54
DƏDƏ QORQUD ARAŞDIRMALARI
science . The question is ans wered . İt`s given the first place to
“love”. In this work is analyzed the philosophical view of Yunis
Imre, it is spoken the attitude of his theologian view and mytholo-
gical existing. It is explained with scientific facts, the idolization
of people and inside out. The main work of poet is the being up of
people, nobility, goodness, kindness are brought forward in tem-
porary parallels. Yunis Imre is highly valued as a school of good
breeding. From the affect of Yunis Imre’s creation of Azerbaijan’s
classics is analyzed with scientific facts, the affect of Yunis Imre’s
poetry to Azerbaijan’s poets.
55
Folklor, Mifologiya, Etnoqrafiya
Ey pak, şəriksiz Allah sevgin sığmaz dilə,
Günahlar əsiriyik, bizləri sən əhv eylə!
İncə, həssas sözləri bəndələrə öyrət sən,
Olaq rəhminə layiq, olsun işimiz asan.
Dualar da sənindir, qəbul etmədə sənin!
Qorumaq da sənindir, tənbeh etmə də sənin!
Əgər xəta eyləsək, islah et, bizi tanı!
Sənsən barışdırıcı, ey sirrlərin Sultanı!
(2, s. 51)
Mövlanə Cəlaləddin Rumi həzrətləri za-
manına sığmayan yüksək şəxsiyyətlərdən biri-
dir. Aradan əsrlər keçsə də o, ucaldığı zirvəsində
həmişəlik qalıb. O, səkkiz əsr əvvəl yaşadı,
amma səkkiz əsrdir könüllər fəth edir və hər za-
man edəcək: “Mən görünən və görünməyənəm.
Yuxudakı göz kimi açığam. Həm varam, həm
yoxam: gül suyundakı qoxu kimi. Söyləyən və
susanam: kitabdakı yazı kimi”.
Cəlaləddin Rumi 30 sentyabr 1207-ci ildə
Əfqanıstanda yerləşən Xorasan vilayətinin
Bəlx şəhərində anadan olmuşdur. Bəlx şəhəri
o dövrdə elm və mədəniyyət mərkəzi idi. İpək
Xoşbəxt Əliyeva,
filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
CƏLALƏDDİN RUMİ YARADICILIĞINDA
FOLKLOR ƏNƏNƏLƏRİ
56
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yolu üzərində yerləşdiyi üçün ticarət mərkəzi və iqtisadi baxım-
dan inkişaf etmiş bir paytaxt idi.
Mövlanənin atası Hüseyn Hatibioğlu Məhəmməddir.
O, Bahəddin Vələd adı ilə tanınmışdır. Ona Sultanül-üləma
(Alimlərin Sultanı) təxəllüsü verilmişdir. Həzrəti Mövlanənin
soyu Həzrəti Əbu Bəkirə dayanır.
1225-ci ildə Bahəddin Vələd əsl hədəfi olan Rum diyarın-
da (Anadoluda) məskunlaşır. Bahəddin Vələd oğlu Cəlaləddini
Səmərqəndli Şərafəddin Valanın qızı Gövhər Banu ilə evləndirir.
Bu izdivacdan onların iki oğlu – Sultan Vələd və Ələddin Çələbi
dünyaya gəlir. Mövlanə Cəlaləddin Rumi ömrünün axırına qədər
Konyada yaşamış və yaratmış, orada da dəfn olunmuşdur.
2007-ci il Birləşmiş Millətlər Təşkilatının UNESCO quru-
mu tərəfindən «Mövlanə Cəlaləddin Rumi ili» kimi bütün dün-
yada geniş miqyasda qeyd edilmişdir. Statiskaya görə, Amerika
Birləşmiş Ştatlarında ən çox alınan kitab Ruminin ingilis dilinə
tərcümə olunmuş «Məsnəvi» əsəri hesab edilmişdir.
Cəlaləddin Ruminin ilk əsəri «Divani-Kəbir» - təsəvvüfi
qəzəllər və rübailəri birləşdirən 21 divandan ibarət böyük əsərdir.
Sonrakı əsərləri «Fihi-mafih» («Onun içindəki içindədir»),
«Məcalisi-Səba», «Məktubat», «Məsnəvi» və başqa əsərləri ol-
muşdur.
«Məsnəvi» – Mövlanənin şah əsəridir. Əsər fars dilində
yazılmışdır. «Məsnəvi» əsəri 6 cilddən ibarətdir. Mövlanə ilk
18 beytini özü yazmış, qalanını isə hissə-hissə müridi Çələbi
Hüsaməddinə söyləyərək yazdırmışdır.
«Məsnəvi» «Qurani-Kərim» ayələrinin şərhindən, Həzrəti
Məhəmmədin hədislərinin və ona itaət etməyin bəyanından
ibarətdir. Yəni əsas məqsəd Allah və Onun Rəsulunun yolunu
təbliğ etməkdir. Əsər təmizliyə qovuşan kəslərin könülləri üçün
şəfadır, «Quran»ı dəqiq anlamağa kömək edir və insanın daxili
57
Folklor, Mifologiya, Etnoqrafiya
aləmini gözəlləşdirir.
Bu canım var olduqca mən Quranın köləsiyəm,
Məhəmməd Mustafanın yolundakı torpağam.
Mən haqda başqa şeylər deyən olarsa,
Həm onu söyləyəndən, həm o sözdən uzağam. (4, s.2)
«Məsnəvi» ərəb sözüdür, lüğəvi mənası «cüt-cüt, iki-iki
qafiyələnmiş beyt» deməkdir. Ədəbiyyatda hər beytdəki misraları
öz arasında qafiyələnən iri həcmli şeir növü – poema hesab olunur.
Mövlanənin «Məsnəvi»si isə bu ədəbi janrda zirvə sayıldı-
ğı üçün «məsnəvi» deyəndə ilk ağıla gələn də həmin əsər olur.
6 hissədən və təqribən 25618 beytdən ibarət olan bu əsər və
onun müəllifi haqqında Şərqin böyük söz ustadlarından sayılan
Əbdürrəhman Cami həzrətləri belə yazır: «Mövlanə kimi böyük
bir təfəkkür insanının sahib olduğu mənəvi yüksəkliyi isbat etmək
üçün «Məsnəvi» kifayətdir. O böyük insanın vəsfi və üstünlüyü
haqda daha nə söyləyə bilərəm ki? O, peyğəmbər deyil, ancaq kita-
bı var». (4, s.55)
Mövlanə «Padşahın bir kənizə aşiq olması, kənizin pulla alın-
ması, sonra kənizin xəstələnməsi, xəstəliyin uzun çəkməsi» fəslində
söyləyir:
Bu dünyada Şəms təkin, qərib görmək yalandır,
Şəmsdən başqa yalandır, çünki canlar alandır.
Şəms əyər xaricdəsə, bir fərd deyə bilərik,
O fərdi hər zaman, biz təsvir edə bilərik.
Lakin bu Şəmsə isə varlıq olmuşdur əsir,
Onun bənzəri yoxdur, zehnimizdədir bu sirr.
Təsəvvürdə onun zatı, şərifinin həcmi yox.
Necə təsvir olunsa da, bir fərd onun kimi yox.
Dostları ilə paylaş: |