D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə4/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   2   3   4   5   6   7   8   9   ...   84

13
Baybican bəy o sənə verəciyi qızı Beyrəyə verdi. Bu gecə gəlin 
gedəcəkdir».  (Kitabi-Dədə  Qorqud,  s.  155).  Göründüyü  kimi, 
bayburdlular türk olsalar da, kafir sayılırdılar. Ona görə ki, başqa 
məzhəbdən idilər. Buna baxmayaraq məlumatdan belə çıxır ki, 
Baybican  bəylə  sultan  arasında  gizlin  danışıq  aparılmışdır.  Dış 
oğuzun bəyi hətta öz qızını Bayburd hökmdarına ərə verəcəyini də 
dilindən çıxarmışdı. Bəlkə də bu səbəbdən Dəli Qarcar bacısının 
öz göbəkkəsmə nişanlısı Beyrəklə - İç oğuz igidi ilə evlənməsinə 
qarşı qəribə şərtlər irəli sürmüşdü. Dədə Qorqudun elçi sifəti ilə 
işə  qarışması  Baybicanın  sultanla  «gizli  sazişi»ni  pozmuşdur. 
Yoxsa cəsus cəsarət edib hökmdarı qızışdıran xəbəri çatdırmazdı. 
Beləliklə, İç oğuzla Dış oğuzun müharibəsini təsadüfi say-
maq  olmaz.  Hər  halda  eposda  son  boydakı  narazılıqdan  daha 
kəskin qarşıdurmalara, ziddiyyətlərlə əvvəlki müstəqil süjetlərdə 
də  rast  gəlirik.  Dirsə  xan  Bayandır  xan  tərəfindən  təhqir  olun-
duğunu zənn edib (övladsızlığına görə qara otaqda yerləşdirilir) 
onun məclisini tərk edir. Boyda rastlaşdığımız Oğuz mifik dünya 
modelinin üçqatlı stukturunun üçrəngli çadırlarla (otaqlarla) kod-
laşdırılan  variantının  əsasında  həyat-ölüm,  insan  və  onun  dün-
yaya gəlməsi durur. İlk boyun hadisələrini yada salsaq, görərik 
ki, türkün ilkin dünyagörüşünə görə, kainatın bütövlüyü üçrəngli 
çadırla rəmzləşir: ağ - kişi, qırmızı - qadın və qara – yoxluq anla-
mında başa düşülür. Bu üçlük əzəli dünyaqurmada üç əsas funk-
siyanın daşıyıcısı olur: yaratmaq, törəmək və aradan qaldırmaq.
 – işıq – od – günəş – kişi – əbədi yaşarlıq - yuxarı qatın 
işarəsidir, müsbətdir və xeyri təmsil edir. Dünyanı formalaşdıran 
dörd mühüm elementdən (su, od, torpaq, hava) ikincisidir.
Qırmızı  ikili  xüsusiyyətə  malikdir  –  torpaq  –  yer–su  – 
məkan – yurd – törəyən - qadın və orta qatdır. Mənfi qütbdür, öz 
daxilində daim xeyir şərlə mübarizə aparır. Çox hallarda birinci 
ikincini üstələyir. 
Folklor, Mifologiya, Etnoqrafiya


14
DƏDƏ QORQUD ARAŞDIRMALARI
İki əks elementin birliyindən (izdivacından) dünyadakı var-
lıqlar doğulur.
Qara – cəhənnəm – zülmət – yoxluq – ölüm – şər və aşağı 
qatdır. Ağla qırmızının əbədi rəqibidir. 
Birinci boyun mətn strukturunda dinamiklik və qarşıdurma-
nın əsası mifoloji modelə uyğun olaraq aşağıdakı şəkildə qoyulub 
inkişaf etdirilir:
[A☼ + B±] ←V◙
Göründüyü  kimi,  eposun  başlanğıcında  təsviri  verilən  üç 
çadır (otaq) təqdim etdiyimiz struktura tam uyğundur: orada da 
varlıqları (xüsusilə, canlıları) yaradan qüvvənin bir başında kişi 
durur. Bu, mətndə oğulluların ağ otaqda yerləşdirilməsi şəklində 
gerçək həyatla uyğunlaşdırılır. Çünki mifoloji strukturda Yuxarı 
qatdakı Günəş Atanın, yaxud Göy tanrının simvolu – işıq, aydın-
lıq və ağ rəngdir. Varlıqları (xüsusilə, canlıları) yaradan qüvvənin 
əks tərəfi isə qadına məxsusdur və boyda qızı olanların qırmızı 
otağa dəvəti kimi reallıq forması alır. Çünki mifoloji strukturda 
təbiəti doğan ana torpaq, Yer üzü – qırmızı rənglə işarələnir. 
Bir-birini  özünə  çəkən  iki  əks  (müsbət-mənfi,  kişi-qadın) 
qütblər  əslində  ikili  dünyanın  (varlıqla-yoxluq,  olumla-ölüm, 
işıqla-qaranlıq) bir tərəfini – doğumu (törəyişi, meydana gəlməni) 
şərtləndirir. Lakin kişi-qadın ikiliyinə tamamilə zidd olan üçüncü 
tərəf də mövcuddur. Bu, yoxluq (eposda övladsızlıq), üzüqaralıq 
şəklində kodlaşdırılan qara rəngdir. Xalq arasında «boyun yerə 
soxulması», «yerə girmək» deyimi ilə nitq faktoruna çevrilib ye-
raltı aləmlə əlaqəni əks etdirir (eposda qara otaq). Əslində Bayan-
dır xanla Dirsə xan qarşıdurması dərin qatlardakı, daha doğrusu, 
mətn  altındakı  Göy  tanrı  ilə  Yerlik  xan  arasındakı  ziddiyyətin 
analoqudur. Bu inciklik də müharibə ilə nəticələnə bilərdi. Ancaq 
kişinin «başının baxtı»nın, «evinin taxtı»nın – qadının (orta qatın) 


15
ağıllı məsləhəti hadisəni sovuşdura bilir. Yəni şaquli istiqamətli 
üçlüyün alt – qaranlıq qatı orta – qırmızını özünə tərəf çəkməyi 
bacarmır. Üçqatlı strukturlarda orta qat əksər hallarda vasitəçi və 
tənzimləyici rolunu oynayır, bəzən isə «şərin qılverəninə» çev-
rilir. Orta qatın (eposda qadının) yuxarı işıqlı ağ göylə (eposda 
Bayandır xanla) əlaqələri qırmamaq təşəbbüsü hadisələri xeyrə 
aparıb çıxarır. Əks halda onun aşağı qaranlıq qaraya üz tutması 
şərə meydan açardı. Eləcə də Bəkilin Bayandır xandan və Qazan 
bəydən üz döndərməsi motivi mifoloji strukturdakı elementin ye-
rinin səhv düşməsi ilə səsləşir. Adi hal təsiri bağışlayan narazılıqla 
etnosdaxili toqquşmaya zəmin yaranır. Bəkilin hünərinin özündə 
olması,  yoxsa  atın  məharəti  ilə  bağlanması  mübahisəsi  əslində 
yurddan üz döndərib yad diyarlarda məskunlaşmaq istəyini ya-
ratsa da, gerçəkləşdirilə bilməzdi. Çünki köklə bağlanan xətlərin 
kəsilməsinə  zəmin  hazırlanmırdı.  Sadəcə  olaraq  bir  varlığın  öz 
içərisindəki  ikliliklə  üz-üzə  gəlməsi  hadisəsi  baş  vermişdi.  Bu 
səbəbdən də qarşıdurma dərinləşib qardaş qırğını ilə nəticələnmir 
və burada da «qırmızının» - qadının müdrikliyi və ağın - Bayan-
dır xanın səbri sayəsində hadisələr barışla yekunlaşır.
İlk olaraq belə bir sual doğur: elə isə sonuncu boydakı na-
razılığın qanlı müharibəyə çevrilməsinin səbəbi nə idi? Onu ara-
dan  qaldırmaq  mümkün  deyildimi?  Qalın  oğuzun  gözü  Bamsı 
Beyrəyə  qıyan  Dış  oğuzların  məqsədi  təkcə  var-dövlətdən  pay 
ummaları idimi? Nə səbəbə hadisələr birdən-birə yönünü böyük 
sürətlə elə dəyişir ki, Alp Aruz bacısı oğluna düşmən kəsilir, hər 
an Qazan üçün başından keçməyə hazır olan Bəkdüz Əmən, dar 
günündə Qazanın böyründə qılınc çalan Alp Rüstəm üzüdönük 
çıxır? Ona görə ki, əvvəlki boylarda sabitliyin qarantı kimi çı-
xış edən üç cəhət - Bayandır xan, məsləhətçi qadınlar və Dədə 
Qorqud  sonuncu  boyda  görünmür.  Mifoloji  struktura  görə  bu 
dünyagörüşündə dəyişikliyə işarədir, yəni etnosun daxilində bir 
Folklor, Mifologiya, Etnoqrafiya


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə