D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə64/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   60   61   62   63   64   65   66   67   ...   84

225
Pedaqogika, Fəlsəfə, Psixologiya
runda özlərini, şirin canlarını, müqəddəs bildiklərini fəda edəndə 
sevinc, şərəf hissləri bütün hisslərdən yüksək dururdu. 
Bu  hissləri  ifadə  edən  sözlər  epitafilərin  əsas  məzmununu 
təşkil edir, desək, əsla yanılmarıq və yeri gəldikcə onlarla tanış 
olacağıq. İlk öncə, göstərək ki, türkün geniş mənada nəzərdə tu-
tulan vətən əxlaqının məzmununa nələr daxildir və onu da qeyd 
edək  ki,  bu  böyük  bir  siyahı  təşkil  edir. Türkün  vətənpərvərlik 
keyfiyyətlərinə aşağıdakı keyfiyyətlər daxil idi:
•Vətən təəssübkeşliyi;
•Vətən qeyrəti;
•Vətən döyüşkənliyi;
•Milli mənlik şüuru;
•Milli ləyaqət;
•Milli vicdan;
•Milli iftixar;
•Milli birlik [4; 123].
Türkün  vətən  əxlaqının  bu  tərkib  hissələri  Orxon-Yenisey  
yazılı abidələrində elə dəqiqliklə ifadə olunmuşdur ki, ona heç 
bir şərh, kommentariya lazım deyil desək, yanılmarıq. Təsadüfi 
deyildir ki, daşlara həkk olunan, əbədiləşən bu fikirlər, eyni za-
manda,  türk  fikrinə,  türk  ruhuna,  gen  yaddaşına  də  həkk  olu-
nub  ki,  türk  xalqının  hər  gənc  nəsli  bu  ruhda  tərbiyə  olunub, 
Vətənini, onun sərhədini, ərazi bütövlüyünü, bir sözlə vətən adı-
na  aid  hər  bir  şeyi  qoruyub.  Həqiqətən  də,  Orxon-Yenisey  ya-
zılı  abidələrindəki  mətnlərlə  tanış  olduqca  belə  qənaətə  gəlirik 
ki,  bizə  həm  də  yüksək  namus,  milli  qürur,  milli  birlik,  milli 
təəssübkeşlik məhz vətən eşqi ilə keçmişdir. Bu hiss, bu duyğular, 
bu tərbiyə nümunələri yüzillikləri addımlayaraq bizə gəlib çat-
mışdır. Orxon-Yenisey abidələrində böyük Türkün böyük də olan 
vətənpərvərlik keyfiyyətlərinə nəzər salaq.
Vətən təəssübkeşliyi. Türkün bu hissi “El”ə məhəbbətlə, sa-


226
DƏDƏ QORQUD ARAŞDIRMALARI
diqlik ilə bağlı idi. Ona görə, vətən təkcə onun doğulduğu torpaq 
deyildi, o, türkün əsil-nəcabəti idi, ulularının uyuduğu əbədiyyət 
idi. Ana-bacılarının,  xatunlarının  namusu  idi.  Vətən  türkün  bu 
günkü  sevinci,  məhəbbəti,  sabahkı  övladlarının  anası  idi.  Türk 
bunu bilirdi, ona görə də vətənin təəssübkeşi, cəfakeşi idi, “Mən 
millətə yaxşı vaxtında xaqan olmadım!.
Ac-yalavac,  çırın-çılpaq,  gücsüz  qalmış,  yoxsul  bir  millətə 
xaqan oldum. Kiçik qardaşım Kül Tigin ilə əhd etdik. Atamızın 
qazandığı millət adı, millət sanı yox olmasın deyə Türk milləti 
üçün  gecə  uyumadım,  gündüz  oturmadım.  Kiçik  qardaşım  Kül 
Tigin ilə iki Şad ilə öləsiyə, bitəsiyə çalışdım. Toplanan milləti 
atəşə, suya qərq etmədim” [2, 115] - deyirdi Bilgə xaqan. Onu 
vəzifə ehtirasına, umacağa, küsüyə, incikliyə satmaqdan qoruyur-
du. Bilirdi ki, ürəyində Vətən, el sevgisini, Vətən təşnəsini itirsə, 
satqın, nankor olacaq, özü vətənsiz, övladları millətsiz qalacaq. 
Ona görə də deyirdi: “...Türk bəyləri! Millət! Eşidin!
Üstdə Göy basmasa, altda yer dəlinməsə. Türk milləti, sənin 
elini, sənin adətin kim poza bilər?
Ey Türk milləti! Titrə və özünə dön! 
İtaət etdiyin zaman səni yüksəltmiş, ucaltmış olan ağıllı və 
igid xaqanına azad və müstəqil yurdunda yanılıb üsyan edərək 
pis iş gördün. Silahlı insanlar gəldilər də səni dağıdıb götürdülər. 
Süngülü insanlar haradan gəldilər də səni sürüb apardılar.
Ey  Ötükənin  xoşbəxt  milləti!  Getdiniz!  Doğuya  varanınız 
oldu. Batıya varanınız oldu. Vardığın yerlərdə xeyrin o oldu ki, 
qanın su kimi axdı. Sümüklərin dağ kimi yığılıb yatdı. Bilmədiyin 
üçün, yanılıb pislik etdiyin üçün...” [1, 80].
Ona  görə  də  türk  özündən  sonrakılara  belə  tövsiyə  edirdi: 
“Ey türk milləti! Titrə və özünə dön” [3.114] Qayıt Vətəninə! Qa-
yıt millətinə! Qayıt özünə! Onun təəssübünü çək. Yadlara satma! 
Əgər satarsan, xeyrin o olar ki, yox olarsan. Ona görə də Türk 


227
Pedaqogika, Fəlsəfə, Psixologiya
vətəninin, elinin, millətinin qeyrətini çəkməyi tövsiyə edirdi.
Vətən qeyrəti. İstər Kül Tigin, istər Bilgə xaqan, istər On-
gin, istərsə də Tonyukuk kimi, o biri abidələrdə, elə hey bizim 
təbirimizcə olan fikirlərə rast gəlinir. “Vətən – onun vətəndaşlarının 
qeyrətidir.  Qeyrətli  övlad  namus  tərcümanıdır.  Bu  tərcümanlar 
bir qarış Vətən torpağı, bir Vətən övladı, bir Vətən ocağı üstündə 
qanlar töküb düşməndən intiqam almayınca sakitləşməyib, rahat-
lanmayıb. Bilib ki, qeyrətsizləri Vətən bağışlamaz. 
Qeyrətin  bir  cəhəti  də  Vətən  üçün  igidlik  göstərmək  idi. 
Kemçik-Çırğak  abidəsində  bu  barədə  belə  yazılır:  “...taylarım, 
igid  adı  olmadığı  üçün  yeddi  əvvəlki  dostum  qovuldu  (sürgün 
edildi)” [1.292].
Bu kimi fikirlərdən məlum olur ki, türk elində qeytirsizlərə 
yer yox imiş.
Tarixi faktlardan və eləcə də, abidələrdəki yazılardan  o da 
məlum  olur  ki,  II  Göytürk  xaqanlığının  yaranmasından  əvvəl 
göytürklər 50 il sürən Çin əsarətində qalmışlar. Dəfələrlə, yorul-
madan çalışmışlar, vuruşmuşlar ki, bu əsarətdən qurtarsınlar, bu 
qeyrətsizlik damğasını üstlərindən götürsünlər. Və bu hisslərdən 
doğan  fikirlər  özünü  abidələrdə  belə  göstərir:  “...  soylu,  şanlı 
oğulları Cin millətinə kölə, gənc qızları cariyə olmuş. Bəzi türk 
bəyləri türk adını buraxıb Çincə adlar almağa başlamışlar. Çin xa-
qanına boyun əymişlər. Tam əlli il işlərinə, güclərinə hökm verən 
Çin xaqanına itaət etmişlər...[3.113].
Göründüyü  kimi,  Vətən  torpağının  zəbt  edilməsinə, 
vətəndaşlarının, millətinin əsir-yesir, kölə, cariyə olmağına türk 
dözmürmüş. Vətəni qorumaq, yenidən əvvəlki şöhrətini qaytar-
maq əvəzinə yad ellərdə sərkərdan dolanmağı özünə bağışlamır-
mış.
“Elli-obalı millət idim, elim hanı?... Xaqanlı millət idim xa-
qanım hanı? Hansı xaqanın hökmü ilə oturub-duracağam? Bunu 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə