D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə65/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   61   62   63   64   65   66   67   68   ...   84

228
DƏDƏ QORQUD ARAŞDIRMALARI
deyib Çin xaqanına düşmən olmuş. Amma nəsil, düzən qurma-
yınca yenə təslim olmuş...” [3; 113].
Beləcə, Türk vətəninin qeyrəti uğrunda çox çalışmış, döyü-
şüb-vuruşmuş, sonda məqsədinə nail olmuşmuş.
Vətən döyüşkənliyi. Vətənini sevən onun təəssübkeşi olan 
və qeyrətini çəkən Bilgə xaqan, Kül-tigin, Tonyukuk və başqala-
rı ən ali vəzifədə - xaqanlıqda, vəzirlikdə belə vətənin döyüşkən 
əsgəri idi. Bilgə xaqan bu barədə belə deyir: “...Atam Xaqan uç-
mağa  vardıqda  kiçik  qardaşım  Kül-tigin  yeddi  yaşında  idi...On 
altı yaşında ikən əmim xaqana elini, törəsini belə qazandırdı. Altı 
Çub və soğdaklara qarşı səfər etdik. Onları məğlub etdik. Çinli 
Onq Tutuq əlli min əsgərlə gəldi, savaşdıq. Kül-tigin yaylarla fır-
ladıb saldırdı. Onq Tutuqun silahlı əlini tutdu, onu silahlı olaraq 
gətirib xaqana təslim etdi. O ordunu orada yox etdik. İyirmi bir 
yaşında ikən Çin generalı Çaça Sənqünlə savaşdıq. Səksən min 
əsgərlə gəlmişdi. Kül-tigin öncə Tadikin Çorun boz atına minib 
saldırdı. O at orada öldü. İkinci dəfə İşbara Yatarın boz atına mi-
nib döyüşdü. O at da orada öldü. Üçüncü dəfə Yiqən Siliq Bəyin 
doru (qızıl) atına minib saldırdı. Doru at da orada öldü. Düşmən 
Kül-tiginin  zirehinə,  silahına,  kaftanına  yüzdən  çox  ox  vurdu, 
amma  üzünə,  başına  birini  dəydirə  bilmədi.  Düşmən  ordusunu 
orada yox etdik.
Türk milləti! Kül-tiginin necə hücum etdiyini, necə savaşdı-
ğını bilirsiniz! Kül-tigin iyirmi altı yaşındaykən Yir bayirqulara, 
qırğızlara, daha neçə-neçə millətlərə qarşı savaşdı, böyük zəfərlər 
qazandı [3.115].
“...Bir ildə beş yol savaşdıq. Kül-tigin Azman adlı atına mi-
nib vuruşurdu. Təkbaşına yeddi əri mizraqladı (nizələdi).
Beş savaşdan sonra Amqa qalasında qışlayıb ilk baharda yenə 
ordu çıxardıq. Kül-tigini başçı qoyub orada buraxdıq. Savaşma 
tədbiri gördük. Düşmən mərkəzi basdı. Kül-tiqin Öksüz adında-


229
Pedaqogika, Fəlsəfə, Psixologiya
kı atına minib təkbaşına doqquz əri mizraqladı. Mərkəzi qorudu, 
vermədi...[3.116]”.
Göründüyü kimi, Bilgə xaqan həm özünün, həm də və xüsusən 
qardaşı Kül-tiginin əsgərlik şücaətindən geniş bəhs edir və göstərir 
ki, əgər onlar əsgər kimi Vətənin müdafiəsinə qalmasaydılar hamı 
məhv olacaqdı, Vətən yenə əldən gedəcəkdi: “ ...Anam, xatun, 
bütün  analarım,  bacılarım,  gəlinlərim,  şahzadələrim,  o  gündən 
diri qalanlar! Kül-tigin olmasaydı öləcəkdiniz!” [3.116].
“...Ey Türk milləti!”
Bu eli (Vətəni – M.S.) kiçik qardaşım Kül-tigin ilə ölümlə 
çarpışaraq qazandım. Qazanıb bu böyük milləti atəşə, suya sal-
madım (fəlakətə də düşürmədim) [3.116]. 
Qədim türk elində Vətənin döyüşkən əsgəri olmaq hissi ha-
mının ətinə, qanına, iliyinə işləmişdi, onu Vətənin müdafiəsinə 
qaldırmışdı. Dar məqamda, ağır gündə hamı bir nəfər kimi Vətəni 
qoruyurdu. Türklərin vətən döyüşkənliyi onun təkidi, qətiyyəti, 
cürəti,  mətanəti,  şücaəti,  mərdliyi,  qəhrəmanlığı  və  bunlardan 
irəli gələn bir sıra fiziki-iradi keyfiyyətləri ilə  - cəldliyi, çevikliyi, 
qoçaqlığı, igidliyi ilə xarakterizə olunurdu.
Vətən  döyüşkənliyinin  məzmununa  daxil  olan  bu  tələblər 
Orxon-Yenisey  yazılı  abidələrində  geniş  miqyasda  təbliğ  və 
tərənnüm  olur.  Yuxarıda  Bilgə  xaqanın,  Kül-tiginin  vətən 
döyüşkənliyindən  bəhs  edən  fikirlərdə  onların  təkidi  -  özlərini 
vətən uğrunda mübarizəyə səfərbər etmələri, cürəti – Vətən uğ-
runda fəaliyyətlərinin tezliyi, mətanəti – vətənin müdafiəsi barədə 
qəbul  etdikləri  qərara  sadiq  olmaları,  şücaəti  –  vətən  uğrunda 
döyüşmək barədə qəbul etdikləri qərarı qeyd-şərtsiz icra etmələri, 
mərdliyi  –  vətən  uğrunda  qarşıya  qoyulmuş  məqsədə  çatmaq 
naminə özlərini döyüşlərin ağuşuna atmaları ilə, habelə onların 
cəldliyi – vətənin müdafiə əmrini yubanmadan, ləngimədən. tez 
və dəqiq yerinə yetirmələri, çevikliyi – düşmən onu özünə hədəf 


230
DƏDƏ QORQUD ARAŞDIRMALARI
seçə bilməməyi, əksinə özü ona hədəf olması, qoçaqlığı – az vaxt 
ərzində  səmərəli  işləri,  igidliyi  –  Vətənin  əsgəri  olaraq  böyük 
uğurla, düşmənə ağır və sarsıdıcı zərbə vurmaqları ilə tanış olu-
ruq.
Orxon-Yenisey yazılı abidələri içərisində Tonyukuk abidəsi 
də  vətən  döyüşkənliyi  tərbiyəsi  ilə  bağlı  olduqca  maraqlıdır. 
Məlum olduğu kimi, Tonyukuk vəzir olmuşdur, özü də üç böyük, 
məşhur türk Xaqanının – İltəriş, Karağan və Bilgə xaqanlarının 
vəziri olmuşdur. Tonyukuk abidəsindən məlum olur ki, o Tabğac 
(Çin) elində tərbiyə alıbmış, çünki o zaman türk xalqı Tabğacın 
tabeliyində imiş, türklərin xanı olmadığından, onlar Tabğaclıların 
itaəti altında yaşayırmışlar. Ona görə türklər zillətə düşüb, yox 
olmaq dərəcəsinə çatıbmışlar. Tonyukuk bu təsvirləri verərək öz 
vətən döyüşkənliyi barədə belə deyir ki, mən bu vəziyyətlə ra-
zılaşa  bilməyib  çöldə  qalmış  türklərdən  süvari  piyada  dəstələr 
topladıb və düşündüm ki, “Arıq buğa kökəlsə, kök buğaya arıq 
deyə bilməz”. Türk ordusunu nizamlamaq üçün məhrumiyyətlərə  
dözdüm, çöl heyvanları yeyərək aclığa, susuzluğa qalib gəldim..
elmim sayəsində  strateji plan cıza bildim...” [1, 122].
Tonyukuk daha sonra belə deyir:
“...Tanrı bilik verdiyi üçün özüm məhz xaqan seçdim... İltəris 
xaqan olaraq Cənubi Tabğacı, Şərqə Kitayı, Şimala Oğuzlari çox 
öldürdü. Bilik yoldaşı, şöhrət yoldaşı mən oldum” [1, 122].
Ümumiyyətlə, məqbərə şəklində olan iki daşdan ibarət Ton-
yukuk  abidəsinin  I  daşının  həm  şimal,  həm  cənub,  həm  şərq 
tərəfindən  onun  sərgüzəştlərindən  danışılaraq,  onun  qəhrəman-
lığından – Vətən uğrunda özünün bilik, bacarıq və qabiliyyətləri 
ilə böyük xariqələr yaratmasından bəhs edilir və buradan bir də 
belə məlum olur ki, Vətən döyüşkənliyinə aid edilən, yuxarıda 
sadalanan keyfiyyətlər elmli, bilikli olmaqdan nəşət tapır.
Tonyukuk özü də bunu deyir: “...xaqanım mənim (özümün) 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə