ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə82/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   78   79   80   81   82   83   84   85   ...   100

 

336 


          *  *  * 

Bırdan getdım Həmədana, 

İncil yığdım dana-dana 

Səni qoydum yana-yana, 

Gəlmişəm yarın camalın görməyə, 

Gəlmişəm ay hey. 

 

*  *  * 


Evlərinə getdim qonağ, 

Savaş oldu, sındı çanağ. 

Sənə bişirdim qayqanağ, 

Gəlmişəm yarın camalın görməyə, 

Gəlmişəm ay hey. 

 

*  *  * 



Ay dədə, çatmaqaş daşı mənə dəydi, 

Belimi sındırıb dərd əlimi əydi. 

Bi qar yağıbdı, belə dimnən ay

Sürməsi getməz belə gözümnən ay, 

Əyilim öpüm belə, üzünnən ay. 

Aşığ balam, belə balam ay. 

Geymə lalanı belə, lalanı ay, 

Sağ olsun, var olsun, yar bizə qonağ olsun. 

 

*  *  * 


Bi köynəyim var, 

Bi köynəyim var belə, dəridən ay. 

Belə ürəyimin yağın, 

Belə əridən ay,  

Bi köynəyim var. 



 

337 


Belə məni başmağsız belə, yeridən ay, 

Bi köynəyim var. 

Belə lalanı, ay aşığ balanı, 

Belə lalanı, ay, geymə valanı. 

Belə lalanı ay sağ olsun, var olsun. 

Yar bizə qonağ olsun eyyy... 

 

*  *  * 


Evlərinin dalı, belə aldım, oturdum, 

Belə daşdarı içinə mən saldım, oturdum. 

Belə eşitdim: yar gəlir, belə durdum oturdum, 

Belə lalanı, ay aşığ balanı, 

Belə lalanı ay geymə valanı. 

Belə lalanı ay sağ olsun, var olsun, 

Yar bizə qonağ olsun... 

 

*  *  * 



Yeri-yeri, yeri, yerim var, yeri, 

Sevdim alagözdü, kimin yarısan? 

A bivəfalı dağlar ay, 

Əcəb safalı dağlar, 

 

*  *  * 


Su gəlir lülə-lülə

Yar gəlir gülə-gülə. 

Əlində ipək dəsmal. 

Tər-qanın silə-silə ay, 

A bivəfalı dağlar ay, 

Əcəb çapalı dağlar. 




 

338 


Bizdə  nişan  olanda  çala-çala  gedirik  qızgilə.  Sora  qıza 

nişan  aparırığ.  Qıza  üzük  taxırlar.  Şirniyyat  stulu  açırlar.  Toya 

bir gün qalmış “xınayaxdı” olur. Xınanın içinə altı qızın üzüyün 

atırlar.  Xınayaxdısı  olan  qız  bir-bir  üzügü  çıxarır.  Hansı  qızın 

üzügü birinci çıxırsa, o qız birinci ərə gedər. Gəlin gedən günü 

qabın  içinə  su  töküb, bir azda pesok  tökürlər ki,  şirinlik olsun, 

qarişdürrüy  sora  gəlin  gəlir  oturur.  Gəlin  gedəndə  sandığda 

çörək,  iynə  və  qənd  aparır.  İynəni,  qəndi  qoyurlar  quyunun 

başına,  çörəyi  də  kəsib  paylıyırlar  uşaqlara,  böyüklərə.  Sora 

qəndi  quyuya  atırlar,  iynə  ilə  də  paltar  tikirlər.  Gəlin  3  dəfə 

qapını açıb örtür. Qaynatanı çağırırlar. Qaynata deyir: bəzisi de-

yir, xalça verirəm, bəzisi deyir, sənə oğlumu verirəm, bəzisi de-

yir inək verirəm, bəzisi də deyir ev-eşik verirəm. Sora gəlin otu-

rur. Gəlin oturur, əlin başın üstündə tutub, əlin içinə bal qoyur-

lar. Sora gəlinin qucağına oğlan uşağı qoyurlar. Sora deyirlər: 

 

 Aman nənə, zalım nənə, can nənə



 İstəkanı nəlbəkiyə qoy gəlin. 

 Evdəki dillərü yerə qoy gəlin. 

 Evdəki dillərü evdə qoy gəlin.  

 

 Gəlin gəlir, xan gəlir. 



 Gəlin gələndə deyirlər ki:  

 Gəlin, gəlin döyül, düşdüyü yer gəlindi. 

 

*  *  * 


Bizdə kirvə nə desə o olmalıdır. Xeyirdə və şərdə birinci o 

olmalıdır.  Kirvə  qız  verə  bilməz  kirvəyə,  nə  də  qız  ala  bilməz 

kirvədən.  Belə  bir  adət  var:  qıza  2-3  dəfə  elçi  gəlir.  Görür  ki, 

buların rayı vaar, olannan sora xəbər göndərir ki, bəs kişilərimiz 




 

339 


gələ. 2-3 kişi danışığa gəlir. Nə qədər səndə, nə qədər məndə. Bi 

dənə  kostyum,  bi  az  şirniyyat,  tort,  gəlirlər  oları  qoyurlar.  Yarı 

oğlan  evi,  yarı  qız  evi  qoyur  ki,  oğlan  evinə  güc  düşməsin. 

Oğlan  evindən  gələn  xonçalar  boşaldılannan  sora,  təzədən  üş 

dənə  xonçaya  oğlana  dair  belənçiy  köynək,  alt  paltarları 

qoyurlar.  Duxu-muxu  bir  dənə  səbətə  yığılır.  Belənçiy,  3  dənə 

adam  gedir  oğlan  evinə.  Oğlanın  tay-tuşdarı  oğlanın  başına 

yığılır. Bişirilən yiməklərdən də qoyulur, oğlan evinə göndərilir. 

Olar da xonçaların içinə pul qoyurlar, göndərillər qızgilə.  

Xınayaxdıda  xörək-zad  süzürük,  gəlinə  xına  qoyurlar. 

Gəlin gidəndə quyunun başına qənd və iynə qoyullar ki, həmi-

şə  gəlinin  sözü  ötəngli  olsun. Xınayaxdıda  xınanı  oğlan  uşağı 

oğurlayır. Gəlini gətirib qəpinin yanında qoyuruq. Qız evindən 

gətirilən  çörəyi  uşağlara,  böyüklərə  paylayıllar.  Toyda  gəlini 

oynadıllar.  Qız  evi  oğlan  evinə  xələt  verir.  Üzüg  verən  üzüg 

verir, qızıl verən qızıl taxır gəlinin yaxasına. Deyirlər: 

Verin bizim gəlini, gəlini, 

Qaynı bağlar belini , belini.  

Bu öyün böyük qızı,  

İndi köçər, gedər yarıyar. 

Şal əlməyə gəlmüşük,  

Mal almağa gəlmüşük. 

Gəlinin adamıyuğ, 

Aparmağa gəlmüşük. 

 

*  *  *  



Əylən gəlin, əylən gəlin, 

Bizim dili, farsu dili

Öyrən gəlin, öyrən gəlin.  



 

340 


Qızın  atası  girir  qızın  qoluna  və  deyir  ki,  oğlanın  atası 

sənin atandı, anası anandı. Olara kəm baxsan, qarğıyaram sə-

ni.  Toydan  3  gün  sora,  3  günlük  plov  olur.  Üçüncü  gün  qız 

evinnən  oğlan  evinə  nə  qədər  adam  gedirsə,  o  qədər  yiməy 

aparıllar.  Oğlan  evinə  gedənnən  sora  gəlin  gəlir  adamlarnan 

görüşür. Gəlin görüşdüyü adamların başına ətir tökür. 

 

*  *  * 


Uzağı iki dənə toy olardı. Qabağlar yol-rız yox idi, gəli-

ni at araba ilə aparardılar. Soralar “QAZ-69” ya da “vilis”nən 

aparardılar. Toya 10 gün qalmış qohum-qonşu yığılardı, həyə-

ti-bacanı təmizlərdilər. Sora da 2 dəstəyə bölünərdi. Bir dəstə 

qabağında bir qabal, o biri dəstə də qabağında bir qabal. Olar 

halay gedərdilər. Halayın mahnıları da belə olardı: 

A yordu, yordu, yordu, 

Görək kim-kimi yordu? 

Qızdarın yaylıqların daldan bir-birinə bağlayardıq. 

Yeddi gün olardı. Bizdə nişanda içki olmaz, soğan olmaz. 

Yeddi gün şələ aparanda, qoğal-moğəl, zirinc çörəy, bir də külçə 

çörəy,  təndirə  yəpərdilər.  Kanfetdən,  pçennikdən,  filan,  buna 

“Yeddigün” şələ diyərdilər. “Üç gün plov” da belədi ki, üçüncü 

gün anası, atası, bacısı, xalası üçün xələt, padarkə qoyallər. 



 

*  *  * 

Ey, yara “xoş gəldün” diyün,  

Dildara “xoş gəldün” diyün.  

Arzumanın çəkdiyini,  

Gəlinə “xoş gəldün” diyün  

 

Diyir bu xaşxaşdı gəlin,  



Əsil qızılbaşdı gəlin.  


Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə