D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə61/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   57   58   59   60   61   62   63   64   ...   84

214
DƏDƏ QORQUD ARAŞDIRMALARI
3. Ə.Rəcəbli. “Göytürk dilinin morfologiyası” B., 2002.
4. Ə.Tanrıverdi. “Azərbaycan dilinin tarixi qrammatikası” B., 
2010.
5.  H.Mirzəzadə.  “Azərbaycan  dilinin  tarixi  qrammatikası” 
B., 1990.
6. “Müasir Azərbaycan dili”, II cild, EA, B., 1980.
7. M.Hüseynzadə, “Müasir Azərbaycan dili”, B., 1983.
Резюме
В лексикологии Орхон-Енисейских манументах вспомо-
гательные части речи относительно меньше, чем основные 
части  речи.  Также  сравнивая  их  с  лексическим  составом 
современного Азербайджанского язы¬ко наблюдаются очен 
большие разницы
Summary
Auxiliary speech parts are less thon national speech parts in 
the vocabulary of Orkhon–Yenisey monuments. It  exists very big 
differences on comparing with the vocabulary of Modern Azerba-
ijan language.


215
P E D A Q O G I K A , 
F Ə L S Ə F Ə   V Ə
P S I X O L O G I YA


216
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“...İndi  bizim  əsas  vəzifəmiz  gənclərdə 
vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ru-
hunu  qaldırmaqdır.  Vətəni,  torpağı  müdafiə 
etmək  hər  bir  gənc  üçün  müqəddəs  vəzifə 
olmalıdır...Torpağımızın  zəbt  olunmasına 
dözməməliyik. Millətini, torpağını sevən hər 
bir adam buna razı olmamalıdır”.
Heydər Əliyev
Son  onilliklərdə  respublikamız-
da  baş  verən  ictimai-siyasi  hadisələr, 
qədim  türk-oğuz  yurdu  Qərbi  Azər-
baycanımızın  başdan-başa  mənfur 
erməni millətçiləri, daşnakları tərəfin-
dən işğal edilib özününküləşdirmələri, 
onların  Azərbaycan  rayonlarında 
törətdiyi qanlı cinayətlər, Vətənimizin 
böyük  bir  ərazisinin  düşmən  tapdağı 
altında qalması, minlərlə soydaşımızın 
ata-baba  yurdundan,  elindən  didərgin 
salınması,  qaçqın  düşməsi  və  bu  gün 
hələ də Qarabağ düyününün açılmama-
sı, eləcə də siyasi rəqiblərimizin möv-
cud  olması  milli  ləyaqətimizin,  milli 
Mehriban Sərdarova,
kiçik elmi işçi
ORXON-YENİSEY YAZILI ABİDƏLƏRİNDƏ 
VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ


217
mənliyimizin təşəkkül tapmasına şərait yaratmışdır. Və bu şərait, 
xüsusən də, tərbiyə məsələlərinə yenidən baxmağı, gənc nəsildə 
milli ləyaqət, milli mənlik şüuru, milli iftixar hissi, vətəndaşlıq 
ləyaqəti  və  dəyanəti  tərbiyəsini,  geniş  mənada  vətənpərvərlik 
tərbiyəsini daim ön plana çəkməyi tələb edir.
Elmi  pedaqogikadan  məlumdur  ki,  tərbiyədə,  eləcə  də 
vətənpərvərlik  tərbiyəsində  istinad  nöqtələrindən  biri  də 
nümunədir,  bu  mənada  keçmişimizin  şərəfli  qəhrəmanlıq 
səhifələrinə bir baxışdır, onu öyrənmək və tətbiq etməkdir. Avs-
triya şairi Reyner Mariya Rilkenin təbirincə “Keçmişə aid olan 
hər şeyin mənası ondadır ki, bu keçmiş ölü yük olaraq qalmır, nə 
vaxtsa  qayıdıb  gəlir,  ömür-günümüzə  daxil  olur,  möcüzə  kimi, 
məlhəm kimi qanımıza-canımıza işləyir” [8, 217]. V.Q.Belinski 
bu  münasibətlə  yazmışdır:  “Biz  indimizi  aydınlaşdırmaq  və 
gələcəyimizi dərk etmək üçün, keçmişimizi sorğu-suala tutmalı 
və onu dindirməliyik” [4, 4].
Və  bizim  “dindirməli”  olduğumuz  qəhrəmanlıq  səhifə-
lərimizdən biri də Orxon-Yenisey yazılı abidələridir.
Orxon-Yenisey  yazılı  abidələri  türk  tarixinin  ən  dəyərli 
abidələrindən  olmaqla,  həm  də  türk  tarixinin,  ədəbiyyatının, 
mədəniyyətinin  dünya  mədəniyyəti  xəzinəsində  ən  qiymətli 
incilərindəndir.  O,  türk  tarixinin  böyük  bir  dövrünü  (VI-VIII 
əsrləri) ən gerçək, ən çılpaq və dəqiq şəkildə yaşadan mənbələrdir. 
Bu  abidələr  türk  millətinin,  xüsusən  də,  oğuzların  yəni,  biz 
azərbaycanlıların,  eləcə  də  Anadolu  türklərinin  xarakterini, 
hərbi  dühasını,  nəslini,  yüksək  mədəniyyətini,  sülhsevərliyini, 
millətsevərliyini, möhtəşəm tərbiyə ənənələrini özündə əks etdi-
rir, yaşadır. Öz orijinallığı, məzmunu, əxlaqi-mənəvi dəyəri, ya-
zılış tərzi, dili və üslubu ilə dünya miqyasında inkarolunmaz tu-
tarlı elmə çevrilən Orxon-Yenisey yazılı abidələri, müşahidəmizə 
əsasən, Azərbaycanda son  onililklərdə müxtəlif istiqamətlərdən 
Pedaqogika, Fəlsəfə, Psixologiya


218
DƏDƏ QORQUD ARAŞDIRMALARI
tədqiqə cəlb edilməyə başlamışdır. Xüsusən də, dil baxımından, 
eləcə  də  tarixi  aspektdən  müəyyən  qədər  tədqiqə  cəlb  edilmiş-
dir,  amma  pedaqoji  aspektdən  tutarlı  bir  tədqiqat  əsərinə  rast 
gəlinmir. Düzdür, bir sıra pedaqoq – alimlər məqalələr şəklində 
qədim  türklərin  tərbiyə  məsələlərini  araşdırmışlar.  Məsələn, 
F.Rüstəmov  “Qədim  türklərdə  tərbiyə”  məqaləsini,  K.Quliyeva 
bu  mövzuda  bir  sıra  məqalələrini  müxtəlif  məcmuələrdə  dərc 
etdirmişlər.  Halbuki,  Orxon-Yenisey  yazılı  abidələri  türk  peda-
qoji  fikrinin  ən  qiymətli  mənbəyi,  məxəzidir.  Ona  görə  də  Or-
xon-Yenisey  abidələrinin  pedaqoji  istiqamətdən  öyrənilməsi 
vacib sayılmalıdır. Məlumdur ki, pedaqoji araşdırmaların əhatə 
dairəsi genişdir, çoxsahəlidir və biz bu abidələrdə yuxarıda qeyd 
etdiyimiz kimi, vətənpərvərlik tərbiyəsi məsələlərini araşdırma-
ğa çalışmışıq. Amma hesab edirik ki, öncə Orxon-Yenisey yazılı 
abidələri mahiyyətcə nədir, onun məzmununa nələr daxildir, onun 
coğrafi  məkanı  haradır,  hansı  tarixi  şəraitin  məhsuludur  -  kimi 
sorğulara cavab vermək daha məqsədəmüvafiqdir. Orxon-Yeni-
sey yazılı abidələri “bəngüdaşlardır” [3.108], yəni iri qəbirüstü 
daşlar  və  qayalardır,  başqa  sözlə,  məzardaşlarıdır.  Bu  kitabələr 
VI-VIII əsrlərdə Altayda və Şimali Monqolustanda mövcud ol-
muş Qərbi Türk xaqanlığı və Şərqi Türk xaqanlığı dövlətlərində 
baş  vermiş  siyasi  hadisələr  və  ictimai-iqtisadi  həyatla  bağlıdır. 
Bəs Orxon-Yenisey yazılı abidələri elmə nə vaxtdan məlum ol-
muşdur? – sorğusuna onun tədqiqatçıları belə cavab verirlər ki, 
ilk  dəfə  olaraq  bu  barədə  XIII  əsrdə  Sibirə  səyahət  etmiş  İran 
səyyahı Covayini bəhs etmişdir. Lakin Orxon-Yenisey yazıları-
na dair kitabı 1730-cu ildə F.İ.Stralenberq nəşr etmişdir. Belə ki, 
Poltava döyüşündən (1709) sonra Sibirə sürgün edilmiş isveçrəli 
əsir zabit F.İ.Stralenberq burada abidələri “kəşf edir” və bir neçə 
kitabənin surətini “Niştadt sülhündən (1721) sonra azad edildikdə  
1722-ci ildə özü ilə Stokholma gətirir, burada çap etdirir, bununla 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə