ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə81/100
tarix15.07.2018
ölçüsü3,17 Mb.
#55885
1   ...   77   78   79   80   81   82   83   84   ...   100

 

331 


Xarabada çoxdur kağız yazanı, 

Hay Leyli, Leyli ey. 

 

Ondan sonra giley olardı: 



 

Qaynətəmin adı Mahirdi, Mahir, 

Ətəyinə atdım yüz əlli şahin. 

Qaynanamı tutub gəlinin ahı 

Allam, allam səni

Qıza, mən allam səni, ay qara göz. 

Yarın ollam sənin ey. 

 

Gedəndə ağlaram, 



Gələndə gülləm. 

Yar sənin qədrüvi. 

Mən hindi billəm. 

 

Paltarın cırılsa, yamıya billəm. 



Allam, allam səni. 

Qıza, mən allam səni, ay qara göz. 

Yarın ollam sənin, hay-hay. 

 

Gedün deyün qaynanamın özünə, 



Külü töksün ölüsünün gözünə. 

Mən gəlincən ev ayırsın özünə. 

 

Qaynanamı bağda ilan vuraydı. 



Baldızıma Quran qənim olaydı. 

Qaynatama Məkkə qismət olaydı. 

 



 

332 


Üçlik bayatı da var, dördlük bayatı da var: 

Oturub çayçıda çay qabağında, 

Paprız damağında, mey qabağında. 

Geyinib, keçinib yar qabağında, 

Allam, allam səni, 

Qıza, mən allam səni, ay qaragöz. 

Yarın ollam sənin ey. 

 

Toyda qızlar bi yerdə oxuyurdular: 



Balaca nar ağacı. 

Narın nə göyçəydi. 

Qardaş başuva dönüm. 

Yarın nə göyçəydi. 

 

Bu da nəqarətdi:  



 

Elə deyər, mənəm-mənəm. 

Nar ağacı narın nə göyçəydi. 

Hansı igid bəyənnərəm. 

 

Bu halaydadı: 



Basma-basma tağları. 

Saraldı yarpağları. 

 

Gedirsən neynim sənə. 



Düşübdü meylim sənə 

Özüm özünə qurban. 

Daha mən neynim sənə. 

Basma-basma tağları. 

Saraldı yarpağları. 



 

333 


Qız bəyənmə 

 

Gəlini deyə-deyə aparadılar.  

Gəlini qoyurdular həyətdə deyərdilər: 

Boyu bəsdə gəlinin, 

Saçı dəstə gəlinin. 

Evlərdə çox söz olur. 

Alma qulağuva, gəlin. 

Qızı ata-ana görüb bəyənirdi. Gəlirdilər evə, bir şeyi bə-

hanə edirdilər. Evdə baxırdılar qıza nə cürdü, nə təhərdi? Ha-

mamda  görürsən  bəyənirdilər.  Suya  gedərdik,  kimin  çəlləyi 

var  idi,  arabaya  doldurardı.  Suya  gedərdi,  su  yolunda  bəyə-

nərdilər.  Yolda  görərdilər  qızı.  Ya  suyu  dolduranda  görərdi-

lər,  qızı  bəyənərdilər.  Daha  nəslini  güdərdilər,  filankəs  filan 

nəsildəndi.  Qız  oğlanı  görərdi,  oğlan  qızı  görərdi.  ZAQS  kə-

sərdilər, on altı  yaşından aşağı ZAQS kəsməzdilər. Sora “Al-

dım-verdim” eliyərdilər. Gəlirdi oğlanın atası deyirdi:  

–  Mən  sənin  qızın  üçün  gəlmişəm.  Qızuvu  oğlum  üçün 

alıram.  “Aldım-verdim”  oldu.  Zənbilnən  paltarı  gətirərdilər, 

xonçaynan  olmazdı.  Ta  ki, ZAQS olmuyunca. ZAQS  olandan 

sora  xonçaynan  paltar  gələrdi.  Bir  dənə  nişan  eliyərdilər. 

ZAQS  kəsilənnən  sonra  xınaya  paltar  gətirərdilər.  Bir  dənə 

qoyun gətirərdilər, bir kisə un, bir kisə düyü gətirərdilər. Toyu 

olurdu  qızın,  xınayaxdısı  olurdu.  Səhəri  götürüb  aparırdılar. 

Gəlinin başına xına yaxardılar. Sonra halaya gedərdilər. Mahnı 

oxuyardılar. Səhərəcən öz keflərində olardılar. Üç gün, üç gecə 

aşığ çalardı. Gecə aşığ yatannan sora arvaddar halaya gedərdi:  

Ha yordu yordu-yordu, 

Görək kim kimi, yordu. 

          



 

334 


                *  *  * 

Bən bənövşə, bəndə düşə

Sizdən bizə, bir qız düşə. 

Adı gözəl, özü gözəl. 

Filankəs bizə düşə. 

Küpə minərdilər,

*

 ixtiləf qızdar yığılardı, bayram eliyər-



dilər. Özdəri üçün halaya gedərdilər. Küpə minərdilər. Olardı 

otuz nəfər, qırx nəfər ona ixtiləf deyərdilər:  

Şal almağa gəlmişik. 

Mal almağa gəlmişik. 

Oğlanın dayısıyığ, 

Qızı aparmağa gəlmişik. 

 

Gəlinin vəzifələri 

 

Qabağ belə olardı. Gəlin tezdən durardı. Sübdən. Əvvəl-

cə ayağyolu təmizdiyərdük. Qabları doldurarduğ ki, duran ge-

dir  ora.  Qoy  gedib  boş  görməsin.  Evdə  böyük  durmasa,  biz 

çörəy  yeməzdüg. Birinci, onarın  yeməyi, işməyi, çayı, çörəyi 

–  hamısı  verilərdi.  Sırfa  sərilərdi,  hər  şeyi  qoyulardı.  İcazə 

olseydi  gəlin  də  oturardı,  olmaseydi  heç.  Gəlin  həmişə  aşağı 

tərəfdə oturardı. Ama hamı bir süfrədə oturardı, ayrı yox. 

 

Gəlin gətirmə 

 

Gedirdüg gəlin gətirməyə, deyirdüg: 

Verin bizim gəlini

Qaynı bağlar belini. 

                                                             

*

 küp – yelləncək 




 

335 


*  *  * 

Həştərxana gedən gəmi bənd olar, 

Qayıdanda içi dolu qənd olar

Qayda budu, oğlan qıza bənd olar. 

 

*  *  * 


Bu gün bacım gəlin köçür, 

Əllərə xına yaxarlar, 

Gözlərə sürmə çəkərlər. 

 

*  *  * 



Almanı alma gəlin, 

Al, yerə salma gəlin. 

Evlərdə çox söz olar, 

Qulağuva alma gəlin. 

 

*  *  * 


Əylən gəlin, əylən gəlin, 

Bizim dil farsu dilidi, 

Öyrən gəlin, öyrən gəlin. 

 

Yəni  “farsı”  –  o  deməkdi  ki,  bizim  dili  öyrən,  aton 



öyünnən gəlmisən bizim hal-xasiyyətimizi götür. 

 

Eyvanın altı səkilidü, 



Giləmərzə əkilidi, 

Oğlan qızın vəkilidi, 

Gəlmişəm yarın camalın görməyə, 

Gəlmişəm ay hey. 

 



Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə