D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə81/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   76   77   78   79   80   81   82   83   84

284
DƏDƏ QORQUD ARAŞDIRMALARI
çatdırılmasına  imkan  verməmişdir.  «Sərəncamlar»ın  növbəti 
sayında  M.Ə.Elxanovun  1885-ci  il  martın  31-də  vəfat  etdiyi 
xəbər verilirdi.
Firudin bəy Köçərli ədəbiyyat tariximizin ilk tədqiqatçısı, 
müəllim  hazırlığının  təşkilatçılarından,  Azərbaycanda  uşaq 
ədəbiyyatı  banilərindən,  dövrün  bütün  ədəbi-pedaqoji  və  ic-
timai-siyasi  məsələlərinə  öz  münasibətini  bildirən  hərtərəfli 
şəxsiyyətdir  .  Onun,  eyni  zamanda  Qərbi  Azərbaycan 
maarifinin,pedaqoji fikrinin inkişafında da mühüm xidmətləri 
olmuşdur. Firudin bəy Köçərli ömrünün 10 ilini məhz İrəvan 
ədəbi mühitinə sərf etmişdir (1885-1895).
Əldə olan məlumatlar Köçərlinin İrəvan həyatının çox dol-
ğun  keçdiyini  təsdiq  edir:  “1885-ci  ilin  iyun  ayında  Köçərli 
İrəvan gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin 
olunur. Pedaqoji işdə böyük müvəffəqiyyət göstərdiyi üçün o, 
demək olar ki, hər il mükafat alır, ona “kollejski sekretar”, “ti-
tulyar sovetnik”, “ştatski sovetnik” kimi rütbələr verilir.
“Kavkazskiy  kalendar”  məcmuəsinin  1892-ci  il  223-
cü  səhifəsində  göstərilir  ki,  Firudin  bəy  Köçərli  İrəvan  gim-
naziyasında  Azərbaycan  bölməsinin  müdiri,  eyni  zamanda 
Azərbaycan dili müəllimi işləmişdir.
Kavkazskiy kalendar”ın 1894-cü il məcmuəsində Firudin 
bəy Köçərlinin fəaliyyəti bir az da geniş şəkildə təqdim olunur. 
Belə ki, bu böyük maarif xadimi gimnaziyada həm müsəlman 
şöbəsinin  müdiri,  həm  də Azərbaycan  dili  müəllimi,  həm  də 
gimnaziyanın  tərkibində  pansionun  müdiri  olduğu  göstərilir 
(səh.247-248).
“Kavkazskiy kalendar”ın 1895-ci il nəşrində Firudin bəy 
Köçərlinin  vəzifələrinin  eynilə  saxlandığı  qeyd  olunur:  həm 
gimnaziyada müsəlman şöbəsinin müdiri, həm Azərbaycan dili 
müəllimi, həm də gimnaziyanın tərkibində pansionun müdiri. 
Bu, Firudin bəy Köçərlinin İrəvanda işlədiyi sonuncu il olur.


285
Pedaqogika, Fəlsəfə, Psixologiya
İstər bu illərdə, istərsə də sonrakı illərdə məcmuənin işıq üzü 
görmüş  nömrələrində  təkcə  İrəvan  gimnaziyası  deyil,  eləcə  də 
İrəvan müəllimlər seminariyası və Uluxanlı məktəbindən, onların 
fəaliyyətindən söhbət açılarkən, onların yaranması xüsusilə vur-
ğulanır.
Əldə olan məlumatlar Köçərlinin İrəvan həyatının çox dol-
ğun keçdiyini təsdiq edir: “1885-ci ilin iyun ayında Köçərli İrəvan 
gimnaziyasına Azərbaycan dili və şəriət müəllimi təyin olunur. 
Pedaqoji işdə böyük müvəffəqiyyət göstərdiyi üçün o, demək olar 
ki, hər il mükafat alır, ona “kollejski sekretar”, “titulyar sovet-
nik”, “ştatski sovetnik” kimi rütbələr verilir.(3,8)
İrəvan  gimnaziyasında  çalışdığı  illərdə  F.Köçərli  maa-
rif  məsələlərinə  dair  məqalələr  yazır,  Zöhrabzadə  ilə  birlikdə 
“Təlimi-lisani-türki”  adlı  dərslik  tərtib  edir,  “Təlimati-Sokrat” 
(1891)  adlı  fəlsəfi  əsərin  nəşrinə  nail  olur,  həm  də  ədəbiyyata 
ciddi maraq göstərir, bədii tərcümə ilə məşğul olub. Puşkindən, 
Lermontovdan, Tolstoydan, Koltsovdan tərcümələr edir, tənqidi 
məqalələr yazır.
“Vətən dili” dərsliyinin müəllifi A.O.Çernyayevski 1894-cü 
ildə F.Köçərliyə göndərdiyi bir məktubunda yazırdı: “Bənövşə”, 
“Çiçək” və “Dilənçi” adlı tərcümələriniz mənim kitabımın zinəti 
mənziləsində  olacaqdır.  Nəzmi  yüngül,  musiqili  və  ahənglidir, 
qafiyələri  də  öz  yerindədir”  (“Azərbaycan  Ədəbiyyatı  Tarixi”. 
Bakı, 1960, s.485).
F.Köçərli İrəvan ədəbi mühiti ilə bağlı çox tutarlı məqalələr 
yazmış  və  İrəvanda  teatrın  inkişafında  da  öz  xidmətlərini 
göstərmişdir.
F.Köçərli İrəvan gimnaziyasında 10 illik fəaliyyətindən sonra 
1895-ci ilin oktyabr ayında Qori seminariyası adı ilə tanınmış Za-
qafqaziya müəllimlər seminariyasının tatar şöbəsinin Azərbaycan 
dili və şəriət müəllimi təyin edilir.
İrəvan  mühitinin  digər  bir  maarifpərvər  ziyalısı  Haşım 


286
DƏDƏ QORQUD ARAŞDIRMALARI
bəy  Nərimanbəyovdur.  O,  İrəvan  Müəllimlər  Seminariya-
sını  bitirdikdən  sonra  1898-ci  ildə  İrəvanda  məktəb  açdır-
mışdır ki, o uzun illər Haşım bəyin məktəbi ilə tanınmışdır. 
Ədəbiyyatşünas-alim  Kövər  xanım  Tarıverdiyeva  da  Haşım 
bəyin məktəbində oxuduğunu fəxrlə deyərdi. Axtarışlar təsdiq 
edir  ki,  Haşım  bəy  Nərimanbəyov  təkcə  yaratdığı  məktəbdə 
müdirlik  etmək  və  yaxud  dərs  deməklə  kifayətlənməmiş,  o 
eyni  zamanda  Ripsime  gimnaziyasında  da  Azərbaycan  dili 
müəllimi kimi fəaliyyət göstərmişdir. Onun oğlu Nəriman bəy 
Nərimanbəyov  İrəvan  gimnaziyasını  bitirmiş,  bir  sıra  məsul 
vəzifələrdə çalışmışdır. Ümumiyyətlə, İrəvanda maarifin inki-
şafında Haşım bəyin özünəməxsus xidməti olmuşdur.
Digər  maariçi  ziyalı  İbadulla  bəy  Muğanlinskinin  adı-
na  ilk  dəfə  hələ  neçə  il  əvvəl  görkəmli  ədəbiyyatşünas-alim 
Əziz  Şərifin  “Keçmiş  günlərdən”  adlı  əsərində  təsadüf  edil-
mişdir. O yazır: “O zaman azərbaycanlı uşaqları gimnaziyaya 
hazırlaşdır-maq üçün İrəvanda iki pansionat var idi. Bunların 
birini müəllim Cəfər bəy Cəfərbəyov açmışdı. O birini də İba-
dulla bəy Muğanlinski ilə Cabbar bəy Məmmədov. Atam ikin-
ci pansionu daha müvafiq bilib məni ora aparmışdı.
Həmin  pansion  İrəvanda  Daşlı  küçəsinin  sonunda,  İran 
konsulu Bədəlbəyovun yaşadığı evlə yanaşı, ikimərtəbəli evdə 
yerləşirdi. Evin geniş həyəti, enli boyaboy balkonu vardı. Bu 
ev, onun həyəti, bu həyəti konsulun həyətindən ayıran daş di-
var bu gün də sanki gözümün qabağındadır”.
Qeyd etmək lazımdır ki, pansionatı əslində İ.B.Muğanlinski 
açdırmışdı və seminariyadakı dostu Cabbar Məmmədov sonra 
orada müəllimlik fəaliyyətinə başlamışdı.
İ.B.Muğanlinskinin xarakterindən danışan Əziz Şərif qeyd 
edir ki, Cabbar bəy bir o qədər gülərüz mehriban idisə, İbadul-
la bəy bir o qədər əsəbi və hövsələsiz idi, mən də, o biri uşaqlar 
da ondan qorxardıq.


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə