D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə55/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   51   52   53   54   55   56   57   58   ...   84

195
Onomastika, Dialektologiya, Etimologiya
в  Орхоно-Енисейских  памйатниках.  Иобъснются  ареал 
распостаранения  слов  в  совроменнов  Азербайджанском 
языке, исполъзованные в памятниках.
Summary
Bahram Mammadov,
Scientist
ORKHAN WRİTTEN MONUMENTS 
OF THE JENİSEİ AND OUR DİALECTS
Orkhan is been dialect developed (used) in (the) monuments 
of the Jenisei investigation words in the work (trace).
It is/are clarified to areal of (the) spreading in (the) Azerbaija-
ni dialects of the words developed (used) in the monument.


196
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Hər  hansı  bir  dilin  tarixi  həmin 
dildə danışan xalqın tarixi ilə bağlı olur. 
Azərbaycan dilinin tarixi də xalqımızin 
tarixi ilə əlaqədar olaraq onun kimi çox-
çox  qədimlərə  gedib  çıxır.  Azərbaycan 
dili genealoji bölgüyə əsasən türk dilləri 
ailəsindəndir. Türk dilləri ailəsi genetik 
əlamətlər  əsasmda  təsnif  edilən  ən  bö-
yük  dil  ailələrindən  biridir. Azərbaycan 
dili  bu  dil  ailəsində  oğuz  dilləri  qru-
punun  oğuz-səlcuq  yarımqrupuna  da-
xildir.  Azərbaycan  dili  bu  yarımqrup-
da  türkmən,  qaqauz  və  türk  (osmanlı) 
dillərinə daha çox yaxindır. Dilimiz bu-
günkü  inkişaf  səviyyəsinə  birdən-birə 
gəlib  çatmamışdır.  Bu  dil  yuxarıda  da 
qeyd  etdiyimiz  kimi,  bir  çox  əsrlərin 
məhsuludur.  İlk  dövrlərdə  Azərbaycan 
dilinin də bir çox dillər kimi, lüğət tərkibi 
kasıb,  qrammatik  quruluşi  isə  bəsit  ol-
muşdur. Müasir elmi tədqiqatlardan ay-
dın olur ki, dil və qrammatikamızın ta-
Əlvan Cəfərov
(elvancafarov78@mail.ru)
ORXON-YENİSEY ABİDƏLƏRİNİN LÜĞƏT 
TƏRKİBİNDƏ KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ
(Müasir Azərbaycan dilinin lüğət tərkibi ilə müqayisədə)


197
Onomastika, Dialektologiya, Etimologiya
rixi  Orxon  və Yenisey  abidələrinin  yaranma  dövrünə  və  ondan 
hətta çox-çox əvvəllərə gedib çıxır. Bunların çoxunu biz bu gün 
Orxon  və Yenisey  çayları  hövzəsində  yayılan  minlərlə  qayaüs-
tü abidələrin üzərində yazılan əski türk yazılarından da oxuyub 
aydınlaşdırırıq. Bu abidələr Orxon və Yenisey çayları ətrafında 
tapılmış daşlar üzərindəki yazılar olduğundan bu cür də adlanır. 
Bir çox tədqiqatçılar bu yazıları Skandinaviya, runik yazılarına 
oxşadığına  görə  bu  qəbildən  olan  kitabələri  ümumiləşmiş  hal-
da  “türk-runik  yazıları”  adlandırmışlar.  Qədim  türk-runik  yazı-
ları əsasən V əsrdən VII əsrə qədərki türk qəbilələrinin dili ilə 
əlaqədardır. Buna görə də təxminən bu əsrlərdə türk dillərinin nə 
kimi  xüsusiyyətə  malik  olduğunu  aydinlaşdırmaq  üçün  bu  ya-
zılardan ən mötəbər mənbələr kimi istifadə edilir. Yenisey çayı 
ətrafindakı Talas  və  Suci  adlı  xırda  çaylardan  kənarda  tapılmış 
olan və bu çayların adı ilə Talas Suci kitabələri adlanan yazılar 
daha çox V -VI əsrlərin dil xüsusiyyətini əks etdirir. Digər daha 
böyük  kitabələr  Orxon  çayı  ətrafinda  tapıldığına  görə  ümumi 
şəkildə  Orxon  kitabələri  adlanır  və  bunlar  daha  çox  VII-  VIII 
əsrlərin türk dili xüsusiyyətlərini əks etdirir. Qeyd etmək lazımdır 
ki, bəzən bu kitabələr məzmunu ilə əlaqədar olaraq bu və ya digər 
şəxsiyyətin adı ilə adlanır. Məsələn: “Tonyukuk” kitabəsi Tonyu-
kuk adlanan şəxsin qəbri üzərində olan kitabədir. Digər daha bö-
yük bir kitabə “Kültikin” kitabəsi adlanır. Bu da 732-ci ildə ölmüş 
bir şahzadənin və ya xanzadənin qəbirdaşı üzərində yazılmış bir 
kitabədir. Yazı etibarı ilə bunlar əsasən eyni quruluşlu olsalar da 
dil etibarı ila tamamilə eyni dil abidəsi hesab etmək doğru olmaz.
Burada  biz  bir  çox  alimlərimizin  üzərində  tədqiqat  işləri 
apardığı  Orxon Yenisey  abidələrinin  lüğət  tərkibindən  və  lüğət 
tərkibində olan köməkçi nitq hissələrinin Müasir Azərbaycan di-
linin lüğət tərkibi ilə müqayisəsi elmi tədqiqata cəlb olunmuşdur. 
Orxon-Yenisey  abidələrinin  dilində  olan  köməkçi  nitq  hissələri 


198
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ilə  Müasir  Azərbaycan  dilinin  köməkçi  nitq  hissələri  arasın-
da,  onun  qrammatik  semantik  quruluşu  arasında  o  qədər  də 
böyük fərq yoxdur. Orxon-Yenisey abidələrinin dilində biz ən 
çox köməkçi nitq hissələrindən qoşma və bağlayıcılara təsadüf 
edirik. Burada rast gəldiyimiz köməkçi nitq hissələrinin az bir 
hissəsi  bugünkü Azərbaycan  dilimizdə  eyni  ilə  işlənməkdədir 
(üçün, ötrü, da, də, və sairə,). Lakin böyük əksəriyyəti dilimizə 
gəlib çıxana kimi bir çox dəyişikliklərə uğramışdır. Orxon-Ye-
nisey abidələrində, qədim türk yazılı abidələrində köməkçi nitq 
hissələri bilavasitə əsil türk köklü olması ilə diqqəti cəlb edir. 
Orxon-Yenisey abidələrinin dilində olan köməkçi nitq hissələrini 
müasir Azərbaycan dilindəki köməkçi nitq hissələri ilə müqayisə 
etdikdə bir çox maraqlı nüanslar ortaya çıxır. Yazılı abidələrin 
dilindəki qoşmalara nəzər salaq.
Tag//tagi//tək//taki-qoşmalarını  ilk  öncə  Orxon-Yenisey 
yazılı  abidələrinin  lüğət  tərkibində  bənzətmə  bildirən  qoşma 
kimi götürək və burada tək bənzətmə mənası verir. Azərbaycan 
dilinin qrammatikasında olan tək, kimi qoşmaları ilə eyni məna 
çalarlarını özündə əks etdirir. Məsələn: Tenri tək tenridə bolmıs 
türk Bilgə kağan bu ödkə otırtım -Tanrı tək göylərdə doğulmuş 
türk müdrik xaqanı (taxta) oturdu. (l.KTc.l, s. 70, 77). İnisi eçisin 
təg kılınmaduk erinç - Kiçik qardaşları böyük qardaşları kimi 
davranmadılar, övladları ataları kimi davranmadılar (l.KTş.5,s. 
72,  78)  Biz  öz  içi  tasın  tutmuş  tək  biz.  -  Biz  öz  içini,  bayırı-
nı tutmuş tək qalacağıq. (l. Tc. l3, s. l 18, 122). Görür gözüm 
görməz tək, bilir biligim bilməz tək boltı, özüm sakıntım - Görən 
gözüm görməz tək, bilən biliyim bilməz tək oldu, özüm düşün-
düm.(l.KTşm.lO,s.76,83). Bu qeyd etdiyimiz qoşmalarla Müa-
sir Azerbaycan dilində olan qoşmalarla demək olar ki, eyniyyət 
təşkil  edir  və  müasir Azərbaycan  dilinin  lüğət  tərkibində  olan 
bənzətmə  qoşmaları  ilə  eyni  mənalara  aid  olduğunu  göstərir. 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə