D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

84
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Göründüyü kimi, çox zaman xalq çobanlara pənah aparmış, inam 
və etiqad göstərmiş, onlar haqqında əfsanələr, rəvayətlər yaratmış-
lar. Müqəddəs kitab «Qurani-Kərim»də Musa və Yusif peyğəmbərin 
də çoban olduğu qeyd edilir. Çobanlar haqqında ən qədim dövrün 
nümunələrində,  hətta  Şumer  kitabələrində,  yunan  tarixlərində  tez-
tez  rast  gəlirik.  Nizami  Gəncəvi  yaradıcılığında  çoban  haqqında 
istənilən qədər maraqlı fikirlər sadalamaq mümkündür. Nizami Gən-
cəvi «Yeddi gözəl» əsərində Bəhramı dastan boyu ağıllı, bacarıqlı, 
qoçaq təsvir edir. Lakin Bəhram birdən dəyişərək eyş-işrətə qoşu-
lur.  Gecə-gündüz  şadlıq  dalınca  getdi,  xalqın  işinə  fikir  vermədi. 
Ona görə gözü Bəhramın dövlət və məmləkətində olan Çin padşahı 
fürsəti əldən verməyib, çoxlu qoşun ilə Çindən İrana tərəf hərəkət 
etdi. Bəhram qəflət yuxusundan ayılsa da, bu, fayda vermədi. Çün-
ki ordu dağılmış, xəzinə boşalmışdır. Əlacsız qalan Bəhram dərdini 
dağıtmaq üçün tək-tənha ova çıxır. Pələng, şir ovladıqdan sonra evə 
qayıtmaq  istəyir.  Lakin  susuzluq  onu  haldan  salmışdır. Təsadüfən 
yaxınlıqda tüstü qalxdığını görür, su tapmaq qərarı ilə həmin yerə 
gedir. Bəhram oraya çatanda qoyun sürüsü və bu sürünün yanında 
əl-ayağı bağlanmış, başıaşağı ağacdan asılmış bir it görür. Bəhram 
çadıra girir və orada qoca bir çoban görür. Çoban tez ayağa qalxır və 
ədəb-ərkanla onu qəbul edir. Bəhram çobandan soruşur ki, o zavallı 
heyvanı nə üçün asıbsan? Çoban olub keçənləri olduğu kimi danışır. 
Deyir ki, bu it sürünün keşikçisi idi. Mən sürünü ona ümid edirdim. 
Nə qədər ki, mənə keşikçilik etmişdi, əli və ayağı düz idi. Bir gün sü-
rünü saydım, yeddi baş əksik gəldi. Gecələr keşik çəkdim. Lakin heç 
bir şey hiss etmədim. Bir gün gördüm ki, bir dişi qurd uzaqdan gəl-
di. İt isə onun qabağına getdi. Sonra isə qurd sürünün başı olan bir 
yekə qoyunu götürüb qaçdı. Bildim ki, it eşqbazlıq yolunda sürünü 
qurban verib. Nəhayət, böyük günahı ucundan iti ağacdan asmışam. 
O, əmanətə xəyanət etmişdir. Cinayətkarlarla belə rəftar etməyən bir 
adama heç kəs afərin söyləməz. Nizami deyir: 


85
Folklor, Mifologiya, Etnoqrafiya
Xəyanət işləmiş o, əmanətə
Satır əminliyin min xəyanətə.
Bu işin üstündə asıb ağacdan,
Dedim ki, açmaram, verməyincə can.
Günahkarla belə rəftar etməsən
Kimsə deməz sənə! Afərin, əhsən.
Çobanın sözündə var idi hikmət.
Bu arif qocadan şah aldı ibrət. (14, 261)
Bəhram şah bu hadisədən ibrət dərsi alır. Şəhərə qayıdır. O, Alla-
hın dərgahına şükr eləyib bir daha qəflət etməyəcəyinə, səltənətinin 
işini özgələrə tapşırmayacağına söz verdi. Bəhram şah öz-özünə de-
yir ki, bu qoca çobandan mən şahlıq öyrəndim. Mən çobanam, rəiy-
yət isə mənim sürüm. Nizami Gəncəvi «Yeddi gözəl» əsərində Bəh-
ramı dastan boyu ağıllı, bacarıqlı, qoçaq, qorxmaz təsvir edir. Lakin 
çoban surəti əsərdə gec gəlib, tez getməsinə baxmayaraq öz zəkası 
ilə oxucu qəlbində dərin izlər buraxır. Bu da şairin xalqa, onun folk-
loruna, mifologiyasına, qədim adət-ənənəsinə ürəkdən bağlı olma-
sından irəli gəlmişdir (10, 174)
«Kitabi-Dədə Qorqud» boylarının Nizami Gəncəvi əsərlərindəki 
izləri və təsiri «İsgəndərnamə» əsərində də maraqlı və geniş təsvir 
olunmuşdur. Nizami Gəncəvi «İsgəndərnamə» əsərində şah və ço-
ban  haqqında  yenə  də  bəhs  etməyi  vacib  hesab  etmişdi.  Şair  «İs-
gəndərin çobanla əhvalatı» adlı yaddaqalan bir hekayə yaratmışdır. 
Hekayənin qısa məzmunu belədir:
Bir gün İsgəndərin sevgilisi xəstələnir və az qalır ki, həyatı tərk 
etsin.  Qəm-qüssə  əsiri  olan  şah,  taxtından  düşüb,  dağlara,  daşlara 
nəzər  salır.  Bu  zaman  xeyirxah  qoca  bir  çoban  görür.  Şah  çobanı 
gördüyü üçün çox sevinir. Yüksək eyvanda oturmuş şah əmr verir 
ki, həmin qoca çobanı hüzuruna gətirsinlər. Çoban şahın qarşısına 
gəlib baş əyir. Bu zaman çoban şahın İsgəndər olduğunu bilir. İsgən-


86
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dər çobanı yanında əyləşdirib söhbətə başlayır və çobana deyir ki, 
zamanın gərdişindən maraqlı hadisə danış ki, bəlkə sıxılan ürəyim 
açıla. Çoban İskəndərin ürəyinin nəyə görə sıxıldığını soruşur. Şah 
çobana sevgilisinin xəstə olduğunu bildirir. Çoban şaha baş əyib belə 
bir əhvalat danışır:
Mərv  şəhərində  sərvi-xuramana  bənzər  bir  Məlikzadə  var  idi. 
Ona xidmət edən gözəllərdən biri xəstələnir. O gözəlin xəstəliyinə 
çox çarə etdilər, amma heç bir faydası olmadı. Məlikzadə gördü ki, 
gözəli əcəl yaxalayıb, ondan ümidini üzüb, qəm-qüssə dəryasına ba-
tır. O, ağır dərdə dözməyib «Ölüm biyabanı» deyilən çölə tərəf gedir.
Məlikzadənin vəfalı bir dostu var idi. O əlinə qılınc alır və Mə-
likzadənin arxasınca yollanır. Yolda dostunu tapıb əl-qolunu və göz-
lərini bağlayıb öz evində xəlvəti gizlədir. Məlikzadənin dostu xəstə 
gözələ çarə axtarır və sonda həkim çarə tapıb gözəli sağaldır. Buna 
görə də o, şahanə məclis təşkil edir və gözəli də aparıb orada əyləş-
dirir. Daha sonra dostu Məlikzadəni gözübağlı həmin məclisə gətirir. 
Məlikzadə gözəli görüb çox sevinir.
Çobanın söylədiyi bu hadisə İsgəndəri heyran edir. Onu qəm-qüs-
sədən uzaqlaşdırır. Elə bu zaman İsgəndərə xəbər gəlir ki, onun sev-
gilisi  ağır  xəstəlikdən  sağaldı.  İsgəndər  buna  görə  çox  sevinir  və 
qoca çobanı şahlıq dərəcəsinə layiq bilir.
Nizami Gəncəvi xalqın uzaq keçmişinə, onun inam və etiqadı-
na, adət və ənənələrinə bir müdrik şəxsiyyət kimi fikir vermiş, yeri 
gələndə bunlardan istifadə etmişdir. Sadə xalqın nümayəndəsi sayı-
lan çoban öz müdrikliyi, uzaqgörənliyi, ağlı ilə İsgəndər kimi dünya 
fatehinin, Bəhram kimi cəngavərin qarşısında qat-qat yüksəlir. Birisi 
şahlığı, o birisi səbri, ağlı və kamalı çobandan öyrənir. Təlatümlü 
dəqiqələr xoş arzu və əməllərlə, istək və arzularla əvəz olunur (10, 
176)
«Kitabi-Dədə Qorqud» dastanlarında «Dirsə xan oğlu Buğac xan 
boyu» və «Bayburanın oğlu Bamsı Beyrək boyu»nda Dirsə xanın 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə