D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə70/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   66   67   68   69   70   71   72   73   ...   84

245
Pedaqogika, Fəlsəfə, Psixologiya
abidələrindən fərqli olaraq kağız üzərində yazılmışdır. Onlar dörd 
qrupa ayrılır:
I  qrup  –  Mani  dini  məzmunlu  yazılı  abidələr  –  buraya 
atəşpərəstlik dininə məxsus tərcümələr daxildir. Onlardan «Xuas-
tuanift» abidəsi uyğur əlifbası ilə yazılsa da, dilində İran sözləri 
və cümlələrinin geniş yer tutduğu səbəbindən tərcümə əsəri hesab 
edilir. 
II qrup – Xristian dini məzmunlu uyğur yazılı abidələri – bu 
abidələr X-XI əsrlərə aid edilir, «İncil»dən götürülmüş parçaların 
tərcümələridir.
III  qrup  –  Budda  dini  məzmunlu  uyğun  yazılı  abidələri  – 
X  əsrə  aid  olan  bu  abidələr  Çin,  Tibet,  hind,  toxar  dillərindən 
tərcümə edilmiş mətnlərdir. Onlar içində irihəcmli «Altun yaruk» 
abidəsi («Qızıl işıq») xüsusi yer tutur.
IV qrup – Dini məzmun daşımayan və canlı danışıq dilinə ya-
xın olan uyğur yazılı abidələri – buraya falaçma məqsədilə yazı-
lan «İrk bitik» abidəsi, uyğur hüquq sənədləri daxildir. Təsərrüfat 
münasibətlərini,  uyğurların  məşğuliyyət  sahələrini,  həyata  ba-
xışlarını, məişətini, inam və inanclarını, ailə mədəniyyətini əks 
etdirirlər.
Beləliklə də görürük ki, aparılmış tarixi, filoloji, etnoqrafik, 
mətnşünaslıq  tədqiqatları  Orxon-Yenisey  abidələrinin  mahiyyə-
tini, mətnlərin mövzu və məzmun cəhətdən ümumiləşdirilməsi, 
tapılma  ərazilərinə  görə  qruplaşdırılması,  yazılma  tarixi  ba-
xımından  dəqiqləşdirilməsi,  dilini  və  məxsus  olduqları  xalqı 
müəyyənləşdirmək cəhətindən böyük nailiyyətlər əldə etmişdir. 
Bu abidələr qədim türklərin həyatının müxtəlif tərəflərini əhatə 
edən  zəngin  materiallar  verir.  Orxon-Yenisey  abidələrinin  pe-
daqoji,  psixoloji  və  fəlsəfi  araşdırılması  müasir  dövrümüzdə 
bu  əvəzsiz  tarixi  töhfələri  dərk  etməklə  məişətimizə,  mənəvi 
tərbiyəmizə  və  milli  qürurumuzun  möhkəmlənməsinə  xidmətə 
yönəltmək baxımından gərəkli bir iş olardı. Aparılan tədqiqat işi 


246
DƏDƏ QORQUD ARAŞDIRMALARI
məhz  pedaqoji  baxımdan  dəyərli  cəhətləri  aşkar  etməyə,  milli, 
psixoloji  təfəkkürə  əhəmiyyətli  təsir  göstərən  tarixi  reallıqları 
əsaslandırmağa və fəlsəfi cəhətdən tarixi hadisələri dərk etməyə 
kömək  göstərən  məqamları  üzə  çıxarmağa  istiqamətlənmişdir. 
Buna  görə  də  araşdırmanın  mövzusunu  aşağıdakı  istiqamətlər 
üzrə tədqiqata cəlb etmək nəzərə alınmışdır:
1.  Orxon-Yenisey  yazılı  abidələrində  geniş  əksini  tapan 
dövlətçilik sahəsində qəbul olunmuş davranış tərbiyəsi;
2.  Orxon-Yenisey  yazılı  abidələrində  ailədaxili  davranış 
tərbiyəsi;
3. Orxon-Yenisey yazılı abidələrində ictimai-sosial həyatda 
davranış tərbiyəsi.
Tədqiqatın  birinci  istiqaməti  Orxon-Yenisey  yazı-
lı  abidələrində  özünə  yer  almış  rəsmi  siyasi  davranış  tərzinin 
tərbiyəsi  ilə  bağlı  problemləri  əks  etdirir  və  onunla  əlaqədar 
çoxçeşidli məqamları ilə maraq doğurur. Burada qabarıq şəkildə 
əksini tapan aşağıdakı davranış normalarını müşahidə etmək olar:
I. Yazılı türk abidələrində türk eli və onun bütövlüyü prob-
lemi xüsusi şəkildə vurğulanır, bu məsələdə xaqanın və ya igid 
bəylərin davranışındakı bu və ya digər özəl cəhətlər tarixi və icti-
mai zərurət halı olaraq əsaslandırılır. 
Tərbiyə metodları arasında xüsusi yer tutan əqidəlilik, ide-
allaşdırma  və  inandırma  məsələləri  elmi-pedaqoji  ədəbiyyatda 
şəxsiyyətin formalaşmasında önə çıxarılan mühüm vasitələrdir: 
«Əqidəlilik şəxsiyyətin ictimai-siyasi maraq və konsepsiyasının, 
mənəvi-iradi  keyfiyyətlərinin  (fəallıq,  müstəqillik,  qətiyyətlilik, 
prinsipiallıq  və  s.)  və  biliklərdən  təcrübədə  istifadə  etmək,  hər 
hansı bir situasiya zamanı öz baxış və mövqeyini qoruya bilmək 
qabiliyyətinin olması deməkdir. Belə bir şəxsiyyətin formalaşdı-
rılması üçün inandırmanın müxtəlif vasitələrindən istifadə edilir. 
Siyasi məlumatlar geniş yayılmış vasitələrdən biridir» (7; 191).
  Kül-tiginin  şərəfinə  yazılmış  abidədə  türk  elinin  əmin-


247
Pedaqogika, Fəlsəfə, Psixologiya
amanlığının  əsasları  məqsədyönlü  şəkildə  verilən  siyasi 
məlumatlara əsasən aşağıdakı kimi göstərilir: «İrəlidə – şərqdə, 
sağda-cənubda, geridə-qərbdə, solda-şimalda, orada mərkəzi xal-
qın hamısı mənə tabedir, bu qədər xalqı mən çoxaltdım. Orada 
indi pis (davranışlar) yoxdur. Ötükən meşəli dağında (taxtda) türk 
xanı oturmuşdursa, (demək) eldə dərd-qəm yoxdur» (1; 219)? və 
yaxud, «Ötükən meşəli dağında yaxşı hökmdar yox idi, el birliyi-
nin yeri Ötükən meşəli dağı idi. Bu yerdə (hökmdarlıq taxtında) 
oturub tabğac xalqı ilə əlaqəni qaydaya saldım» (1; 219). Gör-
düyümüz kimi, türk xaqanı öz elinin bütövlüyü və mövcudluğu 
uğruna  çalışmaqla  siyasi    məqsədlərinə  müvafiq  xüsusi  ictimai 
mövqeyi ilə seçilir. 
Tərbiyənin məqsədi problemi pedaqogika elminin əsas prob-
lemidir.  Görkəmli  pedaqoq-alimlər  bu  məsələni  kəskin  şəkildə 
qabardaraq  onu  xalq  pedaqogikasının  mühüm  aspekti  hesab 
edirlər. «Hər bir cəmiyyət öz şərait və ehtiyacına uyğun olaraq 
gənc  nəslin  hansı  keyfiyyətlərə  yiyələnməsini  zəruri  bir  tələb 
kimi qarşıya qoyur. Tərbiyənin məqsədi də həmin tələbdən doğur. 
Deməli, tərbiyənin məqsədi, obyekti olaraq insanların, cəmiyyətin 
hər şəraiti, tələbat və ehtiyacı əsasında təşəkkül tapır». (5; 85)
Kül-tiginin dilindən yazılan kitabədə də dəyərli məsləhətlər 
əksini tapmaqdadır, bu işarələr, tövsiyələr gələcək nəsillərə doğ-
ru yolu tutmaqda, eli və dövləti qorumaqda əvəzsiz kömək edən 
tərbiyə vasitələridir. Kül-tigin məsləhət edir: «(Ey) türk xalqı, o 
yerə  (tərəf)  getsən  məhv  olacaqsan.  Ötükən  ölkəsində  (taxtda) 
oturub karvanlar göndərsən, heç bir dərdin olmaz. Ötükən meşəli 
dağında  (hökmranlıq  taxtında)  otursan,  həmişə  qəbilə  birliyini 
saxlayarsan: (ey) türk xalqı tox olarsan» (1; 220). Və yaxud digər 
bir yerdə keçmişlər xatırlanaraq xalqa aşağıdakı məlumatlar ve-
rilir: «İnsan oğlu üzərində (ulu) Atam-babam Bumın xan, İstəmi 
xan hökmdar olmuşlar. Xan olmaqla (onlar) türk xalqının birliyi-
ni yaratmış, dövlətini qurmuşlar» (1; 223), və yaxud da «Onların 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə