110
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nın ölümsüz bədii abidəsidir. Xalqımızın öz soykökü, tarixi, milli
mənşəyi, qədim adət və ənənələri, qəhrəmanlığı və cəngavərliyi
barədə ən unikal bilgilər bu eposun yaddaşında qorunmaqdadır. Onu
ümumən Oğuz türklərinin müştərək eposu da hesab etmək olar. Şi-
fahi və yazılı bədii ədəbiyyatda “Dədə Qorqud” mövzusunun yaran-
ması tamamilə təbii və qanunauyğundur. Yalnız böyük əsərlər böyük
təsir gücünə malik ola bilər və bu əsərlər əsrlər keçdikcə öz süjet və
obrazları ilə yeni əsərlərin yaranmasına təkan verə bilər. “Kitabi-Də-
də Qorqud” eposu da belə nəhəng əsərlərdən biridir.
“Kitabi-Dədə Qorqud” dastanlarına müraciət hələ bitməmişdir.
Eposun daxili mahiyyətində nəhəng milli və bədii enerji tarixən ol-
duğu kimi, bu gün və sabah da ədəbi həyatın əsas təkanverici qü-
vvələri sırasında yer alır. Buna görə də, dastanın bundan sonra da
bir çox bədii əsərlər üçün stimul olması hələ uzun zaman və daimi
davam edəcəkdir.
Ədəbiyyat
1. Abdulla K. Gizli Dədə Qorqud. Bakı, «Yazıçı», 1991, 152 s.
2. Anar. Adamın adamı. Bakı, «Azərnəşr«, 1977, 504 s.
3. Anar. Dünya bir pəncərədir. Bakı, «Gənclik», 1986, 534 s.
4. Ələkbərli N. «Kitabi-Dədə Qorqud» mövzuları Azərbaycan yazılı ədəbiy-
yatında. «Azərbaycan» jurn., 1999, №9, s.13-17
5. Əliyev H. Milli varlığımızın mötəbər qaynağı. Bax: «Kitabi-Dədə Qorqud»
ensiklopediyası (iki cilddə). Bakı, YNE, 2000, s.5-14
6. Hüseyn M. Ədəbiyyat və sənət əsərləri. Bakı, «Azərnəşr», 1958, 611 s.
7. Xəzri N. Seçilmiş əsərləri. 4 cilddə, IV cild. Bakı, «Yazıçı», 1984, 364 s.
8. Xəzri N. Nəsillər-əsrlər. Bakı, «Gənclik», 1985, 207 s.
9. Xəzri N. Burla Xatun. «Azərbaycan» jurn., 2000, №12, s.28-60
10. Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. Bakı, «Azər-
nəşr», 1991, 296 s.
11. «Kitabi-Dədə Qorqud» (hazırlayanlar F.Zeynalov və S.Əlizadə). Bakı,
«Yazıçı», 1988, 365 s.
12. «Kitabi-Dədə Qorqud» (hazırlayan: H.Araslı). Bakı, «Yazıçı», 1978, 184
111
s.
13. Nizami Gəncəvi. Yeddi gözəl (filoloji tərcümə). Bakı, «Elm», 1983
14. Nizami Gəncəvi. Yeddi gözəl. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı,
1941, 312 s.
15. Rzaquluzadə M. El gücü. Bakı, «Uşaqgəncnəşr», 1948, 102 s.
16. Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, «Yazıçı»,
1983, 326 s.
17. Şıxlı İ. Daim axtarışda. Bakı, «Yazıçı», 1988, 60 s.
18. Vurğun S. Əsərləri. V cilddə. Bakı, Azərb. EA nəşri, 1972, 424 s.
19. Vəliyev V. Azərbaycan folkloru. Bakı, «Maarif», 1985, 414 s.
S U M M A R Y
Khoshbakht Aliyeva,
Research fellow of “Folklore-Etnography-Mythology” department of “Dada
Qorqud” scientific research laboratory
THE AFFECT OF “DEDE KORKUT” TO ORALLY AND WRITTEN
LITERATURE
In this research work it is identified the affect of our thoughts about the human
being, our mythological, historical values, our folklore thinking.
Folklor, mifologiya, etnoqrafiya
112
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gülnar Məmədova,
ADPU-nun Folklorşünaslıq və
mifologiya ixtisası üzrə magistrı
NAĞIL VƏ DASTANLARDA
“TƏPƏGÖZ” MOTİVİ
İnsanlar gözünü açıb sirləri sonsuzluğa gedən dünyamızın mö-
cüzələrini anlamağa cəhd etdikləri zamandan təbiətin insan həya-
tı üçün təhlükə yaradan qüvvələrini qorxu, vahimə yaradacaq bir
görkəmdə təsvir etmişlər. Mifik təsəvvürlərdə ağzından od püskürən,
müxtəlif sayda başı olan əjdahalar, böyük qaya parçalarını asanlıq-
la yerindən qoparıb atmağa fiziki gücü yetən nəhənglər, başında bir
gözü olan təpəgözlər, suyun altında yaşayan qorxunc qüvvələr və
b. bu kimi varlıqlar istənilən qədərdir. Təbiətin fəlakətli hadisələri
müqabilində təfəkkürdə kortəbii yaranan bəzi mifik obrazlar trans-
formasiya nəticəsində zahiri əlamətlərə görə vəhşi, dəhşətli məxluq
şəklinə - çoxbaşlı, çoxəlli. təkgözlü, ağzından od püskürən, adamcıl,
baş kəsən, qan içən şəklə düşür.
Bu varlıqlar insanın yaşaması çətin olan və yaxud mümkün ol-
mayan məkanlarda: dağ başında, mağaralarda, suyun altında, yeraltı,
qaranlıq dünyalarda yaşayırlar. Fiziki görünüşləri kimi yaşayış yer-
ləri də insanlarda dəhşət yaradır. Sadaladığımız həmin məkanlar mi-
fologiyada o biri dünyanı simvolizə edir və həmin varlıqlar xtonik
varlıqlar adlanır.
Haqqında bəhs etdiyimiz varlıqların başlıca fəaliyyəti, məqsədi
insanların həyatına müdaxilə etmək, rahat yaşama zövqündən məh-
rum etməkdən ibarətdir. Onların bu fəaliyyətlərinin reallaşmasında
digər yardımçı qüvvələr də iştirak edir. Yardımçı qüvvələr sehirli va-
sitələr verməklə dəhşətli varlıqların gücünü daha da artırır. Ona görə
113
də bu qüvvələrin öhdəsindən gəlmək adi insanlara asanlıqla nəsib
olmur. Mümkünlüyü yalnız o zaman olur ki, həmin insanın sakral
mənşəyə bir bağlılığı olsun və sehirli vasitələrin yardımından yarar-
lana bilsin.
Fövqəladə varlıqlar içərisində sikloplar, yəni təpəgözlər xüsusi
yer tuturlar. Fiziki quruluş baxımından daha çox insana bənzəyən
təpəgözlər öz nəhəngliyi, azmanlığı, təpəsində bir gözü olmasıyla
daha da iyrənc və vahiməli görünürlər. Dünya xalqlarının folklorun-
da geniş yayılmış bir obraz olan təpəgözün mifik personaj kimi ən
dolğun nümunəsi “Kitabi-Dədə Qorqud” dastanında yaradılmışdır.
Dastanlarla yanaşı nağıl obrazları sırasında da təpəgöz/kəlləgözlər
də mühüm yer tutur.
Mifoloji lüğətlərə əsasən qeyd edək ki, təpəgöz obrazının mifoloji
simvolikası qarışıqdır və bu adın müxtəlif söylənmə şəkilləri-jalqız
göz, kəlləgöz, eqe göz. və b kimi söylənmə şəkilləri də vardır.
İnsanın təkgözlü nəhəngi kor etməsiylə bağlı süjetlərin türk va-
riantları çoxsaylıdır və son dərəcə bir- birinə yaxındır. Monqol nağıl
və rəvayətlərində də türk xalqlarında olduğu kimi təkgözlü varlıqla-
rın insan əli ilə kor edilməsi motivinə rast gəlinir. Amma bu süjetlə-
rin türklərlə qonşu olan monqol tayfaları arasında yayılmasına görə
bu süjeti əksər tədqiqatçılar türk qaynaqlı sayırlar.
Türkün möhtəşəm abidəsi olan “Kitabi – Dədə Qorqud” dasta-
nının elm aləminə tanınması da təpəgöz süjetinin Fridrix Fon Dit-
sdə yaratdığı maraq olmuşdur.“Kitabi – Dədə Qorqud” dastanının
boylarını Homerin “Odisseya” əsəri ilə müqayisə edən Əli Sultanlı
Fridrix Fon Ditsin əsərindəki qeydlərdən sitat gətirməklə Polifemlə
Təpəgözün müqayisəsini verir. Tədqiqatçı yazır: “Buradakı Təpəgöz
başqa sikloplara, hələ Homerin siklopuna bütün cəhətlərilə bənzəyir.
Ancaq oğuz siklopu yunanlarınkından alınma deyil. Yunanlarınkı
köhnə deyilsə, oğuzlardakı yeni deyildir” (Fon Ditez. Dtkvudigtiten
von Asien, Berlin and Helle, 1825, S.416).
Folklor, mifologiya, etnoqrafiya
Dostları ilə paylaş: |