D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə83/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   76   77   78   79   80   81   82   83   84

292
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Əziziyəm, şan bağlar,
Şam ağacı şan bağlar.
Könlüm elə virandır,
Arı girsə, şan bağlar.
Mən aşix, biz hara,
Bura hara, biz hara.
Bizi tora salanı,
Getsin imansız gora.
Əzizim, gedən olsa,
Seyrana gedən olsa,
Namə yazıb göndərrəm 
Yarıma, gedən olsa.  
Mən aşiqəm, açılmaz,
Əl yaylığı açılmaz,
Mənim sevdalı gönlüm,
Yar görməsə, açılmaz.
Mən aşix, aşmax olmaz,
Bu dağdan aşmax olmaz,
Yarnan küsdük, ayrıldıx,
Daha barışmax olmaz.
Əziziyəm, sarı qız,
Suya gedən sarı qız,
Gözləri şah alması,
Özü dünya malı qız.
Əzizim, nə gejədi,
Bu gejə, nə gejədi,
Kaş şıx
1
 oluf bileydim, 
Yarın halı nejədi.
Mən aşiqəm, yüz yerdən,
Əlli yerdən, yüz yerdən,
Qolunu sal boynuma,
Ayaqlarım üz yerdən.
Əziziyəm, hürüdü,
Duman dağı bürüdü.
Səndən mənə yar olmaz
Sevən canım çürüdü. 
Əziziyəm, haşımı,
Hara qoyum başımı,
Səni mənə verməzlər,
Tökmə gözün yaşını.
Əzizim, pərdə-pərdə,
Yay telin pərdə-pərdə.
Gejələr mən yatmaram,
Ay yatar pərdə-pərdə,
Əziziyəm, canım var,
Əldə təzə camım var.
Mən səni unutmaram,
Nə qədər ki, canım var.
Əziziyəm, tutan yar,
Əlində gül tutan var.
Sevib sonra tərk etdin,
Barı eldən utan yar!
Əziziyəm, qar başlar,
Yağış yağar, qar başlar.
Olsa da bajı qəmgin,
Ağlamasın qardaşdar.
1
.Seyid


293
Folklor örnəkləri: Ağdam folkloru
Əziziyəm, nə gəzir?
Kəklik daşda nə gəzir?
Yarı qəlbsiz olanın,
Əqli başda nə gəzir.
Əziziyəm, samandır,
Sarı bağın samandır.
Gedəndə də tez qayıt,
Çatdar bağrım, amandır.
Əzızım, gizli yana,
Çırağı gizli yana.
Canım o bivəfanın,
Oduna gizli yana.
Əziziyəm, ağlama,
Çox qəm edib ağlama,
Gedərəm qayıdaram,
Yadlara bel bağlama.
Dağlar dağladı məni,
Görən ağladı məni.
Mənə zəncir tab etməz,
Zülfün saxladı məni.
Əziziyəm, kalam mən,
Dilim yoxdur, lalam mən
Çərxi-fələk qoymadı,
Arzu-kamım alam mən.
Əzizim, əkin-əkin,
Aldılar əlimdəkin,
Heç bir sevən binəva,
Olmasın mənim təkin.
Əziziyəm, ay oldum,
Ulduz deyil, ay oldum.
Naxələflər dilindən,
El-obada zay oldum.
Mən aşiqəm, yar ağlar,
Geyinibdi yarağlar.  
Hicranı tayın
1
 oldu, 
Mən ağlaram, o ağlar.
 
Əziziyəm, sadağa, 
Boyuna kim sadağa?
Mən bağlar bülbülüyəm.
Qoymazam
2
 kimsə bağa.  
Tapmacalar
Üç qardaşdır dərədə,
Biri deyir: “Gəl gedək”.
Biri deyir:  “Getmirəm”,
Biri başın bulayır. (Su, daş, ot)
Üsdü yanıb dağıldı,
Altı hələ çiy qaldı. (Qəlyan)
Çardaxda var iki taş,
Birin qaldır, birin bas. (Körük)
Həşədən, ha həşədən,
Bir səs gəlir meşədən.
Atamın beş oğlu var,
Beşi də bir peşədən.
 
(Corab ilmələri)
1.
Təyin.
2.
Qoymaram.


294
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Şəhəri var, evi yox,
Meşəsi var, ağacı yox,
Dənizi var, suyu yox. (Xəritə)
Şappır-şuppur çay keşdim,
Şappırına batmadım.
Qırmızıdan don geydim,
Nişanəsin tappadım. (Yuxu)
O, nədir ki, gejə-gündüz zarıyar,
Dəmir canı vaxt çarxına sarıyar.
İki qardaş yazdığını sanıyar,
Hər tayı da bir-birini tanıyar.
                          (Saat və əqrəbləri)
O, nədir ki, ağzı dəmirdən, 
Dili kəndirdən
Üstü ocaq, altı su. (Lampa) 
O, nədi ki, bir quyu
Quyunun içində suyu,
Suyun içində ilan,
İlanın ağzı yanan.
              (Lampa, neft, piltə, işıq)
Zər zərə yapışdı,
Zər divara yapışdı.
Zərgər oğlu gəlməmiş,
Zər divardan qopmadı.
                       (Açar, qıfıl)
Kilid kilid işində,
Kilid sandıx içində.
Binaya bir od düşdü,
Biz də yandıx içində. (Güzgü)
Gündüz ağa, 
Gejə nökər (Yorğan-döşək)
Hazar-hazara gedər,
Mehdi bazara gedər,
Anası üç yaşında,
Oğlu bazara gedər. (Üzüm)
Ağzı var, dili olmaz,
Yüz ağaş vur, çığırmaz. (Balıq)
Çəyirdəyi qılığa,
Yeyilməyi dadlığa.
Kəbəyə get doyarsan,
Nə alduğun duyarsan. (Xurma)
Cavanlıqda ağ sakqal,
Böyüyəndə al sakqal,
Qocalanda qır sakqal.
 
 
(Böyürtkən)
A gedən kişi,
A gələn kişi.
Papağı yekə
Ayağı tikə. (Göbələk)
Ənbər havası var bunun,
Töhfə əzası var bunun.
İynə ilə dəlik-dəlik,
Gör nə səfası var bunun.
                        (Limon)
Göydən bir ağaş düşdü.
Barsız, budaxsız. 
Onu bir quş yaladı,
Dilsiz, dodaqsız. (Qar, günəş) 
Xırda-xırda öldülər,
Qəbirlərə girdilər.
Beş-altı ay su verdim,
Dirçələnif durdular. (Taxıl)
Nədəndi, ay nədəndi,
Dərmə, nazik bədəndi.
Plovüsdü məsgəni,
Görən rəngi nədəndi? (Zəfəran)
Göydən gəlir dərvişlər,
Kürkün yerə sərmişlər,


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə