ÀÇЯÐÁÀJ†ÀÍ милли åËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ


DİNİ RƏVAYƏTLƏR İmam Hüseynlə ərəb



Yüklə 2,19 Mb.
səhifə3/40
tarix25.06.2018
ölçüsü2,19 Mb.
#51267
1   2   3   4   5   6   7   8   9   ...   40

2. DİNİ RƏVAYƏTLƏR

İmam Hüseynlə ərəb

Həzrəti İmam Hüseyindən sual edirlər:

– Ya İmam Hüseyin, özüm acam, kasıbam, vətənnən də uzağam. Özüm də borcluyam. Barı mənim borcumu ver.

Həzrət dedi:

– Mən sənin borcunu verərəm. Ancaq sənnən üç dənə sual eliyəcəm, əgər onun üçünü də bilsən, borcunun hamısını verəcəm. Yox, ikisini bilsən, borcun ikidən birini verəcəm. Yox, birini bilsən, üçdən birini verəcəyəm.

Deyir:


– Ya imam sən nə danışırsan? Mən hara, sən hara, sən elm sahibi, sən İmam oğlu İmam. Mən nə bilirəm.

(Allah rəhmət eləsin Hacı Zeynəlabdin Tağıyevə. Bir gün Hacı Zeynəlabdin Tağıyevin yanına ruslar, yahudilər, er­mənilər gələrmişlər ki, bizə xərclik ver. Zeynəlabdin Tağıyev çıxardıb onların hərəsinə qızıl pul verib. Müsəlman gələndə gedib şkafı açıb külüng verərmiş, lapatka verərmiş, bel verər­miş. Deyir, biri, Hacıyat acığlanır, deyir, Hacı Azərbaycanın yeraltı, yerüstü sərvətini erməniyə, rusa, cuhuda verib, bizə vermir. Rəhmətlik deyərdi, mən istəmirəm mənim xəlqim ələ baxan olsun, mən istəmirəm mənim xəlqim cibə baxsın. Mən istiyirəm mənim xəlqim öz zəhmətinə alışsın. Çünki insan ki öz zəhmətinə qatlaşarsa, özgəsindən üzü kölgəli olmaz. İnsan ki özgə əlinə baxarsa, insan ki özgəsindən nəsə görəcəksə, həmişə ac olar. İnsan gərək zəhmətə qatlaşsın.)

İmam Hüseyin Əleyhisəlam dedi:

– Mən sənə sual eliyərəm. Üç dənə sual, əgər üçünə də cavab versən, borcunun hamısını verərəm.

Deyir:

– Sən İmam oğlu İmam, mən kasıb bir adam.



İmam Hüseyin dedi:

– Mən sənə elə sual vermərəm ki onda aciz qalasan. Elə sual verərəm, sən onun barəsində danışmağı bacararsan.

Dedi:

– Buyur, Ya imam, əgər bilsəm, deyərəm, bilməsəm, örgədərsən mənə. Bu, yaxşı şeydi.



Dedi:

– İnsanın qiyməti, insanın dərəcəsi var. İnsan istiyir ucalsın, həm Allah yanında, həm məxluqat yanında. Neyləsin ki, insan ucalsın.

Qayıtdı o adam Həzrət İmam Hüseynin sualına belə ca­vab verdi:

– Ya imam, insan istiyirsə, qiymətli olar, Allah yanında da, bəşər yanında da. Ancaq gərək o insan elmli olsun. Elm nədir? Çox adam deyir ki, xoş xasiyyətli ol, əsəbli olma. Özgəsinin malına göz dikmə.

Dedi:

– Bəh-bəh, üç min dinarın min dinarını verdim. Əgər bir insan var ki, Allah da onu bəyənsin, məxluqat da bəyənsin?



Dedi:

– Ya imam, o insan ki elmi yox, varı-dövləti ola, həm də səxavətli ola. Var-dövlət pul deyil. Var-dövlət qızıl deyil, dol­lar deyil. Var-dövlət nədir? Var-dövlət insanın can sağlığı. Var-dövlət nədir? İnsan üçün əmin-amanlıqdır. Var-dövlət nə­dir? Yaxşı övladdır. Var-dövlət nədir? Yaxşı dostdur. Var-döv­lət nədir? Yaxşı qonşudur. Var-dövlət nədir? Yaxşı ailən olsun. (Hələ biz deyirik ki, varın-dövlətin var, qızılın var, gümüşün var. Atalarımızın qəşəng sözü var: neynirəm qızıl teş­di ki, onun içinə qan qusam. İnsanın varı-dövləti ibadətdi, onun can sağlığıdır, onun əl açıqlığı və həm də möhtac olana əl tut­ma­sıdır. Sözü ilə əl tutmasıdır. Allah rəhmət eləsin Mir Möh­süm Ağanı, Allah rəhmət eləsin Mir Həsən Ağanı, Allah rəh­mət elə­sin başqa-başqa Ağalarımızı, Axundlarımızı. Onlar ka­sıb olub, amma onların indiki adı yaşıyır, çəkilir, adına salavat de­yilir, Quran oxunur, vədinə and içilir. Onların sərvəti qur­tar­maz. Ən varlı insan odur onun xəlq arasında hörməti olsun, onun Allah yanında hörməti olsun.) Ya imam, varlı in­san təqva sahibləridir. Qiymətli insan kimdir? Təqva sahibləridir.

Allah rəhmət eləsin İmam Hüseynə, dedi:

– Bəh-bəh, sənin borcunun üçdə iki hissəsini də verdim. İmam Hüseyin dedi:

– Ərəb, bir insanın nə varı var, nə dövləti var, nə də sə­xavəti var. Bəs bu neyləsin?

Dedi:


– Ya imam, Allah yanında gərək insan fəqir olub, səbr eliyən olsun. Fəqir olasan, səbr eliyəsən, İbn Talibnən bəra­bər­sən. Həzrət Əliynən bərabərsən. Fəqir olasan, səbrin də ol­maya, onda Allah onu qaldırar qiyamət günündə itnən boyun-boyun eylər. Ay bəxtəvər filankəsin başına, gedən quru çaylar ona sular gəlib. Ay onun belə pulu, varı var, mənim yoxumdu, onun övladı var, mənim yoxumdu, onun qohum-əqrəbası çox­du, mənim yoxdur. Buna nə deyərlər? Həsəd aparan. Həsəd aparan nədi? Həsəd insan imanını əldən alar.

Dedi:


– Bəh-bəh, ərəb, üç min dinarın hamısını verdim. Am­ma ərəb, mən sənin borcunu verdim, sən aparıb verdin borcu, yenə oldun kasıb. İstiyirəm sənin özünü dövlətli eliyəm. Bir vaxt borclu idin, mən gəldim, sənə yaxşılığ etdim borcunu ver­­dim. Amma yenə kasıbladın.

Dedi:


– Buyur.

Dedi:


– Bir adam nə var-dövləti var, nə sərvəti, nə də səxavəti, özdə kasıbdı, səbri də yoxdu neyləsin? Ərəb, neynəsün bu?

Dedi:


– Ya imam, məni bağışlaginən, halalı məhv etmək üçün gə­­rək onu yandırasan. Elə bir insan ki deyir özgəsin pulu var, va­rı var, Allah onun başına bir od salsın, qoy dırnağınacan yandırsın.

İmam Hüseynin barmağında üzüyü vardı. Həzrəti İmam çıxartdı üzüyü ona verdi.

Ərəb dedi:

– Ya imam, bu üzüy mənimkidi?

Dedi:

– Bəli.


Dedi:

– İstiyirəm bunu satam.

Dedi:

– Mal sənindi, özün bilərsən.



Gətirdi bazara satdı. Bütöv varı, dövləti, sərvəti olma­ğınan bərabər, özünə də miniy almağınan bərabər, barmağnan göstərilən böyük ticarət sahiblərinnən biri oldu. Nəyə görə? Onun ədəbinə görə. Nəyə görə? Onun insan olduğuna görə. Nə­yə görə? Onun mərifəti olduğuna görə.

Dedi:


– Bəh-bəh, qurban olum belə Mövlaya. Bir adam ki bu işi görə, belə Mövlayı tərif etməyə dəyər.

Hz. Əlinin borcu

Həzrəti Əli Əleyhisalam gəldi bir gün evə, gördü ki, Fatimeyi Zəhra oturub, (Peğəmbərimizin qızıdır) dedi:

– Ya Fatimə, necədir halın?

Dedi:


– Əlican, belə yaxşıyam.

Həzrəti Əli dedi:

– Həsən niyə yatmır?

Dedi:


– Ya Əli, yatacağdır. İndi yuxu gedər gözünə. Axı ac adamın gözünə yuxu getməz.

Həzrət dedi:

– Ya Fatimə, nəsə uşağlarda bir şey var.

Dedi:


– Əlican, sənin nəyinnən gizlədim, üç gündür Həsən acdır. Bir şey yoxdur verməyə. Ona görə yuxu getmir gözünə.

Həzrəti Əli örtdü qapını, çıxdı. Şahmur adında bir ya­hudi var idi. Həzrət Şahmur adlı yahudidən on dinar borc pul al­dı. Həsrəti Əlinin də bir xasiyyəti vardı, hansı küçəynən get­səydi, o küçəylə qayıtmazdı, başqa yolnan gələrdi. Nəyə gö­rə? Qayıdanda o biri küçeylə gedərdi ki, o birilərin də ha­lı­nı soruşsun. Gəldi gördü ki, yolun üstündə Allah rəhmət elə­sin Əmmar Yasər (O, Peyğəmbərin səhabəsi olub.)

Dedi:

– Əmmar.



Əmmar tez durdu dedi:

– Əli, sənsən?

Dedi:

– Əmmar, burda niyə əyləşibsən?



Dedi:

– Əli, oturmuşam bir az nəfəs alam, havamı dəyişəm.

Dedi:

– Əmmar, düzünü de.



Dedi:

– Əli, nəyi deyim e, acam, evə də gedə bilmirəm. Xə­ca­lət çəkirəm, balalarım da acdır. Dörd gündür özüm də acam, ailəm də acdır.

Həzrəti Əli heç zad demədən həmən pulu çıxartdı verdi Əmmara. Əmmar ki aldı bu pulu, Əli axı evə necə gəlsin, ailə yanına necə gəlsin, ya məscidə necə getsin, ya Peyğəmbərin ya­nına necə getsin? Gedirdi gördü qabağdan bir dənə kişi də­və gətirir. Həzrəti Əli öz-özünə dedi:

– Ay qəşəng bir pulum olaydı, bu dəvəni kəsib füqaraya paylardım. Ya da bu dəvəni minib cihad eliyərdim. Amma pulum yoxdur. Həzrəti Əli kişi ona gəlib çatanda dedi:

– Ərəb, dəvəni satmazsan?

Dedi:


– Satıram.

Dedi:


– Ancağ pulum yoxdur. Nisyə verərsən?

Dedi:


– Verərəm.

– Neçə dinara?

– Min dinara.

– Allah xeyir versin.

Dəvəni aldı. Axı mən evə belə gedə bilmərəm. Axı evdə uşağım ac, özüm ac. Dəvəni nisyə istiyən olsaydı satardım. Gördü iki nəfər qabağdan çıxdı. Gəldi yanaşdı dedi:

– Dəvə sənindi?

Dedi:

– Bəli. Satırsan?



Dedi:

– Satıram.

Dedi:

– Neçiyə deyirsən?



Həzrəti Əli öz-özünə fikirləşdi ki, elə qiymət deyim ki, almasınlar.

Dedi:


– On min dinara.

Dedi:


– Allah xeyir versin.

Çıxartdılar on min dinar pulu verdilər Həzrəti Əliyə. Həz­rəti Əlinin kefi sazdır. Aparıb on dinardan borcu verə­cə­yəm, min dinarın dəvənin sahibinə verəcəyəm, qalanını da ye­tim-yesirə, füqaraya paylayacağam. Gəldi Peğəmbərin yanına çatmamış füqaralar töküldü. İndi paylayır bu pulları. On dina­rını ayırıb, min dinarını da ayırıb, Həsəni üçün bir şey götür­müyüb paylıyıb. Allah tərəfindən Peyğəmbərə nida gəldi. Ya RəsulAllah, əmin oğlu Əlidən xəbərin varmı? Dedi, xeyir. De­di, Əli bir dənə alver eliyib. Gəldilər dedilər:

– Ya Əli, Peyğəmbər deyir ki, Həsənin evdə acdır ha, yadından çıxartma.

Dedi:


– And olsun o Allaha, bir evin çörəyini saxlamışdım əlimdə. Əgər mənə deməsəydün, bunu da aparıb füqaraya ve­rə­cəydim. Gəldi Məscidə Peyğəmbər baxdı, dedi:

– Ya Əli necəsən? Başuva gələn qəzanı mən danışım sənə, ya sən danışırsan?

Dedi:

– Ya RəsulAllah, birinci Allahın Peyğəmbəri bilicidir.



Dedi:

– O dəvə satanı tanıdın? O füqara üçün getdin ha yahu­didən pul aldın mənim balalarım üçün, mənim qızım üçün, gətirdin verdin Əmmar Yasərə on dinarı. Əli getdin ki, dəvə gətirdilər satdılar, dəvə alanı, dəvə satanı tanıdın?

Dedi:

– Yox, Ya RəsulAllah.



Dedi:

– Allah buyurur ki, yoxdan əgər bir şey verərsən, bir dinarıva min dinar verərəm. Əli, sən ki, yoxdan verdün, hər bir dinaruva Allah on min dinar sənə pul yetirdi. Dəvəni satan Cənabi Cəbrayıl idi. Dəvəni alan Cənabi Mikayılla İsrafil idi. Əli, heç kəsə borclu deyilsən. Yoxdan xərclədiyinə görə Allah onu sənə yetirib. Gətirdi həmən yahüdinin də borcunu verdi. (Yəni Ağaların etdiyi əməllər bizim üçün örnəkdi. Tikəvi paylıyarsansa, Allah tikəvin əvəzinə tikə verər.)




Yüklə 2,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə