D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə78/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   74   75   76   77   78   79   80   81   ...   84

272
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Gəlinə, bax gəlinə,
Xına yaxmış əlinə,
Gəlinin incə beli,
Düşmüş xoyrat əlinə.
«Avesta»dan  gəlmə «xoyrat» sözü böyüyüb boya başa çat-
dığım Naxçıvanın Culfa bölgəsində demək olar ki, eyni mənada 
işlənilir. Amma dilçiliyə dair bir çox tədqiqat əsərlərində «xoy-
rat»  «qarışıq»  salan,  «özbaşına»lıq  yaradan  mənalarında  geniş 
yayılmışdır. Dilşünas Nizami Xudiyev göstərir ki, müasir ədəbi 
dilimiz  Orxon-Yenisey, «Avesta», «Kitabi-Dədə Qorqud» yazılı 
abidələri əsasında formalaşıb inkişaf etmişdir.
Qədim  türklərin  mənşəyi  haqqında  Orxon-Yenisey 
abidələrində  bir  neçə  əfsanələr  əsasında  məlumat  verilir.  Bu 
əfsanələrin  əsası  motivi  budur  ki,  türklər  öz  mənşələrini  dişi 
qurdlardan  alıblar.  Sonralar  türklərin  öz  bayraqlarına  qurdba-
şı şəkli çəkməsi də heç şübhəsiz həmin mifoloji dünyagörüşün 
nəticəsidir. Türkdilli xalqlar arasında «türk» sözü haqqında uzun 
illər  mübahisələr  getmişdir.  Orxon-Yenisey  abidələrində,  daha 
doğrusu, Ongin, Gül-Tigin, Bilgə xaqan və Tonyukuk abidələri 
yazanlar özlərini göy türk, Çin mənbələrində isə tu-kyu, tu-kyue, 
tukyuk, türküt adlandırırlar.
Mahmud  Kaşğaridən  başlayaraq  tədqiqatçılar  türk  sözünə 
müxtəlif  mənalar  vermişlər.  Belə  qənaətə  gəlinmişdir  ki,  türk 
sözü qüvvət, güc, qüdrət, şücaət mənasını ifadə edir. Bu ad Or-
xon-Yenisey abidələrinin yazıldığı dövrdə xanlıqlarda hakim rol 
oynayan  türk  qəbiləsinə  verilmişdir.  Ə.Rəcəbov, Y.Məmmədov 
doğru göstərir ki, qədim türk qəbilələri haqqında ən etibarlı və ən 
qədim məlumat Çin mənbələrindədir.
Əfsanə,  nağıl,  rəvayətlər  əsasında  yazılmış  Orxon-Yenisey 


273
Pedaqogika, Fəlsəfə, Psixologiya
abidəsində qədim türk xalqlarının həyatı, məişəti, məşğuliyyəti, 
milli  mənəvi  dəyərləri  ilə  yanaşı  qəbilə  və  sülalə  davası, 
hakimiyyət, işğalçılıq siyasəti, günahsız qanlar tökülməsi, ölüm 
səhnələri də öz əksini tapmışdır. «Avesta» və «Kitabi-Dədə Qor-
qud» abidələrində də bu əlamətlər aydın görünür.
M.Seyidovun bu abidələr barədə maraqlı araşdırmaları var-
dır.  O,  göstərir  ki:  «Son  vaxtlara  qədər  Azərbaycanın  bir  çox 
yerlərində ağac pirlər olmuşdur. Həmin pirlər əsasən uşaq doğum 
pirləri kimi məşhurdur. Buraya doğmayan qadınlar övlad arzusu 
ilə gələr, səcdəyə durarmışlar. Ağacın doğum piri olması, onun 
həm dünya ağacının atributu olmasına işarədir. Bizcə, ardıca və 
başqa ağaclara belə münasibət  sitayiş əlamətidir. Bir çox axtarış-
lar göstərir ki, ağaca sitayiş ulu türkdilli xalqlarda ən çox yayıl-
mışdır. Bu məsələ ilə əlaqədar Ermitajdakı Altay qəbiləsinə aid 
edilən maddi-mədəniyyət nümunələri elmə xeyli material verir. 
Eradan  əvvəl  IV-III  əsrlərə  aid  edilən  həmin  sənət  nümunələri 
içərisində bir əl-üz dəsmalı xüsusi əhəmiyyət kəsb edir.
Həmin şəkildə ilahinin əlində müqəddəs ağac təsvir olunmuş-
dur. Dəsmal haqqında bəhs edən tanınmış rus tədqiqatçısı Qryaz-
nova qeyd etmişdir ki, burada doğum və bərəkət  ilahəsi və onun 
əlində ağac  təsvir olunmuşdur.  Dəsmaldakı təsvir sübut edir ki, 
qədim türklər, o cümlədən Altay türkləri ən qədim zamanlardan 
ağaca  müqəddəs bir şey kimi baxmışlar»
1
.
Deməli,  türk  xalqları  ağaca  doğum,  uşaqların  hamisi,  ilahi 
bir varlıq kimi baxmışlar. Kökü minilliklərin dərinliklərinə gedən 
Umaya inamının izlərinə Orxon-Yenisey abidələrində rast gəlmək 
olar. Bu baxımdan Gül-Tigin abidəsinin şərq tərəfində 31-ci sı-
rada yazılır: «Umay tək öğim katun kutunqa inim Gül-Tigin at 
bulu».
2
 Yəni, tək anam xatunun bəxtinə kiçik qardaşım Gül-Tigin 
ad qazandı; Tonyuk abidəsinin qərb tərəfində 38-ci sırada: «Tenq-
ri, Umay, İduk Yer-Sub başa berti erinc».
3
 Yəni, Tanrı, umay və 


274
DƏDƏ QORQUD ARAŞDIRMALARI
müqəddəs Yer-Su qəlbə bəxş etdilər.
Xalqımızın inam və etiqadının, ovçuluq, əkinçilik, maldarlıq 
həyatı ilə bağlı olan bu milli-mənəvi abidələr xalq yaradıcılığının 
rəngarəng formalarında: xalçaçılıqda, rəssamlıqda, nəqqaşlıqda, 
memarlıqda,  poeziyada,  musiqidə  və  s.  daha  da  inkişaf  etdiril-
mişdir. Orxon-Yenisey abidəsindəki daş rəsmlərində qədim peşə, 
sənət adlarına da rast gəlirik. Məsələn, xarrat, daşqaçı, dulusçu, 
təndirçi,  dəyirmançı,  halvaçı,  keçəçi,  çarıxçı,  çörəkçi,  papaqçı, 
başmaqçı, çütcü, dərzi və s.
Azərbaycanın  Eneolit  dövründə  dini  ayin  və  ovsun 
mərasimləri  də  Orxon-Yenisey,  «Avesta»,  «Kitabi-Dədə  Qor-
qud» abidələrində xüsusi yer tutur. 1994-cü  ildə nəşr olunmuş 
«Azərbaycan  tarixi»  kitabında  yazılır:  «Qarğalar  təpəsində  ki-
çik    çalada  tapılmış  və  odun  təsirindən  qaralmış  daş  topasını 
tədqiqatçılar quraqlıq zamanı yağış «yağırmaq», onu «çağırmaq» 
mərasimi ilə bağlayırlar. Bu inanc da eynən  Umay inancı kimi 
türk  mifik təfəkkürü ilə bağlıdır.
Rus  türkoloqu  Lev  Qumilyovun  məşhur  olan  «Qədim 
türklər»  (Moskva,  Yazıçı,  2002)  kitabında  çox  qədim  zaman-
lardan türklərin «yada daşı» - yəni cadu daşı vasitəsilə quraqlıq 
olanda yağış yağdırmaq imkanı var. Türklərin yağış yağdırmaq 
gücünə  malik  olması  barədə  bir  çox  müəlliflərin,  eləcə  də  VII 
əsrdə Suriya və X əsr fars mənbələrində çox sayda məlumatlar 
olduğunu qeyd edən Lev Qumilyov  daha sonra göstərir ki, yalnız 
Firdovsi bu problemi izah etməyə çalışmış, onu kütləvi ötəri bir 
iğtişaş kimi şərh etmişdir. Qədim türklərin bu sənəti «yada», yəni 
cadu daşı adlandırdıqlarını diqqətə çatdıran müəllifin fikrinə görə 
ayrı-ayrı türk xalqlarında bu inam XX əsrin əvvəllərinə qədər da-
vam etmişdir.
Tarixçi  Firuddin  Əsədov  «Ərəb  tarixinə  dair»  (Bakı,  Elm, 
1993) əsərində yağış yağdırma üsulunu dini baxışlarla izah edir. O, 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə