D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə59/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   55   56   57   58   59   60   61   62   ...   84

208
DƏDƏ QORQUD ARAŞDIRMALARI
türk amtı bodun, bəklər, bödkə görikmə bəklər gü yanıltaçısıdır.- 
Ona baxaraq bilin: -indiki türk xalqı, bəyləri, taxta tabe bəylər axı 
yanılasısınız. (l. KTc. ll, s. 71, 78). Göytürk yazılı abidələrində 
feldən sonra gələrək sual anlayışını gücləndirməyə xidmət edən 
ğü ədatı olsun ki, gü ədatının başqa bir variantıdır. Azu bu sabım-
da igid bargu? - Məgər bu sözümdə şişirtmə var? (l. KT c. 10, s. 
71, 78) Bu ədat həmişə sual cümləsi yaratdığına görə yəni, sual 
ədatı olan -mı
4
 şəkilçisini va hissəciyini əvəz etdiyinə görə bəzi 
vaxtlarda  və  bəzi  cümlələrdə  məgər  sual  ədatı  ilə  cümələlərdə 
birgə işlənir. Azu bu sabımda igid bargu? - Məgər bu sözümdə 
şişirtmə  var?  Bu  ədatı  müasir Azərbaycan  dilinin  qrammatika-
sında olan sual ədatları ilə müqayisə etdikdə görürük ki, müasir 
dilimizdə gü//ğü edətının -mı, yəni, məgər, bəs ve cümlə sonunda 
hə?  variantlannda  işlənən  mənaları  vardır.  Məgər  sən  Mücahid 
deyilsən? (Makulu). Fələ, özünü sən də bir insanmı sanırsan? Pul-
suz kişi, insanlığı asanmı sanırsan? (M.Ə.Sabir). Yəni, ay Rüstəm 
adamları sən məndən yaxşı tanıyırsan? (M.İbrahimov.). Məndən, 
könül o nazlı nigara nə dedin bəs? Çəkdin o güləndamı kənara nə 
dedin bəs? (Ə.Vahid). Demək sən də o biri yoldaşın kimi ağaç al-
tında döyülmək istəyirsən hə? (Makulu). Müasir Azərbaycan dili-
nin qrammatikasında -mı
4
 ədatı dörd variantda, yəni ahəng qanu-
nunun tələblərinə cavab verən variantda işlənir, lakin abidələrin 
dilində bu ədat iki cür dodaqlanan, qapalı saitlərin iştiraki ilə mu 
və mü şəklində özünü büruzə verir. Yağmısı ben ertim. Bilgə Ton-
yukuk,  Kağan  mu  kısayın  -  tidim.-Qoşulanı  mən  idim,  müdrik 
Tonyukuk Xaqanmı seçək dedim. (l. Tq. 5, s. l 17, 122) Oğuzda 
eki-üç bin sümiz kəltəçimiz, bar mu nə Ança ötüntim.-Oğuzda 
iki-üç min qoşunumuz var gələcəyik, deyiblər buna sözün varmı? 
Eləcə müraciət etdim. (l. Tc. l4, s. l 18, 122) Onu da qeyd edək 
ki, yuxarıda yazdığım cümlələrə və yazılı abidələrin dilinə nəzər 
saldıqda görürük ki, buradaki sual ədatı olan mu, mü ədatı sözdən 


209
Onomastika, Dialektologiya, Etimologiya
ayrı yazılır. Buna da müasir türk dilində, yəni Osmanlı türklərinin 
dilində və bir sıra türk xalqlannm dilində rast gəlmək olar. Bu 
sual ədatı olan mu, mü - nün eyni ilə işləndiyi və dörd variant-
da işlənən növünü biz görürük. Əvvəldə də qeyd etdiyim kimi 
müasir Azerbaycan dilində mı
4
 - ədatı sözlərə bitişik formada ya-
zılır. Lakin müasir Azərbaycan dilinin qrammatikasmda bu sual 
ədatının ayrı yazılması yalnız da, də ədatından sonra gəldikdə, 
ayrı yazılır. Sən də mi və s.
Axtarıb tapdım səni
Sən də mi sevdin yar məni? (Ü.Hacıbəyov)
və yaxud
Gərşivəz, sən də mi dil açdın mana? (H.Cavid)
O, tar da mı çalır? Sız də mi onunla çalırsımz?
Tüğül - ədatı. Bu ədatı müasir Azərbaycan dilində işlənən 
ədatlarla  müqayisə  etdikdə  görürük  ki,  bu  ədat  dilimizdə  olan 
deyil ədatı ilə eyni anlam daşıyır. Bir çox türkoloqlarımızın da 
fikrincə  bu  ədat  dok  -  yox  və  ol  -  o  sözlərinin  birləşməsindən 
yaranmışdır.  Mənim  fıkrimcə  də  bu  ədatın  fonetik  dəyişiklik 
daşıması  bu  cür  olmuşdur.  Tügiil>dügül>tegül>tegil>degil  Bu 
dəyişikliyin sonuncusu olan degil ədatı bu gün də Azərbaycanın 
dialekt  və  şivələrində  qorunub  saxlanmışdır.  Daha  sonralar  isə 
ədəbi  dilimiz  qanun  səviyyəsi  aldıqda  bu  ədat  deyil  şəklində 
bərqərar olmuşdur. Bu ədatı müasir Azərbaycan dilində işlənən 
deyil ədatı ilə müqayisə etdikdə yuxarıdakı nəticələrin alındığı-
nı görürük. Deyil ədatı müasir Azərbaycan dilində felin bir çox 
şəklinin inkarını bildirir. Bu ədat hətta adlarla, əşya ilə bağlı olan 
nitq hissələrinin də inkarını bildirir. Müqayisə edək. Abidələrin 
dilində.  Türk  bodun  üləsigin  biriyə  Çuğay  yış  tügül,  Tün  yazı 
konayın.  -  Türk  xalqı,  çoxluca  öldün,  -  Türk  xalqı  bir  hissən 
cənuba,  Çuday  ormanına  deyil,  Tün  düzünə  yerləşək.  Müasir 
Azərbaycan dilində deyil ədatının işlənməsinə nəzər salaq. Onu 


210
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da qeyd edək ki, bu ədat feldən başqa bütün əsas nitq hissələrini 
xəbərdə işlədərkən onların inkarını bildirir. Felin lazım şəklinin 
inkar mənasını yaratmaq üçün daha çox deyil sözündən istifadə 
olunur. Yazasıyam,  yazası  deyiləm,  görəsiyəm,  görəsi  deyiləm. 
Lakin dilimizdə çox istisna hallarda bu şəklin inkarını –ma –mə 
ilə, yazmayasıyam, getməyəsiyəm kimi də görmək olar. Bundan 
başqa, yəni felin qalan bütün şəkillərində və fellərdə inkar –ma 
–mə şəkilçisi vasitəsi ilə düzəlir. Məsələn: Yatmayır nə gecə, nə 
gündüz şəhər (N.Xəzri.) Deyil ədatına nümunə: Daha ikinci dəfə 
əlimi ağrıdıb bu divarı da sökəsi deyiləm
Orxon-Yenisey  abidələrinin  dilində  köməkçi  nitq  hissələ-
rindən qoşma və ədata nisbətən bağlayıcılara az təsadüf olunur. 
İndi isə abidələrin dilindəki bağlayıcılara nəzər salaq.
Үəmə.  Bu  bağlayıcının  etimologiyasına  baxdıqda  burada 
yəmə bağlayıcısının kökündə yenə zərfıni görmək olar. Orası da 
məlumdur ki, bütün köməkçi nitq hissələrinin əksəriyyəti tarixən 
əsas nitq hissəsi olmuş və tədricən köməkçi funksiyasına keçmiş-
dir. Bu bağlayıcının işləndiyi cümlələrin mazmununda hər han-
sı bir təkrar sadalama olduğunu görürük. Alimlərimiz isə bunu 
da, də bağlayıcısı kimi qeyd etmişlər. Nümunələrə baxaq. Kün 
yəmə, tün yəmə yelü bardımız. - Gündüz də, gecə də getdik. (l. 
Tşm. 27, s. l 19, 124). İltəris kağan kazğanmasar, udu ben özüm 
kazğanmasar, il yəmə bodun yəmə yok ertəçi erti. “İltəris xaqan 
qazanmasa, ardınca mən özüm qazanmasam, el də, xalq da, yox 
olacaqdı.  (l. Tc.  55,  s.  l21,  126).  Onu  da  xüsusi  ilə  qeyd  edim 
ki, Müasir Azərbaycan dilinin lüğət tərkibində olduğu kimi da, 
də  ədatı  Orxon-Yenisey  yazılı  abidələrinin  lüğət  tərkibində  də 
yerindən, məqamından asılı olaraq ədat kimi də işlənir, məsələn: 
Biz  yəmə  sülədimiz,  anı  ertimiz.  -  Biz  də  qoşun  çəkdik Anıya 
çatdıq. (l. Tq. 5, s. l20, 125). Anta aygucu yəmə ben ök ertim. - 
Onda məsləhətçi də əlbətdə mən idim. (l. Tc. 50, s. l20, 125). Bu 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə