346
durannar gərnəşir, kimi diyir mənim əlimə kim yaxdı xınanı?
Mən dedim: – “Kül başua, mal zadıdı yaxmuşuğ əlüə”.
Halay gedərdüy:
Çəkün halay düzülsün,
Xumar gözdər süzülsün,
Hər kəs halaya durmasa,
Əli yardan üzülsün.
* * *
Bizlərdə gəlni gətirəndən sora gəlni gətirirdilər, gəlnin
başında bu mahnını oxuyardılar.
Qız gedər, gəlin olar,
Meh dəyər, sərin olar.
Qızın getdiyi yerlər,
Boy verməz, dərin olar.
Əvvəl gəlinə xına yaxmamışdan qabaq, kasaya bi az su
tökürdülər. İynə atırdılar içinə, bi dənə də cörək kasanın böy-
rünə qoyurdular, sora, belə mahnı oxuyurdular.
Ay xınanı yaxdım dəstinə, dəstinə,
Xəbər verin düşmanına, dostuna.
Bunu mahnı ilə diyirdilər. Gəlin içəri girməmişdən qa-
baq, gəlni gətirəndə qapının ağzına bi kasa su qoyardılar. Bi
dənə də nimcə qoyardılar. Gəlin əvvəlcə suyu qıcınnan vurur
dağıdır, sora o nimçəyə bi təpik qoyur, nimçə qırılır. Qırılan-
dan sora qapını üc dəfə açıb örtür. Sora girir evə. Başında cö-
rəg kəsirlər ki, cörəgin bol olsun. Suyun qoyurlar ki, gəlin su-
yu dağıdır, yəni yolun aydınlıq olsun, gəldiyin yerlər aydınlıq
olsun. Məsəlcün qabı qırıllar ki, dava qeylü-qal bu evdə ol-
masın. İndi bəzən görürük ki, cörəyi yerə düzüllər gəlin yığa-
yıga gedir. Yox-yox, o, düzgün deyil! Cörəgi Qurandan irəli
347
deyiblər. Onu hec gəlnin ayağı altına düzməzlər. Cörəgi onun
başında kəsirlər ki, həmişə cörəgi olsun. Elə onu, cörəgi gəl-
nin başında kəsən adam diyirdi də, cörəgin bol olsun! Həmişə
başından tökülsün! O kəsilmiş çörəgi qoyurlar gəlnin evinə.
Sora, gəlnin qaynatası gəlir gəlni otuzdurur. Məsələn üc dəfə
qalxızır, otuzdurur. Əgər oğlan evi tək oğuldursa, deyir bu ev-
eşig sənin, otur gəlin! Oturandan sora kimin qucağında oğlan
uşağı var, qoyur gəlnin qucağına.Yəni ki, oğlun olsun daa:
Biz almışıq arvadı oğlan doğa,
Almamışıq, qız doğa bədbaxlığa.
Bədbaxlıq bi növi bədbaxlıq fasondu.
Gəlni evə salandan sora yığışardıq gəlinin başına belə
deyərdik:
Əylən gəlin, əylən gəlin,
Bizim dil farsi dili,
Öyrən gəlin, öyrən gəlin.
Deyirlər daş düşdügü yerdə qalır, yəni, gəlin evinə bağlı
olar. Bi dəfə qızımgilə getdim, qızım dedi: Ay Mədinə, o qə-
dər dedin, daş düşdügü yerdə qalar, daş kimi düşmüşük, hec
evimizə gəlmək istəmirik.
Naskə məni bağlama,
Xınan gəlir, ağlama.
Gedərəm, yenə gələrəm,
Yadlara bel bağlama.
Verin bizim gəlini,
Qaynı bağlasın belini.
Ha-ha! Hurre!
Yaxşı bəzək vurun bizm gəlinə, gəlinə,
Mirvaridən saçax tökün telinə, telinə.
348
Gəlin oturanda qırmızı kalağayı atırdıq. Gəlin yuxarı çı-
xanda, iki metrə xara sərirdik. Bi dənə boşqab qoyurduq. Gəlin
o qıçınnan bərk vurursa, demək bundan iş gözləmək olar. Əgər
elə-belə vurursa, bunun işi də belə olacax. Bizim dövrdə lampa
olardı, gəlinçün qoyardıq. Sora şam-zad cıxdı. Güzgü qoyardıq
gəlin qabağına. Güzgüdə yazdırardıq ki, Allah mübarək eləsin!
Güzgü baxt aynasıdı də. Güzgü Allah eləməmişkən, əgər qızı
gətirəndə sınırsa, deməli buların axırı yoxdu. Şam sönərsə,
lampa qırılarsa, gəlin maşına oturan zaman, deməli, buların
şamı yanmayacaq. Gəlin gələndə üzr istiyirəm, bir həftə onnan
işimiz olmazdı. Ay qız, burdan otur, ordan otur. Xalça qoyardı-
lar. Ay qız! Soyuq su, isti su olmasın! Sora da iş tələb edirdilər.
Qaynatavə dəstəmaz suyu gətirməlisən, namaz qılır, qaynənəvə
dəstamaz suyu gətirməlisən. Bu evə xidmət eləməlisən sən bi
qız kimi. Ata-ana qaldı öz evində. İndi burda atan da biz ola-
ciyıx, anan da. Ağ paltarda ordan cıxıbsan, ağ kəfəndə burdan
çıxacaqsan. Gəlin gələndə, hec kimin ixtiyarı yox idi gəlini
oturtsun. Ay qaynata, gəl də, bunu əyləşdir! Qaynata gəlirdi,
deyirdi, hə, əyləşdirəcəm, oğlum da onundu, bu ev-eşik də
onundu. Deyirdilər yox e, bunlar razılaşmırdılar. Deyirdilər bir
şey verməlisən buna. Deyərdi bi dənə qara inək verdim. Əşi
inək işi deyil, onsuz da inəgi o sağəcəy. Bi dənə boyunbağı
verdim otursun.
Ata-anaya qız yaraşır! Buna inanız siz! İnanın! Lap
oğlan onu qoymasa da ata ananın yanına, genə də deyir bi ge-
dim, görüm ata-anamı. Ama oğlana bi gün qız desə ki, həə,
mən sənə deyirdim, o gün bacın sənin dalınca belə deyirdi,
anan sənin dalınca belə deyirdi. Əşi bilirəm e, o diyər. Onnan
da kitab bağlanar.
349
* * *
Xınayaxtıda diyərdüy.
Yar Əli, yar düymələri mərcan,
Yar Əli, bu toy kimin toyudu?
Yar Əli, balalarımın toyudu,
Yar Əli, bu toyda oyniyanın,
Yar Əli, boyuna qurban olum.
Mağarsız yola saldım,
Safa başına vurdı.
Yar düymələri mərcan.
* * *
Masallının talışlar yaşayan kəndlərində də toy adət-
ləri türklər (azərbaycanlılar) yaşayan kəndlərində (el ara-
sında Muğan deyilir) olduğu kimidir. Aşağıda Mahmu-
davar kəndində olan toy adətini veririk.
Yaşlı nəslin fikrincə, oğlanla qızın bir-birin bəyənməsi
heç də əsas deyildi, valideynlərin qızı bəyənməsi ilə hər şey öz
həllini tapırdı. Burada qızlar İslam ənənələrinə uyğun olaraq
12-16 yaşlarından etibarən, həddi-buluğa çatmış hesab olunur.
Bu yaşda qızlar kişilərdən yaşınır, örtünməli olurdular. Oğlan-
lar isə bu yaşda odun daşıyır, mal-qara otarır, təsərrüfatın müx-
təlif sahələrində çalışırdılar. Oğlanlar 15-20 yaşlarında ailə qu-
ra bilərdilər. Talışın bir çox yerlərində olduğu kimi, bu kənddə
də bir çox ailələrdə qızlar bəzən çadrasız gəzir, kişilərdən ya-
şınmır, hətta çəltikçilikdə birgə çiyin-çiyinə işləyirdilər.
Oğlanlar sevdikləri-bəyəndikləri qızlar barədə ilkin ola-
raq bacılarına, yaxud analarına eyham edərdilər. Bəzən isə
valideynlər övladlarını evləndirmək, yaxud ərə vermək, kim
Dostları ilə paylaş: |