D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə68/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   64   65   66   67   68   69   70   71   ...   84

237
Pedaqogika, Fəlsəfə, Psixologiya
diqqətlə dinləyin!
Doğuda  gündoğuşuna,  batıda  günbatışına,  quzeydə  gecə-
yarısına qədər olan yerlə içində yaşayan millətlər mənə bağlıdır. 
Bunca millət bunca ölkə üçün qayda-qanun yaratdım.Bu yerlərdə 
artıq pozğunluq, qarışıqlıq yoxdur” [3, 111].
Z.Göyalpın  “Türkçülüyün  əsasları”  kitabında  da  bu  fikirlər 
əsaslandırılıb  təsdiq  olunur:  “Əski  türklərdə  bir  el  digər  elləri 
özünə tabe etdiyi zaman onların siyasi təşkilatını pozmazdı. Tabe 
olan  elin  əvvəlki  başçısı  “Yabqu”,  yəni  məlik  adıyla  əvvəlki 
mövqeyini qoruyub saxlayırdı. Xaqan bunun yanına “Şad” yaxud 
“Şanə-Şahnə” adlanan bir canişin təyin edərdi. Bir xaqan başqa 
xaqanlıqları fəth etdiyi zaman onların xaqanlarını öz yerlərində 
saxlayardı.  Yalnız  özü  “Elxan”  adıyla  bu  xaqanların  başçısı 
mövqeyinə keçərdi [2, 119].
Bilgə xaqan böyük birlik yaratmışdı və yaranan birliyi qoru-
mağı  tövsiyə və vəsiyyət edirdi: “...Ey Ötükən ormanının milləti! 
Pis adam gəlib birliyini pozmasın, silahlı gəlib səni dağıtmasın 
deyə  sənə  buranı  el  tutdum.  Qayda-qanun  qazandırdım...Türk 
millətini toplayıb el-obanın vəsfini bu daşa yazdırdım. Ona baxa-
raq bilin, indiki Türk bəyləri!
Türklərim, cəmi bəylərim, cəmi millətim. Qazanıb el tutdu-
ğum (birlik yaratdığım – M.S.) bu yerdən xaqanından ayrılmasan 
yaxşılıq görəcəksən... [3.117]”.
Orxon-Yenisey yazılı abidələrində vətənpərvərlik tərbiyəsinin 
bütün  cəhətləri,  eləcə  də  hərbi  vətənpərvərlik  motivlərinə  güz-
gü  tutmağa  çalışdıq  və  məlum  oldu  ki,  hərbi  vətənpəpvərlik 
motivlərinə  əsasən,  türklərdə  vətənin  müdafiəsinə  hazır  olmaq, 
sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü uğrunda düşmən 
hücumlarına  qarşı  çıxmaq  kimi  mübariz  keyfiyyələr  müqəddəs 
tutulurdu və yuxarılarda qeyd etdiyimiz kimi, bu onların ali qa-
nunu idi və bu qanun nəsildən-nəslə ötürməklə ali hərb sənətlərini 


238
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yaratmışdılar. Türk hərb sənətinin isə elə özünəməxsus taktikaları 
vardı ki, bunun əsasında əksər hallarda qalib olurdular. Türklərin 
necə bir orduya malik olmaları onların ordularının nizami qoşun-
larını yaradan adlardan görürük:
Alp, alpaqu (əsgər), bəy, bilgə, buyruq (nazir), cabış (çavuş), 
ər başı (komandir), kutluq kimi vəzifələr hərbi vəzifələr idi və 
türk hərb sənətinin qan yaddaşı sayılır...
Beləliklə,  Orxon-Yenisey  abidələrinin  mətnlərinin  məzmu-
nunun  ana  xəttini,  leytmotivini  təşkil  edən  Vətən  əxlaqı, 
vətənpərvərlik  hissi  bu  gün  türk  xalqlarının,  xüsusilə  də 
azərbaycanlıların  ən  böyük  istinadgah  nöqtəsi  olmalıdır.  Gənc 
nəsildə milli ləyaqət, milli mənlik şüurunun, milli iftixar hissinin, 
vətəndaşlıq  ləyaqəti  və  dəyanətinin  tərbiyəsinin  xüsusilə  vacib 
olduğu müasir dövrdə Orxon-Yenisey  yazılı abidələrində yüksək 
sənətkarlıqla  tərənnüm  olunan  Vətənə  vurğunluq,  onun  uğrun-
da  birlik,  həmrəylik,  eyni  zamanda  onların  qorunması,  Vətənə 
sədaqət  onun  uğrunda  fədakarlıq  kimi Vətən  əxlaqının mühüm 
tərkib  hissələri  xüsusi  əhəmiyyət  kəsb  edir.  Gənc  nəslin  vətən 
əxlaqı tərbiyəsi ona görə mühüm əhəmiyyət daşımalıdır ki, “...
Vətən  əxlaqımız  qüvvətli  olmasa  nə  müstəqililyimizi,  nə  azad-
lığımızı, nə də vətənimizin bütövlüyünü qoruya bilmərik...” [2, 
121].
Bu  həm  də  nəinki  gənc  nəslin  bu  ruhda  tərbiyəsində,  həm 
də  bütün  zümrələrdən  olan  vətəndaşlarımızın,  soydaşlarımızın 
vətənpərvərlik  ruhunda  təzələnməsini  tələb  edir.  Z.Göyüşovun 
“Daxilə pəncərə” adlı əsərində bu fikirlərin təsdiqinə rast gəlirik: 
“Qoy  hər  kəs  öz  daxilinə  pəncərə  aça  bilsin  və  bu  pəncərədən 
öz daxili aləminə nəzər salmağı, baxmağı, lazım gəldikdə orada 
təmizlik aparmağı bacarsın” [10, 5].


239
Pedaqogika, Fəlsəfə, Psixologiya
Ədəbiyyat
1.  Ə.Rəcəbov.,  Y.Məmmədov.  “Orxon-Yenisey  abidələri”. 
B., Yazıçı, 1993. 
2. Z.Göyalp. “Türkçülüyün əsasları”. B., Xəzər Universiteti, 
2010.
3. R.Z.Özdək.Türkün qızıl kitabı. I kitab. B., Yazıçı, 1992.
4. X.Fətəliyev. “Ailədə milli tərbiyə”. B., 1996.
5. F.Rüstəmov. “Şərqdə pedaqogika tarixi”. B., Nasir, 2002.
6. ACE, VII cild.
7.  Sevinc  Əliyeva.  “Orxon-Yenisey  yazılı  abidələrində 
toponimlər”. Bakı, 2005.
8. O.Süleymenov. “Az-Ya”, B., Azərnəşr, 1993.
9. S.Quliyev. “Gənclərin mənəvi tərbiyəsi probelmləri”, B., 
Ünsiyyət, 1998.
10. Z.Göyüşov. “Daxilə pəncərə”. B., Azərnəşr, 1978.
Резюме
Мехрибан Сардарова 
ВОСПИТАНИЕ ПАТРИТОИЧЕСКИХ ЧУВАСТВ 
В ОРХОНО-ЕНИСЕЙСКИХ ПИСЬМЕННЫХ 
ПАМЯТНИКАХ ДРЕВНИХ ТЮРКОВ
В  статье  исследуются  вопросы  воспитания  патри-
аотических  чувств  в  Орхоно-Енисейских  письменных 
памятниках древних тюрков. Орхоно-Енисейские письменные 
памятники  являются  ценными  источниками  тюркской 
истории литературы, культуры и в том числе, педагогической 
мысли  тюркских  народов.  В  этих  памятниках  воспеваются 
высоким  мастерством  родная  земля,  его  целостность  и 


240
DƏDƏ QORQUD ARAŞDIRMALARI
сохранение территориальной целостности родины, любовь и 
преданность к родной земле.
Summary
Mehriban Sardarova 
İN THİS ARTİCLE İS ANALYSED THE MANNER OF 
PEASE LOVİNQ İN THE WRİTTEN MONUMENTS 
“ORKHON!YENİSEY”
The written  monuments, Orkhon-Yenisey are the most va-
liable jewe works of Turkish history, literature, and culture and 
also are the most valeable origin of Turkish pedaqogical thoudhts 
in these monuments the land of our country and their unity, the 
saving of this unity, and the lovinq of this land, are identified with 
great ability.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə