələri mərcan. 

Bu nəqarətdi.  

O biri dəstə deyərdi.  

                    Yar əlin, sevdim həyətdə səni, 

Bu deyərdi: 

Yar əlin, yar düymələri mərcan. 

Yar əlin, boyda qamətdə səni. 

Sevdim həyətdə səni 

Boyda qamətdə səni. 

Laçın kimi boylaram. 

Bu, keçmişin ata-baba sözləridi. Dəyişəndən sora keçər-

di ondan sora. 

Bir dəstə reyhan, bala-bala, yar-yara heyran. 

Sora keçərdi lələk-lələyə: 

Allah gözəl sizdədi, 

Gözələ verin güzgünü. 

Gözəl neynir güzgünü? 

Gözəl suda baş bağlar. 

 

Zülfün darar, yaş bağlar. 



Yar yardan ayrılanda 

Ürəyinə daş bağlar.

 

Vallah gözəl sizdədü. 



Bu nəqarət: 

Sora  təkrar  o  üzə  keçərdi,  bu  bayatı  başlıyanda.  Ondan 

sora keçərdi. Mələk,  mələk, ay mələk. Hamısı sındıra-sındıra 

belə-belə eliyə-eliyə barmağnan. 

                    Mələk mələk ay can mələk. 

Hər dəstədə on, on iki nəfər olurdu. 

 



 

321 


Mən bu küçənin qızıyam. 

Ay can mələk-mələk. 

Hər kəsənin baldızyam. 

Gəl bağa bostana, mələk. 

Ay can mələk-mələk 

Sora: 


Dəst eylər gül eylər. 

Basma basma tağları. 

Saraldı yarpağları. 

Bu nəqarətdi. Sora: 

Ha yordu yordu, 

Görək kim kimi yordu? 

Evləri burda yoxdu. 

Aman aman aman ölürəm. 

Köçübdü yurdu yoxdu. 

Aman aman, Allah. 

Qadan allam hey. 

 

Getdim pələd



*

 ağzına 


Aman, aman, aman bilirəm. 

Dedilər evdə yoxdu. 

Aman, Allah, qadan allam. 

Sora  “gəlin  gəldi”  mahnıları  var.  “Gəlin  otuzdurdu” 

mahnıları var. Gəlini evə gətirəndə başlıyardıq deyərdik: 

Ey, yara “xoş gəldün” deyün. 

Dildara “xoş gəldin” deyün. 

Arzuların çəkdiyim gəlinə. 

                                                             

*

 Pələd - darvaza 




 

322 


“Xoş gəldün” deyün, ay. 

İki-iki deyərdilər nazlıyardılar gəlini. Ondan sora gəlinə 

qorxu verərdilər: 

İstəkanı nəlbəkidə qoy, gəlin. 

Evdəki dilləri yerə qoy, gəlin. 

Ondan sora gəlinə deyərdik: 

Əylən gəlin, əylən gəlin. 

Bizim dil farsu dilidir,  

Öyrən gəlin, öyrən gəlin. 

Bunun mənası var e, biz fars deyilik ki! Bəs niyə? Yəni 

bizim  evin  xasiyyəti  sizin  kimi  deyil.  Qızıl  fonddadır  bizim 

halayımız. Biz buta idik onu “Ozan” verlişində verirdi: 

Bu toy kimin toyudu? 

Toyuna qurban olum. 

Toyunda oynuyanın, 

Boyuna qurban olum. 

O birisi təkrar deyərdi: 

Toyunda oynuyanın, 

Boyuna qurban olum. 

Sora dəyişərdi: 

Gedirsən ey, ellərə 

Boyuva qurban olum. 

Düşübdü meylim sənə, 

Boyuva qurban olum ey. 

Özüm özünə qurban, 

Toyuva qurban olum. 

Nazlıyırsan oğlan üçün, düyirsən qız üçün.  

Nəqarətdi bu: 

Bu toy kimin toyudur? 

Toyuna qurban olum. 




 

323 


Toyunda oynuyanların. 

Boyuna qurban olum. 

 

*  *  * 


Evlərində var çinar, 

Yarpağı dinar-dinar. 

Qardaş, toyun başlıyıb, 

Saxlasın Pərvərdigar. 

Adnan da deyirsən kimin toyu olsa. Dinar puldu.  

Bu gün ayın onudur, 

Zər xaradan donudur. 

Qurban olum qardaşa

Bu gün onun toyudur. 

 

Bu gün ayın üçüdür, 



Girmə bostan içidir. 

Qurban olum qardaşa, 

Dili badam içidir. 

Bəyə qurban gedirlər: 

İstilin dolaları. 

Kəkliyin balaları. 

Qurban olsun qardaşa

Qoşaca xalaları. 

 

İstilin gil-gilləri



Oxuyur bülbülləri. 

Qurban olsun qardaşa, 

Qoşaca bibiləri. 

 

 




 

324 


O taydan əl eyləmə, 

Bağrımı qan eyləmə. 

Sən mənimsən, mən sənin, 

Özgə xəyal eyləmə. 

 

Bu yol yolluğa gedər, 



Ucu bolluğa gedər. 

Qurban olum qardaşa, 

Gələr qulluğa gedər. 

 

Şarafanın o üzü, 



Yatışıb qoyun-quzu. 

Qurban olsun qardaşa, 

Hər sürüdən bir quzu. 

 

Gedən alagöz oğlan, 



Qoltuğunda saz oğlan. 

Al qələmi əlinə, 

Mən dediycən yaz oğlan. 

 

Gedirsən neynim sənə, 



Düşübdü meylim sənə. 

Özüm özüvə qurban, 

Daha mən neynim sənə. 

 

Yeri-yeri gəlirəm, 



Qolumu düymələyirəm. 

Aç qollaruvu, gəlim mən

Uzağ yerdən gəlirəm. 

 



 

325 


Yeri-yeri, nişan yar. 

Təzə eşqə düşən yar. 

Elçiləri qırılmış. 

Özü eşqə düşən yar. 

 

Evdən evə zəng olar, 



Eşqə düşən dəng olar. 

Tuteydim könül quşun, 

Göreydün nə rəng olar. 

Yəni  məni  qınama  da,  sənin  də  könlündə  eşq  olsa,  gö-

rərdin nə rəng olar. 

Bu gün yemiş yemişəm, 

Yara sözlər demişəm. 

Dilim, ağzım qurusun. 

Acığımdan demişəm. 

 

Su atdım, yara dəydi, 



Qolum divara dəydi. 

Dilim ağzım-qurusun, 

Nə dedim yara dəydi? 

 

İstil üstə putrax. 



Dövrə vuraq, oturaq. 

Bivəfa yar əlindən. 

Dustağ olağ, oturağ. 

 

İstl üstə dur, oğlan 



Kəklik gəlsə, vur oğlan. 

Eldən-elə aşığdı. 

Süfrə dolu qaşığdı. 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə