D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə66/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   62   63   64   65   66   67   68   69   ...   84

231
Pedaqogika, Fəlsəfə, Psixologiya
müdrik  Tonyukukun  etdiyi  müraciəti  eşitdi.  Qoşunu  könlüncə 
apar – dedi. Göy Önü Yuxarı Ötükən ormanına apardım... oğuz-
ları  gəldi.  Qoşunu  altı  min  imiş,  Biz  iki  min  idik.  Döyüşdük, 
səpələndilər,  çaya  tökülürdülər...Oğuzlar  hamısı  tabe  olmağa 
gəldilər...”.
...Türk xalqını Ötükən yerinə mən özüm müdrik Tonyukuk 
gətirdim” [1.123].
Bütün  bu  nümunələrdən  aydın  olur  ki, Vətən  döyüşkənliyi 
həm də ağılla, biliklə, müdrikliklə çuğlaşır...
Milli  mənlik  şüuru.  Türk  vətənpərvərliyinin  bir  naxışı  da 
milli  mənlik  şüuruna  malik  olmağı,  onun  əziz  tutub  qorumağı, 
vəsiyyətlə  gələcək  nəslə  ötürməyi  idi.  Tarixi  mənbələrdən  də, 
Orxon-Yenisey yazılı abidələrindən də məlum olur ki, I Göytürk 
imperatorluğu  (562-630)  yıxıldıqdan  sonra  türklər  çoxlu  sayda 
itkilərə məruz qalsalar da əsarətdən çıxacaq gücdə olmasalar da 
daima çarpışırdılar, 50 il sürən Çin əsarətindən qurtarmaq üçün 
yorulmadan çalışırdılar. Türk vəliəhdi, əsirlik həyatında Çin im-
peratorunun  saray  mühafizə  dəstəsində  vəzifədə  olan  Kür-Şad 
39 vətənsevər, vətən fədaisi cəsur dostu ilə imperatoru qaçırıb, 
əsir  türk  elləri  ilə  dəyişmək  planını  qurmuşdu.  Təsadüfdənmi 
və ya ilahi yazıdanmı, demək mümkün olmur, həmin gün impe-
rator  adəti  əksinə  gecə  saraydan  gəzintiyə  çıxmır  və  saraydakı 
işlərindən  ayrılmış  gənclər  iş  başına  yenidən  qayıtmağın  na-
mümkünlüyünü bilib üsyan etmişlər, nəticədə yüzlərlə çinli əsgər 
məhv edilmiş, türk əsgərləri isə son damla qanlarınacan vuruş-
muş  şəhid  olmuşlar.  Üsyan  baş  tutmamış,  amma  əsir  türklərin 
könlündəki milli-mənlik atəşi -  millətinin adını, varlığını, dilini, 
dinini,  adət-ənənələrini,  mənəviyyatını,  mədəniyyətini  yenidən 
bərpa etmək ehtirası böyümüş, dalğalanaraq bütün Türk ellərinə 
yayılmış, sonunda Bilgə xaqanın, Kül-tiginin atası Kutluq xaqan, 
həm əsgər, həm təşkilatçı cəsur alim, vəzir Tonyukuq ilə ağlasığ-


232
DƏDƏ QORQUD ARAŞDIRMALARI
maz taktikalar qurmuş, “damarlarındakı qanına”, gen yaddaşına 
söykənən, “mən-mən” deyən keçmişini unutmayan gənc türkləri 
bir təşkilata yığıb uğurlu-uğurlu yürüşlər etmiş, 680-ci ildə pay-
taxtı Ötükən şəhəri olan II Göytürk xaqanlığını yaratmışdı. Bilgə 
xaqan bu hadisəni belə söyləyir: “...türk milləti yox olmasın deyə, 
millət olsun deyə, atam Eltəriş xaqan on yeddi ərlə çölə çıxmış. 
Bunu duyan şəhərdəki türklər də “dişarı çıxır” deyə xəbər alınca 
dağa çıxmışlar, dağdakılar da onlara qoşulmuş, toplaşıb yetmiş ər 
olmuşlar...
...Atam xaqanın ərləri qurd kimi imiş...
...Atam şərqə, qərbə xəbər salıb ər toplamış, hamısı yeddi yüz 
igid olub, elsizləşmiş, xaqansızlaşmış xalqı, kəniz olmuş, qul ol-
muş xalqı, türk qanununu pozmuş xalqı, əcdadlarımın qanununca 
(milli mənlik ruhuna uyğun – M.S.) təşkil etmiş, öyrətmiş...” [1; 
104-106].
Bilgə  xaqan  türk  millətinin  gələcəyini  düşünmüş,  narahat 
olmuş  “...mən  bu  bəngüdaşı  yondurdum,  tikdirdim.  gözəl  bir 
sərdabə  yapdırdım.  İçinə,  çölünə  gözəl  naxış  vurdurdum.  Nə 
qədər  sözüm  varsa,  əbədi  daşa  həkk  etdim.  Çöldə  otlaqda,  qu-
raq yerdə olanlar da bu bəngüdaşı görsün. Yabançılar daha gö-
rüb  bilsin,  öyrənsin!”  [1;  78],  [3;  112]  –  deyərək  vəsiyyətinin 
sonunda milli mənliyinə sadiq qalmağı, keçmişinə söykənməyi, 
ata-babalarının yolu ilə getməyi, özünü dərk etməyi, elindən bərk 
yapışmağı türk millətinə belə tövsiyə etmişdi: “Türklərim, cəmi 
bəylərim, cəmi millətim. Qazanıb el  (Vətən – S.M.) tutduğum bu 
yerdən, xaqanından ayrılmasın, yaxşılıq görəcəksən. Evində otu-
racaqsan, dərdsiz olacaqsan. Sözlərimdə yanlış varmı?...Ey türk 
titrə və özünə dön!”
Milli ləyaqət. Orxon-Yenisey yazılı abidələrində türkün mil-
li ləyaqətinin, onun vətənpərvərliyinin, vətən əxlaqının “onurğa 
sütunu” olduğu qənaətinə gəlirik. Türkün milli ləyaqəti millətinin 


233
Pedaqogika, Fəlsəfə, Psixologiya
davranış  və  rəftarının  bəyənilməsi,  təsdiq  edilməsi  idi.  Bunu 
mətnlərdəki ləyaqəti təqdir edən fikirlərdən görürük və eyni za-
manda    ləyaqətsizliyin  necə  böyük  milli  bəlalara  səbəb  olma-
sı  fikirləri  də  özünə  kifayət  qədər  yer  tapır. Yenə  də  Bilgə  xa-
qanın  fikirlərinə  istinad  edirik.  O,  ancaq  ləyaqətini  qorumaqla 
ləyaqətli ola bilməyi tövsiyə edir: “Ey türk milləti. Dadlı sözlərə 
və yumşaq ərməganlara aldandın və çoxlarımız öldü...Yenə ya-
nılıb və güneydəki Çoqay ormanına, Töqültün düzənliyinə gedib 
yerləşsən, ey türk milləti, öləcəksən!
Oralara getdiyiniz zaman Çindən gələn düşmən adamlar ara-
nıza soxular, sizi aldadıb deyərlər: “Onlar uzaqdakılara pis, ya-
xındakılara yaxşı hədiyyə verirlər. Neçə avam adamlar bu sözlərə 
aldanıb  oralara  getdilər  və  öldülər.  O  yerlərə  varırsan,  ey  türk 
milləti, öləcəksən!...
Ey türk milləti sən ac olunsa, toxluq nədir, bilməzsən, fəqət 
tox olunca da aclıq nədir düşünməzsən! Belə olduğun üçün səni 
ucaldan  xaqanının  sözünə  baxmadın.  Onun  sözünü  almadan 
yerdən-yerə vardın. O yerlərdə tükəndin. Geri qalanlarla daha da 
zəifləyərək məhv olurdun... “və yaxud” ... nadan xaqanlar taxta 
oturmuş.  Pis  xaqanlar  gəlmiş.  Bunların  buyruq  bəyləri  biliksiz 
imiş. Bəylər yalançı olunca millət də onlara bənzəmiş! Bu du-
rumdan  Çin  milləti  yararlanmış...qardaşı  qardaşla,  milləti  bir-
birilə düşmən etmiş. Bu tələyə düşən türk millətinin el tutduğu 
torpaq (Vətən, dövlət – M.S.) əldən çıxmış, başındakı xaqanını 
itirmiş, söylu, şanlı oğulları Çin millətinə kölə, gənc qızları cariyə 
olmuş,  bəzi  türk  bəyləri  türk  adını  buraxıb  çincə  adlar  almağa 
başlamışlar...Çin  xaqanına  boyun  əymişlər. Tam  əlli  il  işlərinə, 
güclərinə hökm verən Çin xaqanına itaət etmişlər.
Göründüyü  kimi,  şərhə  ehtiyac  olmadan  nümunələrdən 
məlum olur ki, ləyaqətsizlik hansı bəlalara səbəb olur və “Orxon-
Yenisey yazılı abidələrində tarixin bu səhifələri xatırlanır ki, türk 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə