D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə56/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   52   53   54   55   56   57   58   59   ...   84

199
Onomastika, Dialektologiya, Etimologiya
Məsələn: Unutmaram sənin təki gözəli, Ağlama, Gülşanım, gözlə 
yar  məni!  (Azərbaycan  dastanları).  Sultan  Əmirli  tək  bir  adam 
heç yerdə görünməmişdi. (İ.Hüseynov) ...mateor təki çıxıb getdi. 
(B. Bayramov). Bu cümlələrdəki qoşmaları müqayisə etdikdə һər 
iki dövrdən olan yazı nümunəsindəki qoşmaların eyni məna çala-
rına malik olduğunu görürük.
Tək//təki  qoşması  müasir  Azərbaycan  dilinin  qrammati-
kasinda  məsafə  istiqamət  bildirən  dək  hissəciyinin  əvəzinə  də. 
işlənir  və  bu  qoşma  işlənən  cümlədə  məsafə,  uzunluq  özünü 
göstərir: Birigərü Tokuz Ərsəngə təki sülədim, Kurığaru Yinçü 
üküzkeçə Təmir kapığka təki sülədim. - Cənuba, Doqquz Ərsənə 
tək  //təki  qoşun  çəkdim,  Qərbə,  İnci  çayını  keçərək  Dəmir  qa-
pıya  təki/dək  qoşun  çəkdim.  (l.KTc.3,s.70,77).  Böklü  kağan-
ka təki süləyü birmis - Böklü xaqanınadək//təki qoşun çəkmiş. 
(l.KTş.8,s.72,78). Sələnə kidin Yılun kol birdin sınar Şıp başına 
təki çərik itdim. - Selena çayının şimal-qərbi, Yılun kolun (çayın) 
cənubu  istiqamətində  Şıp  başına  təki  qoşun  çəkdim.  (l.MÇşm. 
l5,s.l46,150). Yağımız təkirə uçuq tək erti, biz şəg ertimiz. - Ya-
ğımız ətrafda yırtıcı quş tək idi, biz sayıq idik. (l.Tc.8,s.l 18,122). 
Azərbaycan  dilinin  lüğət  tərkibində  işlənən  qoşmalara  nəzər 
salaq  və  müqayisə  edək.  Hava  kəşfiyyatçıları  tez-tez  düşmən 
mövqelərinədək  uçur,  böyük  bir  fədakarlıq  və  qəhrəmanlıqla 
bu  mövqeləri  ön  xətdən  başlamış  ta  dərinlərədək  öyrənirdilər. 
(Y.Əzimzadə)  burada  məkanin  son  nöqtəsini,  Elə  gün  olurdu 
ki, səhərdən axşamadək o dərədə yalqız gəzərdi. (A.Şaiq) kimi 
cümləsində isə zamanın son həddini bildirir.
Tapa- Bu qoşmanın etimologiyasına nəzər saldıqda bir neçə 
nüans  ortaya  çıxır.  Belə  ki,  müasir  Azərbaycan  dilinin  lüğət 
tərkibində  işlənən  tərəf,  tərəfə  qoşmasının  tapa  qoşmasından 
törəndiyini  ehtimal  edərək  tapa>tapha>tarapha  >tarafa>tərəfə 
şəklində əsaslandırmaq olar. Bu qoşma istiqamət yönəlmə mənası 


200
DƏDƏ QORQUD ARAŞDIRMALARI
verir. Otuz artukı səkiz yaşıma kışın kıtay tapa sülədim.-”Otuz 
səkkiz yaşımda qışda kitaya qarşı qoşun çəkdim. (l. BXc. 2., s, 
102, 107). Tutuk başın çık tapa bina ıtım isi yer tapa az ər ıtım, 
gör tidim. - Tutukun başçılığı ilə cıklara qarşı min nəfərlik ordu 
göndərdim, müttəfıqinə qarşı az döyüşçü göndərdim. (l. MÇş. 23, 
s. 147, 15 l).Yuxarıda qeyd etdiyimiz tapa qoşması Orxon-Yenisey 
abidəlarinin dilində demək olar ki, ancaq istiqamət, məsafə ma-
nalarını verir. Lakin müasir Azərbaycan dilinin qrammatikasında 
tapa qoşmasının verdiyi məna, yəni qarşı qoşması hal-hazırda bir 
çox başqa mənaları da verir. Ziddiyyət mənasında: Mən sevgimə 
qarşı əsl sevgi istəyirəm, sədəqə istəmirəm. (M. Ibrahimov.). Mü-
qabillik mazmununun ifadəsi formasında: Rüstəm kişiyə cavab 
verməsə, getdikcə dərəcəsini aşan təzyiqinə qarşı durmasa onun 
nəzərində hörmətini itirməyəcəyini hiss edirdi. (M.İbrahimov.).
Kodı  qoşması:  bu  qoşma  Orxon-Yenisey  abidəlarinin 
dilində, istiqamətində, boyunca mənalarını verir. Məsələn: Ol sub 
kodı bardınız. - O çayın axarı istiqamətində getdik. (l. Ton. 27). 
Sələnə  kodı  bardınız.-  Selənə  çayının  axarı  boyunca  getdik.  (l. 
Mok. 37) -müasir dilimizdə. Əhali yol boyunca düzülüb prezi-
denti salamlayırdılar. (“Azərbaycan” qəzeti.). Bakı–Quba yolun-
da,  Quba istiqamətində hərəkət edən, Quba sakini Eldar Hüsey-
nova məxsus mersedes 220 markalı avtomabil yolun 70-ci km-də 
qəzaya uğramışdir.(“Kriminal” qəzeti.) cümlələrində Orxon-Ye-
nisey abidələrinin lüğət tərkibində olan kodı qoşmasınm müasir 
variantı olan istiqamətində, boyunca qoşmaları işlənmişdir.
Təgərə - qoşması, Orxon-Yenisey yazılı abidələrinin lüğət 
tərkibində  bu  qoşma  haqqında,  barəsində  manalarını  verir.  Bu 
qoşmaya  yalnız  qədim  uyğur  yazılı  abidələrində  təsadüf  edilir. 
Tavar təgərə körkər anama Əbgü - Əgər mal haqqında (barəsində) 
bir şey başa düşsələr, onda bu yaxşıdır. (l. TT VII 29, 15)
Sayu  qoşması  Orxon-Yenisey  yazılı  abidələrinin  lüğət 


201
Onomastika, Dialektologiya, Etimologiya
tərkibində hərəkətin müəyyən bir obyektə doğru yönəldiyini bil-
dirir və dilimizə tərəf sarı manalarında tərcümə olunur. Onu da 
qeyd  edək  ki,  sayu  qoşmasının  semantikasına  nəzər  salaraq  bu 
sözün  müasir  dilimizdəki  sarı  qoşmasının  qədim  variantı  oldu-
ğunu ehtimal etmək olar. Burada “sa” hissəciyi sinkretik kök al-
mış, “yu” hissəciyi isə dəyişərək rı variyantını almışdır Antoğının 
üçün igidmiş kağanının sabın almatın yır sayu bardığ kop anta 
alkıntığ,  arılteğ—Elə  olduğun  üçün  (səni)  yüksəltmiş  xaqanın 
sözünə qulaq asmadan yer boyu getdin, orada tamamilə zəiflədin, 
seyrəldin. (l. KT, c. 9, s. 71, 78). Ol ok tün bodunın sayu ittiniz. 
Həmin gecə vaxtı elçiləri xalqıina tərəf yönəltdik. (l. Ton. II daş. 
q. 42). Bu cümlələrdə də sayu qoşması tərəf manasında işlənir.
Ötrü qoşması müasir Azerbaycan dilinin lüğət tərkibindəki 
ötrü qoşması ilə eyni məna vo məzmun daşımır, tərcümədə sonra 
mənası verir. Abidələrin dilində işlənən və zaman mənası verən 
ötrü  qoşmasının  etimologiyasına  nəzər  yetirdikdə  görürük  ki, 
ötrü sözü ötmək, keçmək manasında olan öt semantik kökündən 
ibarətdir. Bu da bir növ zamanın ötüb keçdiyini, yəni sonranı bil-
dirir. Əslinə baxsaq onu da görə bilərik ki, ötrü qoşmasının indiki 
variantına nisbətən abidələrin dilindəki variantı əsil mənasına, za-
man mənasına daha yaxındır. Anta ötrü oğuz kapın kəlti - Ondan 
sonra oğuzlar hamisi gəldi.(l. Tc. l6, 118, 123) Anta ötrü kağanı-
ma ötüntim, anca ötüntim. — Ondan sonra xanıma müraciət et-
dim, eləcə müraciət etdim. (l. Tc. l2,s. l 18,122) Cümlələrində ötrü 
qoşması zaman məfhumu ifadə edən, çıxışlıq halla işlənən sonra 
qoşmasının  mənasını  vermişdir.  Azərbaycan  dilində.  Pələngin 
dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. 
(A.Şaiq). Çeşmə başında kabab bişirib yedikdən sonra uzanıb yat-
mışdım (A.Şaiq). Bu söz dilimizin lüğət tərkibində də işlənir və 
qoşma kimi qeyd olunur. Lakin müasir Azerbaycan dilində ötrü 
qoşması aid olduğu sözlə birlikdə səbəb, məqsəd, aidlik manaları-


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə