D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə67/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   63   64   65   66   67   68   69   70   ...   84

234
DƏDƏ QORQUD ARAŞDIRMALARI
milləti ləyaqətini qorusun, ona zərər gətirəcək yanlışlıqlara yol 
verməsin!.
Milli  vicdan.  Orxon-Yenisey  abidələrində  rast  gəlinən  bir 
çox  mətndə  milli  vicdana  əsaslanan  fikirlərə  rast  gəlirik.  İstər 
Bilgə  xaqanın,  istər  Tonyukukun  istərsə  də  digər  sərkərdələrin 
vəsiyyətləri,  nəsihətləri,  tövsiyələri  elə  vicdanları  qarşısında 
hesabatlarıdır.  Onlar  millətinin,  vətəninin  zəngin  tarixini,  keç-
mişini,  mədəniyyətini,  bu  günkü  uğurlarını  dilə  gətirir,  adət-
ənənələrini  özgələrinki  ilə  tutuşdurur,  müqayisə  edir,  vicdanla 
onları qiymətləndirir və təsdiq edir ki, həqiqətən də özününkülər 
daha üstündür, gözəldir.
Milli  iftixar.  Orxon-Yenisey  yazılı  abidələrində  vətənini 
sevməyin  digər  bir  cəhəti  də  onun  uğurlarına  sevinmək, 
öyünməkdir,  ondan  iftixar  duymaqdır.  Türk  vətəninin,  elinin, 
millətinin elementar hər bir şeyi ilə qürur duyur, iftixar edir. O, 
ən əvvəl, Tanrının özünün türkü qorumağı ilə fəxr edir: “...Türk 
milləti yox olmağa doğru gedirmiş...O zaman üstdə Türk Tanrı-
sı Türkün uğurlu yer və su mələkləri, Türk milləti yox olmasın 
deyə, millət olsun deyə atam Eltəriş xaqanı, anam El Bilgə xatunu 
göyün təpəsindən tutub yuxarı qaldırmışlar...” [3; 113].
Türk daha sonra paytaxtı ilə, sərhədlərinin genişliyi, hüdud-
suzluğundan qürur duyur: “...Doğuda gündoğuşuna, batıda gün-
batışına, quzeydə gecəyarısına qədər olan yerlər içində yaşayan 
millətlər mənə bağlıdır...Türk xalqı Ötükən (paytaxtları – M.S.) 
ormanında oturarsa eldə sıxıntı, üzüntü olmaycaqdır.
Doğuda  Şantunq  düzənliyinə  qədər  ordu  yeritdim,  dənizə 
çatmağımıza  az  qaldı.  Güneydə  Doqquz  Ersinə  qədər  ordu  ye-
ritdim,  Tibetə  çtamağımıza  az  qaldı.  Batıda  İnci  çayını  aşaraq 
Dəmirqapıya  (Dərbənd  nəzərdə  tutulur  –  M.S.)  qədər  getdim. 
Quzeydə Yir Bayirquların torpağına ordu yeritdim. Bunca yerlərə 
türk adını, türk şanını çatdırdım! 


235
Pedaqogika, Fəlsəfə, Psixologiya
Ötükən ormanında yabançılar yox! 
El tutulacaq yer Ötükən ormanıdır...” [3, 111].
Türk  öz  anası,  bacısı,  xatunundan  onların  şərəfli,  ağıllı, 
özlərinə arxa-dayaq olmasından qürur duyur.  Türk millətinin qa-
dınının – ağıllı, dövlət işlərinə öz uzaqgörən məsləhətləri ilə da-
yaq olmasından qürur duyduğuna aşağıdakı fikirlərdə rast gəlirik: 
Belə ki, Bilgə xaqan anasının timsalında türk qadınına belə qiymət 
verir: “Tanrının Umay qədər gözəl və yaxşı yaratmış olduğu anam 
xatununun arzusu ilə dövlətinin onun xoşbəxtliyinin rəmzi olaraq 
kiçik qardaşım Kül Tigin adını aldı” [3, 115]. Türk qadınını başı-
nın tacı hesab edirdi, həyatının mənası olan igidliyi, qəhrəmanlığı, 
vətən  döyüşkənliyi,  şücaəti  ilə  onu  eyni  qiymətləndirirdi. 
Təsadüfi deyildir ki, çox kiçik mətnli epitafilərinin məzmunu ilə 
tanış olduqca görürük ki, türk ən çox qürur duyur ki, igid olub, 
döyüşkən olub, cəsur olub, şücaət göstərib, düşmənə itki yaşadıb 
və kədərlənir ki, qürur duyduğu xatunundan, anasından ayrılır.
Xüsusən  də,  60-a  yaxın  olan  Yenisey  abidələrində  hər 
şəxsiyyətə  aid  epitatinin  çox  kiçik  həcmli  məzmununda  bu 
fikirlərə rast gəlinir: “... igid bayraq tutandım, igidliyindən doyma-
dım, sarayda xanımımdan, yalnız (təkcə) qızımdan doymadım [1; 
245], “...Yerdəki varlığımdan (mövcudluğumdan), igidliyimdən 
doymadım.  Ox  atmaqda  igid  idiniz,  güləşməkdə  güclü  idiniz...
Adətlərimdən... ləyaqətimdən ayrıldım” [1; 266], “...İgidliyi olsa, 
xalq  qüdrətli  xalqdır.  İgid  adım  ərən  Uluğ.  Şücaətli  batıram...
Sarayda  yoldaşımdan,  xanımımdan  ayrılaraq  getdim  (öldüm). 
Mən...xalqımdan doymadım” [1; 269].
“Orxon-Yenisey abidələrindən o da məlum olur ki, türk həm 
də  bilikli,  savadlı,  müdrik  adamlarından  qürur  duyur.  Bu  fikir 
özünü  abidələrdə  belə  göstərir:  “...Xaqan  atalarım  Bilgə  (alim) 
imiş,  buyruqquları  (vəzirləri)  da  alim  imiş...  milləti  də  doğru 
imiş...onun üçün eli qorumuşlar...” [3; 113].


236
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Milli birlik. Türk sərkərdələri, ümumiyyətlə, hər bir vətənini 
sevən türk bilirdi ki, el (Vətən – M.S) ayrılıqda nə xaqanın, nə 
sıravinin, nə varlının, nə də yoxsulundur. Vətən onun bütün öv-
ladlarınındır, ona görə də birlik yaradıb Vətənin namusunu çəkir, 
qoruyurdular. Vətən dara düşəndə yumruq kimi birləşib xaqanı-
nın, başçının əmrinə müntəzir dayanırdılar. Bilgə xaqan bu barədə 
belə  deyirdi:  “Türk  milləti  birləşərsə,  el  tutar,  yanıldığı  zaman 
ölər”  və  yaxud  “...yüksəlmək  istəyirsinizsə,  bir-birinizi  sıxış-
dırmayın!  İncitməyin!”,  Dağılmış,  dərbədiyar  olmuş  milləti  bir 
yerə yığıb, birləşdirmək, yüklətməyi özünə ali qanun qəbul edən 
Bilgə xaqan bu barədə belə deyir: “...Mən millətə yaxşı vaxtında 
xaqan olmadım! Ac-yalavac, çırın-çılpaq, gücsüz qalmış yoxsul 
bir millətə xaqan oldum. Kiçik qardaşım Kül Tigin ilə əhd etdik. 
Atamızın qazandığı millət adı, millət sanı yox olmasın deyə Türk 
milləti üçün gecə uyumadım, gündüz oturmadım. Kiçik qardaşım 
Kül-tiqin ilə, iki Şad (rəhbər – M.S.) ilə öləsiyə, bitəsiyə çalışdım. 
Toplanan milləti atəşə, suya qərq etmədim.
Özüm xaqan oturduğumda səpələnmiş halda olan millət ağır 
vəziyyətdə olsa da yenə birləşdi. Milləti yüksəltmək üçün on iki 
savaş etdim. Sonra Tanrı köməyi ilə bəxtim var olduğu üçün xəstə 
milləti diriltdim. Az milləti çox, ac milləti  tox etdim. Geyimsiz 
milləti, geyimli, yoxsul milləti bəy etdim. dörd yandakı millətlər 
mənə tabe oldular. Millətin düşmənlərini yox etdim... [3; 115].
Yeri gəlmişkən onu da qeyd edək ki, türkün bir ali qanunu 
da o idi ki, türk adı daşıyanı qırıb, məhv etmirdi, torpağını tutub 
ərazisinə qatırdı, birlik yaradırdı.
Bilgə Xaqanın vəsiyyətində yaranmış bu birliyi çox asanlıqla 
görmək olur: “Sözlərimi sonuna qədər dinlə, yaxşı eşit: Bütün ki-
çik qardaşlarım, qohumlarım, oğullarım! Bütün soyum, millətim!
Sağdakı  Şadapit  bəylər,  soldakı  Tarkanlar,  buyruq  bəyləri! 
Otuz  tatar,  Doqquz  Oğuz  bəyləri!  Sözlərimi  yaxşıca  eşidin, 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə