D ə d ə qorqudara ş d ı rmalar ı • Folklor, Mifologiya və Etnoqrafiya • Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/93
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51012
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

110
DƏDƏ QORQUD ARAŞDIRMALARI
nın ölümsüz bədii abidəsidir. Xalqımızın öz soykökü, tarixi, milli 
mənşəyi,  qədim  adət  və  ənənələri,  qəhrəmanlığı  və  cəngavərliyi 
barədə ən unikal bilgilər bu eposun yaddaşında qorunmaqdadır. Onu 
ümumən Oğuz türklərinin müştərək eposu da hesab etmək olar. Şi-
fahi və yazılı bədii ədəbiyyatda “Dədə Qorqud” mövzusunun yaran-
ması tamamilə təbii və qanunauyğundur. Yalnız böyük əsərlər böyük 
təsir gücünə malik ola bilər və bu əsərlər əsrlər keçdikcə öz süjet və 
obrazları ilə yeni əsərlərin yaranmasına təkan verə bilər. “Kitabi-Də-
də Qorqud” eposu da belə nəhəng əsərlərdən biridir. 
“Kitabi-Dədə Qorqud” dastanlarına müraciət hələ bitməmişdir. 
Eposun daxili mahiyyətində nəhəng milli və bədii enerji tarixən ol-
duğu kimi, bu gün və sabah da ədəbi həyatın əsas təkanverici qü-
vvələri sırasında yer alır. Buna görə də, dastanın bundan sonra da 
bir çox bədii əsərlər üçün stimul olması hələ uzun zaman və daimi 
davam edəcəkdir.
Ədəbiyyat
1. Abdulla K. Gizli Dədə Qorqud. Bakı, «Yazıçı», 1991, 152 s.
2. Anar. Adamın adamı. Bakı, «Azərnəşr«, 1977, 504 s.
3. Anar. Dünya bir pəncərədir. Bakı, «Gənclik», 1986, 534 s.
4. Ələkbərli N. «Kitabi-Dədə Qorqud» mövzuları Azərbaycan yazılı ədəbiy-
yatında. «Azərbaycan» jurn., 1999, №9, s.13-17
5. Əliyev H. Milli varlığımızın mötəbər qaynağı. Bax: «Kitabi-Dədə Qorqud» 
ensiklopediyası (iki cilddə). Bakı, YNE, 2000, s.5-14
6. Hüseyn M. Ədəbiyyat və sənət əsərləri. Bakı, «Azərnəşr», 1958, 611 s.
7. Xəzri N. Seçilmiş əsərləri. 4 cilddə, IV cild. Bakı, «Yazıçı», 1984, 364 s.
8. Xəzri N. Nəsillər-əsrlər. Bakı, «Gənclik», 1985, 207 s.
9. Xəzri N. Burla Xatun. «Azərbaycan» jurn., 2000, №12, s.28-60
10.  Xalisbəyli T. Nizami Gəncəvi və Azərbaycan qaynaqları. Bakı, «Azər-
nəşr», 1991, 296 s.
11.  «Kitabi-Dədə  Qorqud» (hazırlayanlar F.Zeynalov və S.Əlizadə). Bakı, 
«Yazıçı», 1988, 365 s.
12.  «Kitabi-Dədə Qorqud» (hazırlayan: H.Araslı). Bakı, «Yazıçı», 1978, 184 


111
s.
13.  Nizami Gəncəvi. Yeddi gözəl (filoloji tərcümə). Bakı, «Elm», 1983
14.  Nizami  Gəncəvi.  Yeddi  gözəl.  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı, 
1941, 312 s.
15.  Rzaquluzadə M. El gücü. Bakı, «Uşaqgəncnəşr», 1948, 102 s.
16.  Seyidov M. Azərbaycan mifik təfəkkürünün qaynaqları. Bakı, «Yazıçı», 
1983, 326 s.
17.  Şıxlı İ. Daim axtarışda. Bakı, «Yazıçı», 1988, 60 s.
18.  Vurğun S. Əsərləri. V cilddə. Bakı, Azərb. EA nəşri, 1972, 424 s.
19.  Vəliyev V. Azərbaycan folkloru. Bakı, «Maarif», 1985, 414 s.
S U M M A R Y
Khoshbakht Aliyeva,
Research fellow of “Folklore-Etnography-Mythology” department of “Dada 
Qorqud” scientific research laboratory
THE AFFECT OF “DEDE KORKUT” TO ORALLY AND WRITTEN 
LITERATURE
In this research work it is identified the affect of our thoughts about the human 
being, our mythological, historical values, our folklore thinking.
Folklor, mifologiya, etnoqrafiya


112
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gülnar Məmədova,
ADPU-nun Folklorşünaslıq və 
mifologiya ixtisası üzrə magistrı
NAĞIL VƏ DASTANLARDA 
“TƏPƏGÖZ” MOTİVİ
İnsanlar gözünü açıb sirləri sonsuzluğa gedən dünyamızın mö-
cüzələrini  anlamağa  cəhd  etdikləri  zamandan  təbiətin  insan  həya-
tı  üçün  təhlükə  yaradan  qüvvələrini  qorxu,  vahimə  yaradacaq  bir 
görkəmdə təsvir etmişlər. Mifik təsəvvürlərdə ağzından od püskürən, 
müxtəlif sayda başı olan əjdahalar, böyük qaya parçalarını asanlıq-
la yerindən qoparıb atmağa fiziki gücü yetən nəhənglər, başında bir 
gözü  olan  təpəgözlər,  suyun  altında  yaşayan  qorxunc  qüvvələr  və 
b. bu kimi varlıqlar istənilən qədərdir. Təbiətin fəlakətli hadisələri 
müqabilində təfəkkürdə kortəbii yaranan bəzi mifik obrazlar trans-
formasiya nəticəsində zahiri əlamətlərə görə vəhşi, dəhşətli məxluq 
şəklinə - çoxbaşlı, çoxəlli. təkgözlü, ağzından od püskürən, adamcıl, 
baş kəsən, qan içən şəklə düşür.
Bu varlıqlar insanın yaşaması çətin olan və yaxud mümkün ol-
mayan məkanlarda: dağ başında, mağaralarda, suyun altında, yeraltı, 
qaranlıq dünyalarda yaşayırlar. Fiziki görünüşləri kimi yaşayış yer-
ləri də insanlarda dəhşət yaradır. Sadaladığımız həmin məkanlar mi-
fologiyada o biri dünyanı simvolizə edir və həmin varlıqlar xtonik 
varlıqlar adlanır.
Haqqında bəhs etdiyimiz varlıqların başlıca fəaliyyəti, məqsədi 
insanların həyatına müdaxilə etmək, rahat yaşama zövqündən məh-
rum etməkdən ibarətdir. Onların bu fəaliyyətlərinin reallaşmasında 
digər yardımçı qüvvələr də iştirak edir. Yardımçı qüvvələr sehirli va-
sitələr verməklə dəhşətli varlıqların gücünü daha da artırır. Ona görə 


113
də bu qüvvələrin öhdəsindən gəlmək adi insanlara asanlıqla nəsib 
olmur. Mümkünlüyü yalnız o zaman olur ki, həmin insanın sakral 
mənşəyə bir bağlılığı olsun və sehirli vasitələrin yardımından yarar-
lana bilsin. 
Fövqəladə varlıqlar içərisində sikloplar, yəni təpəgözlər xüsusi 
yer tuturlar. Fiziki quruluş baxımından daha çox insana bənzəyən 
təpəgözlər öz  nəhəngliyi, azmanlığı, təpəsində bir  gözü  olmasıyla 
daha da iyrənc və vahiməli görünürlər. Dünya xalqlarının folklorun-
da geniş yayılmış bir obraz olan təpəgözün mifik personaj kimi ən 
dolğun nümunəsi “Kitabi-Dədə Qorqud” dastanında yaradılmışdır. 
Dastanlarla yanaşı nağıl obrazları sırasında da təpəgöz/kəlləgözlər 
də mühüm yer tutur. 
Mifoloji lüğətlərə əsasən qeyd edək ki, təpəgöz obrazının mifoloji 
simvolikası qarışıqdır və bu adın müxtəlif söylənmə şəkilləri-jalqız 
göz, kəlləgöz, eqe göz. və b kimi söylənmə şəkilləri də vardır.
İnsanın təkgözlü nəhəngi kor etməsiylə bağlı süjetlərin türk va-
riantları çoxsaylıdır və son dərəcə bir- birinə yaxındır. Monqol nağıl 
və rəvayətlərində də türk xalqlarında olduğu kimi təkgözlü varlıqla-
rın insan əli ilə kor edilməsi motivinə rast gəlinir. Amma bu süjetlə-
rin türklərlə qonşu olan monqol tayfaları arasında yayılmasına görə 
bu süjeti əksər tədqiqatçılar türk qaynaqlı sayırlar. 
Türkün möhtəşəm abidəsi olan “Kitabi – Dədə Qorqud” dasta-
nının elm aləminə tanınması da təpəgöz süjetinin Fridrix Fon Dit-
sdə yaratdığı maraq olmuşdur.“Kitabi – Dədə Qorqud” dastanının 
boylarını Homerin “Odisseya” əsəri ilə müqayisə edən Əli Sultanlı 
Fridrix Fon Ditsin əsərindəki qeydlərdən sitat gətirməklə Polifemlə 
Təpəgözün müqayisəsini verir. Tədqiqatçı yazır: “Buradakı Təpəgöz 
başqa sikloplara, hələ Homerin siklopuna bütün cəhətlərilə bənzəyir. 
Ancaq  oğuz  siklopu  yunanlarınkından  alınma  deyil.  Yunanlarınkı 
köhnə deyilsə, oğuzlardakı yeni deyildir” (Fon Ditez. Dtkvudigtiten 
von Asien, Berlin and Helle, 1825, S.416).
Folklor, mifologiya, etnoqrafiya


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə