D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə62/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   58   59   60   61   62   63   64   65   ...   84

219
Pedaqogika, Fəlsəfə, Psixologiya
da bu yazıları Avropaya məlum edərək onun oxunmasının vacib 
olduğunu  bildirir...  Amma  onun  oxunması  1793-cü  ildə  Dani-
marka dilçisi, Kopenhagen universitetinin professoru V.Tomsen 
tərəfindən  həyata  keçirilir.  Bundan  sonra  müxtəlif  illərdə  bu 
abidələr barədə müxtəlif fikirlər söylənilir, bu abidələrin məşhur 
tədqiqatçılarından  V.V.Radlov  (1837-1918),  P.M.Melioranski 
(1868-1906),  S.Y.Malov  (1880-1957)  onun  məzmununu  aşa-
ğıdakı  kimi  müəyyənləşdirirlər.  Beləliklə,  Orxon-Yenisey  ya-
zılı abidələri 6 iri kitabədən – Kül-tiginin şərəfinə abidə, Bilgə 
xaqana  aid  abidə,  Tonyukukun  şərəfinə  abidə,  Ongin  abidəsi, 
Moyun Çor abidəsi və Kuli Çor abidəsi, eləcə də 100-dən artıq 
xırda kitabədən ibarətdir. Orxon-Yenisey əlifbası ilə yazılan bu 
kitabələrdəki mətnləri Orxon-Yenisey abidələrinin Azərbaycanda 
görkəmli tədqiqatçılarından Ə.Rəcəbov və Y.Məmmədov 1993-
cü ildə nəşr etdirdikləri “Orxon-Yenisey abidələri” kitabında dörd 
hissədə qruplaşdırırlar:
1. Orxon kitabələri
2. Turfanda (Qərbi Çində, Tyan-Şan dağlarının şərqində) ta-
pılan kağız üzərində yazılmış əlyazmalar
3. Yenisey kitabələri
4. Talas (Qırğızıstan) kitabələri [1; 3].
Elə bu baxımdan Orxon-Yenisey abidələrinin coğrafi məka-
nını yeddi olmaqla aşağıdakı kimi göstərirlər: [6, 383].
1.  Şimali  Monqolustanda  Orxon,  Selenqa,  Tola  çaylarının 
hövzələrində səpələnmiş abidələr;
2. Yenisey çayının vadilərində, Tuva və Xakasda aşkarlanmış 
abidələr
3. Baykal-Lena ətrafı ərazilərin abidələri
4. Altay abidələri (Altayın şimalındakı Çarış çayının hövzə-
sində)
5. Şərqi Türküstan abidələri, əsasən, Buxarada aşkarlanıb


220
DƏDƏ QORQUD ARAŞDIRMALARI
6.Orta  Asiya  abidələri,  keramika  və  metal  pullar  üzərində 
olan yazılardır
7.Şərqi  Avropa  (o  cümlədən,  Şimali  Qafqaz)  çöllərində 
peçeneqlərə aid edilən yazılar.
Göründüyü kimi, məzmunu zəngin olsa da, Orxon Yenisey 
yazılı abidələri daha çox iki adla tanınır: Orxon abidələri və Yeni-
sey abidələri. Orxon abidələrinə Kül Tigin, Bilgə Xaqan, Ongin, 
Tonyukuk,  Küli  Çor,  Moyun  Çor,  İhe-Ashet,  Hoytu-Təmir  (bu 
abidəyə I-IX olmaqla on abidə daxildir), Süci və Üçüncü Orxon 
abidələri daxildir.
Yenisey  abidələri  isə  sayca  150-yə  qədər  (7.  12)    olsa  da, 
həcmcə  kiçikdir,  bir  sətirdən  –  on-on  beş  sətirədək  mətnləri 
əhatə edir. Hərflər pozulduğundan, bəzilərində fikir aydın olun-
mur.  Əsasən  qayaüstü  və  qəbirüstü  məzmunca  kiçik  həcmli 
epitafilərdir  [7.  12],  yəni,  məzarüstü  yazılardır.  Bunlar Yenisey 
çayı  hövzəsində,  Tuvada  və  Krasnoyarsk  diyarının  müxtəlif 
yerlərində  tapılmışdır. Nisbətən anlaşıqlı mətnləri olanlar I-XI 
Çaxöl, I-IV Barluk, I-II Altın göl, I-II Kızıl-Çira, I-II Qara Bulun, 
eləcə də Uyuk Tarlık, Uyuk-Arxan, Uyuk-Turan, Ottuk-taş, Beq-
re, Eleges, Ak-yus, Qara-yus abidələri kimi çoxlu müxtəlif adlar-
da rast gəlinir. Qeyd edək ki, Orxon-Yenisey abidələri içərisində 
II Göytürk imperatorluğunun (680-744) məşhur simalarının, xa-
qanlarının, məşhur sərkərdələrinin bəngüdaşlarından Kül Tiginin 
(732-ci il), Bilgə xaqanın (735-ci il) və Tonyukukun (716-cı il) 
şərəfinə  abidələrin,  həmçinin  Ongin  abidəsinin  (731-ci  il)  elmi 
dəyəri daha böyükdür. Çünki məhz bu abidələr informasiya bol-
luqlarına, tarixi hadisələri əks etdirdiklərinə və dövrünə güzgü tut-
duğuna, həmçinin ən əsası türkün dəyərlərini, milli təfəkkürünü, 
mənəvi aləmini özündə əks etdirdiklərinə görə digər abidələrdən 
fərqlənirlər.
Burada konkret illəri göstərilən informasiyalardakı fikirlərin


221
Pedaqogika, Fəlsəfə, Psixologiya
pedaqoji, psixoloji, fəlsəfi, əxlaqi dəyələrin kökü, tarixi isə türkün 
tarixi qədər qədimdir. Bu barədə məşhur qazax şairi, ictimai xa-
dimi, türk xalqlarının tarixinə, dilinə orijinal tərzdə yanaşmaqla 
möhtəşəm  tədqiqatların  müəllifi  Oljas  Suleymenovun  “Az-Ya” 
əsərinin  “Şumernamə”  adlı  hissəsində  “Şübhələr”  başlıqlı  ya-
zıda maraqlı faktlara rast gəlirik. Alim göstərir ki, Orxon-Yeni-
sey abidələri Skandinaviyanın daş kitabələrini xatırlatdığına və 
finlərin  kökünün  Asiyadan  olmasına  görə  onlar  Skandinaviya 
paleoqraflarının diqqətini bu yazılara yönəltdilər. Və danimarkalı 
Vilyam Tomsen 1893 – cü ildə bu yazıları özünün kəşf etdiyi sis-
temin köməyi ilə oxuya bildi. Mətnlər türk dilində idi! Elə bundan 
sonra da bütün Avropanın Sibir yazısına marağı söndü [8.170].
Niyə? - sualının cavabı isə məlumdur. Ona görə ki:
- Avropanın  əksər  xalqlarından  bir  neçə  əsr  əvvəl  “köçəri“ 
(ağqoyunlulara görə) türklərin hərfli yazısı, əlifbası var imiş;
- Türkün Vətəni, torpağı, dövləti, tarixi, kökü var imiş;
- Nəhayət, türkün böyük mədəniyyəti var imiş... və s.
Bu isə heç cür asan həzm edilə bilməzdi, ona görə də əvvəlcə 
türk  yazısının  iranlılardan  götürmə  olduğunu,  Çin,  İran,  ərəb 
mədəniyyətlərindən  oğurluq  olduğunu  elan  etdilər.  Çünki  Or-
xon-Yenisey yazısının mənşəyi problemi birinci və axırıncı dəfə 
V.Tomsen və fin O.Donnerin əsərlərində araşdırılmışdı. O.Donner 
də  Sibir  run  yazısının  İran  mənşəli  olması  nəzəriyyəsini  birin-
ci olaraq irəli sürmüşdü və o vaxtdan bu nəzəriyyəyə nə baxıl-
mışdı, nə də ona əlavələr edilmişdi. Baxmayaraq ki, bütün İran 
əlifbalarının qədim türk əlifbası ilə ən adi mexaniki müqayisəsi 
rüsvayçı ziddiyyətlər aşkara çıxarır amma bu fin aliminin əsassız 
bəyənatı  bir  dərslikdən  o  biri  dərsliyə  köçürülüb  “aksioma” 
rütbəsinə mindirilmişdi. 
Daha sonra Donner, Kallaur, Qeykell, Munk kimi geniş etimo-
loji araşdırma aparmayan alimlərin əsassız, inamsız fərziyyələrini 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə