D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə58/84
tarix31.10.2018
ölçüsü2,22 Mb.
#77063
1   ...   54   55   56   57   58   59   60   61   ...   84

205
Onomastika, Dialektologiya, Etimologiya
man məfhumunu ifadə edən qoşmadır. Bu sözün etimologiyasına 
nəzər saldıqda burada bir neçə fonetik dəyişiklik olduğunu ehti-
mal etmək olar. Hal-hazırda işlənən sonra sözü tələffüzümüzdə 
və  dialektlərimizdə  sora  kimi  səslənir.  Buna  görə  də  bu  fone-
tik  dəyişikliyi  ehtimal  edirik.  Kisrə>ki  srə>ki  sirə>ki  sörə>ki 
sora>sora>sonra. Ol kan yok boltukda kisrə el yitmiş ıçğınmıs, 
kaçılmış...-  O  xan  yox  olduqdan  sonra  el  sona  yetmiş,  dağıl-
mış, qaçmış. (1. 0 ö. l, s. 53, 54) Yağru kontukda kisrə ayığ bı-
lıg anta öyür ermiş. - Yaxın yerləşdikdən sonra pis əməlləri eləcə 
öyrədilmiş. (l. KTc. 5,s. 71, 77). Anta kisrə tenri bilik bertük üçün 
özüm ok kağan kısdım. - Ondan sonra tanrı bilik verdiyi üçün 
özüm məhz xaqan seçdim. (l. T. I daş q 6, s. 117, 122). Pələngin 
dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığışdılar. 
(A.Şaiq) Çeçmə başında kabab bişirib yedikdən sonra uzanıb yat-
mışdım. (A.Şaiq).
Yuxarıda da gördüyümüz kimi, köməkçi nitq hissələrinə yazılı 
abidələrin dilində çox az təsadüf olunur. Burada ilk öncə qoşma-
ları müasir Azərbaycan dilinin qrammatikasmda olan qoşmalarla 
müqayisə etdik və hər iki dövrdə işlənən qoşmaların müqayisəli 
tahlilini apardıq. İndi isə ədatların müqayisəsinə yer ayrılacaqdır. 
Ədatlara  abidələrin  dilində  qoşmalara  nisbətən  az  təsadüf  olu-
nur. Ədatlar aid olduğu sözə və cümləyə dinləyicinin diqqətini 
yönəldir,  onların  üzərinə  məntiqi  vurğu  düşməsinə  səbəb  olur. 
Müasir Azərbaycan  dilində  olduğu  kimi,  Orxon-Yenisey  yazılı 
abidələrinin lüğət tərkibində də bir sıra ədatlar vardır. Məsələn: 
Qüvvətləndirici ədatlardan ok//kuk ədatını götürək. Bu ədat ifadə 
olunan fikrin təsir gücünü artırmağa xidmət edir, adlardan və ya 
fellərdən sonra gəlir. Anta kisrə tenri bilig bertük üçün özüm ok 
kağan kısdım. Ondan sonra tanrı bilik verdiyi üçün özüm məhz 
xaqan  seçdim.  (l. Tq.  6,  2,s.  l  17,122). Tün  udımadım...güntüz 
olurmatı, kızıl kanım tökti, kara tərim yügürti, isik, küçik bertim 


206
DƏDƏ QORQUD ARAŞDIRMALARI
ok,-ben özüm uzun yölmək ıtım ok. - Gecə uyumadı, gündüz otur-
madı, qızıl qanımı tökərək, qara tərimi axıdaraq, işimi, gücümü 
verdim, axı mən özüm uzun (böyük) süvari dəstələri göndərdim 
axı. (l. Tş. 5, s. l21, 126). Ayğuçısı bilgə ermis kaç ersər, ölürtəçi 
kük. -məsləhətçisi müdrük imiş hər pesə olsa öldürəcəklər axı(l.
Tş  5,  s.  122,  127).  Onu  da  qeyd  edək  ki,  ok//kuk  ədatının  ya-
ranması haqqında Əlisa Şükürlü yazır: “Olsun ki, kuk ədatı ok 
ədatının  ki  adatı  ilə  birləşməsindən  törənmişdir.”  Qədim  uyğur 
yazılı abidələrində ok ədatına daha çox rast gəlmək mümkündür.
Müasir dilimizdə olan axı ədatının da ok ədatından törəndiyini 
güman etmək olar. Axı ədatı haqqında belə bir fərziyyə yürütmək 
olar  ki,  bu  ədat  ok//okı//akı  və  axı  şəkillərini  alaraq  fonetik 
dəyişikliyə  uğramışdır.  Bu  ədatin  müasir  dilimizdə  işlənən  axı 
variantına nəzər salaq. Onu da qeyd edək ki, axı ədatı haqqında 
Hörmətli professorumuz Əzizxan Tanrıverdi də mülahizələr irəli 
sürmüşdür. O gösterir, “axı ədatı əskidən axır şəklində olub. Bu 
söz də Ərəb mənşəli nəhayət, axır, son anlamlı “axər” sözünün fo-
netik tərkibcə dəyişikliyə uğramış formasıdır (4. S. 353) Bu ədat 
sözün, cümlənin, fikrin bitməsi anlamındadır. Prof.Ə.Tannverdi 
qeyd edir, “axır sözündəki r samiti düşərək axı şəklində müasir 
dilimizdə işlənməkdədir” (4. S. 353) Bu adatın abidələrin dilində 
işlənən variantı olan ok ədatı da fikrin, hər hansı bir hadisənin 
sona  çatması  anlamındadır.  Ersər  ölurtəci  kuk  -  Hər  necə  olsa 
öldürəcəklər axi Onu da qeyd edək ki, müasir dilimizdə axı ədatı 
xəbərdarlıq, sual, təsdiq, etiraz, təəccüb və s. cəhətdən cümlələri 
qüvvətləndirməyə xidmət edir. Məsələn: Siz axı dastanlarda oxu-
nan qəhrəmanlar kimisiniz...(S.Cabbarlı). Axı biz nə etmişik, nə 
günah işlətmişik, ana? (M.İbrahimov). Axı ikimizi də bir yerdə 
yazmışlar. (S.Cabbarlı). Bu cümlələrdə də biz axı ədatının hansı 
çalarlara xidmət etdiyini görürük.
Ən//ən ilki. Qüvvətləndirici ədat olan bu ədat Orxon-Yeni-


207
Onomastika, Dialektologiya, Etimologiya
sey yazılı abidələrinin lüğət tərkibində ilk zaman zərfi ilə birlikdə 
işlənir. Ən ilki Toğu balıkda sünüşdim. - Ən ilk Toğu balıqda dö-
yüşdüm. (l. BX. 30,s. 99, 105). Ən ilki Tadıkın çorın boz (atığ 
binip təkdi, ol.at anta). (l. KTş. 32, s. 74, 81). Yuxarıda qeyd etdi-
yimiz cümlələrdə öncə, əvvəlinci, birinci manalarını verən ilk za-
man zərfini ən ədatı qüvvətləndirmişdir. Bu ədatı müasir dilimizlə 
müqayisə  edək.  O  ən  uzaq  məsafədən  nişanı  vurub  dağıdırdı. 
(Y.Əzimzadə).  Buradan  da  görürük  ki,  ən  ədatı  uzaq  sifətinin 
mənasmı, uzaqlığını gücləndirmişdir.
Azu ədatı: Orxon-Yenisey yazılı abidələrinin lüğət tərkibində 
işlənən bu ədat müasir dilimizdə işlənən məgər ədatının verdiyi 
mənaya uyğun gəlir. Bu ədat adətən aid addan, cümlədən əvvəl 
gəlir və sual anlayışını gücləndirməyə xidmət edir. Azu bu sabım-
da igid borğu? - Məgər bu sözümdə şişirtmə var? (l. KTc. 10, s. 
71, 78) Onu da qeyd edək ki, azu ədatı Qadim Uyğıır yazılarında 
eyni zamanda bağlayıcı vəzifəsini də yerina yetirir və istər, istərsə 
bağlayıcısı kimi tərcümə olunur. Azu aluğ baçağ kun, azu kiçig 
baçağ kunka kılsar.- Əger o, istər böyük mərasimdə, istər kiçik 
mərasimdə etsə. (l. TT II 62) Azu ədatı yazılı abidələrin dilində, 
əsas da Orxon-Yenisey abidələrinin lüğət tərkibində azu şəklində 
işlənir.  Bu  ədat  müasir  Azərbaycan  dilinin  lüğət  tərkibində 
məgər  variantında,  canlı  danışıq  dilimizdə,  şivələrdə,  xüsusən 
də şərq şivələrimizdə bəyəm//bəgəm variantında işlənməkdədir. 
Məsələn: Məgər dünyada yaxşılığa, səadətə, özünə və adamlara 
inanmaq pis şeydir? (İ.Qasımov, H.Seyidbəyli). Gədə, necə çıx-
mır, məgər öz xoşunadır çıxmasın? (M.İbrahimov). Ahin dağlara, 
daşlara, yoldaş briqadir, saha kanarında da kübrə vacibdir bayəm! 
(M.ibrahimov). Məgər mən adam deyiləm? (M.İbrahimov).
Gu  ədatı  sual  bildirən  cümlələrdə  sual  mənasını 
qüvvətləndirməyə  xidmət  edir.  Yalnız  göytürk  yazılarında  rast 
gəlinən bu ədat aid olduğu sözdən əvvəl gəlir. Anark körü bilin, 


Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə