D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə15/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   11   12   13   14   15   16   17   18   ...   84

54
DƏDƏ QORQUD ARAŞDIRMALARI
science . The question is ans wered . İt`s given the first place to 
“love”. In this work is analyzed the philosophical view of Yunis 
Imre, it is spoken the attitude of his theologian view and mytholo-
gical existing. It is explained with scientific facts, the idolization 
of people and inside out. The main work of poet is the being up of 
people, nobility, goodness, kindness are brought forward in tem-
porary parallels. Yunis Imre is highly valued as a school of good 
breeding. From the affect of Yunis Imre’s creation of Azerbaijan’s 
classics is analyzed with scientific facts,  the affect of Yunis Imre’s 
poetry to Azerbaijan’s poets. 
 
 
 
 
 


55
Folklor, Mifologiya, Etnoqrafiya
Ey pak, şəriksiz Allah sevgin sığmaz dilə,
Günahlar əsiriyik, bizləri sən əhv eylə!
İncə, həssas sözləri bəndələrə öyrət sən,
Olaq rəhminə layiq, olsun işimiz asan.
Dualar da sənindir, qəbul etmədə sənin!
Qorumaq da sənindir, tənbeh etmə də sənin!
Əgər xəta eyləsək, islah et, bizi tanı!
Sənsən barışdırıcı, ey sirrlərin Sultanı! 
   
 
 
 
(2, s. 51)
Mövlanə  Cəlaləddin  Rumi  həzrətləri  za-
manına  sığmayan  yüksək  şəxsiyyətlərdən  biri-
dir. Aradan əsrlər keçsə də o, ucaldığı zirvəsində 
həmişəlik  qalıb.  O,  səkkiz  əsr  əvvəl  yaşadı, 
amma səkkiz əsrdir könüllər fəth edir və hər za-
man edəcək: “Mən görünən və görünməyənəm. 
Yuxudakı  göz  kimi  açığam.  Həm  varam,  həm 
yoxam: gül suyundakı qoxu kimi. Söyləyən və 
susanam: kitabdakı yazı kimi”.
Cəlaləddin  Rumi  30  sentyabr  1207-ci  ildə 
Əfqanıstanda  yerləşən  Xorasan  vilayətinin 
Bəlx  şəhərində  anadan  olmuşdur.  Bəlx  şəhəri 
o dövrdə elm və mədəniyyət mərkəzi idi. İpək 
Xoşbəxt Əliyeva,
filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
CƏLALƏDDİN RUMİ YARADICILIĞINDA
FOLKLOR ƏNƏNƏLƏRİ


56
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yolu üzərində yerləşdiyi üçün ticarət mərkəzi və iqtisadi baxım-
dan inkişaf etmiş bir paytaxt idi.
Mövlanənin  atası  Hüseyn  Hatibioğlu  Məhəmməddir. 
O,  Bahəddin  Vələd  adı  ilə  tanınmışdır.  Ona  Sultanül-üləma 
(Alimlərin  Sultanı)  təxəllüsü  verilmişdir.  Həzrəti  Mövlanənin 
soyu Həzrəti Əbu Bəkirə dayanır. 
1225-ci  ildə  Bahəddin Vələd  əsl  hədəfi  olan  Rum  diyarın-
da  (Anadoluda)  məskunlaşır.  Bahəddin Vələd  oğlu  Cəlaləddini 
Səmərqəndli Şərafəddin Valanın qızı Gövhər Banu ilə evləndirir. 
Bu izdivacdan onların iki oğlu – Sultan Vələd və Ələddin Çələbi 
dünyaya gəlir. Mövlanə Cəlaləddin Rumi ömrünün axırına qədər 
Konyada yaşamış və yaratmış, orada da dəfn olunmuşdur. 
2007-ci  il  Birləşmiş  Millətlər  Təşkilatının  UNESCO  quru-
mu tərəfindən «Mövlanə Cəlaləddin Rumi ili» kimi bütün dün-
yada geniş miqyasda qeyd edilmişdir. Statiskaya görə, Amerika 
Birləşmiş Ştatlarında ən çox alınan kitab Ruminin ingilis dilinə 
tərcümə olunmuş «Məsnəvi» əsəri hesab edilmişdir.
Cəlaləddin  Ruminin  ilk  əsəri  «Divani-Kəbir»  -  təsəvvüfi 
qəzəllər və rübailəri birləşdirən 21 divandan ibarət böyük əsərdir. 
Sonrakı  əsərləri  «Fihi-mafih»  («Onun  içindəki  içindədir»), 
«Məcalisi-Səba», «Məktubat», «Məsnəvi» və başqa əsərləri ol-
muşdur.
«Məsnəvi»  –  Mövlanənin  şah  əsəridir.  Əsər  fars  dilində 
yazılmışdır.  «Məsnəvi»  əsəri  6  cilddən  ibarətdir.  Mövlanə  ilk 
18  beytini  özü  yazmış,  qalanını  isə  hissə-hissə  müridi  Çələbi 
Hüsaməddinə söyləyərək yazdırmışdır.
«Məsnəvi»  «Qurani-Kərim»  ayələrinin  şərhindən,  Həzrəti 
Məhəmmədin  hədislərinin  və  ona  itaət  etməyin  bəyanından 
ibarətdir.  Yəni  əsas  məqsəd Allah  və  Onun  Rəsulunun  yolunu 
təbliğ etməkdir. Əsər təmizliyə qovuşan kəslərin könülləri üçün 
şəfadır, «Quran»ı dəqiq anlamağa kömək edir və insanın daxili 


57
Folklor, Mifologiya, Etnoqrafiya
aləmini gözəlləşdirir.
Bu canım var olduqca mən Quranın köləsiyəm,
Məhəmməd Mustafanın yolundakı torpağam.
Mən haqda başqa şeylər deyən olarsa,
Həm onu söyləyəndən, həm o sözdən uzağam. (4, s.2)
«Məsnəvi»  ərəb  sözüdür,  lüğəvi  mənası  «cüt-cüt,  iki-iki 
qafiyələnmiş beyt» deməkdir. Ədəbiyyatda hər beytdəki misraları 
öz arasında qafiyələnən iri həcmli şeir növü – poema hesab olunur. 
Mövlanənin  «Məsnəvi»si  isə  bu  ədəbi  janrda  zirvə  sayıldı-
ğı  üçün  «məsnəvi»  deyəndə  ilk  ağıla  gələn  də  həmin  əsər  olur. 
6  hissədən  və  təqribən  25618  beytdən  ibarət  olan  bu  əsər  və 
onun  müəllifi  haqqında  Şərqin  böyük  söz  ustadlarından  sayılan 
Əbdürrəhman  Cami  həzrətləri  belə  yazır:  «Mövlanə  kimi  böyük 
bir təfəkkür insanının sahib olduğu mənəvi yüksəkliyi isbat etmək 
üçün  «Məsnəvi»  kifayətdir.  O  böyük  insanın  vəsfi  və  üstünlüyü 
haqda daha nə söyləyə bilərəm ki? O, peyğəmbər deyil, ancaq kita-
bı var». (4, s.55)
Mövlanə «Padşahın bir kənizə aşiq olması, kənizin pulla alın-
ması, sonra kənizin xəstələnməsi, xəstəliyin uzun çəkməsi» fəslində 
söyləyir:
Bu dünyada Şəms təkin, qərib görmək yalandır,
Şəmsdən başqa yalandır, çünki canlar alandır.
Şəms əyər xaricdəsə, bir fərd deyə bilərik,
O fərdi hər zaman, biz təsvir edə bilərik.
Lakin bu Şəmsə isə varlıq olmuşdur əsir,
Onun bənzəri yoxdur, zehnimizdədir bu sirr.
Təsəvvürdə onun zatı, şərifinin həcmi yox.
Necə təsvir olunsa da, bir fərd onun kimi yox.


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə