D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə63/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   59   60   61   62   63   64   65   66   ...   84

222
DƏDƏ QORQUD ARAŞDIRMALARI
əsas  tutaraq,  Kül-tiginin  epitafiyasını  (732-ci  il)  əsas  götürərək 
türk  yazısının  (eləcə  də  mənəvi  dəyərlərinin  –  M.S.)  tarixini 
VIII əsrə aid etdilər. Talas daşlarının tarixini də V-VI yüzilliyə 
aid  etməklə  Monqolustandan  Macarıstanadək  uzanan  böyük 
bir ərazidə tapılmış bütün qədim türk yazılı abidələrinə belə bir 
təxmini tarix qoyuldu [8.172].
Əslində isə, yuxarıda qeyd etdiyimiz kimi, Türkün mədəniy-
yət tarixi insanlığın tarixi qədər dərindir.
Mövzudan kənara çıxmayaq, məqsədimiz Türkün vətəninə, 
zəngin mənəviyyatına paxıllıqla, qısqanclıqla yoğrulmuş düşmən-
cəsinə münasibəti açıqlamaq idi. Ona görə lap yuxarıda qeyd et-
diyimiz  kimi,  tədqiqat  işimizlə  Türkün  vətəndaşlığına,  vətənlə 
bağlı anlayışlarına, vətən mənəviyyatına güzgü tutmaq qərarına 
gəldik.
Türk  üçün  Vətən  nə  demək  idi?  Vətən  anlayışı  onun 
mənəviyyatında hansı yeri tuturdu? Bu barədə görkəmli türkçü 
alim  Ziya  Göyalpın  “Türkçülüyün  əsasları”  kitabında  olduq-
ca qiymətli fikirlərə rast gəlirik: “...Böyük millətlərdən hər biri 
mədəniyyətin xüsusi bir sahəsində birinciliyə çatmışlar. Əski yu-
nanlar estetikada, romalılar hüquqda, israillilər və ərəblər dində, 
fransızlar  ədəbiyyatda,  anqlosakslar  iqtisadda,  almanlar  mu-
siqi    və  metafizikada  (fəlsəfədə),  türklər  isə  əxlaqda  birinciliyi 
qazanmışdır” [2, 118]. Göründüyü kimi, vətəni [Böy 2, 118] və 
çoxsahəli türk əxlaqında vətən əxlaqı birinci yeri tutur. 
Türklərdə vətən əxlaqı çox qüvvətli olmuşdur. Hər bir türk 
öz  “Eli”  üçün  həyatını  və  ən  sevdiyi  şeylərini  fəda  etməkdən 
çəkinməzdi. Çünki, “El” Göy Tanrının yer üzündəki kölgəsiydi. 
Türklərə görə,Göy Tanrı olduqca uğurlu olan bir eşq gecəsində 
bir “qızıl işıq” olaraq yerə enmiş, bu enişdən bir ağacdan “Qut-
lu El”in doğulub artmasına səbəb olmuşdur. “Qutlu El” – “uğur-
lu  El”,  “mübarək  El”,  “müqəddəs  El”  anlayışlarını  verməklə 


223
Pedaqogika, Fəlsəfə, Psixologiya
türklərdə “El”in müqəddəsliyini bildirirdi.
Millət  bu  kölgədən,  “El”dən  törəyirdi.  Elin  yerləşdiyi  yerə 
“yurd” və ya ölkə deyilirdi. Türk haraya getsə əsas yurdu unut-
mazdı. Çünki ata-babalarının məzarı ordaydı. Uşaqlıq çağı, ata 
ocağı, ana qucağı orda qalmışdı [2, 118].
Göründüyü kimi, vətəni Böyük Allahdan sonra ikinci yerdə 
sevmək ancaq türkə məxsus olmuşdur və türkün vətən əxlaqının 
birinciliyinə bir səbəb də budur.
Orxon-Yenisey  yazılı  abidələrində  vətəni  sevmək,  əziz  tut-
maq, qorumaq, gələcək nəsillərə ötürmək vətənsizlik anlayışının 
təsviri ilə başlayır. Belə ki, bir zamanlar türklər  vətənsiz  qaldılar, 
az  qalmışdılar  yox  olsunlar,  tarix  səhnəsindən  silinsinlər.  Bu,  I 
Göytürk xaqanlığının süqutunu (630) ifadə edir.
Qan  yaddaşında,  genlərində,  ürəyində  böyük  vətən  sevgisi 
gəzdirən, yaşadan türk vətənsiz, elsiz qalmağın acısını, kədərini 
elə yandırıcı, elə yana-yaxıla təsvir edir ki, heç bir dərd bu dərd 
ilə müqayisə edilə bilməz! Kül Tiginin abidəsində bu barədə ya-
zılır ki: “...əcdadımız Bumuk xaqan, İstəmi xaqan...türk xalqının 
elini, qanununu yaratmış...dörd tərəfdəki xalqı (bütün sonsuzlu-
ğa qədər şimalı, cənubu, qərbi və şərqi – M.S) bütünlükdə tabe 
etmiş, özü eləcə həlak olmuş, ondan sonra kiçik qardaşı xaqan 
olmuş, oğlu da xaqan olmuş, ondan sonra kiçik qardaşı, böyük 
qardaşıtək olmadığından...Tabğac xalqının təhriki hiyləgər oldu-
ğu üçün, cəzbedici olduğu üçün kiçik qardaşlarla böyük qardaş-
ları salışdırdığı üçün, bəyləri, xalqı bir-birinin üstünə qaldırdığı 
üçün türk xalqı yaratdığı elini dağıtmış, xaqanın sona yetirmiş, 
türk bəyləri...Tabgac adı götürüb, Tabğac xaqanına tabe olmuş... 
Əlli il işini-gücünü vermiş...” Bütün qara (böyük – M.S,) türk xal-
qı elə demiş: - Elli xalq idim, elim indi hanı? Kimə el qazanıram 
– deyir imiş. Xaqanlı xalq idim, xaqanım hanı? Hansı xaqana iş, 
güc verirəm – deyir imiş...sıtqar, ağlarmış...


224
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Türk xalqı, ölək, nəslimizi kəsək – deyirmiş, yox olaraq ge-
dirmiş...” [3.113]
Abidədə daha sonra göstərilir ki, bunca dərddən sonra Tanrı-
nın türk xalqına rəhmi gəlir, onu bu dərddən xilas edir: “...Üstdə 
türk tanrısı, türk müqəddəs yeri, suyu “Elə” demiş: - Türk xalqı 
yox olmasın deyə, xalq olsun deyə atam İltəris xaqanı (Kutluq 
Xaqan 680-692 - M.S.), anam İlbilgə xatunu tanrı təpəsində tutub 
yuxarı qaldırmış. Atam xaqan on yeddi igidlə sərhədi aşmış, ... 
xəbər  eşidib  şəhərdəkilər  dağa  qalxmış,  dağdakılar  enmiş,  top-
laşıb,  yetmiş  igid  olmuş. Tanrı  güc  verdiyi  üçün  atam  xaqanın 
qoşunu qurdtək imiş,... şərqə, qərbə qoşun toplamış, yüksəltmiş, 
hamısı yeddi yüz igid olmuş. Yeddi yüz igid olub  elsizləşmiş, 
xaqansızlaşmış xalqı, kəniz olmuş, qul olmuş xalqı, türk qanunu-
nu pozmuş xalqı əcdadlarımın qanununca təşkil etmiş, öyrətmiş. 
Tölis, tarduş xalqını onda təşkil etmiş, yabğu, şad onda vermiş, 
Tabğac xalqı yağı imiş, Qərbdə Baz xaqanın doqquz oğuz xalqı 
yağı imiş, qırğız, kurikan, otuz tatar, kitay, tatabı – hamısı yağı 
imiş. Atam xaqan bunca...qırx yeddi yol qoşun çəkmiş, iyirmi dö-
yüş döyüşmüş, Tanrı yar olduğu üçün ellini elsizləşdirmiş, xaqan-
lını  xaqansızlaşdırmış,  yağını  tabe  etdirmiş,  dizlini  çökdürmüş, 
yağını tabe etdirmiş, dizlini çökdürmüş, başlını səcdə etdirmiş..” 
[1.79].
Və bununla böyük Türk dövlətini yenidən bərpa edib, yarat-
mışlar.
Yuxarıdakı  fikirlərdən  məlum  olur  ki,  türkün  vətən  əxlaqı, 
vətənpərvərliyi,  həm  dar  mənada,  həm  də  geniş  mənada  başa 
düşülür  ki,  əgər  dar  mənada,  sadəcə,  sözlərində,  məsləhət  və 
tövsiyələrində,  müqəddəs  tutduqları  vətən  sözü,  vətən  sevgisi 
idisə, geniş mənada isə vətən sevgisindən yoğrulan ömürləri, ya-
şam tərzləri, yaşam normaları, düşüncələri, əqidələri, vətən ideal-
ları, əməlləri idi.  Bu hisslər o qədər güclü idi ki, onlar vətən uğ-


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə