D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə60/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   56   57   58   59   60   61   62   63   ...   84

211
Onomastika, Dialektologiya, Etimologiya
kimi cümlələrdən də görürük ki, da, də yerindən asılı olaraq ədat 
kimi işlənmişdir. Müasir dilimizdə də bunlar belədir. Müqayisə 
edək. Bir eyni rəng aldı Mil də, Muğan da. (S.Vurğun). Gündüz 
də, gecə də onu təqib edir. (M.îbrahimov). Bu cümlələrdə görürük 
ki, burada da, də bağlayıcı yerində işlənib. Camaatdı da danışır-
danışır, dayanır. (M.îbrahimov). Sonda yazdığım bu cümlədə isə 
da, də ədat vəzifəsində işlənmişdir.
Ta  bağlayıcısı.  Bu  bağlayıcıya  da  Orxon-Yenisey  yazılı 
abidələrinin lüğət tərkibində nəzər saldıqda görürük ki, Müasir 
Azərbaycan dilinin qrammatikasında olan da, də bağlayıcısı ilə 
eyniyyət təşkil edir və burada ta//da fonetik dəyişikliyi baş ver-
mişdir. Bu bağlayıcıya abidələrin dilində ancaq bir yerdə təsadüf 
olunur. Anta kisrə inisi kağan bolmıs erinç, oğlı, ta kağan bolmıs 
erinç. - Ondan sonra kiçik qardaşı xaqan olmuş, oğlu da xaqan 
olmuş. (l.KTş.7,s.72,78). müqayisə etdikdə görürük ki, Ta bağla-
yıcısı müasir Azərbaycan dilinin lüğət tərkibində qüvvətləndirici 
ədat kimi işlənir.
Tiyin  (teyin).  Bu  sözü  bəzi  tədqiqatçılarımız  feli  bağla-
ma,  bəzi  tədqiqatçılarımız  da  bağlayıcı  kimi  önə  çəkmişlər. 
Hörmətli  rofessorumuz  Ə.Tanrıverdi  Ə.Rəcəbovun  fıkirlərini 
təsdiq edərək bildirir ki, bu proses əvvəlcə “tiyin” feli bağlama-
sının son samiti düşmüş, “i” saiti tədricən “ə” saitinə keçmişdir. 
Tiyin>tiyi>diyi>deyü və deyə şəklini almışdır.(4. s. 317, 318) Bu-
radan o da başa düşülür ki, deyə sözü deyərək feli bağlamasının 
qısaldılmış hissəciyidir. Bu alimlərin verdiyi nümunələrdə deyə//
tiyin sözlərində deyərək sözünün qısaldılması özünü göstərir. (4. 
s. 317, 318) Yuxarıda qeyd olunmuş fıkirlərlə biz də razılaşırıq ki, 
bu deyə, deyərək sözünün qısaldılması kimi olduqda bu fıkirlər öz 
təsdiqini tapır. Abidələrin dilmdən gətirilən bu nümunələrdə tiyin 
- deyə sözünü biz asanlıqla deyərək şəklində tələffüz edə bilərik 
və buna görə də bu sözləri alimlərimiz feli bağlama kimi qeyd 


212
DƏDƏ QORQUD ARAŞDIRMALARI
edirlər.  İndi  yazacağımız  nümunələrdə  isə  bu  sözün  bağlayıcı 
kimi də işlənəcəyinin şahidi olacağıq və professor Ə.Şükürlünün 
bu sözü bağlayıcı kimi qeyd etməsinin səbəbini açıqlamağa ça-
lışacayıq. Ol bodunığ Tabarda Sağdak bodun istəyin tiyin, Yin-
çü üküzik keçə Təmir kapığa təki sülədimiz. - O xalqı Tabarda 
Sağdak xalqmı tənzim edək deyə înci çayını keçərək Dəmir qa-
pıya təki qoşun çəkdik.(l. KTş. 39, s. 74, 82). Bu qeyd etdiyimiz 
cümləyə baxdıqda görürük ki, bu cümlədə deyə sözü bağlayıcı 
kimi işlənmişdir. Düzdür sözün cümlədəki mövqeyinə və mazmu-
nuna nəzər saldıqda görürük ki, bu sözün də mənşəyində deyərək 
feli bağlaması dayanır. Yəni bu sözləri də deyərək feli bağlaması 
kimi işlətsək bu və ya digər formada həmin məzmunu verə bilir 
və bunun kökünün də feli bağlamadan törəndiyini görmək olar. 
Modal  sözlərdən  Orxan  Yenisey  abidələrinin  lüğət  tərldbində 
təəssüf,  kədər  bildirən,  əfsusy  təəssiif,  lıeyf  modal  sözlərinin 
mənasını verən Yıta sözünə rast gəlinir. Yıta sözünə müasir ədəbi 
dilimizdə heç bir sözün kökündə, mənşəyində, etimologiyasında 
rast gəlinmədi. Lakin tərcümə etdikdə və müasir Azərbaycan di-
linin lüğət tərkibi ilə müqayisə apardıqda görürük ki, hal hazırda 
əfsus, təəssüf, heyf modal sözləri işlənən cümlələrimiz daha çox-
dur. Bu sözə Orxan Yenisey abidələrinin lüğət tərkibində nəzər 
salaq  və  müasir Azərbaycan  dilinin  lüğət  tərkibi  ilə  müqayisə 
edək. Kök tenridə kün, ay azıdım, yerimə, yıta, sizımə adırıltım. - 
Mavi göylərdə günü, ayı itirdim yerimdən əfsus, sizdən ayrıldım. 
Çor apası  barur.- Çör atası gedir (ölür)   İnim, eçim yıta adırulu 
bardımız. Kiçik qardaşım, böyük qardaşım yıta.. əfsus ayrılaraq 
getdik. Kuyda  kişiməyıta adıralu bar¬dımız.-Sarayda arvadım-
dan, əfsus ayrılaraq getdik. Bu cümlələrin hamısında yıta modal 
sözü, heyf əfsus, təəssüf mənalarını vermişdir. Kür qırağınm əcəb 
seyrəngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! (Vaqif). Onun 
hayıf ki, xozeynlərlə arası kökdür (M.Hüseyn). Çox əfsus ki, mən 


213
Onomastika, Dialektologiya, Etimologiya
bu işin öhdəsindən gələ bilmədim və s. Bu kimi cümlələrdəki mo-
dal sözləri abidələrin lüğət tərkibindəki modal sözlərlə müqayisə 
etdikdə  görürük  ki,  bu  hər  iki  dövrdə  işlənən  modal  sözlərin 
mənaları arasında heç bir məna, məzmun fərqi yoxdur. Sadəcə 
olaraq, fonetik quruluşunda güclü dəyişiklik olmuşdur.
Ök//kük  modal  sözu.  Orxon-Yenisey  abidələrinin  lüğət 
tərkibində  işlənən  bu  sözü  müasir  Azərbaycan  dilinin  lüğət 
tərkibində işlənən modal sözlərlə müqayisə etdikdə görürük ki, 
burada  o  əlbəttə,  modal  sözünün  verdiyi  mənaya  uyğun  gəlir. 
Yayduk yolta yəmə ölti /rw/r.-səpələndikləri yollarda da əlbəttə 
öldülər. (l. Tc. l6, s. 118, 122). Anta ayğuçı yəmə ben ök ertim. 
- Onda məsləhətçi də, əlbəttə, mən idim. (1. Ts. 50, s. 120,125). 
Qızım, sən deyən yox, mən deyən olmalıdır əlbəttə. (Azərbaycan 
dastanları) O, əlbəttə hər ehtiyata qarşi özü ilə sazını da götür-
müşdür. (Azərbaycan dastanları)
Bütün  bu  yazdıqlarımdan  belə  bir  nəticəyə  gəlmək  olar 
ki,  Orxon-Yenisey  abidələrinin  lüğət  tərkibində  köməkçi  nitq 
hissələri əsas nitq hissələrinə nisbətən çox azdır. Burada köməkçi 
nitq  hissələrindən  ən  çox  qoşma,  ədat,  nisbətən  də  bağlayıcı 
və  modal  sözlər  işlənmişdir.  Orxon-Yenisey  abidələrinin  lüğət 
tərkibindəki köməkçi nitq hissələri ilə müasir Azərbaycan dilinin 
lüğət tərkibində işlənən köməkçi nitq hissələri arasında müqayisə 
apararaq belə bir qənaətə gəldik ki, bu hər iki dövr köməkçi nitq 
hissələri arasında, onların məna, məzmun, leksik və qrammatik 
quruluşu arasında o qədər də böyük fərq yoxdur. 
Ədəbiyyat 
1. Ə.Rəcəbov, Y.Məmmədov. “Orxon - Yenisey abidələri” B., 
1993.
2. Ə.Şükürlü. “Qədim türk yazılı abidələrinin dili” B., 1993.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə