D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə80/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   76   77   78   79   80   81   82   83   84

279
Pedaqogika, Fəlsəfə, Psixologiya
B.,Yazıçı,1983
5. İslam Sadıq. Şumer və Türk folklorunda bozqurd obrazı.B., 
2010.
6. Yanardağ əfsanəsi. B.,1978.
7. N.Rzayev. Qayalar danışır. B., Elm, 1985.
8.  Ön  və  Orta Asiya  türklərinin  tarixinə  dair  dörd  anonim 
mənbə. B., Nurlan, 2003, s. 124.
9. Hamid Zubeyr. Ədəbiyyat dərgisi. İstambul, 1952.
10. Ata Tərzbaşı. Kərkük  hoyratları və maneləri. İstambul, 
1975.
11.  Erşat  Hürmüzlü.  Kərkük  ağzında  mani  və  horyata  dair 
(folklor dergisi),  İstambul, 1999, № 2.
Резюме
Тарлан Аскерова,
младший научный сотрудник
ПРОБЛЕМЫ ДУХОВНОГО ВОСПИТАНИЯ 
В ПИСЬМЕННЫХ ОРХОНА-ЕНИСЕЙСКИХ 
ПАМЯТНИКАХ
В  статье  исследуются  вопросы  духовного  воспитания 
в  письменных  Орхана-Енисейских  памятниках.  Так  как,  в 
монументе распространяются такие духовные качества, как 
любов к учителю, дружба, чувство  товариществе, семейные 
узы,  уважение  родителских  наставлений  преданность, 
честность.


280
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Summary
Tarlan Askarova,
Junior researcher of laboratory “Dede Korkut” 
THE TASKS OF MORAL GİVİNG UP İN THE WRİTTEN 
MONUMENTS OF ORKHAN-YENİSEY
It is researched, the tasks of moral giving up in the written 
monuments of Orkhon-Yenisey in this article. So that it is researc-
hed the family artitute the love to the teacher, friendship the sense 
of friendship, to listen to mothers and fathers love and to use from 
them, moral gualityesasreality.


281
Milli  və  mənəvi  maariflənməyə 
əsaslanan  məktəb  və  pedaqoji  fıkir  ta-
riximizin  böyük  bir  epoxası  XIX  əsrin 
sonlarına  aiddir.  Pedaqoji  fikrimizin  in-
kişafının bu dövründə Qərbi Azərbaycan 
maarifpərvərlərinin,  pedaqoqlarının  da 
mühüm xidmətləri vardır.
Bu  cəhətdən  XIX  əsrin  sonlarında 
Qərbi  Azərbaycan  maarifpərvərlərinin 
pedaqoji  fikrinin  öyrənilməsi  həmin 
şəxsiyyətlərin həyatında baş vermiş can-
lanmanı,  ideya  çarpışmalarını  düzgün 
qavramaq mühüm əhəmiyyətə malikdir
XIX əsrin sonlarında yaşayıb yarat-
mış Qərbi Azərbaycan maarifpərvərlərin 
böyük bir qismi mənsub olduğu torpağın, 
xalqın, millətin azadlığı, mədəni-mənəvi, 
elmi-texniki yüksəlişi uğrunda mübarizə 
aparmağı,  onun  iqtisadiyyatını,  təhsil 
səviyyəsini yüksəltməyi vətəndaşlıq və-
zifəsi hesab etmişlər.
Milli  tərəqqi  ideyalarının  mahiy-
yət  və  əsas  xüsusiyyətləri  haqqında 
təfərrüatlı  fıkir  söyləyən  Qərbi  Azər-
Roza Qələndərova,
magistr
XIX ƏSRİN II YARISINDA QƏRBİ AZƏRBAYCAN 
PEDAQOJİ FİKRİNİN GÖRKƏMLİ NÜMAYƏNDƏLƏRİ


282
DƏDƏ QORQUD ARAŞDIRMALARI
baycan  maarifpərvərləri  təbii  ki,  bu  məsələlərin  həlli  yolları-
nı  da  düşünürdülər.  Onlar  xalqı  maarifləndirməyin  qabaqcıl 
vasitəsi olan dil, mədəniyyət, ideologiya, din və s. keyfıyyətləri 
özündə ehtiva edən milli tərbiyə amillərinin tətbiqi və yayılma-
sı yolunda da əzmkarlıq nümayiş etdirirdilər.
Bu  dövrdə  Azərbaycanın  əzəli  bölgələrindən  biri  olan 
İrəvan vilayəti və onun paytaxtı İrəvan şəhərində, eləcə də ətraf 
bölgələrdə - Vedibasarda, Uluxanlıda qabaqcıl ictimai pedaqoji 
fikir xeyli irəliləmiş, milli tərəqqi ideyaları təşəkkül tapmış, xal-
qın demokratik maariflənməsi yolunun başlıca meyarları olan 
xəlqilik, demokratizm, humanizm, ümumbəşərilik, dünyəvilik, 
ana dili uğrunda mübarizə səyi artmış, milli  mücadilə əzmi öz 
fəal dairəsini  daha  da genişləndirmişdir. 
Irəvan maarifpərvərlərinin milli tərəqqi ideyalarına istinad 
etməyin ən yüksək nümunəsi, əlbəttə, təlim-tərbiyə prosesində, 
məktəb həyatında daha çox cərəyan edir.
Burada  fəaliyyət  göstərərək  İrəvan  pedaqoji  fikir  tarixi-
ni zənginləşdirən Mirzə Ələkbər Elxanov 1828-ci ildə İrəvan 
şəhəri  yaxınlığındakı Uluxanlı kəndində anadan olmuş, İrəvan 
şəhərində  baş  məscid  nəzdindəki  ruhani  məktəbini  bitirib, 
sonralar rus dilini öyrənmiş, 1856-cı ildə Tiflis gimnaziyasın-
da  imtahan  verərək Azərbaycan  dili  müəllimi  adını  almışdır. 
M.Ə.El¬xanov XIX əsrin ortalarında Tiflisdə (Azərbaycanda və 
Ermənistanda gimnaziya olmadığından və Tiflis Zaqafqaziyanın 
inzibati mərkəzi olduğundan o, bu hüquqa malik idi) imtahan 
yolu ilə rəsmi müəllimlik hüququ alan ilk azərbaycanlılardandır.
M.Ə.Elxanov  1856-cı  ildən  ömrünün  sonunadək  (30 
ilə  qədər)  İrəvandakı  dövlət  məktəblərində  (əvvəlcə  qəza 
məktəbində, sonra progimnaziya və gimnaziyada) Azərbaycan 
dilindən dərs demişdir (vəfatından sonra onun yerinə gələcəyin 
görkəmli pedaqoqu və maarifçisi Firudinbəy Köçərli təyin edil-
mişdir). 


283
Pedaqogika, Fəlsəfə, Psixologiya
M.Ə.Elxanovun pedaqoji fəaliyyətində diqqətı cəlb edən əsas 
cəhət mütərəqqi rus pedaqoji fıkrini, o cümlədən K.D.Uşinskinin 
ideyalarını mənimsəməsi və öz əməli pedaqoji fəaliyyətində ona 
istinad etməsidir. Uşinskinin məlum prinsiplərinə istinad edən və 
ondan yaradıcı surətdə istifadə edən M.Ə.Elxanov 1880-ci ildə 
«Azərbaycan dili əlifbası» adlı dərslik yazmışdır”.
Arxiv sənədlərindən məlum olur ki, həmin dərsliyin əlyazması 
İrəvan  gimnaziyasının  inspektoru  tərəfındən  1880-ci  il  noyab-
rın  28-də  455  saylı  rəsmi  məktubla  Qafqaz  Tədris  Dairəsinin 
popeçitelinə  göndərilmişdir.  Həmin  məktubda  deyilir:  «İrəvan 
gimnaziyasının tatar dili müəllimi M.Ə.Elxanov K.D.Uşinskinin 
«Vətən dili» dərsliyi nümunəsində tərtib etdiyi və tatar əlifbası 
ilə yazılmış «Tatar dili» dərsliyini mənə təqdim edərək onu Siz 
cənablara  təqdim  etməyi  və  əgər  bu  kitab  bəyənilərsə,  QTD 
tabeliyində olan və tatar dili öyrədilən məktəblərdə ondan istifadə 
edilməsinə sərəncam vermənizi xahiş etdi». 
M.Ə.Elxanovun  130  mətndən  ibarət  olan  dərsliyi  sadədən 
mürəkkəbə  prinsipi  əsasında  tərtib  edilmişdir.  Buraya,  əsasən, 
qiraət  üçün  oxu  mətnləri,  o  cümlədən  xristian  aylarının  ad-
ları,  həmçinin  astronomik  hadisələrə,  məsələn,  Aya,  Günəşə, 
ulduzlara  aid  məlumat  verən  materiallar,  müəllim,  valideyn, 
insanın  anatomik  və  fizioloji  quruluşundan  bəhs  edən  mövzu-
lar  seçilərək  daxil  edilmişdi.  Həmin  dərslik  müəllif  tərəfındən 
yenidən  işlənmiş  və  İrəvan  gimnaziyası  direktorunun  1882-ci 
il  25  iyul  tarixli  məktubu  ilə  S.-Peterburqa-Rusiya  Xalq  Maa-
rif Nazirliyinə göndərilmiş və əgər bəyənilərsə nəşr olunmasma 
və QTD tabeliyində olan məktəblərdə ondan istifadə edilməsinə 
icazə verilməsi xahiş edilmişdir.
M.Ə.Elxanov həmin dərsliyi nəşr etmək üçün, özündə əlavə 
nüsxəsi  olmadığından,  QTD  popeçiteli  vasıtəsilə  RXMN-nə 
müraciət edərək əlyazmasının ona qaytarılmasını xahiş etmişdir.
Təəssüf  ki,  M.Ə.Elxanovun  vəfatı  bu  xeyirxah  işin  sona 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə