214
DƏDƏ QORQUD ARAŞDIRMALARI
3. Ə.Rəcəbli. “Göytürk dilinin morfologiyası” B., 2002.
4. Ə.Tanrıverdi. “Azərbaycan dilinin tarixi qrammatikası” B.,
2010.
5. H.Mirzəzadə. “Azərbaycan dilinin tarixi qrammatikası”
B., 1990.
6. “Müasir Azərbaycan dili”, II cild, EA, B., 1980.
7. M.Hüseynzadə, “Müasir Azərbaycan dili”, B., 1983.
Резюме
В лексикологии Орхон-Енисейских манументах вспомо-
гательные части речи относительно меньше, чем основные
части речи. Также сравнивая их с лексическим составом
современного Азербайджанского язы¬ко наблюдаются очен
большие разницы
Summary
Auxiliary speech parts are less thon national speech parts in
the vocabulary of Orkhon–Yenisey monuments. It exists very big
differences on comparing with the vocabulary of Modern Azerba-
ijan language.
216
DƏDƏ QORQUD ARAŞDIRMALARI
“...İndi bizim əsas vəzifəmiz gənclərdə
vətənpərvərlik ruhunu, milli ruhu, döyüş ru-
hunu qaldırmaqdır. Vətəni, torpağı müdafiə
etmək hər bir gənc üçün müqəddəs vəzifə
olmalıdır...Torpağımızın zəbt olunmasına
dözməməliyik. Millətini, torpağını sevən hər
bir adam buna razı olmamalıdır”.
Heydər Əliyev
Son onilliklərdə respublikamız-
da baş verən ictimai-siyasi hadisələr,
qədim türk-oğuz yurdu Qərbi Azər-
baycanımızın başdan-başa mənfur
erməni millətçiləri, daşnakları tərəfin-
dən işğal edilib özününküləşdirmələri,
onların Azərbaycan rayonlarında
törətdiyi qanlı cinayətlər, Vətənimizin
böyük bir ərazisinin düşmən tapdağı
altında qalması, minlərlə soydaşımızın
ata-baba yurdundan, elindən didərgin
salınması, qaçqın düşməsi və bu gün
hələ də Qarabağ düyününün açılmama-
sı, eləcə də siyasi rəqiblərimizin möv-
cud olması milli ləyaqətimizin, milli
Mehriban Sərdarova,
kiçik elmi işçi
ORXON-YENİSEY YAZILI ABİDƏLƏRİNDƏ
VƏTƏNPƏRVƏRLİK TƏRBİYƏSİ
217
mənliyimizin təşəkkül tapmasına şərait yaratmışdır. Və bu şərait,
xüsusən də, tərbiyə məsələlərinə yenidən baxmağı, gənc nəsildə
milli ləyaqət, milli mənlik şüuru, milli iftixar hissi, vətəndaşlıq
ləyaqəti və dəyanəti tərbiyəsini, geniş mənada vətənpərvərlik
tərbiyəsini daim ön plana çəkməyi tələb edir.
Elmi pedaqogikadan məlumdur ki, tərbiyədə, eləcə də
vətənpərvərlik tərbiyəsində istinad nöqtələrindən biri də
nümunədir, bu mənada keçmişimizin şərəfli qəhrəmanlıq
səhifələrinə bir baxışdır, onu öyrənmək və tətbiq etməkdir. Avs-
triya şairi Reyner Mariya Rilkenin təbirincə “Keçmişə aid olan
hər şeyin mənası ondadır ki, bu keçmiş ölü yük olaraq qalmır, nə
vaxtsa qayıdıb gəlir, ömür-günümüzə daxil olur, möcüzə kimi,
məlhəm kimi qanımıza-canımıza işləyir” [8, 217]. V.Q.Belinski
bu münasibətlə yazmışdır: “Biz indimizi aydınlaşdırmaq və
gələcəyimizi dərk etmək üçün, keçmişimizi sorğu-suala tutmalı
və onu dindirməliyik” [4, 4].
Və bizim “dindirməli” olduğumuz qəhrəmanlıq səhifə-
lərimizdən biri də Orxon-Yenisey yazılı abidələridir.
Orxon-Yenisey yazılı abidələri türk tarixinin ən dəyərli
abidələrindən olmaqla, həm də türk tarixinin, ədəbiyyatının,
mədəniyyətinin dünya mədəniyyəti xəzinəsində ən qiymətli
incilərindəndir. O, türk tarixinin böyük bir dövrünü (VI-VIII
əsrləri) ən gerçək, ən çılpaq və dəqiq şəkildə yaşadan mənbələrdir.
Bu abidələr türk millətinin, xüsusən də, oğuzların yəni, biz
azərbaycanlıların, eləcə də Anadolu türklərinin xarakterini,
hərbi dühasını, nəslini, yüksək mədəniyyətini, sülhsevərliyini,
millətsevərliyini, möhtəşəm tərbiyə ənənələrini özündə əks etdi-
rir, yaşadır. Öz orijinallığı, məzmunu, əxlaqi-mənəvi dəyəri, ya-
zılış tərzi, dili və üslubu ilə dünya miqyasında inkarolunmaz tu-
tarlı elmə çevrilən Orxon-Yenisey yazılı abidələri, müşahidəmizə
əsasən, Azərbaycanda son onililklərdə müxtəlif istiqamətlərdən
Pedaqogika, Fəlsəfə, Psixologiya