211
Onomastika, Dialektologiya, Etimologiya
kimi cümlələrdən də görürük ki, da, də yerindən asılı olaraq ədat
kimi işlənmişdir. Müasir dilimizdə də bunlar belədir. Müqayisə
edək. Bir eyni rəng aldı Mil də, Muğan da. (S.Vurğun). Gündüz
də, gecə də onu təqib edir. (M.îbrahimov). Bu cümlələrdə görürük
ki, burada da, də bağlayıcı yerində işlənib. Camaatdı da danışır-
danışır, dayanır. (M.îbrahimov). Sonda yazdığım bu cümlədə isə
da, də ədat vəzifəsində işlənmişdir.
Ta bağlayıcısı. Bu bağlayıcıya da Orxon-Yenisey yazılı
abidələrinin lüğət tərkibində nəzər saldıqda görürük ki, Müasir
Azərbaycan dilinin qrammatikasında olan da, də bağlayıcısı ilə
eyniyyət təşkil edir və burada ta//da fonetik dəyişikliyi baş ver-
mişdir. Bu bağlayıcıya abidələrin dilində ancaq bir yerdə təsadüf
olunur. Anta kisrə inisi kağan bolmıs erinç, oğlı, ta kağan bolmıs
erinç. - Ondan sonra kiçik qardaşı xaqan olmuş, oğlu da xaqan
olmuş. (l.KTş.7,s.72,78). müqayisə etdikdə görürük ki, Ta bağla-
yıcısı müasir Azərbaycan dilinin lüğət tərkibində qüvvətləndirici
ədat kimi işlənir.
Tiyin (teyin). Bu sözü bəzi tədqiqatçılarımız feli bağla-
ma, bəzi tədqiqatçılarımız da bağlayıcı kimi önə çəkmişlər.
Hörmətli rofessorumuz Ə.Tanrıverdi Ə.Rəcəbovun fıkirlərini
təsdiq edərək bildirir ki, bu proses əvvəlcə “tiyin” feli bağlama-
sının son samiti düşmüş, “i” saiti tədricən “ə” saitinə keçmişdir.
Tiyin>tiyi>diyi>deyü və deyə şəklini almışdır.(4. s. 317, 318) Bu-
radan o da başa düşülür ki, deyə sözü deyərək feli bağlamasının
qısaldılmış hissəciyidir. Bu alimlərin verdiyi nümunələrdə deyə//
tiyin sözlərində deyərək sözünün qısaldılması özünü göstərir. (4.
s. 317, 318) Yuxarıda qeyd olunmuş fıkirlərlə biz də razılaşırıq ki,
bu deyə, deyərək sözünün qısaldılması kimi olduqda bu fıkirlər öz
təsdiqini tapır. Abidələrin dilmdən gətirilən bu nümunələrdə tiyin
- deyə sözünü biz asanlıqla deyərək şəklində tələffüz edə bilərik
və buna görə də bu sözləri alimlərimiz feli bağlama kimi qeyd
212
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edirlər. İndi yazacağımız nümunələrdə isə bu sözün bağlayıcı
kimi də işlənəcəyinin şahidi olacağıq və professor Ə.Şükürlünün
bu sözü bağlayıcı kimi qeyd etməsinin səbəbini açıqlamağa ça-
lışacayıq. Ol bodunığ Tabarda Sağdak bodun istəyin tiyin, Yin-
çü üküzik keçə Təmir kapığa təki sülədimiz. - O xalqı Tabarda
Sağdak xalqmı tənzim edək deyə înci çayını keçərək Dəmir qa-
pıya təki qoşun çəkdik.(l. KTş. 39, s. 74, 82). Bu qeyd etdiyimiz
cümləyə baxdıqda görürük ki, bu cümlədə deyə sözü bağlayıcı
kimi işlənmişdir. Düzdür sözün cümlədəki mövqeyinə və mazmu-
nuna nəzər saldıqda görürük ki, bu sözün də mənşəyində deyərək
feli bağlaması dayanır. Yəni bu sözləri də deyərək feli bağlaması
kimi işlətsək bu və ya digər formada həmin məzmunu verə bilir
və bunun kökünün də feli bağlamadan törəndiyini görmək olar.
Modal sözlərdən Orxan Yenisey abidələrinin lüğət tərldbində
təəssüf, kədər bildirən, əfsusy təəssiif, lıeyf modal sözlərinin
mənasını verən Yıta sözünə rast gəlinir. Yıta sözünə müasir ədəbi
dilimizdə heç bir sözün kökündə, mənşəyində, etimologiyasında
rast gəlinmədi. Lakin tərcümə etdikdə və müasir Azərbaycan di-
linin lüğət tərkibi ilə müqayisə apardıqda görürük ki, hal hazırda
əfsus, təəssüf, heyf modal sözləri işlənən cümlələrimiz daha çox-
dur. Bu sözə Orxan Yenisey abidələrinin lüğət tərkibində nəzər
salaq və müasir Azərbaycan dilinin lüğət tərkibi ilə müqayisə
edək. Kök tenridə kün, ay azıdım, yerimə, yıta, sizımə adırıltım. -
Mavi göylərdə günü, ayı itirdim yerimdən əfsus, sizdən ayrıldım.
Çor apası barur.- Çör atası gedir (ölür) İnim, eçim yıta adırulu
bardımız. Kiçik qardaşım, böyük qardaşım yıta.. əfsus ayrılaraq
getdik. Kuyda kişiməyıta adıralu bar¬dımız.-Sarayda arvadım-
dan, əfsus ayrılaraq getdik. Bu cümlələrin hamısında yıta modal
sözü, heyf əfsus, təəssüf mənalarını vermişdir. Kür qırağınm əcəb
seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! (Vaqif). Onun
hayıf ki, xozeynlərlə arası kökdür (M.Hüseyn). Çox əfsus ki, mən
213
Onomastika, Dialektologiya, Etimologiya
bu işin öhdəsindən gələ bilmədim və s. Bu kimi cümlələrdəki mo-
dal sözləri abidələrin lüğət tərkibindəki modal sözlərlə müqayisə
etdikdə görürük ki, bu hər iki dövrdə işlənən modal sözlərin
mənaları arasında heç bir məna, məzmun fərqi yoxdur. Sadəcə
olaraq, fonetik quruluşunda güclü dəyişiklik olmuşdur.
Ök//kük modal sözu. Orxon-Yenisey abidələrinin lüğət
tərkibində işlənən bu sözü müasir Azərbaycan dilinin lüğət
tərkibində işlənən modal sözlərlə müqayisə etdikdə görürük ki,
burada o əlbəttə, modal sözünün verdiyi mənaya uyğun gəlir.
Yayduk yolta yəmə ölti /rw/r.-səpələndikləri yollarda da əlbəttə
öldülər. (l. Tc. l6, s. 118, 122). Anta ayğuçı yəmə ben ök ertim.
- Onda məsləhətçi də, əlbəttə, mən idim. (1. Ts. 50, s. 120,125).
Qızım, sən deyən yox, mən deyən olmalıdır əlbəttə. (Azərbaycan
dastanları) O, əlbəttə hər ehtiyata qarşi özü ilə sazını da götür-
müşdür. (Azərbaycan dastanları)
Bütün bu yazdıqlarımdan belə bir nəticəyə gəlmək olar
ki, Orxon-Yenisey abidələrinin lüğət tərkibində köməkçi nitq
hissələri əsas nitq hissələrinə nisbətən çox azdır. Burada köməkçi
nitq hissələrindən ən çox qoşma, ədat, nisbətən də bağlayıcı
və modal sözlər işlənmişdir. Orxon-Yenisey abidələrinin lüğət
tərkibindəki köməkçi nitq hissələri ilə müasir Azərbaycan dilinin
lüğət tərkibində işlənən köməkçi nitq hissələri arasında müqayisə
apararaq belə bir qənaətə gəldik ki, bu hər iki dövr köməkçi nitq
hissələri arasında, onların məna, məzmun, leksik və qrammatik
quruluşu arasında o qədər də böyük fərq yoxdur.
Ədəbiyyat
1. Ə.Rəcəbov, Y.Məmmədov. “Orxon - Yenisey abidələri” B.,
1993.
2. Ə.Şükürlü. “Qədim türk yazılı abidələrinin dili” B., 1993.
Dostları ilə paylaş: |