D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə12/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   8   9   10   11   12   13   14   15   ...   84

42
DƏDƏ QORQUD ARAŞDIRMALARI
dünya, varlıq və yoxsulluq, əvvəl və sonluq məsələləri üzərində 
dayanan şair deyir: “Hərgiz müsəlman olmaz,  bağrı dönmüşdür 
daşa”. O, hamını insanlığa, insanpərvərliyə, hər cürə pisliklərdən 
uzaq olmağa, xeyirxahlığa səsləyir. Yunus İmrə şeirlərində cavan-
lıq, qocalıq, fani dünyaya özünəməxsus fəlsəfi yanaşma var. Yol 
gedən şair yola uzanmış yaraşıqlı köklü,  qollu-budaqlı ağac gö-
rür. Onun nə üçün belə uzandığı, “həqdən” nə dilək dilədiyi, nəyə 
möhtac olduğu ilə maraqlanır. Ağac artıq qocaldığını,  vaxtının 
keçdiyini heç kimə lazım olmadığını səbəb gətirir:
 Ağac qarır, dövran dönər, quş budağa bir gəz qonar,
  Dəxi sana quş qonmamış nə gögərçin, nə xud turac
 Bir gün sana zəval irə,  yücə qəddün enə yerə.
 Budaqların oda girə, qaynaya qazan, qıza sac.
   Şair dünyanın fani,etibarsız, yalan olduğunu, bir tərəfdən 
boşalıb,  bir  tərəfdən  dolduğunu  dərk  etməyə,  səsləyir.İnsanları 
“silkələyir” qalx, oyan, bu dünya heç kimə qalmayıb sənə də qal-
mayacaq, Həqiqətə,mərhəmətə,mərifətə,sevgiyə çağırır.
Bilirəm mən səni – yalan dünyasan
Şahları taxtından salan dünyasan,
Qaçmaqla qurtulsa quş qurtulardı,
Şahin qanadını yolan dünyasan.
“Nə  qədər  yer  üzərində  xeyirxahlıq,  insanlıq,  həqiqət  və 
mərifət, gözəllik və nəciblik var,  Yunus İmrə də var, insanı ucal-
dan bu gözəl insani keyfiyyətləri başa düşüb dəyərləndirmək var. 
Yunus  İmrə  də  var”.Görkəmli  şairimiz  Bəxtiyar  Vahabzadənin 
içindən  gələn  qüdrətli  qələmindən  süzülən  bu  sözlərə  bunları 
əlavə etmək yerinə düşərdi. Əlbəttə,şairin ruhundan üzr istəyərək. 


43
Folklor, Mifologiya, Etnoqrafiya
Nə qədər yer üzərində aşiqlik var, eşq var, sevda var,Yunus İmrə 
də var.  
 
 
 
Şeyx Əziz Mahmud Xudayi demişdir: “Mənəvi mərtəbələrin  
hansına yetdimsə,bu türkmən dərvişi Yunusu önümdə gördüm” 
Ömrü boyu həqiqəti axtaran Yunus İmrə onu  Yaradanda və 
yaratdıqlarında, cəvahiratda - yaqutda, almazda, təbiətdə,  yolda, 
izdə, torpaqda, odda, dənizdə, suda, dində, namazda, yer üzərində 
hər nə varsa onda izləyib. Bu axtarış məntiqi təfəkkürə söykənib,   
idrakla, filosofcasına olub. Həqdən bana nəzər oldu, Həqq qapu-
sın  açar  oldum,Girdüm    Həqqün  xəzinəsinə,  dürrü-göhər  saçar 
oldum.
 
Səni həqdən yığanı hər nəyisə ver gedər, 
Nə bəslərsən bu təni, sində qurd-quş yer gedər.
Ölənə baq,  gözün aç, dökülür saqqalü saç
İlan-çiyan gəlür aç, yeyüb-içüb sir gedər. 
Həyat  budur?!  Həyata,  ölümlərə  bax,  gözlərini  yaxşı-yaxşı 
aç,  sonda  qocalırsan  saçın-saqqalın  tökülür.  Ömrün  başa  yetir, 
torpağa qarışırsan, ac ilan-çiyanlar yeyib-içib gedəcək. Bu sirli 
həyatdır?! Heç bilmədən əcəl gəlir uzun ömrün tez bitir. Qürurlu  
başın,  gözlərin  dirənir.  Hərəkətsiz  qalırsan.  Göy  guruldayacaq, 
şimşək çaxacaq, yağan yağış dağ kimi ucalan qəbrini də yuyub 
aparacaq, izin qalmayacaq.
Əcəl irər,  qurur baş, tiz dükənür uzun yaş
Düpdüz olur tağü taş, gög dürilür,yer gedər.
Müdrik şair nəsihət edir. Tanrı tərəfindən verilən ömrü mənalı 
yaşamağın  dəyərini  göstərir.  Sən  həqdən  yaranmısan,  ömrü 
bada vermə, yaradanın yaratdığının birinə,hər nədir fərq etməz, 


44
DƏDƏ QORQUD ARAŞDIRMALARI
onu yenə Tanrı yaradıb. Ona ömrünü həsr et. Canını özün üçün 
bəsləmə. Bunun da faydası yoxdur. Axırda qurd-quşa yem ola-
caqsan.Həyatı,dünyanı dərk edən şair ona pislik edənləri qarğı-
mır, əksinə onlara dualar edir:
Önümcə quyu qazanı həqq taxtın ağdursun anı,  
Ardımca taşlar atana –güllər nisar olsun ana.   
Acı dirligüm istəyən tatlu dirilsün dünyada,
Kim ölümüm istər isə bin yıl ömür  versün ana,
Hər kim dilər bən xar olam, duşman əlində yar zar olam
Dostları şadü duşmanı, dostu əğyar olsun ana
Miskin Yunus, bu dünyadə güldügini istəməyən,
Ağladığım istəyənə -gözüm binar olsun ana.
Ulu Yunusun  duaları  da  fəlsəfidir  və  əxlaqi  mahiyyət  kəsb 
edir. Məcnun da  Leylini almaq üçün ona görə döyüşən qoşunlara 
yox, yar tərəfin - düşmən qoşunlarına dualar edir. 
Yunus  İmrə  mərifət  şairidir,mərifət  məktəbidir.  Hər  kəs  bu 
məktəbdən özünə lazım olanı götürür.
Şəriət, təriqət yoldur - gedənə
Həqiqət, mərifət ondan içəri.
Bəxtiyar Vahabzadə çox düzgün olaraq qeyd edir ki, “Budur 
böyük türk şairi, dədələr dədəsi, müdriklər müdriki, ağsaçlı Yu-
nus İmrənin fəlsəfəsi, həyat qayəsi!”.
Həqiqəti və mərifəti həyat qayəsi seçən bu dədə şair “Bir mən 
vardır, məndə məndən içən” dediyi zaman nəyi nəzərdə tuturdu? 
“Mən” indən içəridə olan o “mən” nəymiş görəsən?
- Həqiqət və mərifət!
-  Həqiqət  və  mərifəti  onu  əhatə  edən  ətraf  mühitdə,  yəni 


45
Folklor, Mifologiya, Etnoqrafiya
cəmiyyətdə tapa bilməyənlər həmişə öz içinə qapılmış, axtardığı-
nı könül dünyasında, xəyal aləmində gəzməyə başlamışlar.
Yunus  həmişə  görünən  “mən”inin  dili  ilə  deyil,  gözə 
görünməyən  içəridəki  “mən”inin  –  yəni  həqiqətin  və  mərifətin 
dili ilə danışıb, bizi də özü kimi düşünüb  özü kimi hikmət dili 
ilə danışmağa çağırır. Buna görə də biz ona  “həqiqət və mərifət 
nəğməkarı” desək onun ulular cərgəsindəki” ye rini təyin etmiş 
olarıq”. 
Söz haqqında, sözün gözəlliyindən söz ustadlarımız dəyərli 
fikirlər  söyləmiş,  onun  hikmətindən,  yerində  deyilmiş  sözün 
dəyərindən, faydasından, onun söz sahibinə nüfuz gətirməsindən 
danışmışlar. Filosof  Nizami sözə yüksək qiymət vermişdir: 
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək  daha xoş olar, 
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir o suda, 
İncitək sözlər seç, az danış, az din, 
Qoy az sözlərinlə dünya bəzənsin,
Söz qasidi hər yolu hey öz başına gedər
Sözün gördüyü işi kimsə görməz bu qədər,                 
Sözdən başqa yuxarı başda oturan yoxdur
Mülkün dövləti yalnız onundur danan yoxdur.
   
Nizami  yaradıcılığına  müraciət  edən  Yunus  İmrə  söz  haq-
qında  da  özünəməxsus  hikmətli  sözlər  söyləmiş,  onu  yüksək  
qiymətləndirmişdi. Yunus İmrəyə görə, sözün əslini anlayan var, 
bir də anlamayan. Anlamayanlar elə bilirlər ki, sözün sahibi on-
lardı. Anlayanlar sözün qandan gəldiyini, hər kişiyə hörmət-izzət 
gətirdiyini, nə ağdan-qaradan, nə də oxumaqdan, yazmaqdan de-
yil,  Xaliq  (Tanrı)-  yaradanın  avazından  gəldiyini  bilir.  Söz  var 


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə