D ə d ə qorqudara ş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 29,12 Kb.
Pdf görüntüsü
səhifə13/84
tarix21.06.2018
ölçüsü29,12 Kb.
#49900
1   ...   9   10   11   12   13   14   15   16   ...   84

46
DƏDƏ QORQUD ARAŞDIRMALARI
mehriban, nəvazişli deyimli, ruhu oxşar, şad edər, söz də var yad 
mənalar anladar. 
 
 
 
 
Ey sözlərün əslin bilən, gəl de bu söz qandan gəlür?
Söz əslini anlamayan sanur bu söz bəndən gəlür.
Söz (var) qılur qayğuyu şad, söz (var) qılur bilişi yad,
Əgər xorluq, əgər izzət hər kişiyə sözdən gəlür.
Söz qaradan-aqdan dəgül, yazub-oxumaqdan dəgül,
Bu yürüyən xəlqdən dəgül, xaliq avazından gəlür.
Yunus  İmrədən  bir  əsr  sonra  yaşayan  böyük  Füzuli  də 
qələmə aldığı məşhur “Söz” qəzəlində sözün fəlsəfi anlamından, 
hikmətindən, dəyərindən danışır:
Bin nigari-ənbərinxətdir könüllər almağa
Göstərir hərdəm niqabi-qeybdən rüxsar söz.
Xəzini-gənçineyi-əsrardır, hər dəxi çəkər
Risteyi-izhara min-min gövhəri-əsrar söz.
Olmayan qəvvasi-bəhri-mərifət arif deyil,
Kim sənət tərkibi-təndir, löləi-şəhvar söz.
Gər çox istərsən, Füzuli izzətin, az et sözü
Kim çox olmaqdan qılıbdır çox əzizi xar söz.
Qəzəllərdən  gətirilən  nümunələrdən  göründüyü  kimi, 
sənətkarların  söz  haqqında  fikirləri  bir-birini  tamamlayır.  On-
ların  hər  biri  ayrı-ayrı  əsrlərdə  yaşayıb-yaratsalar  da  göstərilən 
beytləri səsləşir. Nizamiyə, Yunus İmrəyə, Füzuliyə görə də söz 
sahibi “Xaliqdir”. Hər üç sənətkar türk dünyasının şairidir. Türk 
xalqı da həmişə sözün kəsərini qılıncdan üstün tutmuş və hazırda-
da tutur. Bu xətt bir tərəfdən xalq müdrikliyindən, digər tərəfdən 
isə  klassik  ənənələrdən  gəlir.  Türk  şairləridə  özündən  əvvəlki 


47
Folklor, Mifologiya, Etnoqrafiya
şairlərin yaradıcılığına önəm vermiş və faydalanmışlar. Varisliyə 
söykənən Nizami xalq müdrikliyinə Yunis İmrə Nizamiyə, Füzuli 
isə hər üçünə söykənmişdir. 
Azərbaycan  şairlərindən  təsirlənən Yunus  İmrə  yaradıcılığı 
Azərbaycan  şairlərinə  də  təsirsiz  qalmamışdır.  Əgər  əllərindən 
gələrsə,  onu  bu  bəladan  qurtarsınlar,  sözləri  varsa,  ona  - 
“məşuqəyə” desinlər. Şair bu işdə günahsızdır: Yunus İmrə aşiq 
olduğuna  görə  onda    eyib  axtaranlara  üz  tutub  aşiq  olmasının 
səbəbini onda yox, məşuqəsində olduğunu söyləyir. 
Ey bəni eyibləyən, gəl bəni eşqdən qurtar
Əlündən gəlməz isə söyləmə fasid xəbər.  
 
Heç kimsənə kəndündən haldan-hala gəlmədi,
Cümləmüzün halini məşuq edər müqərrər.
Aşiqlərin hər hali məşuq müqərrər qatında bitər
Sözün var ona söylə, bənim  aradə nəm var?
Nə əfif oqıdum, nə elm varlığındadır kələcim.
Bilməyə yüz bin münəccim, taleyim nəediz bəndən gəlir.
Füzuliyə də aşiqliyinə görə tənə edirlər. Şair bunu ona eyib 
tutanların məşuqəsinin surətini görəndə ona haqq qazandırıb uta-
nacaqlarını deyir.
Deyildim mən sənə mail, sən etdim əqlimi zail,
Mənə tən eyləyən qafil, səni görcək utanmazmı?
İ.Nəsimi  Mənsur  Həllacı  sevmiş,  ona  böyük  məhəbbət 
bəsləmişdir. Elmi ədəbiyyatda Nəsiminin Mənsur Həllaca olan bu 
məhəbbətindən söz açılıb. Şeirlərində şair Mənsurun adını böyük 
hörmət və sevgilə çəkmişdir:


48
DƏDƏ QORQUD ARAŞDIRMALARI
Ey könül, Mənsur ənəl həqq söylədi,
Həqq idi, həqqi dedi, həqq söylədi.
Mərifət sirrini mütləq söylədi
Arif amənna-vəsadət söylədi.
Təəssüf ki, bəzi tədqiqatlarda sadalanan sufi şairlərin sırasın-
da Yunus İmrənin adı çəkilmir.
Mənsur  Həllacdan  sonra  yaşayan Yunus  İmrə  də  həqq  de-
miş, həqq söyləmişdi. Şübhəsiz ki, Yunus İmrə kimi ömrü boyu 
həqq demiş, həqq söyləmiş Nəsimiyə Yunus İmrə yaradıcılığı da 
təsirsiz qalmayıb. 
Nəsiminin  “Mən  mülki-cəhan”  qəzəli  Yunus  İmrənin 
“Mənəm” qəzəli ilə səsləşsə də, məsələyə tamamilə başqa baxış 
bucağından  yanaşmış,  ağırlığı  aradan  qaldıraraq  əruzun  oynaq 
bəhrində daha təsirli əsər yaratmışdır. 
Yunus: 
Əvvəl bənəm, axır bənəm, canlara can olan bənəm,
Azıb yoldan qalmışlara hazır mədəd irən bənəm. 
 
       Xəlq içində dirlik düzən, dört kitabı toğru yazan,
Ağ üstünə qara dizən, ol yazılan  Quran bənəm.
Ol qadiri - “kün-fəyəkun” lütfedici rəhman bənəm,
Kəsmədin rizqini verən cümlələrə sultan bənəm.
Nütfədən adəm yaratan, yumurtadan quş dürədən,
Qudrət dilüni söyləyən, zikr eyləyən sübhan bənəm.
Kimini zahid eyləyən, kimini fasiq eyləyən,
Eyblərini örtüci ol dəlilü bürhan bənəm.
Bir quluna atlar verüb, avratü mal,  siftlər verüb, 
Həm yoq birinin bir pulı, ol rəhimü rəhman bənəm.
Həm batinəm, həm zahirəm, həm əvvələm, həm axirəm,
Həm bən olam, həm ol bənəm, həm ol kərimi xan  bənəm


49
Folklor, Mifologiya, Etnoqrafiya
Bu yeri gögi   yaradan, bu ərsi kürsi durıdan,
Bin bir adı vardür, Yunus, ol sahibi-Quran bənəm.
 Nəsimi:            
Mən mülki-cəhan, cəhan mənəm, mən.
Mən həqqə məkan, məkan mənəm, mən,
Mən ərşilə fərşü kafü nunəm,
Mən şərhu bəyan, bəyan mənəm, mən.
Mən kövmi məkani  “künfəkan”əm,
Bilgil ki, nişan, nişan mənəm, mən. 
 
 
Mən zatu qifatü,  “kü-təkan”əm,  
 
Mən ruh ilə can,can mənəm, mən.
Mən sirrəmü tövhidəm, hədisəm,
Mən qeybü güman, güman mənəm, mən....
İnsanü bəşərsən, ey Nəsimi;
Həqdir ki, həman, həman mənəm, mən.   
   
Nəsimi  də  “Mənəm  həqq”  deməklə  “insanı  tanrılaşdırma-
ğın, tanrını insanlaşdırmağın” bütün mərhələlərindən keçmişdir. 
Sufi şairə görə, insan tanrının nişanı, “zərrəsi”dir. Bütün dünya-
da gözəlliklər “zərr”in əlilə yaradılıb. Quranda da, hədislərdə də 
görünən sifət insandır, “həqq”dir, “həqqi” (Tanrını) isə ancaq ka-
mil insan görə bilər.Buna görə də Nəsimi də Yunus kimi insanları 
kamilliyə, haqqa, həqiqətə çağırır.
Yunus İmrəni böyük Məhəmmədhüseyn Şəhriyar da sevmiş, 
onun “Salam olsun” şeiri ilə həmahəng olan dillər əzbəri “Heydər 
babaya salam” poemasını yazmışdır. 
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,


Yüklə 29,12 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə